M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə74/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   70   71   72   73   74   75   76   77   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

220 

 

vam etdirilməsi haqqında öz təkliflərini Heydər Əliyevə təqdim etmişdilər. 



Məhz bu prinsipləri təhlil edəndən, bu işlə  məşğul olan məsul  şəxslərlə 

məsləhətləşdikdən sonra Prezident 1994-cü il fevralın 4-də Azərbaycan 

Dövlət Neft Şirkətinin danışıqları  həmin prinsiplər  əsasında davam 

etdirməsi barədə  sərəncam verdi. Sərəncamda deyilirdi: «Respublikanın 

dənizdə neft və qaz yataqlarının kəşfində  və  işlənməsində xarici neft 

şirkətlərinin iştirakı barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

rəhbərlərinin məlumatını nəzərə alaraq qərara alıram: 

1. Xarici 

neft 

şirkətləri ilə (Amoko, Britiş Petroleum, Statoyl, Penzoyl, 



Remko, Yunokal, Dermott, Türk Neft Şirkəti) aparılan danışıqların  əsas 

istiqamətləri barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 

təklifləri bəyənilsin. 

2. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə yuxarıda adları 

çəkilən neft şirkətləri ilə birlikdə «Azəri» və «Çıraq» yataqlarının kəşfinə və 

işlənməsinə dair danışıqların aparılması, müqavilənin hazırlanması  və 

bağlanması səlahiyyəti verilsin. 

3. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə tapşınlsm ki, iki həf 

tə müddətinə «Günəşli» yatağmda neft hasilatmm sabitləşdirilməsi 

proqramını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə  təqdim 

etsin».

1

 



Fərmanda danışıqların həmin prinsiplər  əsasında davam etdirilməsi 

səlahiyyəti Azərbaycan Dövlət Neft Şirkətinə, onun prezidenti N.Əliyevə 

verilirdi. Bundan sonra danışıqların yeni mərhələsi başlandı.  İyulda 

danışıqlar başa çatdı. Heydər  Əliyev danışıqlar zamanı  əldə olunmuş 

razılıqları  bəyəndi. Bu razılıqlar  əsasında müqavilənin hazırlanmasına 

başlanmasına qərar verildi. Bundan sonra müqavilələrin hazırlanmasının 

yeni mərhələsi başlandı. Azərbaycan Dövlət Neft Şirkəti ilə  Qərbin neft 

şirkətləri ilə danışıqlar Bakıda aparılırdı. Sonrakı  mərhələdə  Qərb neft 

şirkətlərinin xahişi ilə danışıqlar İstanbulda keçirildi. Danışıqlar iyulda sona 

çatdı. Heydər Əliyev bütün danışıqları izləyir, öz məsləhətlərini verirdi. 

İstanbulda danışıqların nəticəsi haqqında məlumatı təhlil etdikdən sonra 

Azərbaycan Respublikası Prezidenti Dövlət Neft Şirkətinin rəhbərlərini, 

danışıq aparan Azərbaycan nümayəndələrini və Qərb neft 

 

                                                 



1

Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. II kitab. Bakı, 1997, səh.226; Azərbaycan: Oktyabr 94 - Mart 95. Qəsd. 

Bakı, səh.6-7 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

221 

 

şirkətlərinin nümayəndələrini birlikdə  qəbul etdi. Çıxış edənlər  İstanbulda 



aparılan danışıqlarda tərəflər arasında razılığın  əldə edildiyini bildirdilər. 

Bundan sonra Heydər Əliyev İstanbul danışıqlarının sona çatması haqqında 

Bakıda protokol imzalanmasına razılıq verdi. İyulun ortalarında belə bir 

protokol imzalandı. 

İyulun 21-də Qərb neft şirkətləri konsorsiumunun dəvəti ilə Azərbaycan 

Dövlət Neft Şirkətinin danışıqlar aparan heyəti Amerika Birləşmiş 

Ştatlarının Hyuston şəhərində 45 gün layihənin hazırlanması üzərində  iş 

apardı. Azərbaycan nümayəndə heyəti bir çox çətinliklərlə qarşılaşmasına 

baxmayaraq, müqavilənin layihəsinin hazırlanmasını başa çatdırdı. 

Nümayəndə heyəti Hyustondan qayıdandan sonra Heydər  Əliyev 

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyevi qəbul etdi. 

danışıqların nəticəsi, orada baş verən problemlər, çətinliklər, onların aradan 

qaldırılması haqqında yazılı məlumat verdi. Eyni zamanda Prezident Heydər 

Əliyev Azərbaycan nümayəndə heyətinin fikrini də öyrəndi ki, hazırlanmış 

layihə imzalana bilər. Bu fikirlərlə razılaşsa da, Prezident Azərbaycan 

dövlətinin rəhbər dairələrinin - Ali Sovetin, Nazirlər Kabinetinin rəhbərləri 

ilə, Prezident Aparatında işləyən məsul  şəxslərlə,  əlaqədar nazirliklərlə  və 

nazirlərlə hazırlanmış layihə  və  əldə olunan nəticələri müzakirə etdikdən 

sonra, nəhayət, qərar qəbul etdi ki, hazırlanmış layihəni imzalamaq olar. 

Xarici ölkələrin neft şirkətləri də layihənin imzalanması haqqında qərar 

qəbul etmişdilər. Bu şirkətlərin mənsub olduqları dövlət rəhbərləri də xeyir-

dua vermişdilər.

1

 

Layihənin hazır olması  və görülmüş  işləri ictimaiyyətə çatdırmaq üçün 



Azərbaycan Respublikası Prezidenti sentyabrın 16-da brifınq keçirib 

bəyanat verdi. Brifinqdə  mətbuat işçilərinə müraciətlə bildirdi ki, «Bu 

məlumatı ictimaiyyətə  rəsmi çatdırmaq üçün də, sizi - mətbuat 

nümayəndələrini buraya dəvət etmişəm».

2

 

Bütün bunlar Neft müqaviləsinin layihəsinin hazırlanmasının və  qəbul 



edilməsinin çətin, mürəkkəb və  gərgin proseslərin nəticəsi olduğunu 

göstərir. Məhz Heydər  Əliyev kimi görkəmli dövlət xadimi, uzaqgörən 

rəhbərin gərgin, yorulmaz fəaliyyəti, bacarığı nəticəsində Azərbaycanın 

 

 



  

                                                 

1

Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. II kitab, səh.259



  

2

 



Yenə orada

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

222 

 

taleyi üçün perspektiv əhəmiyyətli müqavilə  əldə edildi. Heydər  Əliyev 



brifinqdəki bəyanatında deyirdi: «Uzun illər, yəni üç ildən artıq aparılmış iş, 

mən hesab edirəm ki, müsbət nəticə vermişdir. Şübhəsiz ki, təqdim olunan 

müqavilə layihəsi bizim bütün istəklərimizi, arzularımızı təmin etmir... Biz 

həmin layihədən bundan da artıq mənfəət götürmək istəyirik. Ancaq 

bilirsiniz, müştərək iş görmək belədir ki, hər iki tərəf öz mənfəətini 

götürməyə çalışır və götürməlidir.  Əgər qarşılıqlı mənfəət prinsipi olmasa, 

şübhəsiz ki, saziş də, müqavilə də ola bilməz».

1

 



Heydər  Əliyev Qərb neft şirkətlərinin Konsorsiumu ilə Azərbaycan 

Dövlət Neft Şirkəti arasında hazırlanmış müqavilənin imzalanmasının vaxtı 

və yeri haqqında qərar qəbul etmişdi. Qərara görə, müqavilənin sentyabrın 

20-də «Gülüstan» sarayında imzalanması müəyyən edilmişdi. 

Danışıqların Bakıda keçirilməsinin və burada imzalanmasının böyük 

əhəmiyyəti var idi. Heydər  Əliyev qeyd edirdi ki, «bu imzanın Bakıda 

atılması Azərbaycanın müstəqilliyini bir daha aydın sübut edir».

2

 



Türkiyənin dövlət naziri Nəcməddin Cövhərinin Heydər Əliyevin qəbulu 

haqqında məlumatda qeyd edilirdi ki, dövlət naziri Türkiyə Prezidenti 

S.Dəmirəlin və Baş nazir Tansu Çillərin salamlarını Azərbaycan 

Respublikası Prezidentinə yetirdikdən sonra neft müqaviləsinin 

imzalanmasını böyük bir tarixi hadisə kimi qiymətləndirir və heyrətamiz bir 

ifadə ilə öz fikrini çox gözəl açıqlayırdı: «Əgər istiqlaliyyətiniz  əlinizdə 

olmasaydı, bu imza bu gün Bakıda atılmazdı».

3

 



Azərbaycan Dövlət Neft Şirkəti sazişin layihəsinin məzmun və mahiyyəti 

barədə Prezidentə  ətraflı  məruzə  təqdim etdi. Məruzədə sazişin layihəsi 

Azərbaycan Respublikası üçün iqtisadi cəhətdən səmərəli və münasib 

variant kimi səciyyələndirildi. Qeyd edildi ki, yataqların işlənməsi üçün 

lazım olan investisiyaların 80 faizinin konsorsium tərəfindən yatırılması 

nəzərdə tutulur. Saziş qüvvəyə mindikdən sonra ilk neft 18 ay ərzində 

çıxarılacaq, neft hasilatına  əsas yataqlarda 48 aydan gec olmayaraq 

başlanacaq və neft kəmərinin tikintisi 54 ay ərzində başa çatdırılacaqdır. 

Layihədə göstərilirdi ki, Azərbaycanın gəliri üç mənbədən alınacaqdır: 1) 

təbii ehtiyatların 

 

 

 



 

                                                 

1

 

Azərbaycan: Oktyabr 94 - Mart 95. Qəsd. Bakı, 1995, səh.13



 

2

 



Yenə orada

 

3



 

Yenə orada, səh. 19 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə