M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə73/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   69   70   71   72   73   74   75   76   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

217 

 

raq, «bu qurğunu almaq üçün mən vaxtlar Sovetlər İttifaqına rəhbərlik edən 



baş katibin razılığını  əldə etmişdim. L.İ.Brejnev, A.N.Kosıgin bu işə 

qarışandan sonra biz bu qurğunun Azərbaycanda tikilməsinə başladıq».

1

 

Heydər  Əliyev qeyd edirdi ki, yüksək oktanlı benzin istehsal edən 



«Katalitik Krekinq» qurğusunun «Azərbaycanda yaradılması üçün vaxt biz, 

demək olar ki, on il çalışmışdıq». 

1970-80-ci illərdə «Katalitik Krekinq» qurğusunun tikintisi Azərbaycan 

neft emalı sənayesinin kompleks şəkildə inkişaf etdirilməsinin tərkib hissəsi 

idi. Bu qurğunun tikinti layihəsi də 70-ci illərdə hazırlanıb, tikintisinə isə 

1981-ci ildə başlanmışdı.  Əvvəlki qurğular hər biri iki il müddətinə tikilib 

başa çatdırılmışdısa, «Katalitik Krekinq» qurğusu 12 ilə tikilmişdir. 1993-cü 

ildə istifadəyə verilmişdir. 

Heydər  Əliyev Azərbaycanın müstəqillik qazanmasından  əvvəl neft 

sənayesində yaranmış elmi-texniki, maddi-texniki bazanın, böyük texniki 

qurğuların, tarixi ənənələrin yeni mərhələdə daha irəli getmək, böyük işlər 

görülməsi üçün əsas yaratdığını qeyd edirdi: «Məhz bunlara - ölkəmizdə 

olan böyük təcrübəyə, sərəncamımızda olan böyük maddi-texniki bazaya 

görə Xəzər dənizində, suyun dərinliyində yerləşən yataqlardan neft istehsal 

etmək üçün Azərbaycan yeni addımlar atmağa başlamışdır».

2

 



1991-ci ildən sonra respublikamızda yaranmış vəziyyətlə əlaqədar olaraq 

Azərbaycanın neft sənayesi də ağır vəziyyətə düşmüşdü. Maliyyə çətinliyi, 

kəşfiyyat və istismar qazmasının aşağı düşməsi, uzunmüddətli istismar 

nəticəsində yataqların gücdən düşməsi, 150-200 metrdən artıq dərinlikdən 

neft çıxarılması üçün müasir texnologiya və texnikanın olmaması 

nəticəsində neft və qaz hasilatının səviyyəsi aşağı düşmüşdü. 1987-ci illə 

1997-ci il arasında on il müddətində Azərbaycanda neft hasilatı 14.280 

milyon tondan 9.022 milyon tona düşmüşdü.

3

 

Azərbaycan Respublikasınm Prezidenti Heydər Əliyev respublikada neft 



sənayesinin inkişaf etdirilməsi mənbələrini dərindən təhlil edərək neft 

 

                                                 



1

 

Heydər Əliyev. Azərneftyanacaq İstehsalat Birliyində görüşlərdəki nitqi. 17 sentyabr 1994-cü il.- 



Müstəqilliyimiz əbədidir. II kitab. Bakı, 1997, səh. 234

 

2



 

Xəzər dənizinin Azərbaycan sektorunda xarici şirkətlərin birgə  işlənilən neft yataqlarından ilkin neftin 

çıxarılması münasibətilə  təntənəli mərasimdə Azərbaycan Respublikası Prezidenti Heydər  Əliyevin nitqi. - 

«Azərbaycan» qəzeti, 14 noyabr 1997-ci il

 

3

 



Azərbaycan Dövlət Neft Şirkətinin cari arxivi. Xüsusi qovluq

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

218 

 

çıxarılmasının artırılmasında yeni imkanları aşkar etdi. O, elmi axtarışların 



nəticələrini, alimlərin, mühəndislərin, ümumiyyətlə neft sənayesində çalışan 

mütəxəssislərin fikirlərini, məsləhətlərini öyrənərək müəyyən etmişdi ki, 

Azərbaycanın neft yataqlarında çoxlu miqdarda neft və neft məhsulları 

vardır. Bu ehtiyatların çıxarılmasının yollarını, mənbələrini araşdırırdı. 

Həmin neft yataqlarının istismar olunması müəyyən çətinliklərlə 

qarşılaşırdı. Çətinliklər ondan ibarət idi ki, quradakı neft yataqlarından 

təkrar neft çıxarılması geniş miqyasda müasir texnologiya tələb edirdi. 

Dənizdəki yataqlardan neft çıxarılması isə  dənizdə suyun dərinliyi ilə 

əlaqədar olaraq çətinlik yaradırdı. 90-cı illərədək Xəzər dənizinin dayaz 

yerlərindəki yataqlardan istifadə edilirdi. Dənizin dərinliyindən neft 

çıxarılması çoxlu miqdarda vəsait, müasir texnika və texnologiyadan, 

təcrübədən istifadə edilməsini tələb edirdi. 

Xəzərin dərinliyindən neft çıxarılmasını Qərbin böyük neft şirkətləri ilə 

birlikdə həyata keçirmək zərurəti meydana çıxır, bu sahədə əsaslı müqavilə 

imzalanması tələb olunurdu. 

Azərbaycan müstəqillik qazandıqdan sonra respublika Dövlət Neft 

Şirkəti ilə  Qərb ölkələrinin neft şirkətləri arasında Azərbaycanın Xəzərdə 

olan neft yataqlarının birgə istismar edilməsi haqqında hələ 1990-cı ildən, 

SSRİ mövcud olduğu dövrdən danışıqlar başlanmışdı. 

Danışıqlar təqribən 3 il müddətində davam etdirilmiş  və 1993-cü il 

iyunun 23-də dayandırılmışdı. Qeyd etmək lazımdır ki, ilk dəfə Azərbaycan 

iqtisadiyyatına xarici sərmayələrin cəlb edilməsinə, respublikamızda Xəzər 

dənizində neft və qaz yatağının işlənməsinə dair tender elan etməklə 

başlamışdır. İstər həmin dövrdə, istərsə də müstəqillik elan edildikdən sonra 

da bacarıqlı rəhbər və təşkilatçı olmadığından bu iş başa çatdırılmamışdır. 

1992-ci ildə  Qərb  şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti birləşib 

ümumi bir konsorsium yaratmışdılar. Müqavilə layihəsi hazırlanırdı. Lakin 

bu layihələrdə çatışmazlıqlar var idi. O, Azərbaycan Respublikası üçün 

əlverişli deyildi. Azərbaycan rəhbəri Heydər  Əliyev müqavilə  şərtlərinin 

ölkəmiz üçün sərfəli olmadığını  və imzalandığı  təqdirdə iqtisadiyyatımıza 

ciddi zərər gətirəcəyini düşünərək 1993-cü il iyulun 21-nə  təyin edilmiş 

imzalanma prosesindən imtina etdi. 1993-cü ilin iyulunda respublika Ali 

Sovetinin sədri, prezident səlahiyyətlərini həyata keçirən 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

219 

 

Heydər  Əliyev konsorsiumla danışıqların dayandırılması haqqında qərar 



qəbul etdi. O zaman belə bir addım atılması anlaşılmazlığa, səs-küyə səbəb 

olmuşdu. Heydər Əliyev özü bu məsələ ilə əlaqədar qərb neft şirkətlərinin 

prezidentləri və başqa rəhbərləri ilə görüşərək,  ətraflı söhbətlər aparmış, 

danışıqlann dayandırılmasmın səbəblərini aydınlaşdırmışdı. 

Heydər  Əliyev göstərirdi ki, «Mən Azərbaycana cəlb edilən neft 

şirkətlərinin öz iqtisadi maraqları olduğunu anlayıram. Lakin eyni zamanda

biz ölkəmizin maraqlarını  şirkətlərin maraqlarından üstün tutmalıyıq». 

«Çikaqo Tribun» qəzetinə müsahibəsində Azərbaycan Respublikası 

Prezidenti göstərirdi ki, xarici şirkətlərin hökumətlərinin müqavilə şərtlərilə 

təşvişə düşmələri onda təəccüb doğurur. Heydər Əliyev eyni zamanda neft 

şirkətlərinin sədrləri ilə 1993-cü ilin avqustunda Bakıda keçirilən görüşdə 

bəyanat vermişdi. Bəyanatda qeyd edilirdi ki, «... böyük ölkələrin neft 

şirkətləri Azərbaycanın neft yataqlarına maraq göstərirsə, ... bu ölkələrin 

dövlət qurumları da respublikadakı hazırkı ictimai-siyasi duruma diqqət 

göstərməlidir».

1

 



Bununla yanaşı, dövlət başçısı  Qərb  şirkətlərini  əmin edirdi ki, bu, 

danışıqların birdəfəlik dayandırılması demək deyil, bu iş davam 

etdiriləcəkdir. Neft Azərbaycan iqtisadiyyatının ən böyük sahəsi, ən dəyərli 

sərvəti olduğuna görə bu məsələyə dərindən baxmaq, ətraflı müzakirə etmək 

lazımdır. Sonra müzakirələr keçirildi, nəticədə onlarla saziş əldə olundu və 

işlər davam etdirildi.

2

 

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında Xəzərdəki neft 



yataqlaranın birgə işlənməsi və istismar edilməsi haqqında danışıqların yeni 

mərhələsi başlandı. Heydər  Əliyev Azərbaycan neft sənayesində  işləyən 

alimlər, mütəxəssislər, rəhbər işçilərlə  və bu sahədə çalışan başqa işçilərlə 

də toplantı keçirir, onlarla məsləhətləşir və Azərbaycanın mövqeyini 

bildirirdi. 

Azərbaycan Dövlət Neft Şirkəti də Prezidentin tapşırıqlarına  əsasən 

respublikanın alimləri, mütəxəssisləri, neft sənayesində çalışan təcrübəli 

işçilərlə birlikdə danışıqlarda ölkənin mövqeyini müəyyənləşdirmişdi. 

Azərbaycan Respublikasının bu danışıqları hansı prinsiplər əsasında da- 

                                                 

1

 

Azərbaycan Dövlət Neft Şirkətinin cari arxivi. Xüsusi toplu



 

2

 



Heydər Əliyev. Neft müqaviləsinin imzalanmağa hazırlanması ilə bağlı brifinqdə bəyanat. 16 sentyabr 1994-cü 

il. Müstəqilliyimiz əbədidir. II kitab. Bakı, 1997, səh.226; Azər-baycan: Oktyabr 94 - Mart 95. Qəsd. Bakı, səh. 11 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə