M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə70/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   66   67   68   69   70   71   72   73   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

208 

 

Azərbaycan Avropa Şurasına daxil olduqdan (25 yanvar 2001-ci il) sonra 



Avropa  İnsan Hüquqları Konvensiyasının tələblərinə  və respublikamızın 

Avropa  Şurası qarşısında götürdüyü öhdəliklərə  əsasən Milli Məclis 

terəfindən bir sıra Konstitusiya qanunları qəbul edildi. 

Azərbaycan Respublikasında insan və  vətəndaş hüquq və azadlıqlarının 

qorunması sahəsində hüquqi islahatların həyata keçirilməsində insan 

hüquqları üzrə müvəkkil institutunun təsis edilməsinin mühüm əhəmiyyəti 

oldu. Respublika Milli Məclisi tərəfindən 2001-ci ü dekabrın 28-də 

«Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili - Ombudsman 

haqqında» Konstitusiya qanunu qəbul edildi. 2002-ci il iyulun 2-də 

Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən 

Azərbaycan Respublikasının  İnsan Hüquqları üzrə Müvəkkili seçildi. Bu 

təsisatın yaradılması insan hüquqlarına riayət olunmasında parlament 

nəzarətinin təşkilini möhkəmləndirir, Parlamentlə  vətəndaşlar arasında 

vasitəçi rolu oynayır, demokratik sistemin formalaşmasında vətəndaşların 

fəallığını artırır. 

Azərbaycanda demokratikləşmə  və insan hüquqlarının qorunması 

sahəsində aparılan çoxsahəli işin nəticəsi olaraq respublikamız 2001-ci il 

yanvarın 25-də Avropa Şurasına tamhüquqlu üzv qəbul edildi. Əlbəttə, bu, 

həyata keçirilən tədbirlərin qiymətləndirilməsi kimi qəbul edilsə  də

Azərbaycan dövlətinin üzərinə  əlavə öhdəliklər də qoyur. Azərbaycanın 

Avropa  Şurası qarşısında götürdüyü öhdəliklərin yüksək səviyyədə yerinə 

yetirilməsi nəticəsində Milli Məclisin Avropa Şurasındakı daimi nümayəndə 

heyətinin başçısı  İlham  Əliyev 2003-cü ildə Avropa Şurası Parlament 

Assambleyasının sədr müavini və büro üzvü seçildi. İlham Əliyevin belə bir 

nüfuzlu təşkilatda rəhbər vəzifəyə seçilməsi ölkəmizdə - Avropa məkanında 

demokratik, hüquqi dövlət quruculuğunun uğurla həyata keçirilməsinin 

parlaq nəticəsidir. 

Şərq aləmində, islam dünyasında ilk dəfə olaraq Azərbaycanda ölüm 

hökmünün ləğv edilməsi ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət 

quruculuğu yolu ilə inamla irəlilədiyini bir daha sübut etdi.

1

 Prezident 



 

 

 



 

                                                 

1

 

«Azərbaycan» qəzeti, 4 fevral 1998-ci il 



 


M İ L L İ  K İ T A B X A N A

____________________________________

209 

 

Heydər  Əliyevin insan hüquqlarının qorunması sahəsində  həyata 



keçirdiyi ən mühüm tədbirlərdən biri, ölüm cəzasının ləğv edilməsi oldu. 

1998-ci il fevralın 3-də «Azərbaycan Respublikasında ölüm hökmünün 

ləğv edilməsi haqqında» Azərbaycan Respublikasının prezidenti Heydər 

Əliyevin Milli Məclisə müraciəti mətbuatda dərc edildi. 

Prezidentin şəxsi təşəbbüsü ilə icrasına moratorium qoyulmuş ölüm cəza 

növü Milli Məclisin 1998-ci il 10 fevral tarixli qanunu ilə tamamilə  ləğv 

olundu. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında son dəfə 

ölüm cəzası «Xalq Cəbhəsi - Müsavat» hakimiyyəti dövründə icra 

edilmişdir. Həmin dövrdə Azərbaycan Respublikası prezidentinin 

səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Sovetinin sədri İsa 

Qəmbərov 1992-ci il iyun aymın 16-da ölüm cəzasına məhkum olunmuş 7 

nəfərin bağışlanması haqqında vəsatətlərini təmin etməmişdir. Azərbaycan 

Respublikasının zamankı prezidenti Əbülfəz Elçibəy isə 1993-cü il yanvarın 

5-də ölüm cəzasına məhkum olunmuş 2 şəxs haqqında bağışlanmanın tətbiq 

edilməməsi barədə  fərman imzalamışdır. Hökmlər 1993-cü ilin fevral 

ayında bu fərmanlar əsasında icra edilmişdir.

1

 

Heydər  Əliyevin sədrliyi ilə hazırlanan müstəqil Azərbaycan 



Respublikasının ilk Konstitusiyasında insan və vətəndaş hüquqlarının təmin 

edilməsi dövlətin ali məqsədi kimi bəyan edilmişdir. Hələ Konstitusiyanın 

qəbuluna qədər, 1993-cü ilin 15 iyunundan, Heydər Əliyevin Azərbaycana 

rəhbər seçildiyi vaxtdan Azərbaycanda ölüm cəzasının icrasına moratorium 

qoyulmuşdu. Hətta vətən və xalq qarşısında  ən ağır cinayətlər törətmiş, 

torpaqlarımızı düşmənə  təslim etdirən Rəhim Qazıyev, ölkəmizi 

parçalamağa çalışan separatçı  Əlikram Hümbətov, təxribatçı  və terrorçu 

Elçin Əmiraslanov, dövlət çevrilişi cəhdlərinin təşkilatçıları Surət Hüseynov 

və Cavadov qardaşlarının  əlaltıları  və başqa qatillər, təhlükəli canilər 

barəsində  də prezidentin humanist siyasəti nəticəsində ölüm hökmü tətbiq 

edilməmişdi. 

Bundan əlavə, Azərbaycan Konstitusiyasmda nəzərdə tutulan prezidentin 

müstəsna hüquqlarından istifadə edərək, hər il keçirdiyi əfvlər, am- 

  

                                                 



1

 

Azərbaycan Respublikası: 1991-2001. Bakı, 2001, səh. 136 



 


M İ L L İ  K İ T A B X A N A

____________________________________

210 

 

nistiyalar ölkəmizdə demokratik, hüquqi, humanist dövlət quruculuğu 



siyasətinin həyata keçirilməsinin təzahürü idi. Qeyd etmək lazımdır ki, 

2003-cü ilin fevralına qədər Prezident tərəfindən  əfv olunma, amnistiya 

haqqında 30 fərman verilmişdi. Bu, Heydər Əliyevin böyük humanistliyinin, 

Azərbaycanda demokratik, humanist bir dövlət quruculuğunun parlaq 

ifadəsi idi. 

Hələ ölüm cəzasını ləğv edərkən Heydər Əliyev demişdi: «Mən cinayət-

hüquq siyasətini hərtərəfli təhlil edərək,  ədalət, azadlıq, humanizm və 

insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm 

cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm. 

Ölüm cəzasının ləğvini məhz bu siyasətin məntiqi nəticəsi kimi 

qiymətləndirirəm».

1

 



Azərbaycan Respublikası Prezidentinin «İnsan hüquq və azadlıqlarının 

təmin edilməsi haqqında» 1998-ci il 22 fevral tarixli fərmanı 

respublikamızda demokratiyanın inkişaf etdirilməsində geniş imkanlar 

yaratmışdır. Mahiyyət etiban ilə bu, insan hüquqlarının qorunması  və 

müdafiə  edilməsi sahəsində uzunmüddətli fəaliyyət proqramıdır. 

Ümumiyyətlə, Heydər  Əliyevin rəhbərliyi və  təşəbbüsü ilə ölkəmizdə 

cinayət hüququ siyasətində humanistləşmə siyasəti ardıcıl olaraq həyata 

keçirilirdi. 1995-ci ilin mayından Azərbaycanda  əfvetmə institutu bərpa 

edilmişdir. O vaxtdan Prezidentin əfvetmə  fərmanlarının verilməsi 

sistematik xarakter alıb. 

Prezidentin yanında 1995-ci ildən yaradılan Əfv (Bağışlama) məsələləri 

komissiyası  fəaliyyət göstərir. 1995-2000-ci illərdə Azərbaycan 

Respublikası Prezidenti 2353 şəxsi əfv etmişdir. Həmin illərdə Azərbaycan 

prezidentinin qanunvericilik təşəbbüsü ilə beş amnistiya aktı  qəbul 

edilmişdir. Amnistiyalar 63477 şəxs barəsində  tətbiq edilmiş, cümlədən 

18895 məhkum cəzaçəkmə yerlərindən azad olunmuş, 44582 nəfər digər 

cəzalardan azad edilmişdir. Azərbaycanın Avropa Şurası üzvlüyünə qəbulu 

münasibətilə 2001-ci ilin fevral ayında verilmiş amnistiya aktı isə 8516 

şəxsə şamil edilmişdir.

2

 



Dövlət başçısı Heydər  Əliyevin öz Konstitusiya hüququndan və 

səlahiyyətlərindən istifadə edərək yüzlərlə məhkumu əfv etməsi, onun təşəb- 

                                                 

1

 



«Azərbaycan» qəzeti, 4 fevral 1998-ci il

 

2



 

Ramiz Mehdiyev. Azərbaycan: Tarixi irs və müstəqillik fəlsəfəsi. Bakı, 2001, səh.257 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə