M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə71/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   67   68   69   70   71   72   73   74   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

211 

 

büsü ilə Milli Məclis tərəfindən qəbul edilən amnistiya aktlarına  əsasən, 



minlərlə  şəxsin bağışlanması respublikamızda insan hüquqları  və 

azadlıqlarının qorunması sahəsində ardıcıl həyata keçirilən hüquqi-humanist 

tədbirlərin ifadəsidir. Bu faktı qeyd etmək lazımdır ki, Azərbaycan 

prezidentinin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq ardıcıl olaraq hər il 

amnistiya verilməsi artıq sistem halına düşmüşdür. Məsələn, 1996-cı il 

mayın 22-də amnistiya qərarı ilə 8723 nəfər, 1997-ci il oktyabrın 17-də 

3069, 1998-ci il mayın 12-də 7633, 1998-ci il dekabrın 29-da 4161, 1999-cu 

il dekabrın 12-də 5367, 2001-ci il fevralın 2-də 2749 nəfər azad edilmişdir. 

Ümumiyyətlə, 1996-cı ildən 2001-ci ilədək cəmi 31702 nəfər amnistiya 

qərarı ilə həbsdən azad edilmişdir.

1

 

Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildikdən sonra dövlət 



quruculuğu sahəsində yeni mərhələ başlanmışdır. Konstitusiya əsasında 

hüquqi, demokratik və sivil dövlət quruculuğu sahəsində Azərbaycan dünya 

standartları  səviyyəsində inkişaf etməyə başlamış, böyük müvəffəqiyyətlər 

qazanmışdı. Lakin Konstitusiyanın qəbul edilməsindən keçən 7 il ərzində 

cəmiyyət həyatında xeyli dəyişikliklər baş vermişdi. Yeddi il əvvəl qəbul 

edilən Konstitusiyanın yaradıcısı olan Heydər  Əliyev özü respublikamızda 

inkişaf, dəyişikliklər prosesini izləyərək dövlətimizin  əsas qanununda 

dəyişiklər edilməsinin zəruri olduğunu müəyyən etdi. Azərbaycan prezidenti 

2002-ci ildə «Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər 

edilməsi haqqında» qərar qəbul etdi. Bu qərara  əsasən Respublikamızda 

2002-ci il avqustun 24-də referendum keçirildi. Referendum yüksək siyasi 

fəallıq  şəraitində keçdi. Referendumda respublika vətəndaşlarının 83 faizi 

iştirak etdi. Onlarm 96 faizi Konstitusiyaya dəyişikliklərə  səs verdi. 

Konstitusiyaya təklif edilmiş  dəyişikliklərin yüksək səviyyədə  qəbul 

edilməsi xalqın prezident ətrafında sıx birliyini bir daha nümayiş etdirdi. 

Lakin həmişə olduğu kimi radikal müxalifət yenə  də  əsassız mövqeyini 

büruzə verdi. Konstitusiyaya təklif edilən düzəlişlər mətbuatda geniş 

müzakirə edildi. Radikal müxalifət əvvəldən, əsasən, üç düzəlişə qarşı açıq 

şəkildə öz etirazını bildirdi. Bu etirazlar əsasən, 83-cü, 105-ci maddə- 

 

 



                                                 

1

 



Amnistiya qərarları ilə azad edilənlərin sayı Respublika Ədliyyə Nazirliyinin statistik məlumatından 

götürülmüşdür 

  

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

212 

 

lərdəki və 130-cu maddənin üçüncü hissəsinin 7-ci bəndindəki 



dəyişikliklərlə əlaqədar idi. Birinci düzəlişdə təklif edilirdi ki, Milli Məclisə 

seçkilər proporsional sistemlə yox, ancaq majoritar sistem əsasında 

keçirilsin. 

Bu məsələdə dünya təcrübəsinə - ABŞ-da, Böyük Britaniyada, Kanadada 

Avstraliyada və bir çox demokratik ölkələrdə də seçkilərin majoritar sistem 

üzrə keçirilməsinə istinad olunurdu. Müxalifət partiyalarından «Müsavat», 

Milli  İstiqlal, «Xalq Cəbhəsi» və «Demokrat» partiyaları öz fikirlərini 

onunla  əsaslandırmağa çalışırdılar ki, guya majoritar sistemə keçilməsi 

çoxpartiyalı sistemə zərbə vuracaqdır. Onlarm bu fikirlərinin əsassız olduğu 

mətbuat səhifələrində ciddi şəkildə təkzib olundu. 

Müxalifətin ciddi narazı olduğu bir məsələ də 105-ci maddə ilə əlaqədar 

idi. Bu düzəlişdə göstərilirdi ki, obyektiv səbəblərə görə prezident öz 

səlahiyyətlərini yerinə yetirə bilmədikdə onun səlahiyyətləri parlamentin 

sədrinə deyil, baş nazirə keçir. Bu düzəliş  də dünya praktikasına, böyük 

dövlətlərin təcrübəsinə əsaslanırdı. Məsələn, Rusiyada, Fransada və ABŞ-da 

da belədir. 

130-cu maddənin üçüncü hissəsinin 7-ci bəndindəki düzəlişdə isə mülki 

məhkəmələr sisteminə siyasi partiyaları  və qeyri-hökümət təşkilatlarını 

buraxmaq hüququ verilirdi. 

Ümumiyyətlə, 1995-ci il noyabrın 12-də  qəbul edilmiş Azərbaycan 

Respublikasının Konstitusiyasında referendum yolu ilə edilən dəyişikliklərə 

ehtiyac olduğunu, bunların ölkəmizin tərəqqisi tələbindən irəli gəldiyini 

dövlət başçısı Heydər  Əliyev irəlicədən görürdü. Bu düzəlişlər həm də 

demokratikləşmə, insan hüquqları  və azadlıqlarının genişlənməsinə, siyasi 

sistemin təkmilləşməsinə, konstitusiyamızın dünya standartlarına 

uyğunlaşdırılmasına yönəldilmişdir. 

Müstəqil Azərbaycanın ilk Konstitusiyası  məhz Azərbaycan 

Prezidentinin sədrliyi, ideya-təşkilat rəhbərliyi ilə hazırlanmış, həyata 

keçirilmiş  və Heydər  Əliyev onun həqiqi və etibarlı qarantı olmuşdur. 

Azərbaycanda dövlət quruculuğu Prezident Heydər  Əliyevin başçılığı ilə 

gündən-günə möhkəmlənmiş, inkişaf etmişdir. 

  

 



 


M İ L L İ  K İ T A B X A N A

____________________________________

213 

 

 



VI FƏSİL 

NEFT STRATEGİYASININ 

HƏYATA KEÇİRİLMƏSİ. 

AZƏRBAYCANIN DÜNYA BİRLİYİ 

ÖLKƏLƏRİ İLƏ İNTEQRASİYASININ 

DƏRİNLƏŞMƏSİ 

 

Neft sənayesi Azərbaycan iqtisadiyyatının  əsas sahəsidir. XIX əsrin 



sonlarından başlayaraq Azərbaycanda neft sənayesi sürətlə inkişaf etməyə 

başlamışdır. Bakı neft sənayesinə xarici kapitalın axını  nəticəsində 

Azərbaycanda iri neft şirkətləri yaranmışdır. Neft istehsalı  və ticarəti bu 

şirkətlərin və yerli neft sənayeçilərinin  əlində  cəmləşmişdi. Bakı Rusiya 

imperiyasının  əsas neft sənayesi mərkəzi idi. Azərbaycan nefti xarici 

şirkətlər və yerli sahibkarlar tərəfindən istehsal edilirdi. Neft Azərbaycanın, 

xüsusilə Bakının inkişafında mühüm rol oynasa da, xalq bu sərvətin sahibi 

deyildi. 

Sovet hakimiyyəti dövründə də Azərbaycan nefti SSRİ-nin əsas yanacaq 

mənbəyi idi. Sovet hakimiyyəti dövründə Azərbaycan iqtisadiyyatı inkişaf 

etdirilmiş, respublikamızda nəhəng sənaye potensialı yaradılmış, neft 

sənayesi böyük tarixi inkişaf yolu keçmişdir. 

Neft sənayesinin XIX əsrin sonundan başlayaraq Azərbaycanın iqtisadi 

inkişafında böyük tarixi rolu olmuşdur. 

Azərbaycanda neft sənayesi yalnız müstəqil Azərbaycan Respublikasının 

yaranmasından sonra xalqın milli sərvətinə, malma çevrilmişdir. Neft 

Azərbaycanın gələcək inkişafı üçün əsas, təməl, bünövrədir. Neft 

sənayesinin inkişaf etdirilməsi Azərbaycan dövləti qarşısında duran ən 

ümdə  vəzifələrdəndir. Azərbaycan Respublikası Prezidenti Heydər  Əliyev 

1994-cü il sentyabrın 16-da keçirdiyi brifinqdə demişdi: «... biz indi də, 

gələcəkdə  də Azərbaycanın təbii sərvətlərindən, xüsusən,  ən böyük təbii 

sərvətimiz olan neft yataqlarından çox ehtiyatla, səriştəli istifadə olunmasına 

çalışmalıyıq. Çalışmalıyıq ki, bu sərvətlərdən Azərbaycan xalqının bu günü 

və gələcəyi üçün maksimum mənfəət götürək».

1

 

Heyder Əliyev bu vəzifələri irəli sürərkən respublikamızın neft sənayesi 



tarixinə, neft sənayesində tarixi təcrübəyə əsaslanırdı. XIX əsrin sonu - XX 

                                                 

1

 

Heydər Əliyev. Neft müqaviləsinin imzalanmağa hazırlanması ilə bağlı brifinqdə bəyanat. 16 sentyabr 1994-cü 



il. - Azərbaycan: Oktyabr 94 - Mart 95. Qəsd. Bakı, 1995, səh.13; Azərbaycan 1994. Milli dövlətçilik sınaq 

qarşısında. II hissə. Bakı, 2002, səh.50

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə