M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə79/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   75   76   77   78   79   80   81   82   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

234 

 

görə  bəzən işin bir hissəsinin görüldüyü, biri hissəsinin görülmədiyini 



nəzərə alaraq işlərin kompleks şəkildə aparılması  təşkil edilmişdi. Bu da 

müsbət nəticəsini verdi. 

İkinci neft boru kəməri Gürcüstan ərazisində tikilirdi. Bu kəmər Bakıdan 

Gürcüstanın Qara dəniz sahilindəki Supsa limanına çəkilirdi. 

1999-cu il aprelin 17-də Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara 

dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi. Bakı-Supsa neft 

kəmərinin uzunluğu 850 kilometr və illik buraxılış qabiliyyəti 5 milyon 

tondur. Bakı-Supsa neft kəmərinin tikilməsi Azərbaycan Respublikası 

Prezidenti Heydər  Əliyevin uzaqgörən siyasətinin və təkidinin nəticəsi idi. 

Onun Azərbaycanın strateji maraqları üzərində qurulmuş çoxvarianth ixrac 

neft strategiyasının  əsaslı olduğunu göstərdi. Çünki bu layihənin 

əleyhdarları belə bir uzağı görməyən, perspektivsiz təklif irəli sürdülər ki, 

guya birinci neft kəməri - Bakı-Novorossiysk kəməri «Çıraq» 

platformasından istənilən həcmdə neft nəql etmək imkanına malikdir, ona 

görə  də Bakı-Supsa kəmərinə ehtiyac yoxdur. Əlavə  xərc qoymaq lazım 

deyil. Bunlar başa düşmürdülər ki, neft hasilatı da müqaviləyə görə getdikcə 

artır, bu artıma uyğun ixrac bora kəmərinə  də  tələbat artmalıdır. Həyat 

Heydər  Əliyev siyasətinin uzaqgörənliyini, həyatiliyini elə ilk dövrdəcə 

sübut etdi. Belə ki, əgər 1997-ci ildə Azərbaycanda ildə 9 milyon ton neft 

hasil edilirdisə, 1998-ci ildə 11,4 milyon ton, 1999-cu ildə 13,8 milyon ton, 

2000-ci ildə isə 14,5 milyon ton neft hasil edilmişdir.

1

 



Bu boru kəmərinin tikilməsi ilə neftin ixracı yalnız «Çıraq» yatağından 

deyil, digər yataqlardan da hasil olunan neftin iki müxtəlif istiqamətdə 

dünya bazarlarına çıxarılması təmin edilirdi. 

Azərbaycan neftinin ilk dəfə olaraq Qərb istiqamətində də ixrac edilməsi 

başlandı. Əlbəttə, bütün bu görülən işlər konsorsiuma daxil olan şirkətlərin 

böyük fəaliyyəti və onlarm qoyduqları kapitalın nəticəsi idi. Azərbaycan 

Beynəlxalq Əməliyyat Şirkətinin rəhbərliyi altında üç il müddətində görülən 

işlərə konsorsiumun səhmdarları  tərəfindən bütövlükdə bir milyard dollar 

məbləğində kapital qoyulmuşdu.

2

 



 

                                                 

1

 

Azərbaycan Respublikası: 1991-2001. Bakı, 2001, səh.129



 

2

«Azərbaycan» qəzeti, 14 noyabr 1997-ci il



  


M İ L L İ  K İ T A B X A N A

____________________________________

235 

 

Məhz birinci müqavilənin proqramını  həyata keçirmək üçün görülən 



işlərə də dünyanm müxtəlif ölkələrindən cəlb olunmuş 400-dən artıq şirkət 

iştirak etmişdir. Həmin kəmərlərdən 1997-ci ildən başlayaraq neft ixrac 

edilir. Qoyduqlan sərmayədən, investisiyadan istifadə edib hər biri mənfəət 

götürmüşlər. 

Neft sənayesinin belə sürətli inkişafı  nəticəsində Azərbaycanda Neft 

Fondu yaradıldı. 2002-ci ilin oktyabrında Neft Fondunda 690 milyon dollara 

qədər vəsait toplanmışdı.

1

 



Üçüncü neft kəməri  əsas kəmərdir. Bakıdan Türkiyənin Aralıq 

dənizindəki Ceyhan limanına çəkilən kəmərdir. Tarixə «Bakı-Tbilisi-

Ceyhan» (BTC) əsas ixrac neft kəməri kimi daxil olmuşdur. 

Azərbaycanın paytaxtı Bakıdan Gürcüstan ərazisindən keçməklə Aralıq 

dənizindəki Ceyhan limanına qədər olan boru kəmərinin inşasının məqsədi 

beynəlxalq konsorsium ABƏŞ  tərəfindən Xəzər neft yataqları «Azəri», 

«Çıraq» və «Günəşli»dən çıxarılan neftin dünya bazarına çatdırılmasıdır. 

Salınması 2004-cü ilə planlaşdırılan Bakı-Ceyhan neft kəmərinin 

layihəsinə görə onun uzunluğunun və  iş qabiliyyətinin aşağıdakı kimi 

olması nəzərdə tutulurdu: boru kəmərinin marşrutunun uzunluğu 2170 km, 

diametri 48 düymə (1020 mm) olmalı, keçirmə qabiliyyəti ildə 45-60 

milyon ton neft təşkil etməlidir və bu, ilk növbənin buraxılmasından 6 il 

sonra əldə edilməlidir, ilkin keçirmə qabiliyyəti - ildə 11,5 milyon ton neft 

olmalıdır.

2

 

Müxtəlif dəyərləndirmələrə görə investisiyaların həcminin 2,4-dən 4 



milyard dollara qədər olduğu söylənilirdi. Türkiyə hissəsinin (1010 km) 

inşasına 1,3 milyard dollar tələb olunurdu ki, onu verməyi Türkiyə  vəd 

etmişdi. Gürcüstan hissəsinin (255 km) inşası 500 milyon dollara, 

Azərbaycan hissəsi (465 km) 800 milyon dollara başa gəlməli idi.

3

 

Bora kəmərinin Azərbaycandan Xamuriyə (Gürcüstan) qədər, oradan da 



Kür vadisi boyu Türkiyə sərhədinə, sonra Posof, Ərzurum, Ərzincan ərazisi 

ilə keçib son məntəqə olan Ceyhana çatdırılması planlaşdırılmışdı. 

                                                 

1

 



Heydər Əliyev. «Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət proqramı»nın 

təqdimatına həsr olunmuş ümummilli konfransda nitqi. — «Azərbaycan» qəzeti, 26 oktyabr 2002-ci il

 

2

 



Azərbaycan Dövlət Neft Şirkətinin cari arxivi. Xüsusi qovluq

 

3



 

Yenə orada 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

236 

 

Bu böyük neft kəməri kimi gələcəkdə  həm Xəzər dənizində, həm də 



Qazaxıstanda və Türkmənistanda da çıxarılan neftin dünya bazarına 

çıxarılmasında istifadə ediləcəkdir. Azərbaycan Respublikası bu neft 

kəmərinin çəkilməsini strateji hadisə hesab edir. «BTC» neft kəmərinin 

tikilməsi də bilavasitə Heydər  Əliyevin adı ilə bağlıdır, onun bu kəmərin 

tikilməsi yolunda hələ  əvvəllərdən irəli sürdüyü fikir, apardığı mübarizəsi, 

gərgin səyləri və  fəaliyyəti nəticəsində mümkün olmuşdur. Bu ideyanın 

həyata keçirilməsi uzunmüddətli mübarizənin nəticəsi idi. Həmin layihənin 

ideyası hələ əvvəllər irəli sürülmüşdü. Azərbaycanın həm xaricdəki, həm də 

daxildəki bədxahları müxtəlif bəhanələrlə, guya gələcəkdə Azərbaycanın bu 

kəmərlə ixrac etməyə kifayət qədər neftinin olmayacağı və i.a. uydurmalarla 

onun reallaşmasına mane olmağa çox çalışırdılar. 

Bakı-Tbilisi-Ceyhan boru xəttinin tikilməsi işində əvvəl belə bir fikir irəli 

sürülürdü ki, guya bu iqtisadi baxımdan faydalı deyildir, çünki onun xərcləri 

çox yüksəkdir. Bunu xarici neft şirkətlərinin, konsorsiumun üzvləri də 

deyirdilər. Onlar hesab edirdilər ki, bu xərclər 3,7 milyard dollar həddində 

olacaqdır. Bu fikir Azərbaycan üçün çox gözlənilməz oldu. Azərbaycan 

xərcin həcmini müəyyən etmək üçün araşdırmalar apardı, məlum oldu ki, 

çəkilən xərc 2,5 milyard dollar həcmində olmalıdır. 

Türkiyənin «Nərgiz-TV» kanalının müxbiri Murad Yetginin Azərbaycan 

Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham 

Əliyevlə 1999-cu il mayın 27-də bu haqda müsahibəsi aparılmışdır. 

Müxbirin «Fikirlərinizi Amerikada keçirdiyiniz görüşlərdə də bildirmisiniz. 

Amerikadakı görüşlərinizdən sonra bu barədə ümumi fikir söyləmək 

olarmı?» - sualına cavabında  İlham  Əliyev bildirmişdi ki, biz Amerika 

hökumətinin nümayəndələri ilə əlaqəyə girdik. Amerika prezidenti yeni bir 

vəzifə - Xəzər regionu üzrə xüsusi müşavir vəzifəsini yaratdı. 

Amerika hökuməti də hesablamalar apardı. Onların araşdırmalarından 

sonra bu rəqəm 2,4 milyard dollara bərabər oldu. Konsorsiumun üzvləri, 

hətta Amerika hökuməti də, Türkiyə də bu təkliflə razılaşdılar və bildirdilər 

ki, boru xəttinin tikilməsinə 2,4 milyard dollardan çox vəsait tələb olımarsa, 

zaman əlavə, izafı xərcləri Türkiyə hökuməti ödəyəcəkdir.

1

 



 

                                                 

1

 

«Dirçəliş. XXI əsr». İyun 1999, № 16, səh. 29-30 



 


Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə