M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə75/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   71   72   73   74   75   76   77   78   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

223 

 

mülkiyyətçisi hüququndan irəli gələn gəlirlər; 2) yataqlann işlənilməsinə 



investisiya qoyuluşlarında iştirakla bağlı  gəlirlər; 3) respublika büdcəsinə 

konsorsiumun gəlirinin dörddə bir hissəsi məbləğində vergi ayırmaları. 

Bunların hamısı  gəlirli neftin 80 faizinin Azərbaycana çatmasını  təmin 

edəcəkdir. Eyni zamanda neftlə birgə  çıxan və ehtiyatları 55 milyard 

kubmetr həcmində qiymətləndirilən səmt qazı da Azərbaycanın mülkiyyəti 

olacaq. 


Həmçinin layihədə nəzərdə tutulurdu ki, neft yataqlarının birgə işlənməsi 

30 il müddətində  həyata keçiriləcək. Bunun həyata keçirilməsi ilə xalqın 

sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasının təməli qoyulacaq. Daxil 

olan valyuta bütün iqtisadiyyatın, hər şeydən əvvəl, neft sənayesinin elmi və 

istehsal-texniki bazasının keyfiyyətcə yeniləşməsini, uzun illər dayanmış 

neft-maşınqayırma, neft emalı və neft kimyası sənayesinin inkişafını təmin 

edəcək, yeni iş yerlərinin yaradılmasına imkan verəcəkdir. Bütün bunları və 

digər göstəriciləri, müddəalan rəhbər tutaraq, Saziş layihəsinin Azərbaycan 

Dövlət Neft Şirkətinin məruzəsində müsbət qiymətləndirilməsini nəzərə 

alaraq Azərbaycan Respublikası Prezidenti 1994-cü il sentyabrın 14-də 

«Xəzərin Azərbaycan sektorunda neft yataqlarının birgə işlənməsi haqqında 

xarici nefit şirkətləri konsorsiumu ilə danışıqların yekunları barəsində» 

fərman  verdi.  Bu  fərmanda da müqavilənin  əsas məzmun və  mənası istər 

Azərbaycan üçün, istərsə  də xarici neft şirkətləri üçün əhəmiyyətli olduğu 

qeyd edilirdi. 

Prezidentin qəbul etdiyi qərarda Azərbaycan Neft Şirkəti və xarici neft 

şirkətləri arasında Sazişin layihəsinin bəyənildiyi göstərilir və Dövlət Neft 

Şirkətinin Prezidenti Natiq Əliyevə tapşırılırdı ki, ... Xəzər dənizinin 

Azərbaycan sektorunda «Azəri», «Çıraq» yataqlarının və «Günəşli» 

yatağının dərinlikdə yerləşən hissəsinin birgə  işlənməsi və neft hasilatının 

pay  şəklində bölüşdürülməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti ilə 

xarici şirkətlər arasında Sazişi imzalasın.

1

 

Azərbaycanın neft sənayesində böyük əhəmiyyət daşıyacaq neft 



yataqlarında iri platformaların tikilməsi nəzərdə tutulurdu. Şəxsən Heydər 

Əliyevin təşəbbüsü ilə hələ 80-ci illərin əvvəllərində Azərbaycanda nəhəng 

Dərinlik Özülləri zavodu tikilmişdi. O vaxt bu zavod Sovetlər 

 

 



                                                 

1

 



Azərbaycan: Oktyabr 94 - Mart 95. Qəsd. Bakı, 1995, səh. 8-10 

  

 




M İ L L İ  K İ T A B X A N A

____________________________________

224 

 

İttifaqının bütün dənizlərində neft quyulan qazmaq, neft çıxarmaq üçün 



platformalar hazırlayan yeganə müəssisə idi. Bu zavoddan son dövrdə 

istifadə edilə bilmirdi, çüaki yenidən qurulmalı idi. Əsrin müqaviləsi 

qüvvəyə mindikdən sonra Dərinlik Özülləri zavodunun tamamilə yenidən 

qurulması  nəzərdə tutulurdu. Onun buraxacağı platformalardan nəinki 

Xəzərin Azərbaycana aid hissəsində, həm də başqa hissələrində neft 

çıxarılmasında istifadəsi müəyyən edilirdi. Keçmişdə istifadə edilən və 

hazırda köhnəlmiş olan qurğular, gəmilər əvəzinə, neft müqaviləsi qüvvəyə 

mindikdən sonra Xəzərdə birgə işlər görülməsi üçün yeni gəmilər, tankerlər, 

yeni qurğular alınması da qeyd edilirdi. Məlumdur ki, 30 ildən sonra 

bunların hamısı yenə Azərbaycanın sərvəti olaraq qalmalıdır. 70-ci illərdə 

Neft daşlarında qurulmuş estakadaların da bərpa edilməsi, təzələnməsi də 

əsas vəzifə kimi qarşıda dururdu. Konsorsiumdan alınan vəsait, 

Azərbaycanın payına düşən neftdən istifadə edilməsi neft qurğularının, 

buruqların, yataqların təmir edilməsinə sərf ediləcəkdir. 

Neft müqaviləsinin bağlanmasından sonra neft emalı sənayesinin yenidən 

qurulması, müasirləşdirilməsi probleminin həll edilməsi də Azərbaycan 

Respublikası Prezidenti Heydər Əliyevi düşündürən ən vacib məsələlərdən 

biri idi. 1994-cü il sentyabrın 17-də Azəmeftyanacaq  İstehsalat Birliyi 

müəssisələrində görüşlərində qeyd edirdi ki, sentyabrın 20-də bağlanacaq 

müqavilə neft emalı  sənayesində 70-80-ci illərdə tikilmiş  və indiyədək 

işləyən qurğuların, - yüksək oktanlı benzin istehsal edən «Katalitik 

Krekinq», «Elou-AVT-6» qurğularının müasirləşdirilməsi, avadanlıqlarının 

dəyişdirilməsi üçün lazımi tədbirlər görməliyik».

1

 



Nəhayət, üç ildən çox müddətdə aparılan danışıqlar nəticəsində 1994-cü 

il sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük 

Neft  Şirkəti arasında Bakıda, «Gülüstan» sarayında Xəzər dənizinin 

Azərbaycan sektorunda olan «Azəri», «Çıraq» və «Günəşli» yataqlarından 

birgə neft çıxarılması haqqında ilk neft müqaviləsi imzalandı. Bu müqavilə 

dünyada böyük əks-səda doğurdu. Ona «Əsrin müqaviləsi» adı verildi. 

Müqaviləni imzalayan şirkətlər Amerika Birləşmiş Ştatlarının «Amoko», 

«Yunokal», «Penzoyl», «Ekson», Böyük Britaniyanın «Britiş Petro- 

 

  

                                                 



1

 

Heydər Əliyev. Azərneftyanacaq İstehsalat Birliyində görüşlər. 17 sentyabr 1994-cü il. - Müstəqillimiz əbədidir. 



II kitab, 1997, səh.235

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

225 

 

  



leum», «Remko», Rusiyanın «Lukoyl», Norveçin «Statoyl», Türkiyənin 

«Türk petrolları», Səudiyyə  Ərəbistanmm «Delta», Yaponiyanın «İtoçu» 

şirkətləridir. Bu şirkətlərin iştirakı ilə Neft müqviləsinin həyata keçirilməsi 

üçün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradıldı. 

Azərbaycan Respublikasının Milli Məclisi 1994-cü il dekabrın 2-də 

qəbul etdiyi qərarla neft müqaviləsini təsdiq etdi, onun həyata keçirilməsinə 

icazə verdi. Sazişə  əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti 

adından və onun tapşırığı ilə hökumətin təminatı  və Öhdəlikləri barədə 

1994-cü il noyabrın 15-də imzalanan sənəd qəbul və  təsdiq edildi, onun 

həyata keçirilməsinə icazə verildi. Bu qanun qüvvəyə mindikdən sonra 

Saziş  və 1994-cü il noyabrın 15-də imzalanmış Azərbaycan Respublikası 

hökumətinin təminatı və öhdəlikləri barədə sənəd qanun qüvvəsinə mindi...

1

 

1994 cü il sentyabrın 20-də Bakının «Gülüstan» sarayında Xəzər 



dənizinin  şelfındə neft yataqlarının birgə  işlənməsi haqqında Azərbaycan 

Dövlət Neft Şirkəti ilə xarici neft şirkətlərinin konsorsiumu arasında 

müqavilə imzalanması münasibətilə  təntənəli mərasim keçirildi. Mərasim 

Azərbaycan Respublikası Prezidenti Heydər  Əliyevin nitqi ilə açıldı. 

Prezident, hər  şeydən  əvvəl, mərasimdə  iştirak edən bütün qonaqları, 

cümlədən ABŞ-ın, Rusiya Federasiyasının, Böyük Britaniya Krallığının, 

Türkiyə Cümhuriyyətinin, Norveçin nümayəndə heyətlərini ürəkdən 

salamladı və onlara «Xoş gəlmisiniz» dedi. 

Azərbaycan Respublikası Prezidenti Heydər  Əliyev neft sənayesinin 

zəngin tarixini yığcam  şəkildə qeyd etməklə Azərbaycamn müstəqillik 

qazanması ilə neft sənayesində də yeni bir dövrün, mərhələnin başlandığını 

gostərdi. Bu mərhələdə xalqımız artıq öz təbii sərvətlərindən istifadə etmək 

imkanları qazanmışdı. Azərbaycan Respublikası müstəqil dövlət idi, 

Azərbaycan xalqı öz təbii sərvətlərinin sahibi idi. Bu sərvətlərdən özünün 

istədiyi kimi istifadə edə bilərdi. Xalqın istək və arzulannın həyata 

keçirilməsi, respublikanın gələcəyi Heydər  Əliyevin  əsas qayəsi idi. 

Müqavilənin hazırlanmasının ilk günündən imzalanmasına qədər bütün 

proseslərdə bu qayə onun bütün müddəalarını birləşdirən mərkəzi xətt kimi 

Prezidentin həmişə diqqət mərkəzində olmuşdu. 

 

 



                                                 

1

 



Azərbaycan: Oktyabr 94 - Mart 95. Qəsd. Bakı, 1995 səh. 64 

  

 




Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə