M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə72/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   68   69   70   71   72   73   74   75   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

214 

 

əsrin əvvəllərində Azərbaycan dünyanın neft istehsal edən ən böyük ölkəsi 



olmuşdur. Hələ 1872-ci ildə Azərbaycanda 26 min ton, XX əsrin əvvəlində, 

1900-cü ildə 10 milyon ton neft hasil olunmuşdu ki, bu da Rusiyada 

çıxarılan neftin 95 faizini, dünyada çıxanlan neftin isə 50 faizini təşkil 

etmişdir. Hələ dövrdə xarici ölkələrin neft şirkətləri və yerli sahibkarlar 

Bakıda neft çıxarılması  və emalı ilə  məşğul olmuşdular. Bakı neftindən 

dünyada geniş istifadə edilmişdir. Azərbaycanın neft sənayesinin inkişafı 

Bakının inkişafına ciddi təsir etmişdir, eyni zamanda Bakı şəhərinin ekoloji 

vəziyyətinin pozulmasına, çirklənməsinə  də  səbəb olmuşdu. Neft emalı 

müəssisələrinin tikilməsi Bakıda «Qara şəhər» deyilən yer yaratmışdı. 

Azərbaycanın keçmiş Sovet İttifaqı  tərkibində olduğu dövrdə  də neft 

sənayesinin yeni neft yataqlarının kəşf olunmasında nümunə göstərmişdir. 

Ona görə  də SSRİ vaxtı Rusiya ərazisində  aşkar olunan neft yataqlarını 

«İkinci Bakı», «Üçüncü Bakı», «Dördüncü Bakı» adlandırırdılar. 

Azərbaycan suda, dənizdə suyun dərinliklərində də neft yataqlarının kəşf 

olunması və istifadə edilməsində ilk addımlar atan bir ölkə olmuşdur. Bu bir 

faktdır ki, hələ 1949-cu ildə  Xəzərdə  dənizin dibində neft çıxarılmağa 

başlanılmışdı. Bu dünya təcrübəsində birinci olaraq açıq dənizdən neft 

çıxarılması faktı idi. Xəzər dənizində neft istehsalı  sənayesi yaranmışdı. 

1949-cu ilin noyabrında Xəzərdə ilk neft quyusu fontan vurmuşdu. Bu yer 

əfsanəvi «Neft daşları» adlandırılmışdı. Azərbaycan neftçüəri Xəzərin 

dərinliyindən neft çıxarılmasında böyük təcrübə, nümunə göstərmişdilər. 

1949-cu ildən 1997-ci ilin ortalarına qədər Xəzər dənizindən 420 milyon ton 

neft çıxarılmış, 320 milyard kubmetr qaz hasil edilmişdi.

1

 



1969-cu ildə Heydər  Əliyevin respublikada hakimiyyətə  gəlməsinin 

mühüm əhəmiyyəti, nəticəsi bir də onunla əlamətdar oldu ki, 1970-ci illərdə 

Azərbaycan sənayesinin yenidən qurulması proqramı  işləndi və  həyata 

keçirilməsinə başlandı. Bu illərdə Azərbaycan sənayesinin yenidən 

qurulmasının  əsası qoyuldu və ardıcıl olaraq həyata keçirildi. 1976-cı ildə 

Azər- 


                                                 

1

 



Heydər Əliyev. Xəzər dənizinin Azərbaycan sektorunda xarici şirkətlərlə birgə işlənəcək neft yataqlarındakı 

ilkin neftin çıxarılması münasibətilə «Respublika» sarayında keçirilən mərasimdəki nitqi. - «Azərbaycan» qəzeti, 

14 noyabr 1997-ci il 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

215 

 

baycan SSR sənayesinin  əsas və perspektivli sahələrini inkişaf etdirmək 



proqramı qəbul edildi. Həmin proqramın irəli sürülməsi, hazırlanması, qəbul 

edilməsi və  həyata keçirilməsi vaxt Azərbaycan KP Mərkəzi Komitəsinin 

birinci katibi işləyən Heydər  Əliyevin adı ilə bağlıdır. Bu proqramda 

sənayenin inkişafı, bununla əlaqədar olan bir çox sahələrin kompleks 

şəkildə dirçəldilməsi, yenidən qurulması planı ilə  əlaqəli olaraq 

müəyyənləşdirilirdi. 

Məsələn,  əsasən, Bakıda yerləşən neft sənayesinin perspektiv inkişafı 

həm neft çıxarılması, onun emalı, yeni texnologiya ilə  təmin edilməsi, 

atmosferin çirklənməsinin qarşısının alınması, ekoloji vəziyyətin 

normallaşdırılması  tədbirləri,  şəhərin özünün kompleks şəkildə 

abadlaşdırılması, dövrün tələbləri səviyyəsində quralması və i.a. vəzifələrlə 

əlaqələndirilirdi. Heydər  Əliyev bu işləri həyata keçirərkən keçmiş tarixə 

nəzər salır, Bakıda neft sənayesinin meydana gəlməsi, bununla əlaqədar neft 

emalı qurğularının tikilməsi, onun Azərbaycan xalqına fayda verilməsində 

xidmətini qeyd edirdi. «Bunu ona görə demirəm ki, siz məni təvazökar 

olmayan bir adam kimi qəbul edəsiniz. Ona görə deyirəm ki, siz həqiqəti bir 

daha yadınıza salasınız».

1

 



Eyni zamanda 1970-ci illərdə artıq emal qurğularının getdikcə 

əhəmiyyətini itirdiyini nəzərə alaraq yeni texnoloji planların hazırlanması 

zərurətini irəli sürürdü. Azərbaycan Respublikası Prezidenti 1994-cü il 

sentyabrın 17-də «Azərneft»  İstehsalat Birliyində avtomatik idarəetmə 

mərkəzinin kollektivi ilə görüşündə qeyd edirdi ki, əsrimizin  əvvəlindən 

Bakı  şəhərində tikilmiş neft emalı qurğuları bir tərəfdən Azərbaycanın 

iqtisadiyyatında böyük rol oynamışdısa, digər tərəfdən Bakının bir hissəsini 

«qara şəhər»ə çevirmişdi. 

Beləliklə, Azərbaycan dilində «Qara şəhər» məfhumu meydana gəlmişdi. 

vaxt burada yer də «qara» idi, dənizin sahili də. Burada insanların yaşayışı 

çətinləşmişdi. Heydər  Əliyevin rəhbərliyi ilə hazırlanan Azərbaycan neft 

sənayesinin yenidən qurulması proqramında «Qara şəhər» məsələsinə  də 

xüsusi yer verilirdi. Heydər  Əliyev illərdə görülən işləri yada salaraq 

deyirdi: «Bəli, biz proqramı hazırladıq, mən həmin proqramı irəli sürdüm. 

Mən bu barədə məruzə edərkən, - onu arxivlərdən gö- 

  

                                                 



1

 

Heydər Əliyev. Azərneft Yanacaq İstehsalat Birliyində avtomatik idarəetmə mərkəzinin kollektivi ilə görüşdəki 



nitqi. 17 sentyabr 1994-cü il. - Müstəqilliyimiz əbədidir. II kitab. Bakı, 1997, səh. 241 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

216 

 

türüb baxa bilərsiniz, - «Qara şəhər»in vəziyyətini də təsvir etdim və dedim 



ki, vaxt gələcək, bu «Qara şəhər» qara rəngdən xilas olacaq, burada güllər 

əkiləcək, yaşıllıq, ağaclar olacaq, yaraşıqlı yaşayış binaları tikiləcək və 

insanlar burada yaşamağa can atacaqlar».

1

 



Ötən  əsrin 70-ci illərindən  əsası qoyulan yenidənqurma işlərinin həyata 

keçirilməsi, neft emalı zavodlarının tamamilə yenidən quralması nəticəsində 

«Qara şəhər»in ekoloji problemləri qismən aradan qaldırıldı. Şübhəsiz ki, bu 

tarixi işlər də Heydər  Əliyevin böyük xidməti nəticəsində mümkün 

olmuşdur. 

1970-80-ci illərdə Azərbaycanın neft emalı, neftayırma sənayesinin 

texniki cəhətdən yenidən qurulması, yeni texnologiyanın tətbiq edilməsi ilə 

bu sahə böyük vüsətlə inkişaf etdi. Bu da müstəqil Azərbaycanın neft 

sənayesinin, cümlədən emal sənayesinin inkişaf etdirilməsində  əsas təməl 

oldu. 


Azərbaycanın iqtisadi inkişafının tənzimlənməsində, iqtisadi həyatının 

möhkəm bünövrə üzərində qurulmasında hələ ötən  əsrin 70-80-ci illərində 

Heydər  Əliyevin gördüyü işlər gələcək dövr üçün möhkəm təməl 

qoymuşdur. 

Onun hakimiyyəti illərində respublikamız Sovetlər İttifaqı tərkibində idi, 

müstəqil deyildi. Bütün məsələlər Moskvada planlaşdırılırdı. Belə bir vaxtda 

Heydər  Əliyev Azərbaycan iqtisadiyyatının inkişafı naminə, respublikanın 

iqtisadi gücünün möhkəmləndirilməsi naminə SSRİ-nin sərt idarəçilik 

sistemi çərçivəsində düşünülmüş, əsaslandırılmış quruculuq planları işləyib 

hazırlayır, özünün şəxsi nüfiızu və mövqeyindən istifadə edərək həyata 

keçirirdi. Neft məhsulları istehsalının mühüm sahəsi olan emal sənayesinin 

inkişaf etdirilməsi Heydər  Əliyevin xüsusi diqqət verdiyi sahələrdən idi. 

Çünki bu, neft sənayesinin kompleks inkişaf etdirilməsini təmin edirdi. 70-

ci illərdə SSRİ-də yüksək oktanlı benzin istehsal edən «Katalitik Krekinq» 

qurğusunun tikilməsi müzakirə olunan vaxt Azərbaycan KP MK-nın birinci 

katibi Heydər  Əliyev belə bir qurğunun respublikamızda tikilməsi 

məsələsini Moskvada Sovetlər  İttifaqının bir sıra rəhbərləri qarşısında 

dəfələrlə qaldırmışdı. Həmin qurğunun Bakıda yaradılmasının zəruriliyini 

əsaslandırmağa çalışmışdı. Bütün bunlara baxmaya- 

                                                 

1

 

Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. II kitab. Bakı, 1997, səh. 240-241 



 


Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə