M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə68/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   64   65   66   67   68   69   70   71   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

202 

 

can Respublikasında seçicilərin hüquqi biliklərinin və fəallığının artırılması 



sahəsində əlavə tədbirlər haqqında» 19 avqust 1998-ci il tarixdə imzaladığı 

sərəncamı ertəsi gün mətbuatda dərc edilmişdi. Tam demokratiya, aşkarlıq 

şəraitində keçirilən seçkilərdə beynəlxalq seçki təşkilatlarının, 

respublikamızda fəaliyyət göstərən siyasi partiyaların, müxtəlif təşkilatların, 

ictimaiyyətin nümayəndələrinin iştirakı  təmin edilmişdi. Seçkilərdə 

seçicilərin 3.369.757 nəfəri, yəni 79,18 faizi iştirak etmişdi. Səsvermədə 

iştirak etmiş seçicilərin 2.556.059 nəfəri, yəni 76,11 faizi prezidentliyə 

namizəd Heydər Əlirza oğlu Əliyevə səs vermişdi. Bununla da Azərbaycan 

Respublikası Konstitusiyasının 101-ci maddəsinin ikinci hissəsinə  əsasən, 

səsvermedə iştirak etmiş seçicilərin üçdə ikisindən artıq hissəsinin səslərini 

toplamış Heydər Əlirza oğlu Əliyev Azərbaycan Respublikasının prezidenti 

seçilmişdi. Seçküərin təşkili və keçirilməsi beynəlxalq təşküatların 

nümayəndələri tərəfindən də yüksək qiymənləndirilmişdi.  İnsan hüquqları 

üzrə Britaniya Helsinki qrupunun (İHBHT) Azərbaycanda 1998-ci il 11 

oktyabr prezident seçkiləri haqqında ilkin hesabatında deyilirdi: «1998-ci 

ildə Azərbaycanda keçirilən prezident seçkisi 1993-1995-ci illərdə 

keçirilmiş seçkilərdə buraxılmış nöqsanlardan fərqli olaraq ciddi 

təkmilləşdirmədən xəbər verir».

1

 Ukrayna ümummilli telekanalının 



müxbirləri  İrina  İonova, Sergey Korkuşko və Aleksandr Martinov 

bildirmişdilər ki, «Biz hər hansı bir qanun pozuntusunun və yaxud onlara 

cəhd edilməsinin  şahidi olmamışıq... bütün əhali ilə söhbətlərimiz Heydər 

Əliyevin elektoratının üstünlüyünü açıq-aşkar nümayiş etdirmişdi».

2

 Məşhur 


Rusiya rəssamı Nikas Safronov Heydər Əliyevə müraciətlə demişdi: «Sizin 

kimi insanlar 100 ildə deyil, 1000 ildə bir dəfə doğulur. Bu böyük ölkəni 

düzgün seçim etməsi münasibətilə təbrik edirəm. Mən özüm də buna şadam 

və sevinirəm».

3

 

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə 



demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza 

 

  



                                                 

1

 



«Azərbaycan» qəzeti, 16 oktyabr 1998-ci il

 

2



 

Yenə orada

 

3

Yenə orada



  


M İ L L İ  K İ T A B X A N A

____________________________________

203 

 

yaratdı  və onun inkişafına təkan verdi. Konstitusiya qəbul edilən gündə



noyabrın 12-də Respublika parlamentinə ilk dəfə olaraq çoxpartiyalılıq 

əsasında demokratik seçkilər də keçirildi. Azərbaycan prezidenti ilk 

Konstitusiyanın qəbul edilməsinin milli dövlətçilik tarixində müstəsna 

əhəmiyyətini nəzərə alaraq 1 noyabr 1996-cı il tarixli fərmanı ilə  hər il 

noyabrın 12-nin ölkəmizdə Konstitusiya günü kimi qeyd edilməsini qərara 

aldı.


1

 

Konstitusiyanın geniş kütlələr tərəfindən öyrənilməsi və dərk edilməsinin 



adamların fəaliyyətində mühüm əhəmiyyəti olduğunu nəzərə alaraq həmin 

sənəddə bir sıra tədbirlər həyata keçirilməsi qeyd edilirdi. vaxtdan bu 

fərmanla əlaqədar hər il müəyyən tədbirlər həyata keçirilir. 

Prezidentin fərmanından sonra Təhsil Nazirliyinin xüsusi qərarı ilə ali və 

orta məktəblərdə konstitusiyanın tədrisi yüksək səviyyədə aparılırdı. 

Ümumtəhsil məktəbləri üçün ayrıca dərslik hazırlanmış, nəşr olunmuşdur. 

Tədris planında IX sinifdə «Azərbaycan Respublikası Konstitusiyasının 

əsasları» fənni nəzərdə tutulmuşdur. 

Müstəqil Azərbaycan Respublikasında Konstitusiyanın 

əsas 


prinsiplərindən biri vətəndaş cəmiyyəti yaradılmasının təmin edilməsidir. 

Prezident Heydər  Əliyevin rəhbərliyi ilə respublikada hüquqi islahat 

komissiyası yaradılmasının böyük əhəmiyyəti oldu. Sosial-iqtisadi 

islahatların həyata keçirilməsinin hüquqi bazasını təşkil edən qanunlar qəbul 

edildi. «Konstitusiya Məhkəməsi haqqında», «Məhkəmələr və hakimlər 

haqqında», «Vəkillər və  vəkillik fəaliyyəti haqqında», «Prokurorluq 

haqqında», «Polis haqqında», «Əməliyyat-axtarış  fəaliyyəti haqqında», 

«Notariat haqqında», «Ailə  məcəlləsi», mülki, cinayət, mülki-prosessual, 

inzibati xətalar, cəzaların icrası, gömrük və vergi məcəllələri, 

«Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında», «Əhalinin 

sağlamlığının qorunması haqqında» və s. qanunların qəbul edilməsi 

dövlətçiliyin inkişafı, cəmiyyət həyatında hüquqi normaların bərqərar 

olmasında, hüquqi təminatın inkişafında həlledici əhəmiyyət daşıyır. 

  

                                                 



1

 

Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları (oktyabr-dekabr 1996-cı il). Bakı, 1997, 



səh. 7 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

204 

 

Konstitusiyaya uyğun olaraq dövlət hakimiyyətinin demokratik modeli - 



qanunverici, icra və  məhkəmə hakimiyyətinə bölünməsi modelinin 

təkmilləşdirilməsi və inkişafı prezident tərəfindən təmin edilir. Prezidentin 

29 dekabr 1998-ci il tarixli «Azərbaycan Respublikasının dövlət idarəetmə 

sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyasının yaradılması 

haqqında» fərmanının böyük əhəmiyyəti vardır. Fərmanda göstərilir ki, 

cəmiyyətin demokratikləşməsi və bazar münasibətlərinin daha da inkişaf 

etdirilməsi üçün dövlət idarəetməsində köklü islahatlar aparılması prinsipial 

əhəmiyyət kəsb edir. 

Fərmanda idarəetmə sistemində islahatlar apanlmasının  əhəmiyyəti 

haqqında göstərilir ki, bu sahədə islahatlar dövlət idarəetməsinin 

səmərəliliyini artırmalı, iqtisadiyyatın tarazlaşdırılmış  tənzimlənməsi 

məqsədilə zəruri təsisatların formalaşdırılmasını, ölkə iqtisadiyyatının dünya 

iqtisadi sisteminə inteqrasiya olunmasını sürətləndirmək məqsədilə iqtisadi 

fəaliyyət üçün beynəlxalq standartlara cavab verən idarəetmə sistemi və 

hüquqi baza yaradılmasını  təmin etməlidir. Prezident dövlət idarəetmə 

sistemində islahatların böyük əhəmiyyət kəsb etdiyini və miqyasını  nəzərə 

alaraq özünün rəhbərliyi altında, respublikanın Baş naziri A.Rəsizadənin və 

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri 

R.Mehdiyevin sədr müavinliyi ilə Dövlət Komissiyası yaradılması haqqında 

fərman imzalamışdı.

1

 

Azərbaycan Respublikası Prezidenti Heydər  Əliyevin dövlət idarəçiliyi 



işinin təkmilləşdirilməsi, idarəçilik sistemində mütəxəssislər hazırlanması 

işinin yeni tələblərə uyğun səviyyədə qurulması, dövlət idarəçiliyi sahəsində 

elmi tədqiqatlar aparılması, idarəçiliyin elmi əsaslarla təşkilinin 

möhkəmləndirilməsi məqsədi ilə «Azərbaycan Respublikası Prezidenti 

yanında Dövlət İdarəçilik Akademiyasının yaradılması haqqında» 3 yanvar 

1999-cu il tarixli fərmanının böyük əhəmiyyəti vardır.

2

 

Son illərdə Konstitusiyaya uyğun olaraq Azərbaycanda demokratiyanın 



inkişafında yeni bir idarəçilik institutu - bələdiyyələr yaradılmışdır. 

 

 



                                                 

1

 



Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları (oktyabr-dekabr 1998-ci il).  

Bakı, 1999, səh. 99-101

 

2

Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları (yanvar-mart 1999-cu il).  



Bakı, 1999, səh. 5-12 

  



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə