M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə67/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   63   64   65   66   67   68   69   70   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

199 

 

Hələ 1921-ci ildə beynəlxalq müqavilələrlə Naxçıvana Muxtar 



Respublika statusu verilmişdir. Bu elə bir vaxt idi ki, Naxçıvan  əhalisinin 

varlığı, diyarm özünün taleyi təhlükə qarşısında qalmışdı. 

1918-20-ci illərdə daşnakların silahlı  dəstələri Naxçıvan  əhalisinə 

vəhşicəsinə divan tutur, oranı erməniləşdirməyə  və Ermənistana 

birləşdirməyə çalışırdı. Həmin vaxtda yerli əhali öz nicatını Türkiyədə 

gördü. Türkiyə özü çətin şəraitdə - Yunanıstanla müharibə etdiyi və Antanta 

ağalığına son qoymaq uğrunda mübarizə apardığı vaxtda Naxçıvanı da xilas 

etdi. 


Eyni zamanda Türkiyə Rusiya ilə bağladığı beynəlxalq müqavilədə  də 

Naxçıvanın taleyi qayğısına qaldı. 1921-ci ilin mart ayında Moskvada 

RSFSR -Türkiyə danışıqları aparıldığı vaxt Naxçıvan haqqında da məsələ 

müzakirə edildi. Türkiyə nümayəndəsi kamalçılarla daşnaklar arasında 

müharibə getdiyi vaxtda Naxçıvan  əhalisinin türk əsgərlərini köməyə 

çağırmasını qeydetdi və belə bir bəyanat verdi: «... əhali tərəfindən türk 

qoşunlarının çağırılması faktına görə Naxçıvan Türkiyənin himayəsi 

altındadır. Buna baxmayaraq, o, bu himayəçiliyi Azərbaycana güzəştə 

getməyə hazırdır. Bu şərtlə ki, Azərbaycan bu himayəçiliyi üçüncü dövlətə 

güzəştə getməyəcəyini öhdəsinə götürsün». 

Moskva müqaviləsində Naxçıvan diyarma Azərbaycanın himayəsi 

altmda muxtariyyət statusu verilməsi rəsmiləşdirildi. Eyni zamanda türk 

nümayəndələrinin təklifi ilə müqaviləyə  əlavə edildi ki, Azərbaycanın 

himayəsi altında Naxçıvana muxtariyyət bu şərtlə verilsin ki, «Azərbaycan 

bu protektoratlığı heç bir üçüncü dövlətə güzəştə getməyəcəkdir». 

Moskva müqaviləsi Türkiyə ilə Zaqafqaziya respublikaları arasında 

münasibətləri də müəyyən etdi. Konfransda razılaşdılar ki, Türkiyə ilə 

Zaqafqaziya respublikaları arasında da analoji müqavilə imzalansın. 1921-ci 

il sentyabrın 26-da Qarsda RSFSR-in iştirakı ilə Türkiyə ilə Zaqafqaziya 

respublikaları arasında müqavilə imzalandı. Bu müqavüə Moskva 

müqaviləsinin, demək olar ki, eyni idi. Moskva müqaviləsini həm Sovet 

Rusiyası hökuməti, həm də Türkiyə  tərəfi müvəqqəti bir sənəd kimi yox, 

daimi bir sənəd kimi qəbul etmişdilər. 

  

 



 


M İ L L İ  K İ T A B X A N A

____________________________________

200 

 

Qars müqaviləsi də həmişə öz əhəmiyyətini və qüvvəsini saxlayır. Məhz 



Türkiyənin iştirakı ilə  hər iki müqavilədə (Moskva və Qars müqavilələri) 

Naxçıvanın statusu müəyyən edilmişdir. Bu statusda dəyişiklik etmək 

Türkiyənin iştirakı ilə olmalıdır. Türkiyə buna ciddi əməl edir. Belə ki, 

1992-ci ildə Naxçıvana Ermənistandan təcavüz artdığı zaman Türkiyə 

Cümhuriyyəti prezidenti Turqut Özal və baş nazir Süleyman Dəmirəl 

«Naxçıvandan  əlinizi çəkin» səslərini ucaltdı. vaxt Naxçıvanda işləyən 

Heydər  Əliyev və S.Dəmirəl Ankarada birlikdə bütün dünyanın diqqətini 

Qars müqaviləsinin qüvvədə qalması faktına yönəltmişdi. Heydər Əliyevin 

qeyd etdiyi kimi, onlar dünyaya bəyan etdilər ki, «Naxçıvanı qoruyanlar var, 

Naxçıvandan əllərini çəkməlidirlər». 

Azərbaycan Respublikasının yeni Konstitusiyasında bu tarixilik 

prinsipinin saxlanılması  və möhkəmləndirilməsi Naxçıvanda sülhün və 

əmin-amanlığın saxlanması və qorunmasına mühüm təminatdır. 

Tarixdə ilk dəfə olaraq öz Konstitusiyası vasitəsilə müstəqil Azərbaycan 

dövlətinin  əsasları müəyyənləşdirilir. Yeni Konstitusiyaya əsasən, 

Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. 

Dövlət hakimiyyəti demokratik əsaslarla təşkil edilir. O, üç sütun üstündə 

qurulub. 7-ci maddədə deyilir ki, dövlət hakimiyyəti hakimiyyətlərin 

bölünməsi prinsipi əsasında təşkil edilir. Bu üçlük: Qanunverici 

hakimiyyətdən - Milli Məclisdən;  İcra hakimiyyətindən - Prezident 

hakimiyyətindən; Məhkəmə hakimiyyətindən - Azərbaycan 

məhkəmələrindən ibarətdir. Hər bir hakimiyyətin hüquq və  vəzifələri, 

səlahiyyətləri tam demokratik prinsiplərə riayət edilməsi yolu ilə qanunla 

müəyyənləşdirilir. Hakimiyyətlərin tarazlığı saxlanılır. 

Bir hakimiyyətin başqasından asılı olmaması təmin edilir. Eyni zamanda 

hakimiyyət orqanlarının birinin başqasına nəzarəti də müəyyən edilir. 

«Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması» - 

adlanan 107-ci maddədə Milli Məclisin və  Məhkəmə hakimiyyətinin -

Konstitusiya Məhkəməsinin Prezident üzərində nəzarəti təsbit olunur. Başqa 

maddə ilə Prezidentə qanunlara veto qoymaq hüququ verilir. Konstitusiyada 

Prezidentin parlamenti buraxmaq səlahiyyəti nəzərdə tutulmur. 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

201 

 

12 noyabr 1995-ci ildə  qəbul edilən Azərbaycan Respublikasının 



Konstitusiyası XX əsrdə onun sayca dördüncü Konstitusiyasıdır. Xalqımızın 

keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Xronoloji cəhətdən 1921-

ci ildə Azərbaycan SSR-nin birinci Konstitusiyası, 1937-ci ildə ikinci, 1978-

ci ildə üçüncü Konstitusiyası  qəbul edilmişdir. Yeni Konstitusiya özündən 

əvvəlkilərdən hər cəhətdən köklü surətdə fərqlənir. 

Bu, müstəqil Azərbaycan Respublikasımn Konstitusiyasıdır. Müstəqil 

respublikanın bütün sahələrdə  fəaliyyətini təmin edir, Azərbaycan 

Respublikasında yaşayan hər bir vətəndaşın doğma Konstitusiyasıdır. 

Heydər  Əliyev Konstitusiyanın qəbul edilməsi münasibətilə 24 noyabr 

1995-ci ildə demişdi: «Yeni qəbul olunmuş Konstitusiya Azərbaycanın 

müstəqüliyini, ərazi bütövlüyünü təmin edən Konstitiusiyadır və əminəm ki, 

bu, daimi olacaqdır, xalqımız bu Konstitusiyanın müddəalarından istifadə 

edərək Azərbaycanın dövlət müstəqilliyini  əbədi edəcəkdir. Yeni 

Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, 

demokratik vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsasları yaratmış, 

bütün təminatları vermişdir. Bizim borcumuz bu təminatlardan, 

Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və 

ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların 

hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir».

1

 



Azərbaycan Respublikası Konstitusiyası  əsasında 1998-ci il oktyabrın 

11-də ölkəmizdə Azərbaycan Respublikası prezidentliyinə seçkilər keçirildi. 

Seçkilərin tam demokratik şəraitdə keçirilməsi üçün bütün tədbirlər 

görülmüşdü. Hələ 1998-ci il iyunun 9-da Azərbaycan Respublikasının 

prezidenti Heydər Əliyev «Azərbaycan Respublikası prezidentinin seçkiləri 

haqqında» Azərbaycan Respublikasının Qanununu imzalamışdı  və  həmin 

sənəd mətbuatda dərc edilmişdi. Bu sənəd 10 fəsil, 59 maddədən ibarət olub 

bütün seçki prosesi məsələlərini əhatə edirdi. Prezidentin «Azərbay- 

  

  

                                                 



1

 

Heydər Əliyev. Müstəqillik yollarmda. Bakı, 1997, səh. 309



 


Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə