M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə64/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   60   61   62   63   64   65   66   67   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

190 

 

1995-ci ildə beynəlxalq standartlara cavab verən, demokxatik prinsiplər 



əsasında müstəqil Azərbaycan Respublikası Konstitusiyasının ümumxalq 

səsverməsi (referendum) yolu ilə  qəbul edilməsi və onun əsasında 

demokratik parlament seçkilərinin keçirilməsi ilə dövlət quruculuğu 

sahəsində yeni mərhələ başlandı. Bu mərhələdə dövlət quraculuğunun əsas 

prinsipləri Heydər  Əliyev tərəfindən belə müəyyən edilmişdi: 

«Respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı 

cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir 

plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim 

qəbul etdiyimiz prinsiplərdir».

1

 



Aydındır ki, Azərbaycanda siyasi, iqtisadi, hüquqi, demokratik islahatlar 

həyata keçirilməsində Konstitusiyanın prinsipləri və müddəaları  əsas 

tutulurdu. Bu əsasda da ölkədə bütün sahələrdə islahatlar aparılırdı. 

Demokratik, hüquqi, dünyəvi dövlət qurmaq, Azərbaycan vətəndaşlarının 

Konstitusiyanın müəyyən etdiyi prinsiplər  əsasında azad, sərbəst 

yaşamasını, bütün insan və  vətəndaş hüquq və azadlıqlarının qorunmasını 

təmin etmək üçün şərait yaradılır, demokratik dövlət quraculuğu və yeni 

siyasi-iqtisadi sistemin formalaşdırılması üçün hüquqi-normativ bazanın 

yaradılması istiqamətində  uğurlu işlər həyata keçirilirdi. Konstitusiyanın 

qəbul edilməsindən sonra ali qanunvericilik orqanı olan Milli Məclis 

tərəfindən təkcə beş ildə, yəni 2000-ci ilədək 900-dən çox qanun qəbul 

edilmişdi ki, bu da respublikamızda qanunçuluğun və yeni dövlət 

quruculuğunun hüquqi bazasının yaradılmasının parlaq təzahürü idi. 

Heydər  Əliyev 1995-ci il noyabrın 12-də Konstitusiyanın qəbul 

edilməsini ölkəmizdə dövlət quruculuğunun yeni mərhələsinin başlanması 

kimi qiymətləndirirdi. O, Konstitusiyanın qəbul edilməsindən beş il sonra 

respublikada dövlət quruculuğu sahəsində görülən işləri yekunlaşdıraraq 

demişdi: «1995-ci il noyabrın 12-dən, yəni müstəqil respublikamızın 

Konstitusiyası qəbul olunduqdan və parlament seçkiləri keçirildikdən sonra 

başlanan bu dövr dövlət quruculuğu baxımından,  əlbəttə ki, bizim 

tariximizin ən məhsuldar dövrüdür».

2

 



                                                 

1

 



Heydər Əliyev. Müstəqillik yolu. Seçilmiş fikirlər. Bakı, 1997, səh.8

 

2



 

Heydər  Əliyev. Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcmda. Yeni 2001-ci il, yeni əsr və üçüncü 

minillik münasibətilə Azərbaycan xalqma müraciət. -«Azərbaycan» qəzeti, 30 dekabr 2000-ci il 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

191 

 

Azərbaycanın müstəqilliyinin elan edilməsindən sonra qarşıda duran ən 



mühüm vəzifələrdən biri respublikada hüquqi, demokratik, dünyəvi, 

sivilizasiyalı dövlət quraculuğu proqramının həyata keçirilməsinə nail 

olmaq idi. Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbul 

edilməsi, onun əsasında yeni parlamentin təşkili üçün demokratik seçkilərin 

keçirilməsi dövlət quruculuğu sahəsində strateji proqramın ilk mərhələsi 

oldu. Bunlar Azərbaycanın müstəqil dövlət kimi yaşaması  və 

möhkəmlənməsi məqsədinə uyğun idi. Azərbaycan Prezidenti Heydər 

Əliyev bir tərəfdən Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə qarşı çıxan 

qəsdlərin, təxribatların qarşısını  məharətlə almaqla yanaşı, həm də dövlət 

quruculuğunu möhkəmlətmək və inkişaf etdirmək işinə  rəhbərlik edir, bu 

sahədə qarşıya çıxan maneələrin aradan qaldırılmasında böyük məharət və 

bacarıq göstərirdi. 

Azərbaycanın yeni Konstitusiyasının hazırlanması üçün 1991-ci il 

fevralın 9-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə 74 nəfərdən 

ibarət komissiya yaradılsa da, bu istiqamətdə uzun müddət heç bir əsaslı iş 

görülməmişdi. 

1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının dövlət 

müstəqilliyi haqqında Konstitusiya Aktı» qəbul olunmuşdu. Heydər 

Əliyevin qeyd etdiyi kimi «Bu, çox mühüm bir sənəddir və həmin sənəddə 

Azərbaycanın dövlət müstəqilliyi haqqında çox dəyərli müddəalar var».

1

 

Lakin bu sənədin həyata keçirilməsi ləngimişdi. Çünki dövlət müstəqilliyi 



haqqında Konstitusiya Aktı oktyabrın 18-də  qəbul olunmuşdusa da, onun 

ümumxalq referendumu yolu ilə  təsdiqlənməsi işi gecikdirilmişdi. Yalnız 

1991-ci il dekabrın 29-da belə bir referendum keçirilmişdi. Həm də 

Azərbaycan Respublikasının dövlət orqanları  və Konstitusiya Komissiyası 

müstəqil Azərbaycanın  Əsas Qanununu - Konstitusiyasını yaratmaqla 

məşğul olmamışdı. Bu istiqamətdə Dövlət Komissiyası  tərəfindən heç bir 

addım atılmamışdı. 

O dövrdən 3 il yarımdan çox vaxt keçməsinə baxmayaraq, hələ 

müstəqil Azərbaycanın Əsas Qanunu qəbul edilməmişdi. Müstəqil Azərbay- 

 

 



                                                 

1

 



Heydər Əliyev. Müstəqillik yollarmda. III kitab. Bakı, 1997, səh. 406 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

192 

 

canın Kostitusiyasının yaradılması missiyasını  məhz Heydər  Əliyev öz 



üzərinə götürdü. Bununla da, o, Azərbaycan Respublikasının 

Kostitusiyasının yaradıcısı kimi tarixi missiyanı  uğurla həyata keçirdi. 

Müstəqil dövlətimizin ilk Konstitusiyasının yaradılmasının təşəbbüsçüsü, 

rəhbəri və yaradıcısı məhz Heydər Əliyev oldu. 

1993-cü ilin oktyabrında Azərbaycanda yeni Konstitusiya hazırlanması 

üçün təşəbbüs edilmişdi. Lakin siyasi vəziyyətin gərginləşməsi, xüsusən də, 

1994-cü il oktyabr - 1995-ci il mart hadisələri, eləcə də qarşıya çıxan başqa 

təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi bu təşəbbüsü bir qədər 

ləngitmişdi. Azərbaycanın dövlətçiliyinə qarşı yönəlmiş  qəsdlərin qarşısı 

alındıqdan sonra 1995-ci ilin iyul ayında Milli Məclisin iclasında Prezident 

Heydər  Əliyevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiyasını 

hazırlayan Dövlət Komissiyası  təşkil edildi. Bu komissiyaya görkəmli 

alimlər, hüquqşünaslar və mütəxəssislər, rəhbər işçilər daxil edildi. 1995-ci 

il iyul ayının 5-də Konstitusiya Komissiyasının ilk iclası keçirildi. Aşkarlığı 

təmin etmək üçün Heydər  Əliyev Konstitusiya Komissiyasının birinci 

iclasına üzvlərdən başqa, respublikanın rəhbər vəzifəli  şəxslərini, 

Azərbaycandakı xarici ölkələrin səfirlərini və  mətbuat nümayəndələrini də 

dəvət etmişdi. Prezident öz fəaliyyətində həm də aşkarlığa xüsusi əhəmiyyət 

verirdi. O, qeyd edirdi: «Bu da təsadüfı deyil. Çünki bizim işimiz tam 

aşkarlıq şəraitində keçir. Azərbaycan Respublikasında aşkarlıq, demokratik 

prinsiplər bərqərar olub və  bərqərar olmaqdadır».

1

 Elə  həmin iclasda 



Konstitusiya Komissiyasının qarşısında duran vəzifələr müəyyən edildi. 

Bu vəzifələrə  aşağıdakılar daxil idi: birincisi, Azərbaycan Respublikası 

Konstitusiyasının layihəsini hazırlamaq; ikincisi, Azərbaycan 

Respublikasının Milli Məclisinə seçkilər üçün qannn layihəsini hazırlamaq. 

Konstitusiya Komissiyası  çərçivəsində Azərbaycan Parlamentinə seçkilər 

üçün qanun layihəsinin hazırlanması onunla əlaqədar idi ki, parlament 

seçkilərinə aid müddəalar mahiyyətcə Konstitusiyanın bir hissəsini təşkil 

etməli idi. Digər tərəfdən, parlament seçkilərinin vaxtı artıq müəyyən 

edilmişdi. Ona görə də «Seçkilər haqqında» Qanun vaxtında hazır olmalı idi 

 

 



                                                 

1

 



Heydər Əliyev. Müstəqillik yollarında. III kitab, Bakı, 1997, səh. 408 

  

 




Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə