M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə60/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   56   57   58   59   60   61   62   63   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

178 

 

tyabrın 29-da Azərbaycan Respublikasının iki dövlət xadiminə qarşı Sovetin 



sədr müavini Afiyəddin Cəlilova axşam saat 21.30-da, Prezident yanında 

Xüsusi idarənin rəisi  Şəmsi Rəhimova isə axşam saat 23.30-da terror aktı 

təşkil edildi, onlar amansızcasına, vəhşicəsinə  qətlə yetirildilər. Bu itkilər 

xalqın, respublikanın itkisi idi, ona görə  də hamını sarsıtdı. Azərbaycan 

prezidenti Heydər Əliyev 1994-cü il oktyabrın 3-də respublika televiziyası 

və radiosu ilə xalqa müraciət etdi. 

Azərbaycan prezidenti sentyabrın 25-dən 30-dək Amerika Birləşmiş 

Ştatlarında - Nyu-Yorkda işgüzar səfərdə idi. Azərbaycanın daxili və xarici 

siyasəti, onun beynəlxalq aləmdə tutduğu mövqeyi barədə  həqiqətləri 

dünyaya çatdırmaqla məşğul idi.

1

 BMT Baş  Məclisinin 49-cu sessiyasında 



çıxış etməyə gedərkən terror aktı haqqında ona məlumat verildi. Bu xəbər 

onu çox üzdü, sıxdı, eyni zamanda səfərbər etdi. Bu hadisə ilə bağlı 

Prezident Nyu-Yorkda bəyanat verdi. Bakıya qayıtdıqdan sonra, oktyabrın 

2-də axşam saat 8-dən səhər saat 7-dək respublikada yaranmış böhranlı 

vəziyyətlə məşğul olub. 1994-cü il oktyabrın 3-də respublika televiziya və 

radiosu ilə  çıxış etdi. Həmin gün axşamdan xeyli keçmiş respublikada 

fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə görüş keçirdi. Oktyabrın 

4-də dünyanın bütün dövlətlərinə, hökumətlərinə  və beynəlxalq 

təşkilatlarına müraciət etdi. Həmin müraciətdə deyilirdi: «Bu çətin 

dəqiqələrdə  mən sizə müraciət edərək hamınızı Azərbaycanın qarnıni 

rəhbərliyini, onun xalqının müstəqülik və suverenliyini qorumaq, zorakılıq 

və irticanın təntənəsinə yol verməmək naminə bütün imkanlarınızdan 

istifadə etməyə çağırıram».

2

 



Heydər  Əliyev bu cinayət aksiyalarının - terrorların məqsəd və 

vəzifələrini açıqlayıb göstərirdi ki, bu adi bir terror hadisəsi deyil, müstəqil 

Azərbaycan Respublikasına, Azərbaycan dövlətinə qarşı yönəldilmiş siyasi 

terrordur.

3

 

Bu terror aksiyaları respublikamızda hamını sarsıtdı. Dünyada da qəzəblə 



qarşılandı. Afiyəddin Cəlilovun və  Şəmsi Rəhimovun vəhşicəsinə  qətlə 

yetirilməsi Azərbaycanda və onun hüdudlarından kənarda dərin 

 

 

                                                 



1

 

Azərbaycan 1994; Milli dövlətçilik sınaq qarşısında. I hissə. Bakı, 2002



 

2

 



Azərbaycan. Oktyabr 94 - Mart 95. Qəsd. Bakı, 1995, səh.99

 

3



 

Yenə orada, səh.132 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

179 

 

qəzəb və hiddətə  səbəb oldu. Azərbaycanın müxtəlif rayonlarından 



göndərilən yüzlərlə teleqramda naməlum cinayətkarların ölkədə sabitliyi 

pozmaq, onun iqtisadi və siyasi suverenliyini buxovlamaq, belə çirkin 

niyyətlərlə qan axıtmaq cəhdləri qətiyyətlə  lənətlənir və  mərhumların 

ailələrinə dərin hüznlə başsağlığı verilirdi. 

Bu cinayətlər siyasi terror idi. Təkcə ayrı-ayrı adamların həyatına qarşı 

deyil, bütün Azərbaycanın müstəqilliyinə qarşı yönəldilmiş siyasi terror idi. 

Hətta cinayətkarlar Prezidentə qarşı da terror təşkil etmişdilər, onun 

həyatma sui-qəsd törətməyə hazırlaşmışdılar. Heydər  Əliyev terrorçulara 

cavab olaraq deyirdi: «... Xalq bilsin ki, mən Azərbaycanın müstəqilliyi 

uğrunda, Vətənimizin suverenliyi uğrunda, torpaqlarımızın bütövlüyü 

uğrunda var qüvvəmlə çalışmışam və heç bir terrordan, heç bir hədə-

qorxudan vahiməyə düşüb geri çəkilməyəcəyəm».

1

 

Dünyanın böyük dövlətlərindən Prezident Heydər Əliyevə terror aktının 



qurbanları ilə bağlı başsağlığı teleqramları  gəlirdi. ABŞ prezidenti Uilyam 

B.Klinton yazırdı: «Hörmətli Prezident! Parlament vitse-spikeri Afiyəddin 

Cəlilovun, Prezident yanında Xüsusi idarənin rəisi  Şəmsi Rəhimovun və 

digər günahsız qurbanların qətlə yetirilməsi ilə bağlı keçirdiyim dərin 

üzüntüləri Sizə izhar etmək istəyirəm. Sizinlə Nyu-Yorkda keçirdiyimiz 

məhsuldar görüşdən sonra baş vermiş bu hadisə məni çox məyus etdi. Xahiş 

edirəm, həlak olanların ailələrinə mənim adımdan başsağlığı verəsiniz. 

 

Səmimiyyətlə, Uilyam B.Klinton. ABŞ Prezidenti» 

 

Dövlət çevrilişinə  hələ avqust-sentyabr aylarında hazırlıq aparılırdı. 



Azərbaycan mətbuatında, xarici mətbuatda da çevrilişin hazırlanması, onun 

gözlənilməsi barədə yazılar verilirdi. Bu yazılarda Surət Hüseynovun və 

Rövşən Cavadovun adları qeyd edilirdi. Sonrakı hadisələrin gedişi göstərdi 

ki, qəsd həqiqətən onlar və onların  ətrafındakı  dəstələr tərəfindən 

hazırlanmışdır. Bu məlumatlar, açıqlamalar Prezideııt Heydər  Əliyevin 

1994-cü il martın 15-də xalqa müraciətində  və  həmin il martın 17-də 

prezident yanında keçirdiyi müşavirədə qeyd edilmişdi. Ümumiyyətlə, 

  

  



                                                 

1

 



Azərbaycan: Oktyabr 94 - Mart 95. Qəsd. Bakı, 1995, səh. 152-153

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

180 

 

3-4 oktyabr hadisələrinin səbəb və  məqsədləri, həqiqi və obyektiv qiyməti 



ilk dəfə Azərbaycan Prezidenti Heydər  Əliyev tərəfindən oktyabrın 4-də 

milli televiziya ilə xalqa müraciətində,

1

 oktyabrın 4-dən 5-nə keçən gecə 



onun çağırışı ilə Prezident Aparatının qarşısında toplanmış mitinqdə  və 

oktyabrın 5-də Azadlıq meydanmda keçirilən ümumrespublika mitinqindəki 

çıxışlarmda verilmişdir. Onun nitqləri, çıxışlan, müraciətləri çox qiymətli 

sənədlərdir. 1994-cü il noyabrın 28-də keçirilən ümumxalq nümayəndələri 

toplantısında söylədiyi giriş sözündə qeyd edirdi ki, oktyabrın 4-dən 5-nə 

keçən gecə, oktyabrın 5-də mən öz çıxışlanmda hadisələrə məhz günə bəlli 

olan məlumatlar əsasında qiymət verdim, fikirlərimi bildirdim.

2

 



Oktyabrın 2-də axşam saat 8 radələrində Daxili İşlər Nazirliyinin Xüsusi 

Təyinatlı Polis Dəstəsinin bir qrup üzvü Mahir Cavadovun başçılığı ilə 

Azərbaycan Respublikası Prokurorluğunun binasına silahlı basqın etdi. Baş 

prokurorun otağına girərək, ona ağır fiziki xəsarət yetirdilər. Bu da 

dövlətçiliyə qarşı yönəldilən cinayətlərin bir həlqəsi idi. 

Çevriliş cəhdinin planlı şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdu və 

Azərbaycanın müxtəlif yerlərindən başlanmalı idi. Əsas qayrıar nöqtələr 

Bakı, Gəncə və Lənkəran idi. Hər üç mövqe arasında əlaqə yaradılaraq eyni 

mərkəzdən idarə edilirdi. Oktyabrın 4-də  Gəncə  şəhərində hakimiyyəti 

silahla  ələ keçirmişdilər. Yevlax və Qazaxda da hakimiyyəti  ələ keçirmək 

üçün cəhdlər, təşəbbüslər edilirdi. Gəncədə  və  ətraf rayonlannda baş nazir 

Surət Hüseynovun rəhbərliyi ilə onun yüzlərlə tərəfdarı fəaliyyət göstərirdi. 

Ancaq bu fakt məlum idi ki, Respublika Prokurorluğu zəbt olunanda 

Rövşən Cavadov Surət Hüseynova telefon edərək bildirmişdi ki, «mən 

Prokurorluğu götürdüm, siz də gedin Ali Soveti və Prezident Aparatını 

götürün». Ondan sonra bir daha prokurorluqdan, baş prokuroran 

kabinetindən telefon edib Surət Hüseynova demişdi ki, «biz hərəkət etmişik, 

siz niyə gecikirsiniz». (Martın 17-də Prezident Heydər  Əliyevin yanında 

müşavirədə Heydər Əliyevin çıxışından)

3

 



«...Ən nəhayət, oktyabrın 4-də mən televiziya ilə xalqa birbaşa müraciət 

edəndən sonra yüz minlərlə adam Prezident Aparatının qarşısına 

                                                 

1

 



Azərbaycan: Oktyabr 94 - Mart 95. Qəsd. Bakı, 1995, səh. 152-153

 

2



 

Yenə orada, səh. 270

 

3

 



Yenə orada. səh. 470 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə