M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə58/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   54   55   56   57   58   59   60   61   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

172 

 

Milli Məclisin iyun ayının 16-da qəbul etdiyi qərarda deyilirdi: «1993-cü 



il iyunun 4-də  Gəncə  şəhərində baş vermiş qanlı hadisələr Azərbaycan 

Respublikasının prezidenti Əbülfəz Elçibəyin və digər yüksək vəzifəli 

şəxslərin  əvvəlcədən xüsusi düşünülmüş  və planlaşdırılmış siyasətinin 

nəticəsi hesab edilsin, onlar tərəfindən Azərbaycan Respublikasının 

Konstitusiyasının və qanunlarının kobud surətdə pozulması kimi 

qiymətləndirilsin».

1

 Azərbaycan Konstitusiyasının 121-ci maddəsində 



prezident haqqında, prezidentin statusu haqqında, prezidentin vəzifəsi 

haqqında müddəalarda göstərilir ki, «əgər prezident Konstitusiyanı, 

respublikanın qanunlarını pozarsa, o, vəzifəsindən kənar oluna bilər». 

1993-cü il iyunun 24-də Azərbaycan Respublikasının Milli Məclisinin 

qərarı ilə Azərbaycan Respublikası prezidentinin səlahiyyətləri Azərbaycan 

Respublikası Ali Sovetinin sədrinə verildi. 

Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərinin həyata keçirən 

Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 2 iyul 1993-

cü il tarixli bəyanatında deyilirdi: «Azərbaycan Respublikası adından bəyan 

edirəm ki, Azərbaycan dövlətinin daxili və xarici siyasətində heç bir 

dəyişiklik baş verməyəcəkdir. Bildirirəm ki, Azərbaycan demokratiya, 

siyasi plüralizm və azad iqtisadiyyat yoluna davam edəcəkdir. Azərbaycan 

dövləti insan hüquqlarına və bütün beynəlxalq hüquq normalarına riayət 

edəcək, respublikamızda başlanmış demokratik islahatlar bundan sonra daha 

geniş və sürətlə həyata keçiriləcəkdir. Dünya dövlətləri ilə bərabərhüquqlu 

və qarşılıqlı faydalanma prinsipləri əsasında başlanmış iqtisadi əməkdaşlıq 

davam etdiriləcək, ayrı-ayrı xarici şirkətlərlə imzalanması nəzərdə tutulmuş 

bütün müqavilələrlə bağlı götürülmüş öhdəliklər sivilizasiya normaları 

çərçivəsində yerinə yetiriləcəkdir. Ölkəmizin daxili ictimai-siyasi vəziyyəti 

sabitləşdikcə, həmin məsələlərlə daha fəal məşğul olmağa imkan 

yaranacaqdır». 

Milli Məclisin prezident səlahiyyətlərini Heydər  Əliyevə verməsinə 

baxmayaraq, o, Azərbaycan Respublikasının demokratik imicini saxlamaq 

naminə yenə də demokratik yolla hərəkət edir, dünya təcrübəsindən isti- 

                                                 

1

 



Azərbaycan Respublikası Milli Məclisinin Arxivi. Fond 2491, siyahı 1, iş 216, vərəq 29 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

173 

 

fadə edərək  Əbülfəz Elçibəyin prezident vəzifəsində qalması haqqında 



referendum keçirilməsini müdafiə  edirdi. Heydər Əliyev Milli Məclisin 29 

iyun tarixli iclasında bu məsələ ilə  əlaqədar qeyd edirdi ki, Məclis 

üzvlərinin bu təklifləri qanunauyğundur,  əsaslıdır və  məntiqidir. Ancaq 

bəlkə demokratiyanın Azərbaycanda geniş surətdə  bərqərar olduğunu bir 

daha nümayiş etdirək. Onun təklifi ilə Milli Məclis iyunun 29-dakı iclasında 

referendum keçirilməsi haqqında qərar qəbul edildi. Avqustun 29-da 

prezident  Əbülfəz Elçibəyə etimad haqqında referendum keçirildi. 

Referendumda iştirak edənlərin 97,5 faizi prezidentə etimadsızlıq 

göstərdilər. 

Demokratiyadan dəm vuran, özlərini demokratiya tərəfdarları kimi 

qələmə verən Xalq Cəbhəsi referendumu boykot etmək üçün mitinq 

çağırmışdı. Bunlar hamısı Azərbaycanda sabitlik yaratmağa, demokratiyanı 

genişləndirməyə qarşı yönəldilən tədbirlər, beynəlxalq hüquq normalarının 

Azərbaycanda həyata keçirilməsinə qarşı yönəldilən açıq pozuculuq 

fəaliyyətindən başqa bir şey deyildi. 

Azərbaycan Respublikası prezidentinin vəzifəsini icra edən Heydər 

Əliyev Milli Məclisin 29 sentyabr 1993-cü il tarixli iclasında Milli Məclisin 

üzvü  İbrahim  İbrahimovun böhtançı  çıxışına cavab olaraq demişdi: 

«Referendum dünya təcrübəsində müəyyən mühüm məsələləri dövlət 

səviyyəsində həll etmək üçün, xalqın rəyini öyrənmək üçün ən demokratik 

yoldur,  ən demokratik tədbirdir. Bundan da demokratik tədbir yoxdur. Bu 

referenduma da biz birdən-birə getmədik. Azərbaycanın prezidenti Əbülfəz 

Elçibəy öz iş yerini qoyub qaçdı. Bunları mən dəfələrlə demişəm. Bu sözləri 

deməkdən yoruldum, amma siz məni təkrar deməyə məcbur edirsiniz. Əgər 

çıxıb gedibsə, respublikanı başsız qoyubsa, deməli nə isə etmək, bir iş 

görmək lazımdır. Yoxsa Əbülfəz Elçibəy peyğəmbər idi ki, biz onsuz 

yaşaya bilmirdik? Ya gəlib prezidentliyini etməli idi, ya da ki xalqı bu 

vəziyyətdə qoymamalıydıq.  İyunun 17-də qaçıb getdi, avqustun 29-da isə 

referendum keçirildi. Bir təsəvvür edin, iki ay yarım xalq bu vəziyyətdə 

qaldı.  İndi də deyirsiniz ki, antikonstitusion yol ilə hakimiyyətə  gəliblər. 

Burada heç kəs konstitusiyaya zidd yolla hakimiyyətə gəlməyib. Əgər məni 

deyirsinizsə, məni siz özünüz gətirmisiniz». 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

174 

 

«Mən var qüvvəmlə çalışdım ki, Əbülfəz Elçibəy qayıdıb gəlsin. Amma 



gəlmədi. Biz bütün dünyanın təcrübəsindən istifadə etdik. Hamı dedi ki, 

referendum olmalıdır. Referendum da keçirildi. Referendumdan sonra 

prezident seçkiləri təyin etdik. Mən Xalq Cəbhəsinə müraciət etdim. 

Əbülfəz Elçibəyə televiziya ilə müraciət etdim ki, prezident seçkilərində 

yenə  də  iştirak etsin». Heydər  Əliyev üzünü İbrahim  İbrahimova tutaraq 

«Siz də,  İbrahim bəy, iştirak edin, Ədalət Rəhimov da iştirak eləsin, 

başqaları da. Kimlər istəyirsə, iştirak etsinlər. Bəs niyə  iştirak etmirsiniz? 

İndi də başlamısınız ki, bəli, biz prezident seçkilərini pozmaq istəyirik».

1

 

1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasında növbədənkənar 



keçirilən prezident seçkilərində Heydər Əliyev Azərbaycan Respublikasının 

prezidenti seçildi. Seçkilər tam demokratik əsaslarla, dünya təcrübəsinə 

uyğun aparılmışdı. Seçkilər altemativ əsaslarla keçirilmişdi. Prezidentliyə üç 

namizəd irəli sürülmüşdü:  Əbilov Kərrar Salman oğlu,  Əliyev Heydər 

Əlirza oğlu və Tağıyev Zakir Mahmud oğlu. 

Səsvermə tam aşkarlıq  şəraitində keçirilmiş, beynəlxalq təşkilatların, 

xarici ölkələrin nümayəndələrinin geniş  iştirakı  şəraitində aparılmışdı. 

Heydər  Əlirza oğlu  Əliyevin lehinə 3.919.923 nəfər, seçicilərin 98,8 faizi 

səs vermişdi. Böyük səs toplamaqla Heydər  Əliyev Azərbaycan 

Respublikasının prezidenti seçilmişdi. 

Oktyabrın 10-da «Respublika sarayın»da Azərbaycan Respublikasının 

prezidenti Heydər  Əlirza oğlu  Əliyevin andiçmə  mərasimi keçirildi. 

Azərbaycan Respublikasının Prezidenti Heydər  Əliyev mərasimdə böyük 

nitq söylədi, Vətənə, dövlətə, xalqa sədaqət andı içdi. 

Böyük tarixi sənəd olan bu nitqdə Azərbaycanın düşdüyü böhranlı 

vəziyyət, respublikanın başına gələn bəlaların səbəbləri açüır, onların aradan 

qaldırılması sahəsində qarşıda duran vəzifələr qeyd edilir və ölkənin daxili 

və xarici siyasətinin  əsas istiqamətləri göstərilirdi. Bu həm də prezidentin 

böyük xalq etimadına cavab andı idi. Prezident Heydər Əliyev de- 

  

  



                                                 

1

 



Heydər Əliyev. Azərbaycan Respublikası Milli Məclisinin iclasında Respublikada qanunsuz həbslər olub-

olmaması haqqında məsələnin müzakirəsi ilə bağlı çıxış. 29 sentyabr 1993-cü il. Müstəqilliyimiz əbədidir. I kitab. 

Bakı, 1994, s.192

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə