M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə44/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   40   41   42   43   44   45   46   47   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

131 

 

Özümdən asılı olmayaraq: 



- Çox nahaq, - dedim. - Onun yerinə olsam, foyedə  Əliyevin qoluna 

girərəm, o  baş-bu başa gedib-gələrəm, ikicə sual verərəm: «Heydər 

Əliyeviç, səhhətiniz necədir? Nəyə ehtiyacınız var? Axı, xalqımızın 

tanınmış  ağsaqqalı, nüfuzlu bir oğludur. Ağsaqqal sözünə  həmişə 

ehtiyacımız olub».

1

 



Parlamentdə onun çıxışı hay-küylə qarşılandı. Danışmağa imkan 

vermirdilər, lakin heç nə möhkəm iradəli deputatı sındıra bilmədi. Cəsarətlə, 

təmkinlə, mübariz əhvali-ruhiyyədə öz fikirlərini söylədi. Deputat 

V.P.Polyaniçkonun DQMV-də  vəziyyəti normal hala salmaq haqqında 

məlumatından sonra, 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin 

on ikinci çağırış birinci sessiyasında 340 №-lı Nehrəm seçki dairəsindən 

seçilmiş deputat Heydər  Əliyev müzakirə edilən məsələ haqqında olduqca 

ciddi çıxış etdi. DQMV-də yaranmış  gərgin vəziyyətin köklərini açıb-

göstərdi: «Uzun sürən erməni təcavüzünün qarşısını almaq üçün İttifaq 

dövləti, birinci növbədə  şəxsən M.S.Qorbaçov və respublika rəhbərliyi 

tərəfindən qəti tədbirlər görülməmişdir 

3 ildir ki, Azərbaycan SSR Sovetinin sessiyasında DQMV-də  vəziyyət 

haqqında  ətraflı, dərin, lazımi səviyyədə  məsələ müzakirə olunmayıb, 

səmərəli tədbirler görülməyib».

2

 

Heydər  Əliyevin Azərbaycan Respublikasının 12-ci çağırış birinci 



sessiyasında çıxışı (7fevral 1991-ci il) mühüm əhəmiyyətli bir tarixi 

sənəddir. İlk dəfə olaraq bu sənəddə 1988-ci ildən başlayaraq Azərbaycanda 

baş verən siyasi hadisələrə düzgün qiymət verilirdi. Heydər  Əliyev Sovet 

İttifaqında və Azərbaycanda mövcud olan vəziyyət haqqında öz fikir və 

təkliflərini Ali Məclisə çatdırdı. Heydər  Əliyevin çıxışında irəli sürülən 

fikirlər bütün ölkədə siyasi, iqtisadi və dövlət üsuli-idarəsinin keçirdiyi 

böhranı  dərk etməyə kömək etdi. Yaranmış  vəziyyətin səbəblərini açıb 

göstərdi: «Hər  şeydən  əvvəl, keçmişdə müxtəlif vaxtlarda buraxılmış 

səhvlərin də rolunu qeyd etməklə əsas səbəblər «perestroyka» adlandır- 

                                                 

1

 

Qətiyyətin təntənəsi. Bakı, 1995, səh.97



 

2

 



Həyat» qəzeti, 9 fevral 1991; «Vətən səsi» qəzeti, 27 fevral 1991; Qətiyyətin təntənəsi, səh.101-109 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

132 

 

dığımız dövrdə  həyatımızın bütün sahələrində buraxılmış ciddi, kobud və 



bağışlanmaz səhvlərdir. Təəssüf ki, bunların üstü ört-basdır edilir, rəsmi 

dairələr və kütləvi informasiya vasitələri ancaq keçmişi atəşə tuturlar. Tam 

qətiyyətlə demək olar ki, 1985-ci ildə başlanmış  dəyişikliklərin, siyasi və 

iqtisadi  əsaslarla işlənib-hazırlanmış uzunmüddətli strategiyası  və  tələm-

tələsik şəkildə həyata keçirilmiş, bəzən bir-birinə zidd olan tədbirlər təbiidir 

ki, müsbət nəticə verməmişdir.»

1

 Bu səbəblər sırasında milli siyasət 



sahəsində buraxılmış böyük səhvlərin ölkənin bir çox respublikalarında 

faciəli vəziyyət yaratması da göstərilirdi. Çünki bu siyasət nəticəsində 

müttəfiq respublikaların hüquqları tapdalanmış, mərkəzin imperiya siyasəti 

ağır nəticələr vermişdi. Cəmiyyəti fəlakət həddinə  gətirib çıxarmışdı. 

Heydər  Əliyev göstərdi ki, ölkədə yaranmış  vəziyyətin günahkarları 

hakimiyyətdə olan Kommunist Partiyasının Mərkəzi Komitəsi, cümlədən 

partiya və dövlət hakimiyyətini  ələ keçirmiş Qorbaçovdur. Ölkədəki 

vəziyyətə Heydər Əliyev qiyməti mühüm elmi, siyasi əhəmiyyət daşıyırdı. 

Heydər Əliyev öz çıxışında Dağlıq Qarabağ «probleminin» yaradılması, 

onun tarixi torpaqların ermənilər tərəfindən  ələ keçirilməsi və onun 

səbəblərinin təhlilinə mühüm yer verirdi. 1988-ci ildə Dağlıq Qarabağ 

məsələsi qaldırılan vaxt Azərbaycan hökuməti qarşısını ala bilərdi. 

Qorbaçov və onun ətrafında olan erməni müşavirləri, erməni mülətçiləri 

Azərbaycanın bacarıqsızlığından, zəifliyindən və xəyanətindən istifadə edib 

vəziyyəti daha da gərginləşdirdi. 

Heydər  Əliyev ilk günlərdən Dağlıq Qarabağ «məsələ»sində  Mərkəzin 

xəyanətkar addımlarının xronikasını və Azərbaycan rəhbərliyinin səhvlərini 

şərh etmişdi. 

1988-ci il mart ayında Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi 

Komitəsi və SSRİ Nazirlər Soveti Dağlıq Qarabağın siyasi, iqtisadi-siyasi 

inkişafına dair qərar qəbul etmişdi. 

Heydər  Əliyev bu qərarı Azərbaycan Respublikasının, necə deyərlər, 

kürəyinə sancılmış ox kimi qiymətləndirirdi. Həmin qərar Ermənistana 

Dağlıq Qarabağın işlərinə qarışmağa ixtiyar verirdi. O qərarın qəbul 

 

                                                 



1

 

Azərbaycan Respublikası Milli Məclisinin Arxivi, fond 2941, siyahı la, iş 239, vərəq 104



 


M İ L L İ  K İ T A B X A N A

____________________________________

133 

 

olunmasına yol vermək olmazdı. Sonra SSRİ Sovetinin Rəyasət Heyətinin 



sessiyasında (iyul 1988-ci il) Qarabağ  məsələsi müzakirə olunan vaxt 

Azərbaycan deputatları ilə yanaşı, Ermənistan deputatları da eyni hüquqla 

iştirak edirdilər.  Bu  da  səhv idi. Sonra A.Volski idarə-üsulu Dağlıq 

Qarabağı Azərbaycandan tamamilə ayırmağı təmin etdi. 

Həmin sessiyada A.Volski, Z.Balayan, Poqosyan, Dadamyan da 

Azərbaycandan deputat hüququ ilə  iştirak edirdilər. «Onlar orada bizim 

Azərbaycana daha da böyük xəyanət etmək üçün böyük hüquqlara» malik 

olduqlarını göstərirdilər.

1

 

Heydər  Əliyev Azərbaycan Respublikası Ali Sovetinin birinci 



sessiyasında Dağlıq Qarabağ haqqında danışmaqla Azərbaycan tarixi üçün 

daha bir həqiqəti aşkar etdi. Azərbaycan tarixən ermənilər tərəfindən işğal 

edilməsi faktlarını meydana çıxardı. Hələ 1918-ci ildən Ermənistan 

Respublikasının Azərbaycan fasilələrlə  ələ keçirməsi nəticəsində 

Azərbaycan ərazisi 1918-ci ildəki 114 min kvadrat kilometr sahədən 1990-cı 

ildə 86 min kvadrat kilometrədək azaldığını qeyd etdi. Qeyd etmək lazımdır 

ki, torpaq məsələsi Heydər  Əliyev tərəfindən Naxçıvan Muxtar 

Respublikasının Ali Məclisində bundan əvvəl də müzakirə edilmişdi. 

Müzakirədə  aşkar edilmişdi ki, 1929-cu ildən sonra Naxçıvan Muxtar 

Respublikasının ərazisindən 625 kvadrat kilometr torpaq sahəsi, yəni 6 kənd 

Ermənistana verilmişdir. Bu da 62 min hektar kənd təsərrüfatına yararlı idi.

2

 



Buna baxmayaraq, Naxçıvan həmişə öz torpaqlarını müdafiə    etmiş, son 

dövrdə ərazi bütövlüyünü qoruyub saxlamışdır. 

Heydər  Əliyev torpaq məsələsinin xalqımızın tarixində  əsas amal 

olduğunu göstərdi. «Əsrlər boyu Vətən, torpaq anlayışı xalqımızın 

ləyaqətini, mənliyini,  şərəfini  əks etdirmişdir. Xalq öz müqəddəsliyini 

qorumaq üçün onun uğrunda ölüm-dirim mübarizəsi aparmışdır, ulu 

babalarımız Vətən torpağının hər bir qarışını namus simvolu kimi qorumuş, 

onun yolunda canlarını və övladlarını qurban verməkdən çəkinməmişdir».

3

 

                                                 



1

 

Azərbaycan Respublikası Milli Məclisinin Arxivi, fond 2941, siyahı la, iş 239, vəraq 85



 

2

 



Yenə orada, vərəq 96

 

3



 

Yenə orada

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə