M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə20/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   16   17   18   19   20   21   22   23   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

61 

 

Mənəvi tərbiyənin aktual problemləri və  təcräbəsi üzrə Ümumittifaq 



konfransının Bakıda keçirilməsi Heydər  Əliyevə böyük etimad və yüksək 

ınfadəsi idi. Bu fakt respublikamızda həyata keçirilən geniş miqyaslı 

quruculuq və tərbiyə işləri təcrübəsinin SSRİ miqyasında etiraf edilməsi və 

öyrənilməsi əhəmiyyəti daşıdığını göstərirdi. 

Konfransın son iclasında Heydər  Əliyev göstərirdi ki, konfransın 

gedişində Azərbaycanda görülən işlər, bizim təcrübəmizin  əhəmiyyəti 

haqqında ünvanımıza xeyli səmimi, ürəkdən gələn sözlər deyildi. Bunlar 

həm də gələcəkdə işimizin daha da yaxşılaşdırılmasına kömək olacaqdır.

1

 

Azərbaycan illərdə həm də elmi mərkəzə çevrilmişdi. 



1977-ci il mayın 28-də Bakıda beynəlxalq konfrans keçirilir. Konfransda 

70 ölkənin nümayəndəsi iştirak edirdi. Bu konfrans bütün beynəlxalq birlik 

üçün böyük siyasi əhəmiyyəti olan hadisə idi. Konfransda «Böyük Oktyabr 

Sosialist İnqilabı və Asiya, Afrika, Latm Amerikası xalqlarının milli-azadlıq 

hərəkatı» mövzusunda əsas məruzə ilə Heydər  Əliyev çıxış etdi. Heydər 

Əliyevin məruzəsində Asiya, Afrika və Latm Amerikası ölkələrində dövrdə 

inqilabi prosesləri öyrənmək üçün bir sıra yeni nəzəri və elmi müddəalar 

irəli sürülürdü. 

Bu tarixi reallıqdır ki, Azərbaycan xalqı  bəşər tarixinə görkəmli 

şəxsiyyətlər - elm, mədəniyyət və ictimai-dövlət xadimləri vermişdir. 

Belə şəxsiyyətlərin xidmətlərini, tarixdə rolunu göstərmək, onların adını 

əbədiləşdirmək, bütün xalqa və  gələcək nəsillərə tanıtmaq Heydər  Əliyevə 

xas olan nəcib və yüksək keyfiyyətlərdəndir. Azərbaycanın görkəmli 

şəxsiyyətlərinin fəaliyyətinin üzə  çıxarılması, adlarının  əbədiləşdirilməsi 

onun şəxsi təşəbbüsü, böyük və tarixi xidmətidir. 

Respublikada görkəmli  şəxslərin, elm, təhsil və  mədəniyyət ocaqlarının 

yubileylərinin keçirilməsi böyük tarixi hadisəyə çevrilmişdi. Şəxsən Heydər 

Əliyevin təşəbbüsü və rəhbərliyi ilə N.Nərimanovun anadan olmasının 100 

illiyi, İmadəddin Nəsiminin 600 illiyi, Azərbaycan dram teatrının 100 illiyi, 

Azərbaycan Dövlət Rus Dram Teatrının 50 illiyi, «Azərbaycan qadını» 

jurnalının 50 illiyi, Ü.Hacıbəyovun, M.Maqomayevin, 

 

                                                 



1

 

«Правда» qəzeti, 28 aprel 1979-cu il 



 


M İ L L İ  K İ T A B X A N A

____________________________________

62 

 

S.Vurğunun, C.Cabbarlının, M.S.Ordubadinin, Aşıq  Ələsgərin və bir çox 



mədəniyyət və incəsənət xadimlərinin yubileyləri keçirilmişdir. 

1975-ci ildə böyük bəstəkar Üzeyir Hacıbəyovun yubileyi münasibətilə 

onun ev-muzeyi yaradılmışdı. 1976-cı ildə  Səməd Vurğunun 70 illik 

yubileyinə hazırlaşarkən bir neçə ayda onun ev-muzeyi təşkil edildi. Cəfər 

Cabbarlının 80 illik yubileyi ərəfəsində onun həm ev-muzeyi yaradılmış, 

həm də Bakıda möhtəşəm heykəli qoyulmuşdu. Bu illərdə  həmçinin 

İmadəddin Nəsimiyə abidə qoyulmuşdu. Bülbülün ev-muzeyi təşkil 

edilmişdi. 70-ci illərdə  Cəlil Məmmədquluzadənin ev-muzeyini yaratmaq 

haqqında Heydər Əliyevin rəhbərliyi ilə qərar qəbul edilmişdi. Bu məqsədlə 

onun yaşadığı evdəki vətəndaşlara hələ 1981-1982-ci illərdə başqa yerlərdə 

mənzillər də verilmişdi. Lakin Heydər Əliyev Moskvaya işə gedəndən sonra 

qərar yerinə yetirilməmişdi. Yalnız ikinci dəfə Azərbaycana rəhbər vəzifəyə 

qayıdandan sonra 1994-cü ildə C.Məmmədquluzadənin ev-muzeyi sözün 

həqiqi mənasında yaradıldı.

1

 

Azərbaycan xalqının görkəmli oğlu N.Nərimanovun tarixdəki roluna dair 



mövcud olan böhtan və iftiraların ifşa edilməsində böyük cəsarət və 

mübarizlik göstərdi. Həm N.Nərimanovun özünün vaxtında, həm də ondan 

sonrakı dövrdə baş qaldırmış böhtan və uydurmaları puça çıxardı. Hətta 70-

ci illərdə ermənilər tərəfindən N.Nərimanova qarşı böhtançılıq kompaniyası 

aparılırdı. Onun yubileyinin keçirilməsinə imkan vermirdilər. Bütün bu 

müqavimətləri, ciddi təzyiqləri aradan qaldıraraq 1972-ci il iyunun 22-də 

N.Nərimanovun 100 illiyi təntənəli  şəkildə keçirildi. Bakıda təntənəli 

yığıncaq keçirildi. N.Nərimanovun həyat və  fəaliyyəti haqqında Heydər 

Əliyev məruzə etdi.

2

 Heydər Əliyev özünün məruzəsində onun Azərbaycan 



tarixində xidmətlərini, XX əsr ictimai fikir tarixinin görkəmli nümayəndəsi 

kimi rolu və mövqeyini elmi şəkildə  əsaslandırdı, böhtan və iftiraları bir 

daha puça çıxardı. Bakının görkəmli yerində N.Nərimanovun  əzəmətli 

abidəsi ucaldıldı. Abidənin açılışı münasibətilə mitinqdə 

                                                 

1

 



Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yanında müşavirədə giriş sözü. - «Azərbaycan» qəzeti, 

13 iyun 1995-ci il

 

2

 



N.Nərimanov (Anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley təntənələrinin materialları). Bakı, 1974

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

63 

 

Heydər  Əliyev nitq söylədi. deyirdi: «Nəriman Nərimanov maarifçi-



demokratdan mətin bolşevik kimi çətin və keşməkeşli yol keçmişdir. 

...Nəriman Nəcəf oğlu Nərimanov siyasi rəhbər və təşkilatçı kimi bütün 

bacarığını, qəlbinin bütün alovunu xalqın xidmətinə vermişdir».

1

 



Heydər  Əliyevin gərgin fəaliyyəti nəticəsində 1979-cu ildə Ulyanovsk 

şəhərində  də N.Nərimanovun böyük abidəsi ucaldıldı. Heydər  Əliyev 

Ulyanovskda abidənin təntənəli açılışında çıxış etdi. Şəhərin böyük bir 

prospektinə Nərimanovun adı verildi. 

«Ulduz» jurnalının 1990-cı il iyun (altıncı) nömrəsində jurnalist Elmira 

Əhmədovanın Moskvada Heydər  Əliyevdən aldığı müsahibəsi «Olub 

keçənləri düşünərkən» başlığı altında dərc edilmişdi. 

Müxbirin sualmm əlavəsində Heydər Əliyev göstərirdi ki, «1970-ci ildə 

N.Nərimanovun 100 illik yubileyi ərəfəsində materiallarla tanış olanda onun 

həyatının son dövrlərinin nə  qədər faciəli olduğu məni çox ağrıtdı. 

Nərimanovun 100 illiyi 1970-ci ildə tamam oldu, yubileyini isə 1972-ci ildə 

keçirdik. Soraşa bilərsiniz niyə? Çünki bu yubileyi keçirmək üçün iki il 

mübarizə aparmaq lazım idi. Çünki N.Nərimanova «millətçi» damğası 

vurulmuşdu».

2

 Bu ləkəni aradan götürmək üçün Heydər  Əliyev ciddi 



məşğul olmuşdu. Bu haqda deyirdi: «Heç kəsə demədiklərimi indi sizə 

açıram. Qoy xalqım bilsin. Mənim sinəmdə çox sirlər var. Bəzilərini indi 

açıram.  İki dəfə Suslovun, Brejnevin yanına getdim, ancaq onlara 

Nərimanov barədə başqa informasiyalar vermişdilər.  Əjdər  İbrahimov  İsa 

Hüseynovla birlikdə «Mosfilm»də N.Nərimanova həsr olunmuş dəyərli film 

çəkmişdi. Bizdən qabaq həmin filmə Moskvada baxmışdılar və ermənilərin 

təsiri altında olan MK-nın bəzi məsul işçiləri həmin filmi qadağan 

etmişdilər... Nə yubileyi keçirməyə, nə  də abidəni qoymağa imkan 

vermirdilər. Çalışdım, mübarizə apardım, neçə adamı inandırdım və axır ki, 

istəyimə nail oldum. MK-da N.Nərimanovun 100 illik yubileyinin 

keçirilməsinə dair qərara nail oldum, qəzetində N.Nərimanovun yubileyinə 

həsr olunmuş böyük məqaləm getdi. N.Nərimanovun 

                                                 

1

 



N.Nərimanov (Anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley təntənələrinin materialları). Bakı, 1974, səh. 

55-56


 

2

 



Qətiyyətin təntənəsi. Bakı,1995, səh. 51 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə