M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə18/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   14   15   16   17   18   19   20   21   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

55 

 

Hava və suyu çirkləndirən mənbələr əsasən pasportlaşdırılmışdı. Bakıda 



və Sumqayıtda xüsusi müfəttişliklər yaradılmışdı. Azərbaycan Dağ 

zənginləşdirici kombinatın, «Azneft» birliyinin Neft-Qazçıxarma 

idarələrində, Naxçıvan  Şərab zavodunda və bir sıra müəssisələrdə 

çirklənmiş tullantıların atılması tamamilə kəsilmişdir. Sumqayıt Alüminium 

zavodunda dənizə civə tullantısı dayandırılmışdı. 

Havaya zərərli maddələrin buraxılmasının məhdudlaşdırılması sahəsində 

xeyli tədbirlər görülmüşdü. Qaradağ Sement zavodunda havaya tullantı 

kəsilmişdi. Kirovabad (Gəncə) Alüminium zavodunda havaya qaz və tozun 

buraxılması 20 dəfə azalmışdı. 

Heydər  Əliyev göstərirdi ki, görülən tədbirlərə baxmayaraq, Bakı  və 

Sumqayıtda hava hövzəsinin çirklənməsi hələ tam aşağı düşməmişdi. 

Azərbaycan rəhbərliyinin Dövlət Plan Komitəsinə və SSRİ nazirliklərinə 

Bakı  şəhərinin mərkəzində  dəyirmanın ləğv edilməsi haqqında tələbi həll 

edilməmişdi. «Azneft» birliyində fəaliyyət göstərən Sverdlov adına zavodun 

ləğv edilməsi tələbi yerinə yetirilməmişdi. Neft məhsullarının 

doldurulmasının Bakı  şəhərindən kənara çıxarılması da həll edilmirdi. 

Çirklənməyə qarşı mübarizə, təbiətin mühafizəsi, bımunla  əlaqədar başqa 

məsələlər Heydər  Əliyev tərəfindən zəruri məsələlərin həlli dövlət 

səviyyəsinə qaldırılmışdı və daim nəzarətdə saxlanılırdı.

1

 



Azərbaycan KP MK-nın birinci katibi Heydər  Əliyevin böyük 

xidmətlərindən biri də ondan ibarət idi ki, sovet hakimiyyəti dövründə 

mövcud olan neqativ hallann, xüsusilə, rüşvətxorluğun aşkar edilməsində və 

ona qarşı mübarizə aparılmasmda cəsarətli hərəkət etmişdi. dövrdə belə bir 

fikir yayılmışdı ki, guya SSRİ-də rüşvətxorluq yoxdur. Yerlərdən mərkəzə 

rüşvətxorluq olmaması haqqında yalan məlumatlar verilirdi. Partiya rəhbəri 

Heydər  Əliyev mərkəzə verilən məlumatların saxta olduğunu açıqlayır, 

rüşvətxorluğa qarşı ciddi mübarizə aparırdı. 

Azərbaycan rəhbərinin rüşvətxorluğa qarşı mübarizəsi haqqında xarici 

mətbuatdan məlumat alan Sov.İKP MK-nm Baş katibi L.İ.Brejnev xüsusi 

olaraq bu məsələ barəsində Heydər Əliyevlə söhbət edir. Heydər 

                                                 

1

 

Rusiya Dövlət Ən Yeni Tarix Arxivi. Fond 5, siyahı 69, iş 506, vərəq 5 



 


M İ L L İ  K İ T A B X A N A

____________________________________

56 

 

Əliyev onu inandırır və başa salır ki, belə hallar var. Azərbaycan KP MK-



nın birinci katibi Heydər  Əliyevin geniş miqyaslı prinsipial və  işgüzar 

fəaliyyəti Sovetlər İttifaqına yayılır. L.İ.Brejnevi və ümumiyyətlə, Moskva 

rəhbərliyini maraqlandırır. 

«Həmin 70-ci illərdə Azərbaycan bütün müxtəlif respublikalar arasında 

hər cəhətdən çox yaxşı olması ilə seçilirdi, özü də təkcə iqtisadi göstəricilərə 

görə yox... 

Ancaq vaxtlar Sovetlər İttifaqında belə hallar olduğunu (yəni korrupsiya -

İ.H.) etiraf etməyə qorxurdular. Mən isə elan etdim ki, Azərbaycanda 

rüşvətxorluq, korrapsiya var və bunlara qarşı mübarizə aparmaq lazımdır. 

Yəni Azərbaycan açıqlıq baxımından, aşkarlıq baxımından müsbət mənada 

fərqlənirdi».

1

 



Heydər  Əliyev 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi 

seçilməsindən sonra rüşvətxorluğa qarşı ciddi mübarizə aparır. Bununla da

Sovet hakimiyyətində rüşvətxorluğun olmaması haqqında informasiyaların 

yalan olduğunu göstərir. 

1970-1971-ci illərdə Lənkəran və Balakən rayonlarında partiya, sovet və 

təsərrüfat orqanlarının işində böyük çatışmazlıqlar, kobud qanun 

pozuntuları, kadrların seçilməsi və  tərbiyəsi işində çatışmazlıqlar aşkar 

edilmişdi. Son beş ildə meydana çıxmış cinayət işlərinin dərindən istintaq 

edilməsi nəticəsində Lənkəran rayonunda 1198 nəfər cinayət məsuliyyətinə 

cəlb edilmiş  və müxtəlif səviyyələrdə  məhkum edilmişdi. Balakən 

rayonunda ifşa edilmiş cinayətkarlar içərisində rayon partiya komitəsinin 

birinci katibi, rayon icraiyyə komitəsinin sədri, kənd təsərrüfatı idarəsinin 

rəisi və başqa məsul işçilər də var idi.

2

 



Azərbaycan rəhbəri Heydər Əliyevin prinsipial və barışmaz mübarizəsi

məqsədyönlü fəaliyyəti nəticəsində  Lənkəran və Balakən rayonlarında 

neqativ halların aradan qaldırılmasında ciddi tədbirlər görüldü, onların 

iqtisadiyyata və  mənəvi tərbiyəyə vurduğu zərərli nəticələr aradan 

qaldırılmağa başlandı. Bu iki rayon üzrə baş vermiş böyük mənimsəmələr 

                                                 

1

 

Heydər Əliyev. jurnalı müxbirləri ilə müsahibə. - Müstəqilliyimiz əbədidir. VI kitab. Bakı, 1998, səh.301



 

2

 



Rusiya Dövlət Yeni Tarix Arxivi. Fond 5, siyahı 69, iş 313, vərəq 3 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

57 

 

və başqa sui-istifadə halları haqqında Azərbaycan KP MK-nın həyata 



keçirdiyi tədbirlər 10 dekabr 1975-ci il tarixli qərarda göstərilirdi. Bundan 

sonra cinayətkarlığa qarşı mübarizə ardıcıl həyata keçirilən siyasətə çevrilir. 

Azərbaycan KP Mərkəzi Komitəsinin 1975-ci il aprelin 24-də təsdiq etdiyi 

«Cinayətkarlığa, ümumi mülkiyyətin dağıdılması  və  oğurlanmasına qarşı 

tədbirlər planı» inzibati orqanlar, rayon partiya-sovet təşkilatları  və  rəhbər 

vəzifəli şəxslər üçün proqram sənədi oldu. 

Bununla yanaşı, illərdə elm, təhsil, maarif, ictimai-mədəni sahələrdə  də 

keyfiyyətli dəyişikliklər baş vermişdi. 1970-1980-ci illərin  əvvəllərində ali 

təhsil sahəsində yaranan fundamental maddi-texniki baza, mütərəqqi 

ənənələr müasir ali təhsilimizin möhkəm bünövrəsini təşkil edir. 1970-ci 

ildə ali təhsilli ixtisaslı kadrların sayı respublikada iki dəfə artmışdı. Dövrdə 

yüksəkixtisaslı kadrların böyük bir hissəsini ali təhsilli kadrlar təşkil 

edirdilər. Məsələn, 1978-ci ildə onlar ümumi sayın 46 faizini təşkil edirdilər 

(104 min nəfər).

1

 

Araşdırma zamanı qadınların hüquqlarının qorunması  və sosial-iqtisadi 



həyatda fəal iştirakı  məsələsi də  təhlil olunmuşdu. Həmin dövrdə  hər il 

yüzlərlə azərbaycanlı genc qız təhsil almaq üçün keçmiş  İttifaqın qabaqcıl 

ali məktəblərinə göndərilirdi. 

1969-1982-ci illərdə 15 tnindən çox azərbaycanlı  tələbə SSRİ-nin 

qabaqcıl ali məktəblərində  təhsil almağa göndərilmişdi. Bütün bunlar 

respublika rəhbərinin Azərbaycan gəncliyinə göstərdiyi böyük qayğının 

təzahürü idi. Onu da qeyd etməliyik ki, müasir dövrdə, müstəqillik 

şəraitində Azərbaycanın yüksəkixtisaslı mütəxəssislər sarıdan çətinlik 

çəkməməsi məhz 1969-1982-ci illərdə  təhsil, elm sahəsində aparılan 

səmərəli fəaliyyətin nəticəsidir. Bunlar Azərbaycanın gələcək inkişafı üçün 

güclü kadr potensialmm formalaşmasına böyük təsir göstərmişdir. 

Etiraf etməliyik ki, 1970-1985-ci illər Azərbaycanın quruculuq tarixinin 

ən məhsuldar, işıqlı  səhifələri olmuşdur. Həmin vaxtda yaxm və uzaq 

gələcəyə yönələn, müstəqilliyə yol açan, mütərəqqi  ənənələrə söykənən 

inkişaf strategiyası müəyyənləşdirilmiş və uğurla həyata keçirilmişdir. 

                                                 

1

 

Bakı, 1984, səh.135-136 



  

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə