M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə15/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   11   12   13   14   15   16   17   18   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

46 

 

«Bakıda dəyəri 400 milyon dollardan artıq olan Dərin Dəniz Özülləri 



zavodu üçün Sovet İttifaqından vəsait alıb onu tikdirməyi ancaq cənab 

Heydər Əliyev kimi şəxsiyyət bacarardı».

1

 

Azərbaycan neft sənayesinin inkişaf etdirilməsinə hələ ötən əsrin 70-80-



ci illərində Heydər Əliyevin belə böyük diqqət və qayğısı olmasaydı, dövrdə 

maddi-texniki baza yaradılmasaydı, indiki dövrdə Azərbaycan 

Respublikasının Prezidenti Heydər  Əliyev tərəfindən işlənmiş  nəhəng neft 

strategiyası da ola bilməzdi.  İndiki «Günəşli» yatağında fəaliyyət göstərən 

12 platforma, 150 istismar quyusu məhz Dərin Dəniz Özülləri Zavodımun 

hesabına meydana gəlmişdi. «Azəri», «Çıraq», «Kəpəz» yataqları da 

«Günəşli» yatağının kəşfindən sonra meydana gəlmişdir. 

Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafı 1971-1975-ci illərdə yeni 

vüsət aldı. Heydər  Əliyevin məqsədyönlü, böyük təşkilatçılıq və 

səfərbəredici fəaliyyəti, kadrlann seçilib-yerləşdirilməsində  tələbkarlığı 

sayəsində doqquzuncu beşillik plan respublikamızda vaxtından əvvəl  yerinə 

yetirildi. Ölkədə ilk dəfə olaraq Azərbaycan SSR 1975-ci il sentyabrın 10-da 

ümumi sənaye istehsalı üzrə doqquzuncu beşillik planı yerinə yetirmişdi. 

500-ə  qədər sənaye müəssisəsi, yaxud ümumi sənaye müəssisələrinin 

dörddə üçü vaxtından  əvvəl beşillik planı yerinə yetirmişdi. Beş ildə 

respublikamızda sənaye istehsalı 50 faiz artmışdı, halbuki beşillik plan 

haqqında direktivlərdə 43-46 faiz nəzərdə tutulmuşdu. Əmək məhsuldarlığı 

nəzərdə tutulan 31,1 faiz əvəzinə, 34 faiz artmışdı. Sənayenin strukturunda 

keyfiyyət dəyişikliyi baş vermişdi. Yeni sahələr - elektrik maşınqayırma 

radio sənayesi, yüngül və yeyinti sənayesi üçün maşınqayırma və i.a. yeni 

sahələr yaradılmışdı. 

Neft-maşınqayırma müəssisələrinin məhsulu doqquzuncu beşillikdə 

Sovet  İttifaqında buraxılan bütün neft-mədən avadanlığının üçdə bir 

hissəsindən çoxunu təşkil edirdi, cümlədən, neft çıxarılması üçün texnikanın 

70 faizi Azərbaycanın payına düşürdü.

2

 



                                                 

1

«Şahdəniz» yatağında  əldə edilmiş  nəticələrin Azərbaycan Prezidenti Heydər  Əliyevə  təqdimat mərasimində 



Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı. - «Azərbaycan» qəzeti, 13iyul 1999-cu il

 

2



«

Бакинский рабочий» qəzeti, 21 aprel 1978-ci il 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

47 

 

Neft emalı  sənayesi beşillik planı vaxtından  əvvəl  yerinə yetirmişdi. 



Eyni zamanda neftin ikinci emalı üçün üç nəhəng qurğu istifadəyə 

verilmişdi, neftin emalı üzrə iri dəzgahlar qurulmuşdu. Neft-kimya sənayesi 

səkkizinci beşilliyə nisbətən 7 dəfədən çox məhsul vermişdi. 

Kənd təsərrüfatının geridə qalması aradan qaldırıldı. 1975-ci ildə ümumi 

kənd təsərrüfatı  məhsulu 1969-cu ilə nisbətən 57 faiz artmış oldu. 

Pambıqçılıq yüksək gəlirli sahə oldu. Üzümçülük perspektivli və rentabelli 

sahəyə çevrilməyə başladı. Bu beşillikdə 80 min hektar yeni üzümlüklər 

salmdı. 


Xalq təsərrüfatının intensiv inkişafında kənd təsərrüfat istehsalı mühüm 

rol oynayırdı. Artıq 1974-cü ildə  kənd təsərrüfatı  məhsullarının ümumi 

məhsulu nəzərdə tutulan səviyyəni ötüb keçmişdi. Respublikamızda kənd 

təsərrüfatı istehsalının artım sürəti beşillikdə  nəzərdə tutulan 30 faiz 

əvəzinə, 34 faiz artmışdı.

1

 



1971-1975-ci illərdə 55 yeni iri sənaye müəssisəsi və  işləyən 

müəssisələrdə 32 yeni sex və istehsal sahəsi işə salınmışdı. 

1975-ci il dekabrın 25-də Bakı  Məişət Kondinsionerləri zavodu işə 

salındı. Bu nəhəng sənaye kompleksi idi. Bu zavodun Bakıda tikilməsi 

şəxsən Heydər  Əliyevin xidməti idi. Onun sayəsində zavodun layihəsi 

SSRİ-nin başqa regionundan götürülüb Bakıya gətirildi və qısa müddətdə - 

iki ilə tikilib istifadəyə verildi. Bu Sovet İttifaqında bu tipli dördüncü sənaye 

kompleksi hesab olunurdu. 

Ümumiyyətlə, doqquzuncu beşillik Azərbaycan iqtisadiyyatının 

inkişafında dönüş  mərhələsi oldu. «Biz nəinki uzun illərlə geridə qalmağa 

son qoyduq, eyni zamanda xalq təsərrüfatının inkişafında elə bir yüksək 

sürətə nail olduq ki, respublikanın tarixində hələ belə şey görünməmişdi».

2

 

Doqquzuncu beşilliyin hər ilində Azərbaycan SSR ümumittifaq sosializm 



yarışının qalibi olmuşdu. Azərbaycan hər il Keçici Qırmızı Bayraqla təltif 

edilirdi. 

                                                 

1

  Гейдар  Алиев.  Обеспечно  дальнейшее  развтие  сельхозяйственной  экономики  Азербайджанской  ССР.  



Bakı, 1979, səh.6 

2

Heydər  Əliyev. Azərbaycan Kommunist Partiyası  Mərkəzi Komitəsinin Azərbaycan Kommunist Partiyasınm 



XXIX qurultayına hesabat məruzəsi. Bakı, 1976, səh.7 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

48 

 

Heydər Əliyevin böyük təşkilatçılığı və rəhbərliyi altında, 1971- 1975-ci 



illərdə xalq təsərrüfatının bütün sahələrində əməyin səmərəli təşkili, 19760-

1980-ci illərdə planların vaxtından əvvəl  yerinə yetirilməsi üçün möhkəm 

baza yaradılmışdı. Azərbaycan KP MK-nın birinci katibi Heydər  Əliyev 

respublikamızın Lenin ordeni ilə  təltif edilməsi münasibətilə  qəzetində 

«Vaxtından  əvvəl  yerinə yetirdilər»

1

 başlıqlı  məqalə ilə  çıxış etmişdi. 



Məqalədə xalq təsərrüfatının bütün sahələrində müvəffəqiyyətlərin 

köklərini, səbəblərini təhlil edir və 1976-1980-ci illərdə  sənaye və  kənd 

təsərrüfatında qazanılmış nailiyyətlərin məzmununu və  əhəmiyyətini 

dərindən işıqlandırırdı. Bu məqalə, demək olar ki, respublikamızda Heydər 

Əliyevin rəhbərliyi altında 10 ildə sosial-iqtisadi siyasətin həyata 

keçirilməsinin hesabatı idi. 

Bu illərdə, hər  şeydən  əvvəl, ilk illərdə ölkəmizdə iqtisadiyyatın uzun 

illər geridə qalmasına son qoyulmuşdu, sənaye və  kənd təsərrüfatı 

məhsullarının ardıcıl artırılması  təmin edilmişdi, xalq təsərrüfatının bütün 

sahələrində məhsulun keyfiyyəti xeyli yüksəldilmişdi. On ildə əhalinin hər 

nəfərinə düşən milli gəlir 1,7 dəfə artmışdı. 1970-1979-cu illərdə  sənaye 

istehsalı 2,2 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 2,1 dəfə artmışdı. 

Onuncu beşillikdə  əvvəlki illərdəki müvəffəqiyyətlərə  əsaslanaraq 

iqtisadiyyatın illik yüksək inkişaf sürəti təmin edilmişdi. Onuncu beşilliyin 

dörd ilində milli gəlir planda nəzərdə tutulmuş 22 faiz əvəzinə, 32,5 faiz 

artmışdı. 

Sənaye istehsalı  hər il orta hesabla 8,1 faiz artmışdı. Ümumi sənaye 

məhsulu üzrə beşillik plan vaxtından 9 ay əvvəl  yerinə yetirilmişdi. 1980-ci 

ilin sonuna kimi tapşırıqdan  əlavə, 1,5 milyard manatlıq məhsul istehsal 

edilməli idi. Sənaye istehsalının artım sürəti beşillik planda nəzərdə tutulan 

39 faizə qarşı 47 faiz təşkil edirdi. 

Azərbaycanın rəhbəri Heydər  Əliyev bu inkişaf sürətinin səbəbini 

iqtisadiyyatın inkişafında intensiv amillərin gücləndirilməsində görürdü. O, 

iqtisadi göstəricilərin təhlili nəticəsini nəzərdən keçirərək qeyd edirdi ki, 

«Müəssisələrdə istehsalın təşkili və texnologiyasının yaxşılaşdırılması, 

 

                                                 



1

 

«Правда» qəzeti, 9 aprel 1980-ci il 



 


Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə