M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə12/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   8   9   10   11   12   13   14   15   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

37 

 

iyulun 23-də «Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək üzrə 



tədbirlər haqqında» qərar qəbul etdi. Bu qərarda nəzərdə tutulan vəzifələrin 

həyata keçirilməsi və bununla yanaşı, Heydər  Əliyevin kənd təsərrüfatının 

inkişafına daim qayğısı  nəticəsində, artıq 1975-ci ildə Azərbaycan kənd 

təsərrüfatı sahəsində ciddi yüksəliş baş verdi. 

1975-ci ildə  kənd təsərrüfatının ümumi məcmu məhsulu 1 milyard 572 

milyon manat təşkil edirdi. 1969-cu ildə isə bu rəqəm 999 milyon manat 

təşkil etmişdi. Deməli, 1969-cu ilə nisbətən artım 57 faiz olmuşdu. 

Bu dövrə kimi toplanmış təcrübəni ümumiləşdirərək və qarşıdakı dövrdə 

kənd təsərrüfatını inkişaf etdirmək imkanlarını təhlil edərək Heydər Əliyev 

yenidən Azərbaycan KP Mərkəzi Komitəsi adından respublikanın kənd 

təsərrüfatını daha da inkişaf etdirmək haqqında Sov.İKP Mərkəzi 

Komitəsinə müraciət edir. 1975-ci il iyulun 9-da Sov.İKP MK və SSRİ 

Nazirlər Soveti «Azərbaycan SSR-də  kənd təsərrüfatı istehsalının daha da 

intensivləşdirilməsi tədbirləri haqqında» qərar qəbul edir. 

1976-cı il iyulun 27-də Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin «1976-

1980-ci illərdə respublikanın ayrı-ayrı  sənaye sahələrinin inkişafına dair 

Azərbaycan Kommunist Partiyası MK-nm təkliflərinə baxılmasının 

yekunları haqqında», 1979-cu il fevralın 22-də Sov.İKP MK və SSRİ 

Nazirlər Sovetinin «Azərbaycan SSR-də  kənd təsərrüfatı istehsalının daha 

da ixtisaslaşdırılması  və üzümçülüyün və  şərabçılığın inkişafı haqqında» 

qərarı qəbul edilmişdi. Bu qərarların 1970-80-ci illərdə respublikanın sosial-

iqtisadi inkişafının  əsas istiqamətlərinin müəyyən edilməsində mühüm 

əhəmiyyəti oldu. 

Heydər  Əliyevin məqsədyönlü təşkilatçılığı  və  rəhbərliyi sayəsində 

Azərbaycanda sosial-iqtisadi və ictimai-siyasi sahədə, dinamik sıçrayışlı 

inkişaf sürəti meydana gəldi və bu sürət plan tapşırıqlarının müvəffəqiyyətlə 

yerinə yetirilməsini təmin etdi. Bunun nəticəsində  də Azərbaycan 

iqtisadiyyatının formalaşması və inkişafı başlandı. 

Heydər  Əliyevin rəhbərliyi, təşkilatçılığı sayəsində 1970-ci ildən 

Azərbaycan həyatında  əsaslı  sıçrayış dövrü başlandı. Bu onun qızğın 

fəaliyyətinin nəticəsi idi. 1970-ci il start ili oldu. Şəhər və kənd əməkçi- 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

38 

 

ləri illik planı vaxtından  əvvəl və artıqlaması ilə yerinə yetirdilər. 1970-ci 



ildə respublikada milli gəlirin artım sürəti əvvəlki ildəkindən dörd dəfədən 

də yüksək, 1966-1969-cu illərdəki göstəricilərdən təqribən iki dəfə artıq 

olmuşdu. Respublika sənayesi 1970-ci ilin planını vaxtından  əvvəl  yerinə 

yetirərək, plandan əlavə 10 milyonlarla manatlıq məhsul buraxdı. Sənaye 

məhsulunun istehsalı 8,6 faiz artmışdı ki, bu da əvvəl ki dörd il ərzində orta 

illik artım sürətindən bir dəfə yarım çox idi. 1970-ci ildə Bakı sənayesinin 

müvəffəqiyyətli yekunları nəticəsində əvvəlki illərdə də yerinə yetirüməyən 

tapşırıqlar ödənildi və sənaye istehsalının həcminə dair beşilliyin tapşırıqları 

dekabrın 20-dək yerinə yetirildi. Respublikanın ikinci böyük sənaye şəhəri 

olan Kirovabad (Gəncə) sənayesi 1970-ci il planını vaxtından əvvəl  yerinə 

yetirdi. Tapşırıqdan  əlavə, 13,6 milyon manatlıq məhsul satılmışdı. 

Respublikada dövlətə  əsas kənd təsərrüfatı  məhsulları satışına dair planlar 

vaxtından əvvəl yerinə yetirildi. 1970-ci ildə 1969-cu ildəkindən 106 milyon 

manatdan artıq məhsul istehsal edildi. 1970-ci ildə ümumi kənd təsərrüfatı 

məhsulu 15,4 faiz artdı, halbuki 1966-1969-cu illərdə artım orta hesabla 1,9 

faiz olmuşdu. 1970-ci ildə respublikada pambıqçılıq tarixində ilk dəfə 

olaraq oktyabrın birinci yarısında pambıq tədarükü planı yerinə yetirildi. 

Azərbaycan pambıqçıları 335 min ton pambıq təhvil verdilər. Pambığın 

məhsuldarlığı hər hektardan 17,4 sentnerə, dənli bitkilərin məhsuldarlığı 12 

sentnerə çatdırıldı.

1

 Bu məhsuldarlıq respublikada son 13 ildə 



pambıqçılıqda, son 20 ildə isə dənli bitkilər istehsalında olmamışdı. 

Azərbaycanda heyvandarlığın inkişafı da geri qalırdı. Bunu onunla 

əsaslandırmağa çalışırdılar ki, guya respublikanın spesifik şəraiti ilə 

əlaqədar olaraq, heyvandarlıq sahəsində son illərdə geriliyi aradan 

qaldırmaq qeyri-mümkündür. Heydər  Əliyev bu fikrin əsassız olduğunu 

təcrübədə sübüt etdi. Onun təşəbbüsü və  rəhbərliyi ilə respublikada 

heyvandarlığı inkişaf etdirmək üçün konkret tədbirlər müəyyən edildi. 

Azərbaycan KP 

 

                                                 



1

 

Народное хозяйства Азербайджанский ССР к 50-летию СССР. Юбилейный статический ежегодник .



 

Bakı, 1972, səh. 92 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

39 

 

MK-nın 1970-ci il dekabr plenumunda heyvandarlığın vəziyyəti  ətraflı 



müzakirə edildi. Heydər Əliyevin məruzəsində respublikada heyvandarlığın 

inkişaf etdirilməsi üçün bütün imkanların olduğu əsaslandırıldı. 1970-ci ildə 

Azərbaycan heyvandarları da sözlərinə  əməl etdilər. Onlar 1970-ci il 

noyabrın 1-dək ət, süd və yun tədarükünə dair, dekabrın 16-dək isə yumurta 

tədarükünə dair illik planları yerinə yetirdilər. 

Heydər  Əliyev kənd təsərrüfatında geriliyin aradan qaldırılmasında və 

onun inkişafını  təmin etməkdə düzgün istiqamət, uzımmüddətli perspektiv 

strategiya və taktika müəyyən etmişdi. 

Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 

hazırladığı  tədbirlər planı haqqında Heydər  Əliyevin Sov.İKP Mərkəzi 

Komitəsinə 1974-cü il fevralın 15-də göndərdiyi məlumatda kənd təsərrüfatı 

istehsalının intensivləşdirilməsini ixtisaslaşma və  təmərküzləşməsi, sənaye 

əsasına keçilməsi yolu ilə daha da möhkəmləndirilməsini zəruri hesab 

edirdi.


1

 

Kənd təsərrüfatmın daha səmərəli inkişafı üçün ilk növbədə istifadə 



edilən və suvanlan torpaqlarm yenidən istismara verilməsi, eyni zamanda 

xam və meliorasiya edilməsi lazım olan az məhsuldar torpaqlar hesabına 

əkinçilik sahəsinin genişləndirilməsi nəzərdə tutulurdu. Bir sıra kənd 

təsərrüfatı  məhsulları istehsalının daha da təmərküzləşməsi və istehsalın 

ixtisaslaşdırılması müəyyən edilirdi. Respublikanın ayrı-ayrı zonaları  və 

rayonlarında heyvandarlığın müəyyən sahələrinin daha da 

ixtisaslaşdırılması, onun məhsuldarlığının yüksəldilməsi nəzərdə tutulurdu. 

Heydər  Əliyev göstərirdi ki, 1970-ci ilə kimi Azərbaycan kənd 

təsərrüfatının geriləməsinin  əsas səbəblərindən biri ondan ibarət olub ki, 

planlaşdırmada torpaq, iqlim şəraiti nəzərə alınmır, buna uyğnn olaraq 

əkinçilik və heyvandarlığın yerləşdirilməsi düzgün müəyyən edilmirdi. 

Məhz Heydər  Əliyevin 1969-cu ildə hakimiyyətə  gəlməsi ilə respublikada 

kənd təsərrüfatının inkişafının torpaq-iqlim, suvarma şəraitinə və i.a. uyğun 

planlaşdırılması, elmi-texniki tərəqqinin tətbiqinə əsaslanması, idarəçilik- 

 

                                                 



1

Rusiya Dövlət Ən Yeni Tarix Arxivi. Fond 5, siyahı 67, iş 337, vərəq 1-4 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə