M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə11/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   7   8   9   10   11   12   13   14   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

34 

 

salının həcminin xeyli azalmasına gətirib çıxarırdı.»



1

 Respublikada kənd 

təsərrüfatının  əsas sahəsi olan pambıq, dənli bitkilər  əkin sahələri  əsassız 

surətdə azaldılmışdı. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev 

son 10-15 il ərzində respublikada pambıq istehsalının xeyli azaldığını 

göstərirdi. Belə ki, 1961-1965-ci illərdə orta illik pambıq istehsalı 339 min 

ton idisə, 1966-1970-ci illərdə 328 min ton olmuşdu. 

1973-cü ilin sentyabrında Özbəkistanın paytaxtında - Daşkənddə Sovetlər 

İttifaqının altı pambıqçılıq respublikasının fəallar yığıncağı keçirilir. 

Heydər  Əliyev çıxışında respublikada pambıqçılığın vəziyyətini təhlil 

edir, imkanları bir də nəzərdən keçirərək 450 min ton pambıq istehsal etmək 

imkanı olduğunu bildirir. Sov. İKP MK-nın baş katibi L.İ.Brejnev Heydər 

Əliyevin pambıqçılığı inkişaf etdirmək məqsədilə həyata keçirdiyi tədbirlərə 

yüksək qiymət verir. O, Heydər  Əliyevin çıxışına cavab olaraq, 

Azərbaycanın götürdüyü artınlmış öhdəliklə  əlaqədar demişdi: «Hələ bu 

yaxınlaradək Azərbaycanda əvvəl ki rəhbərlər pambığa xor baxmaq əhvali-

ruhiyyəsi yaradırdılar. İndi Azərbaycan bu işi yüksəyə qaldırmışdır...»

2



Respublikada geridə qalan təsərrüfat sahələrinin inkişaf etdirilməsinin 

düzgün elmi yolları müəyyən edilir. Heydər Əliyev elmin nailiyyətlərinin və 

kənd təsərrüfatında struktur dəyişiklikləri edilməsi, yeni ehtiyat 

mənbələrinin meydana çıxarılması  və istifadə edilməsi yolu ilə  kənd 

təsərrüfatında geriliyə son qoyulmasına, onun inkişaf etdirilməsinə nail olur. 

O, kənd təsərrüfatı  məhsulları istehsalında böyük imkanlara malik olan 

pambıqçılığın geridə qalmasından ciddi narahat olur, bu sahənin inkişaf 

etdirilməsi üçün əməli tədbirlər həyata keçirir. 

Heydər  Əliyev bu məsələdən danışarkən deyirdi: «... pambıq 

sahələrindən səmərəli istifadə edilmədiyindən kəndli ondan lazımi mənfəət 

götürə bümirdi. Bu işi alimlərlə, iqtisadçılarla götür-qoy etdim, məlum oldu 

ki, Azərbaycanın bir neçə rayonunda pambıq istehsalı çox səmərəlidir. 

                                                 

1

 



«Kommunist» qəzeti, 11 mart 1971-ci il, səh.3

 

2



 

L.İ.Brejnev. Qardaş respublikaların böyük ittifaqına sədaqət. Bakı, 1973 

  

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

35 

 

Amma rayon da var ki, pambıq xeyir vermir, onu başqa bitkilərlə  əvəz 



etmək lazımdır. Məsələn, 1969-cu ildə 30-32 rayonda pambıq  əkilirdi, 

1982-ci ildə isə cəmi 18 rayonda».

1

 

Vəziyyəti elmi əsaslarla aydınlaşdırdıqda məlum olmuşdu ki, bəzi 



rayonlarda pambıqçılıq səmərəli olmadığı üçün orada pambıq  əkilməsi 

məqsədəuyğun deyil, bəzi rayonlarda isə pambıqçılıq səmərəli olmasına 

baxmayaraq, lazımınca istifadə edilmir, torpaqların hamısı əkilmir. Məsələn, 

pambıqçılıq üçün daha yararlı, geniş torpaq sahəsi olan Sabirabad 

rayonunda torpaq sahələrindən səmərəli istifadə edilmirdi. Ona görə  də 

1969-1971-ci illərdə bu rayonda 20 min ton pambıq istehsal edilirdi. Xeyli 

boş torpaqlardan istifadə edilmirdi. Heydər  Əliyevin göstərişi ilə istifadə 

edilməyən boş əkilməyə başlayandan sonra 80-90 min ton pambıq istehsal 

edildi. Yaxud Zəngilan və başqa rayonlarda isə pambıqçılıq üçün səmərəli 

deyildi. Ona görə  də  həmin rayonlardan pambıqçılıq götürülüb, başqa 

səmərə verən sahə ilə əvəz edildi. 

Azərbaycan KP MK-nm birinci katibi Heydər Əliyev kənd təsərrüfatını 

inkişaf etdirməklə Azərbaycanın ayrı-ayrı bölgələrində  kənd təsərrüfatı 

məhsulları becərilməsinə xüsusi əhəmiyyət verirdi. Məsələn, Lənkəran 

zonasında  ən tez yetişən,  ən faraş  tərəvəz məhsulları yetişdirilməsi 

nəticəsində, bu cənub bölgəsi «Ümumittifaq bostanı» adını almışdı.

2

 Bu, 


zonanın inkişafında,  əhalinin maddi-məişət  şəraitinin yaxşılaşdırılmasında 

mühüm rol oynayırdı. 

1970-ci ilin oktyabr ayında Azərbaycan SSR-nin və Azərbaycan 

Kommunist Partiyasının 50 illiyi münasibətilə  təntənəli iclasında iştirak 

etmək üçün SSRİ rəhbəri L.İ.Brejnev Bakıya gəlmiş, Bakıda Azərbaycanda 

başlanan geniş miqyaslı işlərlə ətraflı tanış olmuşdu. 

Sov. İKP MK-nın baş katibi L.İ.Brejnev 1970-ci il oktyabrın 2-də Bakıda 

Azərbaycan SSR və Azərbaycan Kommunist Partiyasının 50 illiyi 

 

 

                                                 



1

 

Heydər Əliyev. Qətiyyətin təntənəsi. Bakı, 1995, səh. 69



 

2

Heydər  Əliyev. Ötən kənd təsərrüfat ilinin yekunları, 1996-cı ildə görüləsi işlər, aqrar bölmədə iqtisadi 



islahatların həyata keçirilməsi vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə yekun sözü. 2 aprel 

1996-cı il. Müstəqilliyimiz əbədidir. VI kitab. Bakı, 1998, səh. 55 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

36 

 

münasibətilə keçirilən təntənəli iclasda çıxışında 1969-1970-ci illərdə 



görülən işlərə yüksək qiymət vermişdi. Bu dövrdə keçirilən Mərkəzi 

Komitənin plenumlarında müzakirə edilən məsələlərin kəskin, prinsipial və 

işgüzar xarakterini qeyd edirdi: «Böyük və gərgin işin başlanğıcı olub, qısa 

müddətdə çatışmazlıqların aradan qaldırılmasını təmin edəcəkdir».

1

 

Heydər  Əliyevin respublikada apardığı geniş miqyaslı quruculuq işləri 



qısa müddətdə özünə böyük inam yaratdı. Mərkəzin diqqətini Azərbaycana 

yönəltdi. 

Beləliklə, Azərbaycanda kənd təsərrüfatı istehsalı get-gedə 

ixtisaslaşdırılır və rayonlaşdırılır. Bu da kənd təsərrüfatının yüksəlişini 

təmin edən  əsas amillərdən olur. Bundan başqa, həmin dövrdə 

mexanikləşdirmə, meliorasiya və kimyalaşdırma da kənd təsərrüfatının 

inkişafında əsas amillərdən idi. 

Məlumdur ki, 1969-cu ildən  əvvəlki dövrdə Azərbaycanın kənd 

təsərrüfatı olduqca geridə qalmış  vəziyyətdə idi. Azərbaycan SSR istehsal 

planlarının yerinə yetirilməsi, kənd təsərrüfatı bitkilərinin, heyvandarlığın 

məhsuldarlığı, texnikadan və suvarılan torpaqlardan istifadə edilməsi, əmək 

məhsuldarlığı, rentabellik cəhətdən SSRİ-də  ən aşağı yerlərdən birini 

tuturdu. 

Hələ 1969-cu ilin avqustunda Heydər  Əliyevin rəhbərliyi ilə keçirilən 

Azərbaycan KP MK-nın ilk plenumunda respublika kənd təsərrüfatının 

vəziyyəti hərtərəfli təhlil edildi, kənd təsərrüfatına rəhbərlikdə, aqrar 

siyasətin həyata keçirilməsində böyük nöqsanlar və çatışmazlıqlar açıqlandı, 

kənd təsərrüfatının inkişaf etdirilməsinin perspektiv planları müəyyən 

edildi. 

Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev kənd təsərrüfatında 

yaranmış  vəziyyəti dərindən araşdırıb nöqsanların aradan qaldırılmasının, 

planları  həyata keçirilməsinin təxirəsalınmaz bir məsələ olduğunu önə 

çəkərək, Sov.İKP Mərkəzi Komitəsinə müraciət etdi. Sov.İKP MK-nm baş 

katibi L.İ.Brejnev Heydər  Əliyevin təkliflərinə  əsasən Sov.İKP Mərkəzi 

Komitəsi və SSRİ Nazirlər Soveti 1970-ci il 

 

                                                 



1

 Л.И.Брежнев. Ленинским курсом.3-й том, Москва,1972, səh.140 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə