M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə19/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   15   16   17   18   19   20   21   22   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

58 

 

Bu məsələdən söz açan Heydər  Əliyev göstərirdi ki, «Azərbaycanın 



Sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış 

iqtisadi, elmi-texniki və  mədəni potensial respublikamızm tam müstəqil 

dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır».

1

 



Aparılan böyük və  nəhəng dəyişikliklər, tutumuna və  həcminə görə, 

iqtisadi və sosial sahələrdə  tətbiq olunan islahatlar Azərbaycan xalqının 

maddi rifah halmın keyfiyyətcə yeni mərhələyə çatmasına böyük təkan 

vermişdi. Hələ zaman SSRİ hökuməti Azərbaycanla bağlı beş xüsusi qərar 

qəbul etmişdi. Həmin qərarların həyata keçirilməsi ilə respublikamızın bir 

çox sahələrində hərtərəfli yüksəliş, ardıcıl inkişaf dövrü başlanmışdı. 

Heydər  Əliyevin müdrik siyasəti nəticəsində 14 il ərzində respublikada 

yaranmış güclü sosial, iqtisadi və intellektual potensial Azərbaycanın 

müstəqilliyi üçün mühüm zəmin yaratmışdı. Qətiyyətlə deyə bilərik ki

müstəqilliyə  gələn yolumuzu işıqlandıran, hələ zaman gələcəyə baxan, 

həyatın sərt, çətin sınaqlarına sinə gərən, ən çətin şəraitdən ən düzgün çıxış 

yolu tapan, daim xalqı ilə yaşayan, qəlbində  Vətən sevgisi, milli ruh 

gəzdirən qüdrətli və bütöv şəxsiyyət Heydər Əliyev olmuşdu. 

Müasir Azərbaycan dövlətinin inkişafı  məhz həmin illərdə yaradılmış 

bünövrə üzərində qurulub və bu gün də uğurla davam edir. 

Heydər  Əliyev 1970-1985-ci illərdə Azərbaycanda yaradılan maddi-

texniki bazanı, möhkəm iqtisadiyyatı müstəqil Azərbaycan Respublikasının 

gələcək quraculuq işləri üçün təməl, bünövrə hesab edir və yüksək 

qiymətləndirirdi. «Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın 

dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici 

iqtisadi  əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha da dərindən 

inteqrasiya olunması  hələ 1970-1985-ci illərdə  təməli qoyulmuş xalq 

təsərrüfatı potensialına əsaslanır».

2

 



Heydər  Əliyev bütün fəaliyyəti dövründə  həmişə Azərbaycan xalqının 

dilinin, mənliyinin, milli şüurunun, milli mentalitetinin qorunması və 

                                                 

1

 



H. Əliyev. Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında. - «Azərbaycan», 30 dekabr 2000-ci il

 

2



 

Yenə orada 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

59 

 

inkişaf etdirilməsi keşiyində durmuş  və bu sahədə çalışanların  əməyinə 



yüksək qiymət vermişdi. 

«Öz dilini inkişaf etdirən alim, müəllim, öz tarixini yazan, inkişaf 

etdirən, tarixini əks etdirən, öz mənəviyyatını araşdıran, təhlil edən və 

ümumiləşdirən, xalqına yüksək səviyyədə çatdıran alim - onlar hamısı 

birlikdə öz xalqının, millətinin, milli şüuranun, milli rahunun, 

vətənpərvərlik rahunun inkişaf etməsinə, irəli getməsinə xidmət göstərir».

1

 

Bu xidmətləri ilə Heydər  Əliyev özü həmişə nümunə olmuşdur. 



Azərbaycan dilinin inkişaf etdirilməsində, qiymətləndirilməsində Heydər 

Əliyevin əvəzsiz xidmətləri vardır. 

Heydər Əliyev bütün rəsmi yığıncaqlarda, tədbirlərdə rəhbər şəxslərin rus 

dilində  çıxış etməsinin  ənənəyə çevrildiyi bir vaxtda - 1969-cu ilin 

noyabrında Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi 

münasibətilə keçirilən təntənəli yığıncaqda öz ana dilində, Azərbaycan 

dilində  çıxış etməsi ilə geniş yayılmış stereotipi sındırdı. Bu respublikaya 

səs saldı. Bu münasibətlə onu təbrik edənlərə öz minnətdarlığını bildirərək 

deyirdi ki, «burada bir qeyri-adilik yoxdur, nahaq təəccüb edirsiniz, bu 

mənim ana dilimdir və ana dilində çıxış etmək elə böyük bir qəhrəmanlıq da 

deyildir. Ana dilini bilməmək isə, ana dilini qiymətləndirməmək isə, 

şübhəsiz ki, xalq qarşısında qəbahətdir».

2

 

Nizami Xudiyev düzgün olaraq göstərir ki, Heydər Əliyevin Azərbaycan 



dili ilə əlaqədar düşüncələri 70-ci illərdə onun respublikaya rəhbərliyinin ilk 

onilliyi dövründə təşəkkül tapıb formalaşmışdır.

3

 

1977-ci il oktyabrın 7-də SSRİ-nin yeni Konstitusiyası  qəbul edilir. 



Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya Komissiyası Azərbaycan SSR-

nin yeni konstitusiya layihəsini hazırlayır. Ümumxalq müzakirəsinə verir. 

Ümumxalq müzakirəsindən sonra 1978-ci il aprelin 21-də Azərbaycan SSR 

Ali Sovetinin doqquzuncu çağırış, növbədənkənar VII sessiyasında Heydər 

Əliyev «Azərbaycan SSR Konstitusiyasının (Əsas Qanununun) layihəsi və 

onun ümumxalq müzakirəsinin yekunları haqqında» mə- 

                                                 

1

 



Heydər Əliyev və Bakı Dövlət Universiteti. Bakı, 1997, səh. 55

 

2



 

Yenə orada, səh. 55-56

 

3

 



Nizami Xudiyev. Heydər Əliyev və Azərbaycan dili. Bakı, 1997, səh.15

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

60 

 

ruzə edir. Qeyd etmək lazımdır ki, bu konstitusiya SSRİ-nin yeni 



Konstitusiyası  əsasında hazırlansa da, orada respublikanın milli, iqtisadi, 

siyasi və tarixi xüsusiyyətləri də öz əksini tapmışdı. Heydər  Əliyevin 

bilavasitə  təşəbbüsü və mübarizəsi nəticəsində Azərbaycan dilinin dövlət 

dili olması haqqında müddəa Azərbaycanın 1978-ci il Konstitusiyasında öz 

əksini tapdı. Konstitusiyanın 73-cü maddəsində «Azərbaycanın dövlət dili 

Azərbaycan dilidir», deyə təsbit edildi. Heydər Əliyev 1995-ci il oktyabrın 

31-də Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında 

demişdi: «Ancaq bu maddə (73-cü maddə - İ.H.) Moskvada çox böyük 

etiraza səbəb oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, 

buna ehtiyac yoxdur... Ancaq vaxt mən Sovetlər  İttifaqının rəhbərliyi ilə

Kommunist partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım. Sübut 

etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu da öz 

konstitusiyamıza yazmalıyıq və yazacağıq».

1

 



Bu tarixi həqiqət Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə yazıldı. 

Heydər  Əliyevin rəhbərliyi ilə respublika xalq təsərrüfatının bütün 

sahələrində  həyata keçirilən təşkilatçılıq, siyasi və  mənəvi tərbiyə, mədəni 

quruculuq təcrübəsi artıq SSRİ-də nümunə kimi diqqəti cəlb edirdi. 1979-cu 

il aprelin 25-27-də Bakıda mənəvi tərbiyəyə dair keçirilən Ümumittifaq 

konfransında Heydər Əliyev «Fəal həyat mövqeyinin formalaşması: mənəvi 

tərbiyənin təcrübəsi və aktual problemləri» haqqında məruzə etdi.

2

 



Bu məruzə  mənəvi tərbiyə problemlərinə dair mühüm bir yenilik oldu. 

Məruzədə ideoloji sahədə ölkədə toplanan təcrübə ümumiləşdirilir və 

adamların əxlaq tərbiyəsinin daha da möhkəmləndirilməsi, şəxsiyyətin fəal 

həyat mövqeyinin formalaşması sahəsində elmi əsaslandırılmış tövsiyələr, 

məsləhətlər verilirdi. Məruzə konfrans iştirakçıları  və ölkə ictimaiyyəti 

tərəfindən yüksək qiymətləndirildi. Bakı konfransı ideya-siyasi və  əxlaq 

tərbiyəsi sahəsində Azərbaycanda mühüm məktəb yarandığını göstərdi. 

 

                                                 



1

 

«Azərbaycan» qəzeti, 11 noyabr 1995-ci il



 

2

« Heydər Əliyev. Fəal həyat mövqeyinin formalaşması: Mənəvi tərbiyənin təcrübəsi və aktual problemləri. Bakı, 



1979 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə