M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə17/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   13   14   15   16   17   18   19   20   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

52 

 

sənaye məhsulları öz həcminə görə, əvvəl ki 50 ildəkinə bərabər idi. Kənd 



təsərrüfatında  əmək məhsuldarlığı 1,8 dəfə artmışdı.  İstehsal olunan 

məhsulun ümumi həcmi 2,7 dəfə, xalq istehlakı mallarının istehsalı isə 3 

dəfə artmışdır. İqtisadiyyatda köklü struktur və keyfiyyət dəyişiklikləri baş 

vermişdi, tərəqqinin və yüksəlişin təməli qoyulmuşdu. 

1969-1982-ci illərdə respublikamızın sənayesi nəinki keçmiş ittifaqın 

bütün respublikalarına, hətta bir sıra inkişaf etmiş xarici ölkələrə nisbətən də 

daha yüksək sürətlə inkişaf edirdi. Sənayenin orta illik artımı 7,9%-ə 

yüksəlmişdi. Təkcə 1982-ci ilin iki günü ərzində bütünlükdə 1920-ci ildə 

buraxılan məhsulun həcmi qədər məhsul buraxılırdı. Sənaye 

müəssisələrinin, yaşayış binalarının, mədəni-məişət obyektlərinin tikilib 

istifadəyə verilməsi sosial-iqtisadi tərəqqinin yüksək mərhələsinə çatmışdı. 

1970-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara 

verilmişdi. Elektron maşınqayırması, radiosənaye, yüngül və yeyinti 

sənayesi üçün maşın və avadanlıqlar və i.a. mütərəqqi sənaye sahələri həmin 

dövrdə yaranmışdı. 

Əgər XIX əsrdən 1969-cu ilədək (yəni təxminən 100 il ərzində) 

Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər  Əliyevin 

rəhbərlik etdiyi dövrdə (yəni cəmi 14 ildə) onlann sayı 1048-ə 

çatdırılmışdı.

1

 



Respublikamızın əsas istehsal sahəsi olan neft sənayesi, energetika, qara 

metallurgiya, kimya və neft kimyası sənayesi inkişaf etdikcə respublikamız 

keçmiş SSRİ-nin  ən qabaqcıl respublikalarından birinə çevrilirdi. 1982-ci 

ildə kimya və neft-kimya sənayesinin, maşınqayırma və metal emalının, 

yüngül və yeyinti məhsulları  sənayesinin xüsusi çəkisi sənayenin 

strakturunda 1913-cü ildəki 14,8 faizə qarşı 75,6 faiz təşkil edirdi.

2

 

Nəqliyyat kompleksində, dəmir yolımda, gəmilərin yüklənmə-



yükboşaltma işlərində  hərəkətlər sürətlənmiş, sərnişin nəqliyyatının işində 

intensivlik artmışdı. Diqqət mərkəzində olan məsələlərdən biri də yeni 

yolların tikintisi idi. 1969-1982-ci illərdə tikilib istifadəyə verilən asfalt 

yolların uzunluğu 20,4 min kilometrə çatırdı, halbuki 1969-cu ilədək həmin 

rəqəm 12,7 min kilometr təşkil edirdi. 

                                                 

1

 

Əsrlərə bərabər illər. 1969-1999. Faktlar və rəqəmlər. səh. 5



 

2

 



Yenə orada, səh. 6 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

53 

 

Bütün  əsrlər boyu qədim  əkinçilik diyarı kimi tanınmış Azərbaycan 



Heydər 

Əliyevin rəhbərliyi dövründə 

nəhəng aqrar-sənaye 

respublikalarından birinə çevrilmişdi, meliorasiya və irriqasiya sahəsində 

mühüm tədbirlər həyata keçirilir, aqrotexniki qaydalar sürətlə  təkmilləşir, 

taxılın, pambığın, tərəvəzin, üzümün, çay yarpağının və başqa kənd 

təsərrüfatı  məhsullarının artımı ildən-ilə  nəzərə çarpacaq dərəcədə 

yüksəlirdi. Heydər  Əliyevin təşəbbüsü ilə 70-80-ci illərdə ucqar rayon 

mərkəzlərində, müxtəlif bölgələrdə respublika əhəmiyyətli obyektlər tikilir

iş yerləri açılırdı. Bunun nəticəsində respublikada ən kəskin problemlərdən 

biri olan əmək qabiliyyətli  əhalinin ictimai əməyə  cəlb olunması,  əmək 

ehtiyatlarından səmərəli istifadə edilməsi təmin edilirdi. 

1970-1985-ci illərdə Azərbaycanın paytaxtı Bakı  şəhərinin inkişaf 

etdirilməsi və abadlaşdırılması  nəticəsində onun görkəmi dəyişmişdi. Yeni 

binalar, mədəniyyət obyektləri tikilmiş, 14 ildə yaşayış evlərinin tikintisi 

geniş  həcmdə  həyata keçirilmişdi. Bu illərdə tikilən yaşayış binaları bütün 

Bakı şəhərinin yaşayış fonduna bərabər tutula bilərdi. 

Respublika rəhbərinin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də 

əhalinin mənzil şəraitinin yaxşılaşdırılması idi. 14 ildə respublika əhalisinə 

376,1 min yeni tikilmiş  mənzil verilmişdi. Bu Azərbaycanın hər üç 

sakinindən birinin məhz həmin dövrdə  təzə  mənzillə  təmin edilməsinə 

imkan yaratmışdı. 

Vaxtın  ən kəskin problemlərindən biri də  əmək qabiliyyətli  əhalinin 

ictimai əməyə cəlb olunması, habelə əmək ehtiyatlarından səmərəli istifadə 

edilməsi məsələsi idi. 1970-ci ildən başlayaraq bu problemin həlli yollarında 

ardıcıl olaraq görülən işlər, atılan addımlar öz səmərəsini vermişdi, orta və 

kiçik  şəhərlərdə, kənd yerlərində  əlavə  iş yerləri açılması hesabına fəhlə, 

qulluqçu və kolxozçuların orta illik sayı 813 min nəfər, yaxud 1,5 dəfə 

artaraq 1985-ci ildə 2 milyon 360 min nəfərə çatmışdı. 

Azərbaycan sənayesinin inkişafında elmi-texniki tərəqqinin nailiyyətləri 

geniş  tətbiq olunaraq 1971-1985-ci illərdə 581 adda yeni tipli maşın, 

avadanlıq, aparat və cihaz nümunələri yaradılmışdı. 1050 adda mühüm 

sənaye məhsulunun 2519 mexanikləşdirilmiş axın xətti, 73 elmi- 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

54 

 

istehsalat və istehsalat birlikləri yaradılmışdı ki, bunların da tərkibində 264 



iri müəssisə vardı.

1

 



Prezident Heydər  Əliyev göstərir ki, Azərbaycan 1970-1985-ci illərdə 

neft məhsulları, neft avadanlığı, polad borular, əlvan metallar, sintetik 

kauçuk, elektrik mühərrikləri, məişət kondisionerləri, mineral gübrələr, çini-

saxsı, xalça və xalçaçılıq məmulatı və i.a. istehsalı üzrə Sovetlər İttifaqında 

aparıcı yerlərdən birini tuturdu. Ölkəmizdə buraxılan 350 adda məhsul 

dünyanın 65 ölkəsinə ixrac olunurdu. 

Azərbaycan təbiətinin, ekologiyasının qorunması mühüm vəzifələrdən 

biri kimi qarşıda dururdu. Heydər  Əliyevin rəhbərliyi ilə Azərbaycan KP 

MK-sı  və Nazirlər Soveti 1974-cü il aprel-avqust aylarında, 1975-ci ilin 

oktyabrında bir neçə dəfə təbiətin mühafizəsi və təbii ehtiyatlardan səmərəli 

istifadə  məsələlərinə baxmış, Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin 

«Təbiətin mühafizəsinin möhkəmləndirilməsi və təbii ehtiyatlardan istifadə 

etməyin yaxşılaşdırılması haqqında» 29 dekabr 1972-ci il tarixli qərarına 

əsasən, respublika nazirlikləri və müəssisələri,  İttifaq tabeliyində olan 

müəssisələr qarşısında duran vəzifələri müəyyən etmişdi. 

Heydər Əliyevin Sov.İKP Mərkəzi Komitəsinə 1976-cı il 7 yanvar tarixli 

hesabatında

2

 göstərilirdi ki, 1974-cü ildən başlayaraq Dövlət Plan Komitəsi



Nazirliklər və  təşkilatlar,  İttifaq tabeliyində olan müəssisələr illik 

planlarında «Təbiətin mühafizəsi və  təbii ehtiyatlardan səmərəli istifadə 

edilməsi» bölməsi ayırmışdılar. Bu məqsədlə respublikada 1971-1975-ci 

illərdə 62,7 milyon manat xərclənmişdi. Cümlədən suların mühafizəsi 

tədbirlərinə 51 milyon manat, hava hövzəsinin mühafizəsinə 4,7 milyon 

manat, ehtiyatlarının mühafizəsi və  səmərəli istifadə edilməsinə 7 milyon 

manat sərf edilmişdi.

3

 



1976-cı ildə  ətraf mühitin mühafizəsi və  təbii ehtiyatlardan səmərəli 

istifadə edilməsi məqsədilə 44,2 milyon manat ayrılması planlaşdırılmışdı. 

                                                 

1

 



Heydər Əliyev. Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında. Bakı, 2001,səh.44

 

2



 

Rusiya Dövlət Ən Yeni Tarix Arxivi. Fond 5, siyahı 69, iş 506, vərəq 1-6

 

3

 



Yenə orada, vərəq 1 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə