M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə10/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   6   7   8   9   10   11   12   13   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

31 

 

görə ümumittifaq göstəricilərindən geridə qalırdı.



1

 1965-ci ildə 1940-cı ilə 

nisbətən Azərbaycanda məcmu ictimai məhsul 3,6 dəfə, sənaye 

məhsullarının həcmi 4 dəfə artmışdı. Lakin Ümumittifaq üzrə bu göstəricilər 

müvafiq surətdə 5.7 və 7,9 dəfəyə çatırdı. Azərbaycan SSR milli gəlirin 

həcminə görə ümumittifaq səviyyəsindən 2 dəfə,  əsas fondlara görə 1,8 

dəfə, kapital qoyuluşu üzrə 1,7 dəfə geri qalırdı. 

Neft sənayesi, energetika, qara metallurgiya, kimya və neft kimyası 

sənayesində  işlərin fasiləsiz aparılması pozulur, bir çox sahələrin texniki-

iqtisadi göstəriciləri aşağı düşürdü. 

Kənd təsərrüfatının istehsal səviyyəsi aşağı düşməkdə davam edirdi. 

Meliorasiya və dəmyə torpaqların suvarılmasında, kənd təsərrüfatı işlərinin 

mexanikləşdirilməsində nöqsanlar var idi. Kənd təsərrüfatında taxılın, 

pambığın, tərəvəzin, üzümün, çay yarpağının və başqa bitkilərin 

məhsuldarlığı aşağı səviyyədə idi.

2

 



Respublikanı belə bir ağır vəziyyətdən qurtarmaq üçün çıxış yolu axtarıb 

tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsip etibarı ilə yeni konseptual 

proqram işlənməsi, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri həyata 

keçirilməsi, təsərrüfatçılıq işində yeni metodlar tətbiq edilməsi və i.a. zəruri 

vəzifələr qarşıda durardu. Bu çətin və mürəkkəb işlərin həyata 

keçirilməsində güclü, bacarıqlı  təşkilatçı, cəsarətli bir rəhbərə ehtiyac var 

idi. Belə bir rəhbər də Heydər Əliyev oldu. 

Heydər  Əliyev Azərbaycan Kommunist Partiyası  Mərkəzi Komitəsinin 

birinci katibi seçiləndən bir ay keçməmiş Azərbaycan KP MK-nın 1969-cu 

il avqust plenumunda məruzə ilə  çıxış edir. Məruzədə respublika 

iqtisadiyyatında yaranmış acınacaqlı vəziyyət böyük prinsipiallıqla dərindən 

və  hərtərəfli təhlil edilir və xalq təsərrüfatına, mədəni quruculuğa 

rəhbərlikdə buraxılmış ciddi nöqsanlar və çatışmazlıqlar aşkar edilir. Bütün 

təşkilatları dövlət və əmək intizamını möhkəmlətməyə, respublika- 

                                                 

1

 



Heydər Əliyev. «Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında». Yeni 2001-ci il, yeni əsr və üçüncü 

minillik münasibətilə Azərbaycan xalqına müraciət. «Azərbaycan» və «Xalq qəzeti», 30 dekabr 2002-ci il

 

2

 



Yenə orada 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

32 

 

da mənəvi-psixoloji mühiti sağlamlaşdırmağa istiqamətləndirir. Heydər 



Əliyev 1969-1970-ci illərdə keçirilən Azərbaycan KP MK-nın 

plenumlarında, fəallar yığıncaqlarında, toplantılarda və başqa yığıncaqlarda 

məruzə  və  çıxışlarında ardıcıl olaraq təsərrüfat və  mədəni quruculuq 

məsələlərini təhlil edir və yeni vəzifələr qarşıya qoyurdu. Həmin illər 

Azərbaycanın iqtisadi və ictimai-siyasi həyatında dönüş  mərhələsi oldu. 

Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş  mərhələsinin təməli 

qoyuldu. Respublikamızın dinamik inkişafı üçün kompleks proqramların 

işlənib hazırlanmasında Azərbaycan Kommunist Partiyası MK-nın birinci 

katibi Heydər  Əliyevin yorulmaz fəaliyyəti, misilsiz təşəbbüskarlığı  və 

böyük təşkilatçılığı bütün 1970-80-ci illərdə müvəffəqiyyətlərin rəhni oldu. 

Azərbaycan KP MK-nın birinci katibi Heydər  Əliyevin respublika 

partiya təşkilatının XXVIII qurultayına (10-12 mart 1971-ci il) hesabat 

məruzəsində respublikada vəziyyətin dərin təhlili verilmişdi. Təsərrüfat və 

mədəni quruculuq təcrübəsində, kadrların seçilib yerləşdirilməsində bir sıra 

ciddi çatışmazlıqlar və səhvlər meydana çıxarılmışdı. 

Azərbaycan Kommunist Partiyası XXVIII qurultayının qətnaməsində 

deyilirdi: «Partiya, sovet və  təsərrüfat orqanlarının fəaliyyətində yol 

verilmiş böyük nöqsanlar, təsərrüfat və  mədəniyyət quruculuğu işlərində, 

kadrların seçilməsində  və yerləşdirilməsində respublikanın  əvvəlki 

rəhbərliyi tərəfindən buraxılmış ciddi səhvlər nəticəsində respublika 

iqtisadiyyatı uzun müddət ləng, İttifaq üzrə orta sürətdən xeyli geri qalan bir 

sürətlə inkişaf etmişdir; sənaye və kənd təsərrüfatı istehsalının tam bir sıra 

əsas göstəriciləri üzrə Azərbaycan SSR ölkədə axırıncı yerlərdə olmuşdur».

1

 



Qətnamədə qarşıda duran vəzifələr müəyyən edilirdi. Hesabat məruzəsi 

və  məruzə  ətrafında çıxışlarda, Azərbaycan KP MK-nın 1969-cu il avqust 

plenumunun və  şəxsən Heydər  Əliyevin həmin plenumda, habelə sonrakı 

çıxış və nitqlərində respublikanın iqtisadi inkişafında buraxılmış 

                                                 

1

Azərbaycan Kommunist Partiyası XXVIII qurultayının materialları, Bakı, 1971, səh. 92 



 


M İ L L İ  K İ T A B X A N A

____________________________________

33 

 

səhvlərin səbəblərinin aşkar edilməsi və respublikamızın xalq təsərrüfatına, 



ictimai-siyasi həyatına rəhbərlik edilməsi sahəsində yeni münasibət işlənib 

hazırlanmasının çox mühüm əhəmiyyət kəsb etdiyi yekdilliklə  bəyənildi. 

Xüsusi olaraq qeyd edildi ki, Mərkəzi Komitənin avqust (1969-cu il) 

plenumundan sonra Heydər  Əliyevin rəhbərliyi ilə MK-nın prinsipial bir 

xətt götürdüyü, kadrlara qarşı  tələbkarlığın artırılması respublikanın 

həyatında böyük canlanmaya səbəb olmuşdu. 

Bu nöqsanların nəticəsində Azərbaycanda 1966-1970-ci illərdə 

bütünlüklə sənaye üzrə müəyyən edilmiş vəzifələr yerinə yetirilməmişdi. Bu 

dövrdə  əmək məhsuldarlığının azalması hesabına məhsulun artım norması 

xeyli aşağı düşmüşdü. Məsələn, yeddiillikdə Azərbaycan sənayesində əmək 

məhsuldarlığı nəzərdə tutulan 48,7 faiz əvəzinə, 26,8 faiz artmışdı. 

Heydər  Əliyev tərəfindən bu nöqsanlar aşkara çıxarıldı  və  sənayenin 

fasiləsiz, möhkəm və daha səmərəli inkişaf xətti müəyyən edildi. Kənd 

təsərrüfatının inkişaf etdirilməsində heç də mövcud imkanlardan lazımınca 

istifadə edilməmişdir. Bunun nəticəsində  kənd təsərrüfatında planların 

yerinə yetirilməsində nöqsanlara yol verilmişdi. 1966-1970-ci illər  ərzində 

ümumi kənd təsərrüfatı məhsulunun artımı nəzərdə tutulan 29 faiz əvəzinə, 

vur-tut 23 faiz olmuşdu. Respublikada kənd təsərrüfatının geriliyinin 

səbəbləri Azərbaycan KP MK-nm 1969-cu ilin avqust plenumunda 

prinsipiallıqla aşkar edilmişdi. 

Azərbaycan Kommunist Partiyasının XXVIII quraltayında MK-nın 

birinci katibi Heydər  Əliyevin hesabat məruzəsində respublikada kənd 

təsərrüfatındakı geriliyin səbəbləri açıqlandı. Hesabat məruzəsində deyilirdi: 

«Bu səbəblər, hər  şeydən  əvvəl, ondan ibarətdir ki, bir çox illər  ərzində 

respublikanın kənd təsərrüfatına rəhbərlik işində ciddi təşkilati və 

aqrotexniki səhvlərə və qüsurlara yol verilirdi. Prinsipial məsələlərin, kənd 

təsərrüfatı problemlərinin həlli elmi zəminə əsaslanmır, çox vaxt öz-başına 

çıxarılan qərarların nəticəsi olurdu. Bunun nəticəsində  kənd təsərrüfatı 

istehsalının ixtisaslaşdırılması və onun sahələrinin yerləşdirilməsi işi kifayət 

qədər düşünülmədən, tələsik və müvafiq hazırlıq aparılmadan görülürdü ki, 

bu da bir sıra çox mühüm kənd təsərrüfatı məhsulları isteh- 

  



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə