M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə52/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   48   49   50   51   52   53   54   55   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

155 

 

miyyətli rol oynadığı üçün ilk tanışlığı buradan başlamağı qərara aldım. Bir 



də  mən Heydər  Əliyevin adını  eşitmiş, böyük nüfuzundan xəbərdar idim

şəxsən tanış olmaq arzum vardı. Biz onunla faydalı söhbətlər apardıq. 

Məndə xoş təəssürat oyatdı».

1

 



Naxçıvan həqiqətləri dünyanın müxtəlif informasiya vasitələrinə 

çatdırılmışdı. Dünya ictimaiyyətində böyük bir ciddi rəy yaranmışdı ki, 

Naxçıvana, Azərbaycana hücum Ermənistan tərəfindən həyata keçirilən 

hərbi təcavüzdür. Bu dövrdə 57 dövlət rəsmi surətdə Ermənistan 

Respublikasının Naxçıvana hərbi hücumunu pisləmiş, öz etirazlarını 

bildirmişdilər. Muxtar Respublika dünya ictimaiyyətinin diqqət mərkəzinə 

çevrilmişdi. Xarici dövlətlərin Naxçıvana gələn nümayəndələri Heydər 

Əliyev tərəfindən qəbul edilir, onlara lazımi məlumatlar verilirdi. 

Heydər  Əliyev Naxçıvanda gördüyü işlərə yekun vuraraq qəzetinin 

müxbirləri ilə söhbətində qeyd edirdi ki, «Öz adıma artıq heç bir şey 

çıxmayaraq, deyə bilərəm və həyatda fəxr etməyə həqiqətən dəyər ki, mən 

həmin müddət ərzində Naxçıvanı müharibədən qorudum».

2

 

 



                                                 

1

 



«Dirçəliş. XXI əsr», səh.27

 

2



 

Heydər Əliyev. «Mən xalqa minnətdaram». Müstəqilliyimiz əbədidir. I kitab, səh. qəzeti, 3 avqust 1993-cü il 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

156 

 

IV FƏSİL 



 

HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANDA 

HAKİMİYYƏTƏ YENİDƏN QAYEMŞI. 

AZƏRBAYCAN XALQININ QURTULUŞU 

 

 



1993-cü il iyunun 15-nə kimi Azərbaycanda baş verən ictimai-siyasi 

proseslər respublikanı böhran vəziyyətinə, parçalanmaq səviyyəsinə  və 

müstəqilliyin itirilməsi həddinə  gətirib çıxarmışdı. 1980-ci ilin ikinci 

yarısında keçmiş SSRİ-də hakimiyyət başına gələn M.S.Qorbaçovun 

Azərbaycana, xalqımıza, ümummilli liderimiz Heydər  Əliyevə düşmən 

münasibəti ağır nəticələrə  səbəb olmuşdu. M.S.Qorbaçov tərəfindən 

Azərbaycana rəhbər vəzifəyə göndərilən, milli hisslərdən uzaq olan canişin 

Ə.Vəzirovun hakimiyyəti dövründə Moskva hökumətinin «səyləri» 

nəticəsində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi 

prosesi dərinləşir, antiazərbaycan siyasəti həyata keçirilirdi. Azərbaycan 

xalqının milli-azadlıq mübarizəsi ruhunu sındırmaq üçün 20 yanvar qanlı 

Bakı qırğını hadisələri törədildi. Ə.Vəzirov Azərbaycandan qaçdıqdan sonra 

hakimiyyətə  gətirilən A.Mütəllibov onun milli xəyanət yolunu davam 

etdirir, imperiya mənafeyinə uyğun siyasət həyata keçirirdi. Xalq hərəkatı 

dalğalarında meydana gələn Xalq Cəbhəsinin səriştəsiz Hderləri ilə 

A.Mütəllibov qrupu arasında hakimiyyət uğrunda gedən mübarizə ölkəni 

xaos və anarxiya vəziyyətinə salmışdı. 

Azərbaycanda milli-azadlıq uğrunda, milli istiqlaliyyət uğrunda xalq 

hərəkatı başlayanda, 1988-ci ildə AXC meydana gəlmişdi. AXC ilk illərdə, 

kommunist hakimiyyəti illərində, kommunist rejiminə qarşı  fəal mübarizə 

aparmışdı. Qarabağ problemini həll edə bilmədiyi üçün Azərbaycanın 

kommunist rəhbərliyinə qarşı çıxışlar daha fəal xarakter daşıyırdı. AXC-nin 

mitinqlərinə çoxlu adamlar toplanırdı. Bu adamlar vaxtlar rejimdən və 

Azərbaycan rəhbərliyindən narazı olanlar idilər. Heydər  Əliyev Xalq 

Cəbhəsinin ilk vaxtlar fəaliyyətini, hakimiyyətə  gəlməsinin səbəblərini 

düzgün qiymətləndirirdi. 1993-cü il iyulun əvvəlində «Os- 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

157 

 

tankino» dövlətlərarası televiziya şirkətinə müsahibəsində müxbirin «Sizcə, 



bu gün Azərbaycanda Xalq Cəbhəsinin rolu necədir? nə kimi sosial bazaya 

malikdir?» - suallarına cavabında demişdi: «İlk vaxtlarda Xalq Cəbhəsi də 

mənafelərin fəal ifadəçisi kimi çıxış edirdi. Ona görə  də Xalq Cəbhəsi 

ətrafında çoxlu adam toplanırdı, bu narazılığı nümayiş etdirirdi».

1

 

1992-ci ilin martında Azərbaycanda siyasi gərginlik daha da artmışdı. 



Prezident A. Mütəllibov respublikanı idarə edə bilmirdi. Azərbaycan 

torpaqları  işğal edilirdi. A.Mütəllibov istefaya göndərildi. Üç aydan sonra 

may ayında yenidən prezident vəzifəsinə qayıtmaq üçün cəhd etdi. Baş 

tutmadı. Belə bir şəraitdə Mütəllibov rejimindən və onun səhv 

addımlarından narazılıq daha da artdı. Bu da narazı adamları Xalq Cəbhəsi 

ətrafında birləşdirdi. 1992-ci ilin iyım ayında  Ə.Elçibəy Azərbaycan 

prezidenti seçildi. 

Xalq Cəbhəsi hakimiyyətə  gəldikdən sonra onun bəzi liderləri məsul 

vəzifələrə təyin edilirdi. Ə.Elçibəy prezident seçildikdən sonra bütün rəhbər 

vəzifələr onun tərəfindən təyin edilirdi, özü də Xalq Cəbhəsi üzvlərini təyin 

edirdi. Heydər  Əliyev bu səhvi telefon danışıqlarında, fevralda Bakıda 

görüşərkən, habelə sonralar, 1993-cü il iyun ayında Bakıda görüşündə ona 

xatırlatmış, onun böyük siyasi səhvə yol verdiyini göstərmişdi. «Prezident 

Ə.Elçibəy özünün xalq tərəfindən seçildiyini unudaraq AXC-yə üstünlük 

verir, yalnız ona arxalanırdı. Halbuki bu dövrdə AXC artıq öz sosial 

bazasını getdikcə itirirdi. Bu da öz mənfı  nəticələrini tezliklə göstərdi, 4 

iyun Gəncə hadisələrinə  gətirib çıxardı. Onların bir illik hakimiyyəti 

dövründə Azərbaycanda bütün sahələrdə  vəziyyət olduqca ciddi şəkildə 

pisləşmişdi. Xalq Cebhəsinə inam getdikcə azalmış, sosial bazası 

zəifləmişdi. Xalq Cəbhəsinin təşkil etdiyi mitinqlərdə 1500-2000-dən çox 

adam iştirak etmirdi. Halbuki əvvəlki mitinqlərdə 200-300-400 min adam 

iştirak edirdi.»

2

 

 



                                                 

1

 



H.Əliyev. Ostankino dövlətlərarası televiziya şirkətinə müsahibə. Müstəqilliyimiz əbədidir. Bakı, 1997,1 kitab, 

səh.26; «Azərbaycan» qəzeti, 6 iyul 1993-cü il

 

2

 



Heydər Əliyev. Həmin müsahibə. Müstəqilliyimiz əbədidir. Bakı, 1997, I kitab, səh.27 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə