M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə30/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   ...   26   27   28   29   30   31   32   33   ...   43

 
 
92 
nömrəli  qərarı  ilə  təsdiq  edilmiş  ―Mallara  gömrük  təminatının 
vurulması  Qaydaları‖na  uyğun  olaraq  gömrük  təminatının 
vurulmasını  həyata  keçirirlər.  Fors-major  hallarında  malların  və 
nəqliyyat vasitələrinin mühafizəsini təmin etmək məqsədləri istisna 
olmaqla, onlara tətbiq edilmiş eyniləşdirmə vasitələrinin götürülmə-
sini  və  ya  məhv  edilməsini  yalnız  gömrük  orqanları,  gömrük 
orqanları  tərəfindən  səlahiyyət  verildiyi  hallarda  isə  səlahiyyətli 
iqtisadi  operatorlar  həyata  keçirə  bilərlər.  Eyniləşdirmə  vasitələri 
fors-major  hallarında  götürüldükdə  və  ya  məhv  edildikdə,  dərhal 
gömrük  orqanlarına  məlumat  verilməli  və  göstərilən  halların 
mövcudluğunu  sübut  edən  dəlillər  təqdim  olunmalıdır.  Gömrük 
orqanları  malların  eyniləşdirilməsinə  və  digər  tələblərin  yerinə 
yetirilməsinə əmin olduqda, tranzit xüsusi gömrük proseduru altında 
yerləşdirilmiş  malların  digər  gömrük  proseduru  altında  yerləşdiril-
miş mallarla birlikdə gömrük orqanının nəzarəti altında bir nəqliyyat 
vasitəsində daşınmasına icazə verirlər.  
Tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınan 
malların  digər  gömrük  proseduru  altında  yerləşdirilməsi-  Tranzit 
xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınan mallar digər 
gömrük proseduru altında  yerləşdirilə bilər. Tranzit xüsusi gömrük 
proseduru  altında  yerləşdirilərək  daşınan  malların  digər  gömrük 
proseduru  altında  yerləşdirilməsi  zamanı  həmin  mallar  bəyan 
edilməli  və  müvafiq  gömrük  proseduru  üçün  müəyyən  edilmiş 
şərtlərə əməl olunmalıdır. Malların digər gömrük proseduru altında 
yerləşdirilməsini  rəsmiləşdirən  gömrük  orqanı  bu  barədə  göndərən 
və təyinat gömrük orqanlarına məlumat verir. Tranzit xüsusi gömrük 
proseduru  altında  yerləşdirilmiş  malların  bir  hissəsi  digər  gömrük 
proseduru  altında  yerləşdirildikdə,  həmin  mallar  üzərində  bu 
Qaydaların 12-ci hissəsinə uyğun olaraq yük əməliyyatları aparılır.  
Tranzit  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilmiş  mallar 
üzərində  həyata  keçirilən  yük  əməliyyatları-  Gömrük  ərazisindən 
malları  tranzit  daşıyan  nəqliyyat  vasitələrinə  əlavə  malların 
yüklənməsinə, malların nəqliyyat vasitəsindən boşaldılmasına və ya 
malları  daşıyan  nəqliyyat  vasitəsinin  dəyişdirilməsinə  yol  verilir. 
Tranzit xüsusi gömrük proseduru altında daşınan malların bir hissəsi 


 
 
93 
digər  gömrük  proseduru  altında  yerləşdirildikdə,  həmin  mallar 
nəqliyyat vasitəsindən qismən boşaldılır. Gömrük ərazisi ilə tranzit 
daşınan  mallar  üzərində  yük  əməliyyatları  gömrük  nəzarəti 
zonalarında və ya gömrük orqanının müəyyən etdiyi digər yerlərdə 
gömrük  orqanının  vəzifəli  şəxslərinin  iştirakı  ilə  həyata  keçirilir. 
Yük  əməliyyatları  aparıldıqda,  tranzit  daşınma  müddəti  belə 
əməliyyatların  aparılması  üçün  zəruri  olan  vaxt  nəzərə  alınmaqla 
müəyyən edilir. Mallar üzərində yük əməliyyatları göndərən gömrük 
orqanı  və  ya  əməliyyatların  aparıldığı  ərazidə  fəaliyyət  göstərən 
gömrük  orqanı  tərəfindən  verilən  icazə  əsasında  həyata  keçirilir. 
Malların  bir  nəqliyyat  vasitəsindən  digər  nəqliyyat  vasitəsinə 
yenidən  yüklənməsinə  icazə  həmin  ərazidə  fəaliyyət  göstərən 
gömrük  orqanı  tərəfindən  verilir.  Malların  yenidən  yüklənməsinə 
icazə  vermiş  gömrük  orqanı  göndərən  gömrük orqanına bu barədə 
məlumat verir. Yenidən yüklənmiş mallar təyinat gömrük orqanına 
gömrük nəzarəti altında daşınmalıdır. Malların məhvi, itirilməsi və 
ya əhəmiyyətli dərəcədə korlanması təhlükəsi varsa, daşıyıcı və  ya 
mallara  dair  səlahiyyətli  şəxs  malların  boşaldılması  və  ya  yenidən 
yüklənməsi üçün tədbirlər həyata keçirir. Bu halda daşıyıcı müvafiq 
akt  tərtib  edilməsi  üçün  malların  ən  yaxın  gömrük  orqanına 
daşınmasını  və  ya  gömrük  orqanının  vəzifəli  şəxslərinin  malların 
olduğu  yerə  gətirilməsini  təmin  etməli  və  malların  qorunması 
məqsədi  ilə  tədbirlər  həyata  keçirməyə  məcbur  olduğunu 
əsaslandırmalıdır. Akt üç nüsxədə tərtib edilir, aktın birinci nüsxəsi 
onu tərtib edən gömrük orqanında saxlanılır, ikinci nüsxəsi göndərən 
gömrük  orqanına  göndərilir,  üçüncü  nüsxəsi  isə  daşıyıcıya  təqdim 
edilir. Malların tranzit daşınması zamanı yol nəqliyyat hadisəsi baş 
verdikdə,  bu  Qaydaların  12.5-ci  bəndinə  uyğun  olaraq  akt  tərtib 
edilməsi üçün malların ən yaxın gömrük orqanına daşınması və ya 
gömrük  orqanının  vəzifəli  şəxslərinin  malların  olduğu  yerə 
gətirilməsi  təmin  edilməlidir.  Malların  təyinat  gömrük  orqanına 
sonrakı daşınması gömrük nəzarəti altında həyata keçirilir.  
Zədələnmiş  qablaşdırmanın  düzəldilməsinə,  qablaşdırmanın 
açılmasına,  qablaşdırmaya  və  ya  yenidən  qablaşdırmaya  zərurət 
yaranarsa, bu halda həmin  yük əməliyyatlarının aparılmasına icazə 


 
 
94 
həmin ərazidə fəaliyyət göstərən ən yaxın gömrük orqanı tərəfindən 
verilir.  
Beynəlxalq  tranzit  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirilərək  daşınan  xarici  mallar  itirildiyi,  təyinat  yerinə 
çatdırılmadığı  hallarda  gömrük  borcu  hesablanarkən,  onların 
müvafiq  gömrük  proseduru  altında  yerləşdirilməsi  barədə  gömrük 
orqanının  qərarının  qəbul  edildiyi  gün  qüvvədə  olan  gömrük 
rüsumlarının  və  vergilərin  dərəcələri  və  ―Gömrük  tarifi  haqqında‖ 
Azərbaycan  Respublikasının  Qanununa  əsasən  müəyyən  edilən 
gömrük dəyəri əsas götürülür. Daşıyıcı və onun nəqliyyat vasitələri 
Gömrük  Məcəlləsinin  tələblərinə  cavab  vermədikdə,  malların 
daşınması gömrük daşıyıcısı tərəfindən gömrük müşayiəti (malların, 
nəqliyyat  vasitələrinin  və  onlara  aid  sənədlərin  gömrük  orqanının 
vəzifəli şəxsi tərəfindən müşayiəti) altında davam etdirilir. Malların 
gömrük  müşayiəti  altında  daşınmasına  görə  Azərbaycan 
Respublikasının  Nazirlər  Kabineti  tərəfindən  müəyyən  edilmiş 
məbləğdə gömrük yığımları alınır. Xarici dövlətlərin və beynəlxalq 
təşkilatların  rezidentlərin  mənafeyinə  zərər  vuran  ayrı-seçkilik  və 
digər  iqtisadi  siyasət  tədbirlərinə  cavab  kimi,  Azərbaycan 
Respublikasının  Nazirlər  Kabineti  həmin  dövlətlərin  və  müvafiq 
beynəlxalq  təşkilatlara  daxil  olan  dövlətlərin  mallarının  gömrük 
ərazisindən  beynəlxalq  tranzitinə  qadağalar  və  məhdudiyyətlər 
tətbiq edə bilər. 
 
 
Ev tapşırığı: 
1.
 
İcazə və lisenziyaların verilməsi hansı qaydada həyata keçirilir? 
2.
 
Xüsusi gömrük proseduru nə zaman başa çatır? 
3.
 
Malların  beynəlxalq  tranzit  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirilərək daşınması hansı qaydada həyata keçirilir?  
4.
 
Beynəlxalq  tranzit  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirilən malların rəsmiləşdirilməsi necə həyata keçirilir? 
5.
 
Fors-major  halların  yaranması  nəticəsində  müəyyən  edilmiş 
öhdəlikləri yerinə yetirə bilməyən şəxs nə etməlidir? 


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə