83
hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada verilən
gömrük orqanının icazəsi şəxslərə aşağıdakı şərtlərlə verilir:
1. gömrük orqanlarının xüsusi gömrük prosedurlarına nəzarəti
həyata keçirmək imkanı olduqda;
2. icazənin verilməsi yerli istehsalçıların mühüm maraqlarına
mənfi təsir göstərmədikdə.
Gömrük Məcəlləsinin 167.1-ci maddəsində qeyd olunan
icazənin verilməsinin yerli istehsalçıların mühüm maraqlarına təsir
göstərmə dərəcəsi iqtisadi şəraitin təhlili nəticəsində müəyyən edilir.
Bu təhlilin aparılması qaydalarını müvafiq icra hakimiyyəti orqanı
müəyyən edir. Xüsusi gömrük proseduruna icazə sahibi icazənin
verilməsindən sonra onun davam etdirilməsinə və ya məzmununa
təsir edə bilən bütün amillər barədə gömrük orqanlarına məlumat
verməyə borcludur.
Uçotun aparılması- Tranzit xüsusi gömrük proseduru istisna
olmaqla, icazə sahibi, prosedur sahibi, habelə sərbəst zonada
malların saxlancı, istehsalı, emalı, alğı-satqısı ilə məşğul olan şəxslər
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada öz
əməliyyatlarının uçotunu aparmalıdırlar. Aparılan uçot gömrük
orqanları tərəfindən müvafiq gömrük proseduruna, o cümlədən
həmin gömrük proseduru altında yerləşdirilmiş malların eyniləş-
dirilməsinə, onların gömrük statusunun müəyyənləşdirilməsinə və
daşınmasına nəzarətin həyata keçirilməsinə imkan yaratmalıdır.
Xüsusi gömrük prosedurunun başa çatması - Tranzit xüsusi
gömrük prosedurundan və Gömrük Məcəlləsinin 195-ci maddəsində
nəzərdə tutulmuş hallardan başqa, xüsusi gömrük proseduru altında
yerləşdirilmiş mallar və ya emal olunmuş məhsullar növbəti gömrük
proseduru altında yerləşdirildiyi, gömrük ərazisindən aparıldığı,
tullantılar qalmadan məhv edildiyi və ya dövlətin xeyrinə imtina
edildiyi zaman xüsusi gömrük proseduru başa çatır. Tranzit xüsusi
gömrük proseduru, göndərən gömrük orqanına və təyinat gömrük
orqanına təqdim olunan məlumatların gömrük orqanları tərəfindən
müqayisəsi əsasında onun düzgün yerinə yetirildiyi müəyyən
edildikdən sonra başa çatır. Xüsusi gömrük proseduru başa
84
çatmadıqda, gömrük orqanları müvafiq mallarla bağlı vəziyyətin
tənzimlənməsi üçün bütün lazımi tədbirləri həyata keçirirlər.
Xüsusi gömrük prosedurları ilə bağlı hüquq və öhdəliklərinin
ötürülməsi- Tranzit xüsusi gömrük proseduru istisna olmaqla, digər
xüsusi gömrük prosedurları altında yerləşdirilmiş mallarla əlaqədar
prosedur sahibinin hüquqları və öhdəlikləri müvafiq gömrük
proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edən digər şəxslərə
də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
verilə bilər.
Malların daşınması - Tranzit və sərbəst zona xüsusi gömrük
prosedurları istisna olmaqla, digər xüsusi gömrük prosedurları
altında yerləşdirilmiş mallar gömrük ərazisinin müxtəlif məntəqələri
arasında gömrük qanunvericiliyinin tələblərinə riayət olunmaqla
daşına bilər.
Mallarla adi işləmə formalarım - Gömrük anbarlarında saxlanc,
emal və ya sərbəst zona xüsusi gömrük prosedurları altında
yerləşdirilmiş mallar onların qorunması, xarici görünüşünün və
keyfiyyətinin yaxşılaşdırılması, satış və daşınma üçün hazırlanması
məqsədi ilə adi işləmə formalarına məruz qala bilərlər.
Ekvivalent mallar- Xüsusi gömrük proseduru altında yerləşdi-
rilmiş malların əvəzinə saxlanca qoyulan, istifadə edilən və ya emal
edilən daxili mallar ekvivalent mallar hesab olunur. Xaricdə emal
prosedurunda ekvivalent mallar bu prosedur altında yerləşdirilmiş
daxili malların əvəzinə emal olunan xarici mallardan ibarətdir.
Ekvivalent mallar əvəz etdikləri mallarla eyni keyfiyyətə, eyni
texniki göstəricilərə və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası
üzrə eyni rəqəmli koda malik olmalıdırlar. Gömrük orqanları
gömrük prosedurunun gömrük nəzarəti baxımından qanunvericiliyin
tələblərinə uyğun tətbiq olunmasının təmin edilməsi şərti ilə tranzit,
müvəqqəti idxal və ya müvəqqəti saxlanc xüsusi gömrük
prosedurları istisna edilməklə, digər xüsusi gömrük prosedurları
daxilində ekvivalent mallardan istifadəyə icazə verirlər. Müvafiq
icra hakimiyyəti orqanı ekvivalent mallardan istifadə qaydalarını
müəyyən edir.
85
Beynəlxalq transit- Beynəlxalq tranzit xüsusi gömrük proseduru
xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər
alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük
nəzarəti altında bir yerdən başqa yerə daşınmasıdır. Malların
beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək
daşınması aşağıdakı qaydada həyata keçirilir:
1. malların daşınması gömrük ərazisindən kənarda başlanır,
yaxud başa çatır;
2. malların daşınması gömrük ərazisinin iki məntəqəsi arasında
gömrük ərazisindən kənar ərazidən keçməklə baş verir.
Gömrük Məcəlləsinin 174.1-ci maddəsində qeyd edilən
daşınma aşağıda göstərilənlər əsasında həyata keçirilir:
1. beynəlxalq tranzit xüsusi gömrük proseduru;
2. beynəlxalq gömrük tranziti üzrə Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələr;
3. mallar Ümumdünya Poçt İttifaqının Aktları əsasında
hüquqlara malik olan və öhdəliklər daşıyan subyektlər (poçt rabitəsi
operatorları) tərəfindən və ya onlar üçün beynəlxalq poçt göndəriş-
lərinin daşınmasında vasitəçilik edən şəxslər tərəfindən daşındığı
halda, bu aktlara müvafiq olaraq beynəlxalq poçt göndərişlərinin
mübadiləsi sistemi.
Daxili malların beynəlxalq tranzit xüsusi gömrük proseduru
altında yerləşdirilməsi hallarını və şərtlərini müvafiq icra hakimiy-
yəti orqanı müəyyənləşdirir. Xarici dövlətlərin və beynəlxalq
təşkilatların rezidentlərin mənafeyinə zərər vuran ayrı-seçkilik və
digər iqtisadi siyasət tədbirlərinə cavab kimi, müvafiq icra
hakimiyyəti orqanı həmin dövlətlərin və müvafiq beynəlxalq
təşkilatlara daxil olan dövlətlərin mallarının gömrük ərazisindən
beynəlxalq tranzitinə qadağalar və məhdudiyyətlər tətbiq edə bilər.
Malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında
yerləşdirilərək daşınması gömrük orqanlarının icazəsi əsasında
həyata keçirilir.
Daxili tranzit - Daxili tranzit xüsusi gömrük proseduru daxili
malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa
yerinə daşınmasıdır. Gömrük Məcəlləsinin 175.1-ci maddəsində
Dostları ilə paylaş: |