M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə29/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   ...   25   26   27   28   29   30   31   32   ...   43

 
 
89 
1.  malların  gömrük  ərazisinə  gətirilməsi  və  ya  bu  ərazidən 
aparılması  Gömrük  Məcəlləsinin  214-cü  və  215-ci  maddələrinə 
əsasən qadağan edildikdə və ya məhdudlaşdırıldıqda;  
2.  icazənin  verilməsi  üçün  təqdim  edilmiş  sənədlərdə  yanlış 
məlumatlar  olduqda.  İcazənin  verilməsindən  imtina  barədə  qərar, 
imtinanın  əsasları  göstərilməklə  şəxsə  dərhal  kağız  üzərində  yazılı 
və  ya  onun  arzusu  ilə  elektron  formada  verilir.  Şəxs  icazənin 
verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra 
icazə  almaq  üçün  bu  Qaydalara  uyğun  olaraq  yenidən  gömrük 
orqanına müraciət edə bilər. Malların dərhal digər gömrük proseduru 
altında  yerləşdirilməsi  halları  istisna  olmaqla,  beynəlxalq  tranzit 
xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar icazənin ləğv 
edildiyi gündən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında 
yerləşdirilmiş  hesab  olunur.  Malların  beynəlxalq  tranzit  xüsusi 
gömrük  proseduru  altında  yerləşdirilməsi  üçün  təqdim  edilən 
sənədlərin surətləri 3 il müddətində gömrük orqanlarında saxlanılır. 
Beynəlxalq  tranzit  xüsusi  gömrük  proseduru  göndərən  gömrük 
orqanına  və  təyinat  gömrük  orqanına  təqdim  olunan  məlumatların 
gömrük  orqanları  tərəfindən  müqayisəsi  əsasında  onun  düzgün 
yerinə  yetirildiyi  müəyyən  edildikdən  sonra  başa  çatır.  Gömrük 
proseduru  başa  çatmadıqda,  gömrük  orqanları  müvafiq  mallarla 
bağlı vəziyyətin tənzimlənməsi üçün bütün lazımi tədbirləri həyata 
keçirirlər.  
Daxili  malların  beynəlxalq  tranzit  xüsusi  gömrük  proseduru 
altında  yerləşdirilməsi  halları  və  şərtləri-  Daxili  mallar  aşağıdakı 
hallarda  beynəlxalq  tranzit  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirilir:  
1.  mallar  gömrük  ərazisinin  iki  məntəqəsi  arasında  gömrük 
ərazisindən kənar ərazidən keçməklə daşındıqda;  
2.  mallar  gömrük  ərazisinin  iki  məntəqəsi  arasında  gömrük 
ərazisindən  kənar  ərazidən  keçməklə  daşınaraq  üçüncü  ölkəyə 
aparıldıqda.  
 Daxili  mallar  aşağıdakı  şərtlərlə  beynəlxalq  tranzit  xüsusi 
gömrük proseduru altında yerləşdirilir:  


 
 
90 
1. malların gömrük rəsmiləşdirilməsi bu Qaydaların 5.3-cü-5.6-
cı bəndlərinə uyğun olaraq həyata keçirildikdə;  
2.  malların  statusu  dəyişdirilmədən  gömrük  ərazisinin  bir 
yerindən digər yerinə daşındıqda.  
Daxili  tranzit  xüsusi  gömrük  proseduru-  Daxili  tranzit  xüsusi 
gömrük proseduru gömrük ərazisindən aparılması məqsədi ilə bəyan 
edilən daxili malların, onların statusunu dəyişdirmədən bir gömrük 
orqanından digər gömrük orqanına daşınmasıdır. Bu Qaydaların 7.1-
ci  bəndində  qeyd  edilən  daşınma  poçt  sistemi  daxilində  daşınan 
mallara da şamil edilir.  
Malların  daxili  tranzit  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirilərək  daşınması  gömrük  orqanlarının  icazəsi  ilə  həyata 
keçirilir. Daxili tranzit xüsusi gömrük proseduru üçün bəyan edilən 
daxili  mallar  Gömrük  Məcəlləsinin  83.2-ci  maddəsində  nəzərdə 
tutulmuş müddət ərzində gömrük nəzarəti altında olur. Daxili tranzit 
xüsusi  gömrük  proseduru  göndərən  gömrük  orqanına  və  təyinat 
gömrük  orqanına  təqdim  olunan  məlumatların  gömrük  orqanları 
tərəfindən  müqayisəsi  əsasında  onun  düzgün  yerinə  yetirildiyi 
müəyyən  edildikdən  sonra  başa  çatır.  Gömrük  proseduru  başa 
çatmadıqda,  gömrük  orqanları  müvafiq  mallarla  bağlı  vəziyyətin 
tənzimlənməsi üçün bütün lazımi tədbirləri həyata keçirirlər. 
Daxili  tranzit  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilmiş 
malların  gömrük  rəsmiləşdirilməsi-  Daxili  tranzit  xüsusi  gömrük 
proseduru  altında  yerləşdirilən  mallara  dair  gömrük  bəyannaməsi 
həmin mallar təyinat  gömrük orqanına  təqdim  edildiyi  tarixdən 15 
(on  beş)  gündən  gec  olmayaraq  verilməlidir.  Göstərilən  müddət 
bəyannaməçi  tərəfindən  müvafiq  sənədlərin  və  məlumatların 
toplanması üçün kifayət  etmədikdə, onun əsaslandırılmış müraciəti 
əsasında  gömrük  orqanı  həmin  müddəti  uzadır.  Gömrük 
bəyannaməsinin təqdim edilməsi müddətinin uzadılmasına malların 
müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 
çərçivəsində  yol  verilir.  Daxili  tranzit  xüsusi  gömrük  proseduru 
altında  yerləşdirilmiş  malların  gömrük  rəsmiləşdirilməsi  bu 
Qaydaların  5.3-cü-5.6-cı  bəndlərinə  uyğun  olaraq  həyata  keçirilir. 
Göndərən gömrük orqanının müəyyən etdiyi marşrutla və müddətdə 


 
 
91 
malların təyinat gömrük orqanına və ya onlarla razılaşdırılmış digər 
yerə çatdırılması- Malların tranzit xüsusi gömrük proseduru altında 
yerləşdirilərək daşınmasına icazə almış şəxs həmin malları göndərən 
gömrük orqanı tərəfindən müəyyən edilmiş marşrutla və müddətdə 
təyinat  gömrük  orqanına  və  ya  onlarla  razılaşdırılmış  digər  yerə 
çatdırmalıdır.  Təqdim  edilmiş  nəqliyyat  sənədlərində  göstərilən 
məlumatlar  nəzərə  alınmaqla,  tranzit  xüsusi  gömrük  proseduru 
altında yerləşdirilmiş malların təyinat gömrük orqanına və ya onlarla 
razılaşdırılmış  digər  yerə  çatdırılması  üçün  marşrut  göndərən 
gömrük orqanı tərəfindən müəyyən edilir. Malların təyinat gömrük 
orqanına  və  ya  onlarla  razılaşdırılmış  digər  yerə  çatdırılması  üçün 
marşrutu  müəyyən  edən  göndərən  gömrük  orqanı  nəqliyyat 
vasitələrinin  növü  və  imkanlarını,  daşınma  şərtlərini,  sürücünün  iş 
rejimi  və  istirahət  vaxtını,  habelə  mallara  dair  səlahiyyətli  şəxsin, 
onun  nümayəndəsinin  və  ya  daşıyıcının  müraciətini  nəzərə  almalı-
dır. Marşrutun və müddətin dəyişdirilməsi mallara dair səlahiyyətli 
şəxsin,  onun  nümayəndəsinin  və  ya  daşıyıcının  əsaslandırılmış 
müraciətinə əsasən göndərən gömrük orqanının, malların daşınması 
zamanı isə həmin ərazidə fəaliyyət göstərən digər gömrük orqanının 
icazəsi ilə həyata keçirilir. Malların daşınması zamanı marşrutun və 
müddətin  dəyişdirilməsinə  icazə  vermiş  gömrük  orqanı  bu  barədə 
göndərən  və  təyinat  gömrük  orqanlarını  elektron  informasiya 
sistemləri vasitəsilə məlumatlandırır.  
Fors-major  halların  yaranması  nəticəsində  müəyyən  edilmiş 
öhdəlikləri  yerinə  yetirə  bilməyən  şəxs  və  ya  onun  maraqlarından 
çıxış  edən  şəxs  bu  barədə  gömrük  orqanlarını  təxirəsalınmadan 
məlumatlandırmalıdır.  Belə  hallarda  mallar  tam  itkiyə  məruz 
qalmadıqda, gömrük orqanlarına onların dəqiq yeri barədə məlumat 
verilməlidir.  Bu  Qaydaların  9.6-cı  bəndində  qeyd  olunan  hallarda 
gömrük orqanları nəqliyyat vasitəsində olan malların başqa gömrük 
orqanına və ya razılaşdırılmış digər yerə çatdırılması üzrə tədbirləri 
müəyyənləşdirirlər.  
Gömrük  orqanları  gömrük  nəzarəti  altında  qalmaqla,  gömrük 
ərazisindən tranzitlə keçirilməsi nəzərdə tutulan mallara Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 31 oktyabr tarixli 253 


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə