M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə31/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   ...   27   28   29   30   31   32   33   34   ...   43

 
 
95 
6.
 
Malların  daxili  tranzit  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirilməsi hansı qaydada həyata keçirilir?  
 
 
Ədəbiyyat siyahısı 
 
 1.  Gömrük  Məcəlləsi  2011,  Bakı,  Hüquq  ədəbiyyatı.  2016.  XXIX 
fəsil 
2. "Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları 
altında  yerləşdirilərək  daşınması  Qaydaları"nın  təsdiq  edilməsi 
haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 14  yanvar 
2014-cü il tarixli 5 №li Qərar 
3. A.Ş.Şəkərəliyev ―Milli təhlükəsizlik sisteminin təmin edilməsində 
gömrük  orqanlarının  iştirakı‖  AR  Təhlükəsizlik  Nazirliyi  Az.DİU-
da yerinə yetirilmiş büdcə təyinatlı elmi tədqiqat işlərinin yekununa 
həsr  edilmiş  elmi-praktik  konfransın  materialları,  Bakı  2009,  səh 
269-272 
4.M.Y.Yadulla.  Xarici  ticarət  sahəsində  dövlət  siyasətinin  ümumi 
nəzəri  əsasları.  Geoiqtisaditta  və  geosiyasətin  qarşılıqlı  vəhdəti. 
Respublika elmi konfransının materialları.2014  
 
 
 


 
 
96 
Mövzu 6. Saxlanc xüsusi gömrük proseduru 
 
 
1.
 
Saxlanc xüsusi gömrük prosedurunun əhatə dairəsi 
2.
 
Saxlanc  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilmə 
qaydaları 
 
Saxlanc  xüsusi  gömrük  prosedurunun  əhatə  dairəsi-  Saxlanc 
xüsusi  gömrük  proseduru  müvəqqəti  saxlanc  və  gömrük  anbarı 
prosedurlarından  ibarətdir.  Malların  saxlanc  xüsusi  gömrük  prose-
duru  altında  yerləşdirilməsi  qaydalarını  müvafiq  icra  hakimiyyəti 
orqanı  müəyyən  edir.  Xarici  mallar  saxlanc  xüsusi  gömrük 
proseduru  altında  idxal  gömrük  rüsumları,  idxal  üzrə  əlavə  dəyər 
vergisi  və  aksizlər  alınmadan,  ticarət  siyasəti  tədbirləri  tətbiq 
olunmadan  gömrük  və  müvəqqəti  saxlanc  anbarlarında  gömrük 
nəzarəti  altında  yerləşdirilir.  Daxili  mallar  da  gömrük  qanunve-
riciliyinə  müvafiq  olaraq  gömrük  anbarı  proseduru  və  ya  sərbəst 
zona  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilə  bilər.  Daxili 
malların  saxlanc  xüsusi  gömrük  proseduru  altında  yerləşdirildiyi 
halları və şərtləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.  
Saxlanc  xüsusi  gömrük  proseduru  sahibinin  məsuliyyəti- 
Saxlanc  xüsusi  gömrük  prosedurunun  sahibi  aşağıdakılara  görə 
cavabdehdir:  
1.  müvəqqəti  saxlanc  və  ya  gömrük  anbarı  xüsusi  gömrük 
prosedurları  altında  yerləşdirilmiş  malların  gömrük  nəzarətindən 
yayındırılmasına;  
2.  malların  saxlancından  irəli  gələn  öhdəliklərinin  yerinə 
yetirilməməsinə;  
3.  gömrük  və  ya  müvəqqəti  saxlanc  anbarlarının  təsisi  ilə 
əlaqədar verilmiş lisenziyada müəyyən edilən şərtlərə əməl edilmə-
məsinə.  
Prosedur  sahibi  malların  müvəqqəti  saxlanc  və  ya  gömrük 
anbarı  xüsusi  gömrük  prosedurları  altında  yerləşdirilməsindən  irəli 
gələn  öhdəliklərini  yerinə  yetirməməsinə  görə  qanunla  müəyyən 
edilmiş qaydada məsuliyyət daşıyır.  


 
 
97 
Müvəqqəti  saxlanc  xüsusi  gömrük  proseduru  -  Başqa  gömrük 
proseduru  altında  yerləşdirilməsi  üçün  bəyan  edilmə  halları  istisna 
olmaqla,  mal  sahibi  tərəfindən  gömrük  orqanlarına  təqdim  edilmiş 
aşağıdakı  xarici  mallar  onun  tərəfindən  müvəqqəti  saxlanc  xüsusi 
gömrük proseduru altında yerləşdirilərək bəyan edilir:  
1.  sərbəst  zonaya  birbaşa  gətirilmə  istisna  olmaqla,  gömrük 
ərazisinə gətirilən mallar;  
2.  sərbəst  zonadan  gömrük  ərazisinin  digər  hissəsinə  gətirilən 
mallar;  
3.  barəsində  beynəlxalq  tranzit  xüsusi  gömrük  proseduru  başa 
çatmış mallar.  
Malların  müvəqqəti  saxlanc  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirilməsi üçün gömrük orqanları tərəfindən gömrük bəyanna-
məsi kimi qısa idxal bəyannaməsi və ya onu əvəz edən tranzit sənədi 
qəbul  edilir.  Gömrük  orqanları prosedur sahibindən  yarana biləcək 
gömrük  borcuna  görə  təminat  tələb  etmək  hüququna  malikdirlər. 
Malları  müvəqqəti  saxlanc  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirmək  və  ya  həmin  prosedur  altında  saxlamaq  mümkün 
olmadıqda, gömrük orqanları mallarla bağlı vəziyyəti tənzimləmək 
üçün təxirə salınmadan bütün zəruri tədbirləri həyata keçirirlər. 
Malların  müvəqqəti  saxlanc  gömrük  proseduru  altında  qalma 
müddəti-  Malların  müvəqqəti  saxlanc  gömrük  proseduru  altında 
qalma  müddəti  onların  və  istifadə  olunan  nəqliyyat  vasitəsinin 
xüsusiyyətləri  nəzərə  alınmaqla,  gömrük  bəyannaməsinin  təqdim 
olunması  üçün  lazım  olan  vaxt  nəzərə  alınmaqla  gömrük  orqanı 
tərəfindən  müəyyən  edilir.  Prosedur  sahibinin  əsaslandırılmış 
müraciəti  olduqda,  gömrük  orqanı  həmin  müddəti  bu  Məcəllənin 
179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır. Müvafiq 
icra  hakimiyyəti  orqanı  tərəfindən  ayrı-ayrı  malların  xassələrindən 
və  xüsusiyyətlərindən  asılı  olaraq  daha  qısa  müddət  müəyyən 
edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük 
proseduru  altında  qalma  müddəti  4  (dörd)  aydan  çox  olmamalıdır. 
Mallar  müvəqqəti  saxlanc  xüsusi  gömrük  proseduru  altında  qalma 
müddəti  başa  çatanadək  başqa  gömrük  proseduru  altında  yerləşdi-


 
 
98 
rilmək  üçün  bəyan  edilməli  və  ya  gömrük  anbarında  yerləşdiril-
məlidir.  
Müvəqqəti  saxlanc  xüsusi  gömrük  proseduru  altında  yerləş-
dirilən  malların  mövcud  vəziyyətdə  qalmasını  təmin  etmək  üçün 
onlar  adi  əməliyyatlara  məruz  qala  bilərlər.  Belə  hallarda  malların 
xarici  görünüşünün  və  texniki  göstəricilərinin  dəyişdirilməsinə  yol 
verilmir.  Müvəqqəti  saxlanc  bu  Məcəllənin  180.3-cü  maddəsinə 
uyğun  olaraq  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi 
tələblərə cavab verən müvəqqəti saxlanc anbarlarında həyata keçiri-
lir.  Müvəqqəti  saxlanc  anbarlarının  tiplərinə,  quruluşuna,  təchiza-
tına,  orada  yerləşdirilən  mallarla  əlaqədar  əməliyyatlara,  uçot  və 
hesabatın  aparılmasına,  gömrük  nəzarətinin  həyata  keçirilməsinə, 
anbar  sahibinə  dair  tələbləri  müvafiq  icra  hakimiyyəti  orqanı 
müəyyən edir.  
Xarici  mallar  gömrük  anbarı  xüsusi  gömrük  proseduru  altında 
müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş lisenziyası olan 
şəxslərin  gömrük  anbarlarında  gömrük  orqanlarının  nəzarəti  ilə 
yerləşdirilə  və  saxlanıla  bilər.  Gömrük  anbarı  istənilən  şəxs 
tərəfindən  istifadə  edilə  bilən  açıq  tipli  və  ya  müəyyən  malların 
saxlanılması  üçün  nəzərdə  tutulan  qapalı  tipli  ola  bilər.  Başqa 
mallara  ziyan  vura  bilən  və  ya  xüsusi  saxlanc  şəraiti  tələb  olunan 
mallar  anbarın  xüsusi  avadanlıqla  təchiz  edilmiş  yerlərində 
saxlanmalıdır.  Gömrük  anbarı  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirilmiş  mallar  gömrük  anbarından  müvəqqəti  çıxarıla  bilər. 
Fors-major  halları  istisna  edilməklə,  həmin  malların  gömrük 
anbarından müvəqqəti çıxarılması üçün gömrük orqanlarının icazəsi 
tələb olunur. Gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, 
orada  yerləşdirilən  mallarla  əlaqədar  əməliyyatlara,  uçot  və 
hesabatın  aparılmasına,  gömrük  nəzarətinin  həyata  keçirilməsinə, 
anbar  sahibinə  dair  tələbləri  müvafiq  icra  hakimiyyəti  orqanı 
müəyyən edir.  
Gömrük  anbarlarında  daxili  malların  saxlanılması  və  email- 
Gömrük  orqanları  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən 
etdiyi  qaydada  gömrük  anbarında  aşağıdakıların  həyata 
keçirilməsinə icazə verirlər: 1. daxili malların saxlancına;  


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə