M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə32/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   ...   28   29   30   31   32   33   34   35   ...   43

 
 
99 
2.  malların  daxildə  emal  və  ya  son  istifadə  xüsusi  gömrük 
prosedurları  altında  yerləşdirilərək,  həmin  prosedurlar  üçün 
müəyyən edilmiş şərtlərə uyğun olaraq emalına.  
Malların  gömrük  anbarında  saxlanc  müddəti-  Mallar  gömrük 
anbarı  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilərək  3  (üç  il) 
müddətində  saxlanıla  bilər.  Müvafiq  icra  hakimiyyəti  orqanı  bu 
müddəti malların ayrı - ayrı kateqoriyaları üzrə məhdudlaşdıra bilər. 
Gömrük Məcəlləsinin 183.1-ci maddəsində müəyyən edilən müddət 
başa  çatanadək  mallar  başqa  gömrük  proseduru  altında 
yerləşdirilmək  üçün  bəyan  edilməlidir.  Bu  müddət  başa  çatdıqdan 
sonra  qeyd  olunan  tələb  yerinə  yetirilmədikdə,  həmin  mallar 
barəsində  bu  Məcəllənin  57-ci  fəslində  müəyyən  edilmiş  qaydada 
sərəncam  verilir.  Gömrük  anbarında  saxlanc  müddəti  başa  çatmış 
malların  və  nəqliyyat  vasitələrinin  bu  Məcəlləyə  uyğun  olaraq 
satışından  əldə  edilən  məbləğ  onların  daşınması,  saxlancı  və  satışı 
ilə  bağlı  xərclər  və  ödənilməli  olan  gömrük  ödənişləri  çıxıldıqdan 
sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi  qaydada 
mal sahibinə verilir.  
 Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  «Malların 
saxlanc  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilməsi 
Qaydaları»nın təsdiq edilməsi haqqında27 avqust 2013-cü il tarixli 
229 №li Qərari qəbul edilmişdir.  
Malların  saxlanc  xüsusi  gömrük  proseduru  altında  yerləşdiril-
məsi  Qaydaları  Azərbaycan  Respublikasının  Gömrük  Məcəlləsinin 
176.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və malların saxlanc 
xüsusi  gömrük  proseduru  altında  yerləşdirilməsi  qaydalarını 
müəyyən edir. Saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc 
və gömrük anbarı prosedurlarından ibarətdir. Xarici mallar saxlanc 
xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə 
əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri 
tətbiq olunmadan müvəqqəti saxlanc anbarında və gömrük anbarın-
da  gömrük  nəzarəti  altında  yerləşdirilir.  Gömrük  qanunvericiliyinə 
müvafiq  olaraq,  daxili  mallar  da  gömrük  anbarı  proseduru  və  ya 
sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilə bilər.  


 
 
100 
Müvəqqəti  saxlanc  xüsusi  gömrük  proseduru  -  Müvəqqəti 
saxlanc  bu  Qaydalara  uyğun  olaraq  müvəqqəti  saxlanc  anbarında 
həyata  keçirilir.  Malların  digər  gömrük  proseduru  altında 
yerləşdirilməsi üçün bəyan edilmə halları istisna olmaqla, mal sahibi 
tərəfindən  gömrük  orqanlarına  təqdim  edilmiş  aşağıdakı  xarici 
mallar  müvəqqəti  saxlanc  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirilərək bəyan edilir:  
1.  sərbəst  zonaya  birbaşa  gətirilmə  istisna  olmaqla,  gömrük 
ərazisinə gətirilən mallar;  
2.  sərbəst  zonadan  gömrük  ərazisinin  digər  hissəsinə  gətirilən 
mallar;  
3.  barəsində  beynəlxalq  tranzit  xüsusi  gömrük  proseduru  başa 
çatmış mallar.  
Malların  müvəqqəti  saxlanc  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirilməsi  üçün  gömrük  orqanları  tərəfindən  gömrük 
bəyannaməsi  kimi  qısa  idxal  bəyannaməsi  və  ya  onu  əvəz  edən 
tranzit sənədi qəbul edilir. Gömrük orqanları yarana biləcək gömrük 
borcuna  görə  prosedur  sahibindən  təminat  tələb  etmək  hüququna 
malikdirlər.  Malları  müvəqqəti  saxlanc  xüsusi  gömrük  proseduru 
altında  yerləşdirmək  və  ya  həmin  prosedur  altında  saxlamaq 
mümkün  olmadıqda,  gömrük  orqanları  mallarla  bağlı  vəziyyəti 
tənzimləmək  üçün  təxirə  salınmadan  bütün  zəruri  tədbirləri  həyata 
keçirirlər.  
Malların  müvəqqəti  saxlanc  xüsusi  gömrük  proseduru  altında 
qalma  müddəti-  Malların  müvəqqəti  saxlanc  xüsusi  gömrük 
proseduru  altında  qalma  müddəti  onların  və  istifadə  olunan 
nəqliyyat vasitəsinin xüsusiyyətləri, gömrük bəyannaməsinin təqdim 
olunması  üçün  lazım  olan  vaxt  nəzərə  alınmaqla,  gömrük  orqanı 
tərəfindən  müəyyən  edilir.  Prosedur  sahibinin  əsaslandırılmış 
müraciəti  olduqda,  gömrük  orqanı  həmin  müddəti  bu  Qaydaların 
3.2-ci bəndində göstərilən müddət çərçivəsində uzadır. Azərbaycan 
Respublikasının  Nazirlər  Kabineti  tərəfindən  ayrı-ayrı  malların 
xassələrindən  və  xüsusiyyətlərindən  asılı  olaraq  daha  qısa  müddət 
müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc 
xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox 


 
 
101 
olmamalıdır.  Mallar  müvəqqəti  saxlanc  xüsusi  gömrük  proseduru 
altında  qalma  müddəti  başa  çatanadək,  digər  gömrük  proseduru 
altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında 
yerləşdirilməlidir.  
Daxili mallar saxlanc xüsusi gömrük proseduru altında aşağıdakı 
hallarda yerləşdirilə bilər:  
1.  daxili  malların  ölkə  ərazisindən  ixrac  olunması  nəzərdə 
tutulduqda;  
2.  daxili  mallar  daxili  tranzit  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirildikdə.  
Daxili  malların  saxlanc  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirilməsi aşağıdakı şərtlər əsasında həyata keçirilir:  
1. daxili mallar yalnız gömrük anbarı xüsusi gömrük proseduru 
altında yerləşdirilir;  
2. daxili mallar ixrac olunduğu halda kağız üzərində yazılı və ya 
elektron  formada  ixrac  bəyannaməsi,  daxili  tranzit  xüsusi  gömrük 
proseduru altında yerləşdirildiyi halda isə bu prosedur üçün müvafiq 
icazə gömrük orqanına təqdim edilir.  
Daxili  malların  gömrük  anbarında  saxlancı  gömrük  orqanının 
icazəsi əsasında həyata keçirilir. Gömrük anbarının sahibi tərəfindən 
daxili  malların  gətirildiyi  barədə  gömrük  orqanına  məlumat 
verildikdən  sonra  və  onlar  gömrük  anbarında  yerləşdirilənədək 
nəqliyyat  vasitələrinin  dayanacaq  yerinin  dəyişdirilməsi,  malların 
boşaldılması  və  yenidən  yüklənməsi,  qabların  açılması,  malların 
qablaşdırılması, 
eyniləşdirmə 
vasitələrinin 
dəyişdirilməsi, 
çıxarılması və ya məhv edilməsi yalnız gömrük orqanının icazəsi və 
nəzarəti altında həyata keçirilir. 
Gömrük  anbarında  daxili  malların  saxlancına,  malların  daxildə 
emal və ya son istifadə xüsusi gömrük prosedurları altında yerləşdi-
rilərək, həmin prosedurlar üçün müəyyən edilmiş şərtlərə uyğun ola-
raq emalına  gömrük orqanları tərəfindən icazə verilməsi qaydası  – 
Gömrük  anbarında  daxili  malların  saxlancına,  xarici  malların 
daxildə  emalına  və  ya  son  istifadə  xüsusi  gömrük  prosedurları 
altında yerləşdirilərək emalına icazə gömrük rəsmiləşdirilməsini və 
gömrük nəzarətini həyata keçirən gömrük orqanı tərəfindən verilir. 


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə