M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə28/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   ...   24   25   26   27   28   29   30   31   ...   43

 
 
86 
qeyd edilən daşınma poçt sistemi daxilində daşınan mallara da şamil 
edilir.  Malların  daxili  tranzit  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirilərək  daşınması  gömrük  orqanlarının  icazəsi  ilə  həyata 
keçirilir.  Malların  beynəlxalq  və  daxili  tranzit  xüsusi  gömrük 
prosedurları  altında  yerləşdirilərək  daşınması  qaydalarını  müvafiq 
icra hakimiyyəti orqanı müəyyən edir. 
"Malların  beynəlxalq  və  daxili  tranzit  xüsusi  gömrük 
prosedurları altında yerləşdirilərək daşınması Qaydaları"nın təsdiq 
edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 14 
yanvar 2014-cü il tarixli 5 
li Qərar qəbul edilmişdir. Bu Qaydalar 
Azərbaycan  Respublikası  Gömrük  Məcəlləsinin  175.4-cü 
maddəsinə  əsasən  hazırlanmışdır  və  malların  beynəlxalq  və  daxili 
tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması 
qaydalarını müəyyən edir. Bu Qaydalar beynəlxalq uçuşları həyata 
keçirən  hava  nəqliyyatının  Azərbaycan  Respublikasının  gömrük 
ərazisinə  məcburi  (texniki)  enmə  hallarına  (malların  hava 
nəqliyyatına yüklənilməsi, oradan boşaldılması və bununla əlaqədar 
digər  yük  əməliyyatlarının  aparılmaması  şərtilə)  şamil  edilmir. 
Malların  beynəlxalq  poçt  göndərişləri,  boru  kəmərləri  və 
elektrikötürücü xətlər vasitəsilə tranziti Azərbaycan Respublikasının 
qanunvericiliyi ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, 
bu  Qaydalara  uyğun  olaraq  həyata  keçirilir.  Gömrük  orqanları 
Gömrük  Məcəlləsinin  13.2-ci  maddəsində  əks  olunan  məqsədlər 
üçün  gömrük  sərhədindən  keçirilən  malların  tranziti  ilə  bağlı  əldə 
edilən  məlumatların  öz  aralarında  və  Azərbaycan  Respublikası 
Nazirlər  Kabinetinin  2012-ci  il  7  may  tarixli  95  nömrəli  qərarı  ilə 
təsdiq edilmiş ―Gömrük sərhədindən keçirilən malların və nəqliyyat 
vasitələrinin  gömrük  ərazisinə  daxil  olması,  çıxması  və  tranziti  ilə 
bağlı  əldə  edilən  məlumatların  başqa  ölkələrin  gömrük  və  digər 
səlahiyyətli  dövlət  orqanları  ilə  mübadiləsi  Qaydaları‖na  uyğun 
olaraq başqa ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları 
ilə  mübadiləsini  həyata  keçirirlər.  Daxili  tranzit  xüsusi  gömrük 
proseduru  üçün  bəyan  edilən  daxili  mallar  və  nəqliyyat  vasitələri 
müvafiq  gömrük  bəyannaməsi  gömrük  orqanı  tərəfindən  təsdiq 


 
 
87 
olunduğu vaxtdan başlayaraq, gömrük ərazisindən aparılana, dövlə-
tin  xeyrinə  imtina  və  ya  məhv  edilənə,  yaxud  gömrük  bəyan-
naməsinin  Gömrük  Məcəlləsinin  154-cü  maddəsinə  uyğun  olaraq 
ləğvinədək  gömrük  nəzarəti  altında  olurlar.  Dəniz,  çay  və  hava 
gəmiləri  gömrük  ərazisində  daxil  olduqları,  yaxud  yola  düşdükləri 
su və hava limanında bəyan edilir. Bu Qaydaların məqsədləri üçün 
istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:  
1.  göndərən  gömrük  orqanı  -  tranzit  xüsusi  gömrük 
prosedurunun başlandığı gömrük orqanı;  
2. təyinat gömrük orqanı - tranzit xüsusi gömrük prosedurunun 
başa çatdığı gömrük orqanı;  
3.  tranzit  -  malların  gömrük  nəzarəti  altında  bir  gömrük 
orqanından  digər  gömrük  orqanına  daşınmasından  ibarət  xüsusi 
gömrük proseduru.  
Tranzit xüsusi gömrük proseduru altında  yerləşdirilmiş mallara 
dair tələblər- Tranzit xüsusi gömrük proseduru altında yerləşdirilmiş 
mallara olan tələblər aşağıdakılardır:  
1.  təbii  aşınma  nəticəsində  dəyişikliklər  və  ya  təbii  itki  halları 
istisna olmaqla, dəyişilməz vəziyyətdə qalmalıdır;  
2. göndərən gömrük orqanı tərəfindən müəyyən edilən marşrutla 
və müddətdə təyinat gömrük orqanına çatdırılmalıdır.  
Beynəlxalq tranzit xüsusi gömrük proseduru- Beynəlxalq tranzit 
xüsusi  gömrük  proseduru  xarici  malların  gömrük  rüsumları,  əlavə 
dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq 
edilmədən,  gömrük  nəzarəti  altında  bir  yerdən  başqa  yerə 
daşınmasıdır. Malların beynəlxalq tranzit xüsusi gömrük proseduru 
altında yerləşdirilərək daşınması aşağıdakı qaydada həyata keçirilir:  
1.  malların  daşınması  gömrük  ərazisindən  kənarda  başlanır, 
yaxud başa çatır;  
2. malların daşınması gömrük ərazisinin iki məntəqəsi arasında 
gömrük ərazisindən kənar ərazidən keçməklə baş verir.  
 Bu  Qaydaların  4.1-ci  bəndində  qeyd  edilən  daşınma  aşağıda 
göstərilənlər əsasında həyata keçirilir:  
1. beynəlxalq tranzit xüsusi gömrük proseduru;  


 
 
88 
2. beynəlxalq gömrük tranziti üzrə Azərbaycan Respublikasının 
tərəfdar çıxdığı beynəlxalq müqavilələr;  
3.  mallar  Ümumdünya  Poçt  İttifaqının  Aktları  əsasında 
hüquqlara malik olan və öhdəliklər daşıyan subyektlər (poçt rabitəsi 
operatorları)  və  ya  onlar  üçün  beynəlxalq  poçt  göndərişlərinin 
daşınmasında vasitəçilik edən şəxslər tərəfindən daşındığı halda, bu 
Aktlara müvafiq olaraq beynəlxalq poçt göndərişlərinin mübadiləsi 
sistemi.  
Beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilən 
malların  rəsmiləşdirilməsi-  Beynəlxalq  tranzit  xüsusi  gömrük 
proseduru  altında  yerləşdirilən  mallara  dair  gömrük  bəyannaməsi 
həmin  mallar  gömrük  ərazisinə  gətirilən  yerdəki  gömrük  orqanına 
təqdim  edildiyi  tarixdən  15  (on  beş)  gündən  gec  olmayaraq 
verilməlidir. Göstərilən müddət bəyannaməçi tərəfindən müvafiq sə-
nədlərin və məlumatların toplanması üçün kifayət etmədikdə, onun 
əsaslandırılmış  müraciəti  əsasında  gömrük  orqanı  həmin  müddəti 
uzadır.  Gömrük  bəyannaməsinin  təqdim  edilməsi  müddətinin 
uzadılmasına malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru 
altında  qalma  müddəti  çərçivəsində  yol  verilir.  Gömrük  orqanları 
tələb  etdikləri  məlumatların  ətraflı  qeyd  olunduğu  və  malların 
daşınması  zamanı  istifadə  olunan  Azərbaycan  Respublikasının 
qanunvericiliyində, habelə tərəfdar çıxdığı beynəlxalq müqavilələr-
də nəzərdə tutulmuş istənilən kommersiya və ya nəqliyyat sənədini 
gömrük  bəyannaməsi  kimi  qəbul  edir.  Malların  beynəlxalq  tranzit 
xüsusi  gömrük  proseduru  altında  yerləşdirilərək  daşınmasına 
icazənin  alınması  üçün  şəxs  Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin 2012-ci il 12 oktyabr tarixli 228 nömrəli qərarı ilə təsdiq 
edilmiş  ―Ayrı-ayrı  gömrük  əməliyyatı  və  ya  gömrük  proseduru  ilə 
bağlı gömrük orqanının icazəsinin verilməsi Qaydaları‖na müvafiq 
olaraq gömrük orqanına Gömrük Məcəlləsinin 146.3-cü maddəsinə 
əsasən  müəyyən  edilən  sənədlərlə  birlikdə  müraciət  edir  və  icazə 
dərhal  müvafiq  qeydiyyat  aparılmaqla  verilir.  Malların  beynəlxalq 
tranzit  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilməsi  üçün 
icazənin verilməsindən aşağıdakı hallarda imtina edilir:  


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə