M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə31/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   27   28   29   30   31   32   33   34   ...   108

Gerçək Təbiət Tarixi -II-
97
Quş tüklərini əsaslı şəkildə tətbiq 
etdikdə cox həssas dizayna sahib ol-
duqları ortaya çıxır. Hər bir tükcüyün
üzərində çoxlu kiçik tükcüklər və bu 
tükcükləri bir-birinə bərkidən 
qarmaqlar var.
Quş tüklərinin 
kompleks 
quruluşu


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
98
Arxeopteriks xətası
Sürünən-quş  təkamülü  ilə  bağlı  iddiaları  dəstəkləyən  fosil  nümunəsini 
soruşduqda təkamülçü mənbələrdə həmişə dərhal bir canlıdan bəhs edilir. Bu, 
ələ də israrla müdafiə edilən az saydakı ara keçid forma iddialarından ən çox 
məlum olan arxeopteriks adlı fosil quşdur.
Dövrümüzün quşlarının əcdadı” olduğu irəli sürülən arxeopteriks bundan 
təqribən  150  milyon  il  əvvəl  yaşamışdır.  Nəzəriyyəyə  əsasən,  velociraptor  və 
ya  dromoesaur  adlandırılan  kiçik  dinozavrların  bir  qismi  təkamül  keçirərək 
qanadlanmışlar  və  uçmağa  başlamışlar.  Arxeopteriks  dinozavr  əcdadlarından 
ayrılan və yeni uçmağa başlayan ilk növdür.
Lakin əslində arxeopteriksin fosilləri üzərində aparılan son təhlillər bu izahın 
elmi cəhətdən əsassız olduğunu göstərir. Bu quş ara keçid forması deyil, sadəcə 
dövrümüzün  quşlarından  bir  az  daha  fərqli  xüsusiyyətlərə  malik  olan  nəsli 
kəsilmiş quş növüdür.
Arxeopteriksin yaxşı uça bilməyən “yarı quş” olması tezisi yaxın dövrə qədər 
təkamülçü  mənbələrdə  çox  tez-tez  dilə  gətirilirdi. 
Bu  canlının  “sternum”unun,  yəni  döş  sümüyünün 
olmaması  canlının  uça  bilməməsinin  ən  mühüm 
dəlili  kimi  göstərilirdi.  (Döş  sümüyü  uçmaq  üçün 
lazımlı  olan  əzələlərin  birləşdiyi  döş  qəfəsinin 
altında yerləşən sümükdür. Dövrümüzdə uçan və ya 
uçmayan bütün quşlarda, hətta quşlardan tamamilə 
fərqli ailəyə məxsus olan uçan məməli yarasalarda 
belə bu döş sümüyü var).
Ancaq 1992-ci ildə tapılan yeddinci arxeopteriks 
fosili bu arqumentin səhv olduğunu göstərdi. Çünki 
tapılan bu son arxeopteriks fosilində təkamülçülərin 
uzun  zaman  boyu  olmadığını  hesab  etdikləri  döş 
sümüyü  var  idi.  “Təbiət”  (Nature)  jurnalında  yeni 
tapılan bu fosildən belə bəhs edilirdi:
Son  tapılan  yeddinci  arxeopteriks  fosili  uzun 
zamandan  bəri  varlığına  şübhə  edilən,  amma 
heç  vaxt  sübut  edilməyən  düzbucaqlı  döş 
sümüyünün  varlığına  işarə  edir.  Bu  canlının 
uzun  məsafələrə  uçuş  qabiliyyəti  hələ  də 
şübhəlidir, ancaq döş sümüyünün varlığı güclü 
uçuş əzələlərinin olduğunu göstərir.
125
Bu tapıntı arxeopteriksin tam uça bilməyən yarı-
quş olması iddialarını əsassız etdi. 
Arxeopteriksin uçan 
quş olduğunun  
mühüm sübutlarından 
biri  asimmetrik tük  
quruluşudur. Yuxarıda 
bu canlıya aid tük fosili 
var.


99
Berlində nümaiş etdirilən  ən məhşur  
Archaeopteryx fosili 


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
100
Digər  tərəfdən  arxeopteriksin  əsl  mənada  uça  bilən  quş  olduğunun  ən 
mühüm sübutlarından biri də heyvanın tüklərinin quruluşu oldu. Arxeopteriksin 
dövrümüzün  quşlarınınkından  fərqi  olmayan  asimmetrik  tük  quruluşu 
canlının mükəmməl şəkildə uça bildiyini göstərirdi. Məşhur paleontoloq Karl 
O.Dunbarın  bildirdiyi  kimi,  “tüklərinə  görə  bu  məxluq  tam  quş  xüsusiyyəti 
daşıyırdı”.
126
Paleontoloq Robert Karol isə bu mövzunu belə izah edir:
Arxeopteriksin uçuş tüklərinin geometriyası dövrümüzün uçan quşlarınınkı 
ilə tamamilə eynidir, uçmayan quşların isə tükləri simmetrikdir. Tüklərin 
qanaddakı nizamı da dövrümüzün quşlarınınkı ilə bənzərdir... Van Tayn 
və  Berqerin  fikrincə,  arxeopteriksin  qanadlarının  ölçüsü  və  forması  toyuq 
cinsindən  olan  quşlar,  qumrular,  ağacdələnlər,  cüllütlər  və  ağaca  qonan 
oxuyan quşların çoxu kimi məhdud bitki örtüyünə məxsus çöllərdə hərəkət 
edən  quşlarınkına  bənzərdir...  Uçuş  tükləri  ən  az  150  milyon  ildən  bəri 
sabitdir.
127
 
Arxeopteriksin tüklərinin ortaya çıxardığı başqa bir həqiqət isə bu canlının 
istiqanlı olması idi. Məlum olduğu kimi, sürünənlər və dinozavrlar soyuqqanlı, 
yəni  bədən  temperaturlarını  özləri  verə  bilməyən,  ətraf  mühitin  bədən 
temperaturlarını  tənzimləyən  canlılardır.  Quşlardakı  tüklərin  ən  mühüm 
funksiyalarından  biri  də  bədən  temperaturunu  qorumalarıdır.  Arxeopteriksin 
tüklü  olması  onun  dinozavrların  əksinə,  istiqanlı  olduğunu,  yəni  bədən 
temperaturunu qorumağa ehtiyacı olan əsl quş olduğunu göstərirdi.
Dişlər, pəncələr və digər üzvlər
Təkamülçü  bioloqların  arxeopteriksi  ara  keçid  forma  kimi  göstərərkən 
əsaslandıqları  ən  mühüm  iki  cəhət  isə  bu  canlının  qanadlarının  üzərindəki 
pəncələri və ağzındakı dişləridir.
Arxeopteriksin  qanadlarında  pəncələrinin  və  ağzında  dişlərinin  olduğu 
doğrudur,  ancaq  bu  xüsusiyyətləri  canlının  sürünənlərlə  hər  hansı  əlaqəsi 
olduğunu  göstərmir.  Çünki  dövrümüzdə  yaşayan  iki  cür  quşda  –  touraco 
corythaix və opisthocomus hoazində də budaqlara yapışmağa kömək edən pəncələr 
var. Bu canlılar heç bir sürünən xüsusiyyəti daşımayan tam formalı quşdurlar. 
Ona görə də arxeopteriksin qanadlarında pəncələrinin olması və bu səbəbdən də 
ara forma olması iddiası əsassızdır.
Arxeopteriksin  ağzındakı  dişləri  də  canlını  ara  forma  hesab  etməyə  əsas 
vermir. Təkamülçülər bu dişlərin sürünən xüsusiyyəti olduğunu irəli sürərək 
yanılırlar. Çünki dişlər sürünənlərin tipik xüsusiyyəti deyil. Dövrümüzdə bəzi 
sürünənlərin dişləri var, bəzilərininki isə yoxdur. Daha da önəmli olan cəhət 
budur  ki,  dişli  quşlar  təkcə  arxeopterikslə  məhdudlaşmır.  Dövrümüzdə  dişli 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə