M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə34/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   30   31   32   33   34   35   36   37   ...   108

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
106
aşağıdakı  məktubunda  jurnalın  “tüklü  dinozavrlar”  qalmaqalının  pərdə 
arxasını hərtərəfli şəkildə izah edirdi:
“National  geographic”in  1998-ci  il,  iyul  sayında  dərc  edilən  “Dinozavrlar 
qanadlanır” (Dinosaurs take wing) sərlövhəli məqalənin dərc edilməsindən 
qısa müddət əvvəl (məqaləni hazırlayan) Kristofer P.Slounun fotoqrafı Lou 
Mazzatenta məni “National geographic” cəmiyyətinə çağırdı, Çində tapılan 
fosillərin fotoşəkillərini göstərdi və bunlar haqqında dərc ediləcək hekayə 
ilə  əlaqədar  fikirlərimi  soruşdu.  Onda  “National  geographic”in  göstərmək 
istədiyi mənzərədən daha fərqli, alternativ düşüncələr olduğunu deyərək 
etiraz etdim, amma sonda açıq şəkildə gördüm ki, “National geographic” 
quşların dinozavrlardan təkamül yolu ilə törəməsi doqmasından başqa 
heç nəyə maraq göstərmirdi. 
Slounun  məqaləsi  (quş-dinozavr  əlaqəsi  haqqında)  ön  mühakiməni 
tamamilə  yeni  şəkilə  salan  və  böyük  ölçüdə  təsdiqlənməmiş  və  ya 
sənədləşdirilməmiş məlumatlara əsaslanaraq xəbər yaymaq əvəzinə onları 
“uydurur”. “İnsanların məməli olduqlarını nə qədər əminliklə deyə biliriksə, 
quşların də teropod (ikiayaqlı dinozavr) olduğunu o qədər əminliklə deyə 
bilərik”  şəklindəki  bəsit  cümləsi  bir  və  ya  bir  neçə  elm  adamının  fikri 
kimi  göstərilmir,  sadəcə  “KİV  təbliğatı”  kimi  qalırdı.  Bu  melodramatik 
iddia əslində embriologiya və müqayisəli anatomiya sahəsində aparılan 
yeni  tədqiqatlarla  təkzib  edilmişdir,  amma,  əlbəttə,  bunlar  (“National 
geographic” məqaləsində) heç bildirilmir. 
Ən əsası da budur ki, Slounun məqaləsində rəsmi çəkilən və quş tükləri 
olduğu  iddia  edilən  formaların  heç  birinin  quş  tükü  olduğu  sübut 
edilməmişdir.  Bunların  bu  cür  olduğunu  iddia  etmək  bir  həqiqəti  dilə 
gətirmək deyil, sadəcə arzularının ifadəsidir. 103-cü səhifədə yer alan “içi 
boş, saça bənzər formalar ibtidai quş tüklərini (protofeathers) xarakterizə 
edir”  şəklindəki  ifadə  cəfəngiyyatdır,  çünki  “ibtidai  quş  tükləri”  sadəcə 
nəzəri fərziyyədir və ona görə də bunlar sadəcə hipotezdir.
“National  geographic”  cəmiyyətində  (National  Geographic  Society)  hələ 
də göstərilən tüklü dinozavrlar sərgisi daha biabırçıdır və bir çox ətyeyən 
dinozavrın quş tüklərinə malik olduğu kimi, aldadıcı iddia irəli sürür. Heç 
şübhəsiz,  bir  dinozavr  olan  deinonychus  üçün  düzəldilən  maket  və  bala 
tiranozavr rəsmlərində bu canlılar tüklərlə örtülü şəkildə göstərilir. Bunların 
hamısı xəyalidir və elmi-fantastikadan başqa bir şey deyil...
Hörmətlə, 
Storrs L.Olson
Ornitologiya Şöbəsinin Rəhbəri
Smitson İnstitutu, Təbiət Tarixi Milli Muzeyi 142


Gerçək Təbiət Tarixi -II-
107
Bu fosil saxtakarlığının göstərdiyi iki mühüm həqiqət var: birincisi, təkamül 
nəzəriyyəsinə dəlil tapma axtarışında asanlıqla saxtakarlığa əl ata bilən insanlar 
var.  İkincisi,  təkamül  nəzəriyyəsini  cəmiyyətə  təlqinlə  qəbul  etdirmək  kimi 
missiya  üzərinə  götürmüş  bəzi  “elmi  jurnallar”  təkamül  nəzəriyyəsi  lehinə 
istifadə  etmək  istədikləri  tapıntıları  səhv  olma  və  ya  başqa  cür  şərh  edilmə 
ehtimallarını  tamamilə  nəzərdən  qaçırıb  təbliğat  materialına  çevirirlər.  Yəni 
elmi deyil, doqmatik davranır, inancla bağlı olduqları təkamül nəzəriyyəsini 
müdafiə etmək üçün elmdən istifadə edirlər.
Mövzunun  digər  mühüm  cəhəti  isə  quşların  dinozavrlardan  təkamüllə 
törədiyi  tezisinə  heç  bir  dəlil  tapılmamasıdır.  Dəlil  tapılmadığı  üçün  saxtası 
düzəldilir və ya mövcud dəlillər təhrif edilərək şərh edilir. Əslində isə quşların 
başqa canlı sinfindən təkamüllə törədiyinə dair heç bir sübut yoxdur. Əksinə, 
dəlillər quşların yer üzündə özünəməxsus bədən quruluşları ilə ortaya çıxdığını 
göstərir.
Həşəratların mənşəyi
Quşların mənşəyindən bəhs edərkən təkamülçü bioloqların bu mövzuda 
ortaya  atdıqları  “kursorial  nəzəriyyə”dən  danışmışdıq.  Keçən  dəfə  də 
bildirdiyimiz  kimi,  kursorial  nəzəriyyə  sürünənlərin  necə  “qanadlandıqları” 
sualına “qabaq ayaqları ilə milçək ovlamağa çalışan sürünənlər hekayəsi” ilə 
cavab verirlər. Bu fərziyyəvi nəzəriyyəyə əsasən, sözügedən sürünənlər milçək 
ovlamağa çalışarkən qabaq ayaqlarını zamanla qanadlara çevirmişlər.
Bu nəzəriyyənin heç bir elmi tapıntıya əsaslanmadığını da qeyd etmişdik. 
Ancaq bu nəzəriyyə ilə əlaqədar olan və toxunmadığımız mühüm bir cəhət də 
var. Bəs milçəklər görəsən, necə qanadlanıblar? Ümumiyyətlə, milçəklər sinfinin 
də aid olduğu həşəratların mənşəyi nədir?
Həşəratları canlıların təsnifatında artropodlar (buğumayaqlılar) şöbəsinin 
insecta yarım-şöbəsinə aid edirlər. Ən qədim həşərat fosilləri Devon dövrünə 
(410-360 milyon il əvvəl) aiddir. Daha sonrakı Pensilvaniya dövründə (325-286 
milyon il əvvəl) isə çox sayda müxtəlif həşərat növü bir anda üzə çıxır. Məsələn, 
hamam böcəkləri ani surətdə və bu günkü quruluşları ilə üzə çıxmışdır. Amerika 
Təbiət Tarixi Muzeyindən Betti Feyber “350 milyon il əvvələ aid hamam böcəyi 
fosillərinin dövrümüzdəkilərlə eyni olduğunu” bildirir.
143
Hörümçək,  gənə  və  qırxayaq  kimi  canlılar  əslində  həşərat  deyil,  amma 
əsasən,  həşərat  kimi  tərif  edilir.  Elmin  İnkişafı  üzrə  Amerika  Assosiasiyasının 
(American association for the advancement of science) 1983-cü ildəki illik toplantısında 
bu canlılarla bağlı çox mühüm fosil tapıntıları təqdim edilmişdir. Hörümçək, 
gənə və qırxayaqlara aid olan 380 milyon illik bu fosillərin maraqlı xüsusiyyəti 
isə  yaşayan  nümunələrindən  fərqi  olmamasıdır.  Tapıntıları  təhlil  edən  elm 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə