HƏYATIN GERÇƏK MƏNŞƏYİ
112
Rocer Levin :
“ilk məməliyə keçid hələ də sirdir”, - demək məcburiyyətində
qalmışdır.
149
XX əsrin ən böyük təkamülçülərindən və neodarvinist nəzəriyyənin
banilərindən biri olan Corc Qeylord Simpson isə təkamül nəzəriyyəsi baxımından
çox təəccüblü olan bu həqiqəti belə ifadə edir:
Dünyadakı həyatın ən dolaşıq məsələsi Mezozoy dövrünün, yəni
sürünənlər dövrünün məməlilər dövrünə ani surətdə keçməsidir. Sanki
bütün baş rolunu çox sayda və növdə sürünənlərin oynadığı dramın
pərdəsi bir anda endirilmişdir. Pərdə yenidən açıldıqda isə bu dəfə baş
rolu məməlilərin oynadığı və sürünənlərin bir kənarda qaldığı tamamilə
yeni bir dövr başlamışdır. Üzə çıxan məməlilərin əvvəlki dövrə aid izləri
isə yoxdur.
150
Habelə ani surətdə üzə çıxan məməlilər bir-birlərindən çox fərqlidir. Yarasa,
at, siçan və balina kimi olduqca fərqli canlıların hamısı məməlidir və eyni geoloji
dövrdə üzə çıxmışdırlar. Bu canlıların aralarında təkamül əlaqəsi qurmaq ən
zəngin təxəyyül gücü üçün belə qeyri-mümkündür. Təkamülçü zooloq Erik
Lombard “Təkamül” (Evolution) adlı jurnalda belə yazır:
Məməlilər sinfi daxilində təkamül xarakterli qohumluq əlaqələri (filogenetik
əlaqələr) qurmaq üçün məlumat axtaranlar ümidsizliyə düşəcəklər.
151
Qısaca desək, məməlilərin mənşəyi digər canlı qruplarında olduğu kimi,
təkamül nəzəriyyəsi ilə heç cür açıqlana bilmir. Corc Qeylord Simpson bu
həqiqəti uzun illər əvvəl belə etiraf etmişdir:
Təbiət
tarixi mu-
zeylərində nüma-
yiş etdirilən on
milyonlarla illik
məməli fosillləri
ilə
bu gün yaşa -
yan məməlilər
arasında heç bir
fərq yoxdur.
Bundan
başqa bu
fosillər yer üzü-
nün təbəqələrin-
də
əvvəlki növ-
lərlə aralarında
heç bir əlaqə ol-
madan bir anda
meydana çıxmış-
lar.
Gerçək Təbiət Tarixi -II-
113
Bu, məməlilərin 32 fərqli dəstəsinin hamısına aiddir... Hər dəstənin məlum
olan ən qədim və ən ibtidai üzvü bu dəstəyə aid əsas xüsusiyyətlərin
hamısına malikdir və heç cür bir dəstədən digərinə doğru irəliləyən davamlı
inkişafa rast gəlinmir. Bir çox nümunədə fərq o qədər kəskin və boşluq o
qədər böyükdür ki, bütün dəstənin mənşəyi şübhəli və həddindən artıq
mübahisəlidir...
Ara keçid formaların bu sistemli yoxluğu sadəcə məməlilərə xas deyil və
paleontoloqların uzun zamandan bəri anladığı kimi, demək olar ki, universal
faktdır. Bu fakt onurğalı və ya onurğasız – bütün heyvan siniflərinə və bütün
dəstələrə aiddir. Açıq desək, eyni fakt bitkilərin fərqli kateqoriyalarına da
aid edilir.
152
Atın təkamülü əfsanəsi
Məməlilərin mənşəyi məsələsində mühüm yer tutan başlıq uzun zamandan
bər təkamülçü mənbələri baş tacına çevirdikləri “atın təkamülü” əfsanəsidir.
Bu, bir əfsanədir,
çünki elmi kəşflərə deyil, təxəyyül gücünə əsaslanır.
“Atın təkamülü”nü xarakterizə etdiyi iddia edilən sxemlər yaxın dövrə qədər
təkamül nəzəriyyəsinə dəlil kimi göstərilən fosil sıralamalarının ən başında
gəlirdi. Lakin bu gün bir çox təkamülçü atın təkamülü ssenarisinin əsassızlığını
açıq şəkildə qəbul edir. 1980-ci ilin noyabrında Çikaqo Təbiət Tarixi Muzeyində
150 təkamülçünün iştirak etdiyi dörd gün davam edən və mərhələli təkamül
nəzəriyyəsinin problemlərinin müzakirə edildiyi bir toplantıda nitq söyləyən
təkamülçü Boys Rensberqer atın təkamülü ssenarisinin fosil qeydlərində heç bir
əsasının olmadığını və atın mərhələli təkamül keçirməsi kimi bir prosesin heç
baş vermədiyini belə izah etmişdir:
Təqribən 50 milyon il əvvəl yaşamış dörd dırnaqlı, tülkü böyüklüyündəki
canlılardan bu günün daha böyük tək dırnaqlı atına doğru ardıcıl mərhələli
dəyişiklik olduğunu irəli sürən məşhur atın təkamülü misalının əsassız
olduğu uzun zamandan bəri məlumdur. Mərhələli dəyişiklik əvəzinə hər
növün fosilləri tamamilə fərqli şəkildə üzə çıxır, dəyişmədən qalmışdır,
sonra da nəsli kəsilmişdir. Ara keçid formalar məlum deyil.
153
Rensberqer dürüst şəkildə atın təkamülü ssenarisindəki bu mühüm
müəmmanı dilə gətirərkən əslində bütün nəzəriyyənin fosil qeydlərindəki ən
böyük müəmmasını – “ara keçid formaları müəmmasını” gündəmə gətirmişdir.
Dr. Nayls Eldric atın təkamülü sxemi haqqında belə deyir:
Həyatın mənşəyi haqında hər biri bir-birindən fantastik bir sıra hekayə var.
Bunun ən məşhur nümunəsi isə bəlkə 50 il əvvəl uydurulmuş və hələ də
alt mərtəbədə duran atın təkamülü sərgisidir. Atın təkamülü yüzlərlə elmi
mənbə tərəfindən böyük həqiqət kimi təqdim edilmişdir. Ancaq indi bu
HƏYATIN GERÇƏK MƏNŞƏYİ
114
cür iddiaları ortaya atan şəxslərin təxminlərinin ancaq fərziyyə olduğunu
düşünürəm.
154
Bəs “atın təkamülü” ssenarisi nədir? Bu ssenari Hindistan, Cənubi
Amerika, Şimali Amerika və Avropada fərqli zamanlarda yaşamış, fərqli canlı
növlərinə aid fosillərin təkamülçülərin təxəyyül gücü sayəsində kiçikdən
böyüyə doğru düzülməsiylə əmələ gətirilən sxemlərlə ortaya atılmışdır. Ayrı-
ayrı tədqiqatçıların irəli sürdükləri 20-dən çox müxtəlif atın təkamülü sxemi
var. Hamısı da bir-birindən fərqlənən bu nəsil ağacları haqqında təkamülçülər
arasında da fikir ayrılığı var. Bu ardıcıllıqlardakı yeganə ortaq cəhət 55 milyon
il əvvəl Eosen dövründə yaşamış
eohippus (hyracotherium) adlı itəbənzər bir
canlının atın ilk əcdadı olduğuna inanılmasıdır. Əslində isə atın milyon illər
əvvəl nəsli kəsilmiş əcdadı kimi təqdim edilən
eohippus hələ də Afrikada yaşayan
və atla heç bir əlaqəsi və bənzərliyi olmayan
hyrax adlı heyvanın demək olar ki,
eynisidir.
155
Atın təkamülü iddiasının əsassızlığı hər keçən gün ortaya çıxan yeni
fosil tapıntılarıyla daha açıq şəkildə başa düşülür.
Eohippus ilə eyni təbəqədə
dövrümüzdə yaşayan at cinslərinin də (
equus nevadensis və
equus occidentalis)
fosillərinin tapıldığı müəyyən edilmişdir.
156
Bu, dövrümüzdəki at ilə onun
“əcdadının” eyni zamanda yaşadığını göstərir ki, bu da atın təkamülü adlanan
prosesin heç vaxt baş vermədiyinin sübutudur.
Təkamülçü yazıçı Qordon R.Teylor darvinizmin açıqlaya bilmədiyi
mövzulara toxunduğu “Böyük təkamül müəmması” (The great evolution
mystery) adlı kitabında atın təkamülü ardıcıllığı əfsanəsinin əsl mahiyyətini
İngiltərə Təbiət Tarixi Muzeyində olan “Atın təkamülü “ sərgisi. Bu və buna oxşar
“Atın təkamülü” sxemləri müxtəlif dövrlərdə, fərqli coğrafiyalarda yaşamış müstəqil
canlı növlərinə məxsus qalıqların son dərəcə birtərəfli yanaşma ilə, sadəcə xüsusi məqsədlə
müəyyən olunmuş ardıcıllıqla sıralanmaqla düzəldilir. Həqiqətdə “Atın təkamülü”nə aid heç
bir aydın elmi sübut yoxdur.