Gerçək Təbiət Tarixi -II-
129
var. Su mühitində isə ən böyük təhlükələr duzluluq nisbəti, dərinliklərə
dalarkən meydana gələn təzyiq və dəniz axınlarının əmələ gətirdiyi zərərlərdir.
Axınlarla birbaşa təmas olmaması üçün gözlər başın yan tərəfindədir. Bundan
əlavə, dərinlərə daldıqda gözü təzyiqə qarşı qoruyan sərt təbəqə də var. 9 metr
dərinlikdən sonra dənizin dibi qaranlıq olduğu üçün su məməlilərinin gözü
qaranlıq mühitə uyğunlaşan bir çox xüsusiyyətlərə malikdir. Göz bülluru
mükəmməl dairə formasındadır. İşığa həssas olan çöpcüklər rənglərə və
detallara qarşı həssas olan kolbacıqlardan daha çoxdur. Habelə gözlərdə xüsusi
fosforlu təbəqə var. Bu səbəbdən, dəniz məməlilərinin qaranlıq mühitlərdə
görmə qabiliyyəti güclüdür.
Amma dəniz məməlilərin ilkin duyğuları görmə deyil. Quru məməlilərinin
əksinə, onlarda eşitmə daha vacibdir. Görmə
üçün işıq lazımdır, amma eşitmə üçün belə bir
ehtiyac yoxdur. Bir çox balina və delfin dəniz
dibindəki qaranlıq ərazilərdə bir növ təbii
“sonar” sayəsində qida tapır. Xüsusilə dişli
balinalar səs dalğaları vasitəsilə “görürlər”.
Səs dalğaları eynilə görmə prosesində olduğu
kimi fokuslanır və bir nöqtəyə göndərilir.
Geri qayıdan dalğalar heyvanın beynində
təhlil edilir və şərh olunur. Bu yolla heyvan
qarşısındakı cismin formasını, ölçüsünü,
sürətini və mövqeyini açıq şəkildə müəyyən
edir. Bu canlılardakı radar sistemi inanılmaz
dərəcədə həssasdır. Məsələn, bir delfin suya
tullanan bir şəxsin “daxilini” də hiss edə bilir.
Səs dalğaları istiqaməti müəyyən etməklə
bərabər xəbərləşmə üçün də istifadə edilir.
Bir-birindən yüz kilometrlərlə aralıqdakı iki
balina səs vasitəsilə xəbərləşirlər.
Bu heyvanların xəbərləşmək və istiqaməti müəyyən etmək üçün səsi necə
çıxardıqları hələ də məlum deyil. Ancaq delfinin bədənindəki maraqlı bir
təfərrüat diqqət çəkir: heyvanın kəllə sümüyünün quruluşu beynini dağıdacaq
qədər güclü və fasiləsiz səs bombardmanından qorunmaq üçün izolyasiyalıdır.
İndi bütün bunların üzərində düşünək. Dəniz məməlilərinin malik
olduğu bütün bu heyranedici xüsusiyyətlər təkamül nəzəriyyəsinin iki yeganə
mexanizmi, yəni mutasiya və təbii seçmə vasitəsilə əmələ gələ bilərmi? Hansı
mutasiya bir delfinin bədəninə radar sistemini yerləşdirə bilər və sonra da
heyvanın beynini radardan qorumaq üçün kəllə sümüyünü izolyasiya edər?
Dəniz məməliləri özlərinə məxsus
xüsusiyyətlərə sahibdirlər. Bu canlı-
lar yaşadıqları mühitə ən uyğun şə-
kildə yaradılmışlar.