İNSANIN MƏNŞƏYİ
157
Növbəti səhifələrdə təhlil edəcəyimiz neandertallar bugünkü insana
bənzər irqlərdəndir.
Bu səbəbdən,
Homo erectus da bugünkü insanın bir irqidir.
Təkamülçü paleoantropoloq Riçard Likey də
Homo erectus ilə dövrümüzdəki
insan arasındakı fərqin irqi fərqdən başqa məna daşımadığını belə ifadə edir:
Hər insan bu fərqləri sezə bilər: kəllənin forması, üzün mailliyi, qaş
çıxıntısının kobudluğu və s. Ancaq bu fərqlər bu gün müxtəlif coğrafi
bölgələrdə yaşayan insan irqləri arasındakı fərqlərdən çox deyil. Belə bir
variasiya insan icmaları bir-birlərindən uzun zaman ayrı qaldıqda üzə
çıxır”.
200
Konnektikat Universitetindən prof. Uilyam Laflin eskimoslar və Aleut
adaları insanları üzərində uzun illər anatomik tədqiqatlar aparmış və bu insanlar
ilə
Homo erectusun heyrətamiz dərəcədə bir-birinə bənzədiyini görmüşdür.
Laflin bütün bu irqlərin əslində
Homo sapiens növünə (müasir insana) aid
müxtəlif irqlər olduğu nəticəsinə gəlmişdir:
Hamısı
Homo sapiens növünə aid olan eskimoslar və Avstraliya yerliləri kimi
bir-birindən uzaq qruplar arasındakı böyük fərqləri nəzərə alsaq,
Homo
erectusun da öz daxilində müxtəlif fərqlər daşıyan bu növə (
Homo sapiensə)
aid olduğu nəticəsinə gəlmək çox məntiqlidir.
201
Son illərdə
Homo erectus kateqoriyasına aid edilən fosillərin əslində
Homo
sapiensdən ayrı növ sayılacaq qədər fərq daşımadığı elm dünyasında getdikcə
daha çox dilə gətirilir.
“American scientist” jurnalında bu mövzudakı mübahisələr
və 2000-ci ildə bu mövzu ilə bağlı təşkil edilən bir konfransın nəticəsi belə
yekunlaşdırıldı:
“Senkenberq konfransında iştirak edənlərin əksəriyyəti Miçiqan
Universitetindən Milford Uolpoff, Kanberra Universitetindən Alan Torn
və həmkarları tərəfindən başlanan
Homo erectusun taksonomik statusuna
dair qızğın müzakirələrə qatıldılar. Bunlar (Uolpoff və Torn) qətiyyətlə
Homo erectusun bir növ olmadığını, tamamilə aradan qaldırılmalı olduğunu
müdafiə etdilər. Onların fikrincə,
Homo cinsinin bütün üzvləri 2 milyon
il əvvəldən dövrümüzə qədər müxtəlifləşərək çox açıq və geniş sahələrə
yayılmış yeganə növ, yəni
Homo sapiens növü idi və bu növ daxilində təbii
fərqlər və yarımsiniflər tapılmırdı. Konfransda
Homo erectusun mövcud
olmadığı müzakirə olunurdu.
202
Yuxarıdakı tezisi müdafiə edən elm adamlarının gəldiyi nəticə
“Homo erectus
Homo sapiensdən fərqli növ deyil, Homo sapiens daxilindəki irqdir” şəklində ifadə
edilə bilər. Adi insan irqi olan
Homo erectus ilə “insanın təkamülü” ssenarisində
ondan əvvəl gələn meymunlar (
Australopithecus,
Homo habilis və
Homo rudolfensis)
arasında böyük uçurum var. Yəni fosil qeydlərində meydana çıxan ilk insanlar
təkamül keçirmədən, eyni anda və birdən-birə meydana gəliblər.
HƏYATIN GERÇƏK MƏNŞƏYİ
158
Neandertallar: anatomik quruluşları və mədəniyyəti
Neandertallar (Homo neanderthalensis) bundan 100 min il əvvəl Avropada
birdən-birə üzə çıxmış və təxminən 35 min il əvvəl sürətlə və səssiz şəkildə
yox olmuş və ya digər irqlərlə qarışaraq assimilyasiyaya uğramış insanlardır.
Müasir insandan yeganə fərqi skeletlərinin daha güclü və kəllə sümüyünün
ortasının daha hündür olmasıdır.
Neandertallar insan irqidir və bu gün bu həqiqət hər kəs tərəfindən qəbul
edilir. Bəzi təkamülçü paleoantropoloqlar bu insanları uzun zaman “ibtidai
növ” qəbul edirdi, lakin kəşflər Neandertal insanının bu gün küçədə gəzən hər
hansı “cüssəli” insandan fərqli olmadığını göstərir. Bu mövzuda Nyu Mexiko
Universitetindən məşhur paleoantropoloq Erik Trinkaus belə yazır:
“Neandertal fosilləri və müasir insan sümükləri arasında aparılan müqayisələr
göstərir ki, neandertalların anatomiyasında və ya hərəkət, alətlərdən istifadə,
zəka səviyyəsi və ya nitq qabiliyyəti kimi xüsusiyyətlərində günümüzdəki
insanlardan zəif sayılan heç bir şey yoxdur.
203
Bu səbəbdən, hal-hazırda bir çox tədqiqatçı Neandertal insanını
dövrümüzdəki insanın yarımnövü təyin edərək
Homo sapiens neandertalensis
adlandırır.
Digər tərəfdən, fosil tapıntıları Neandertalların mütərəqqi mədəniyyətə
malik olduğunu da göstərir. Bunun ən maraqlı nümunələrindən biri Neandertal
HOMO ERECTUSUN DƏNİZÇİLİK MƏDƏNİYYƏTİ
“
Antik dənizçilər: İlk insanlar zənn etdiyimizdən daha ağıllı idi” “New Scientist”
jurnalında dərc olunan 14 mart 1998-ci il tarixli bu məqaləyə görə təkamülçülərin
Homo erectus adını verdikləri insanlar günümüzdən 700 min il əvvəl dənizçiliklə
məşğul idi. Gəmi düzəldə biləcək məlumat, texnologiya və mədəniyyətə sahib olan
insanların primitiv adlandırılması əlbəttdəki mümkün deyil.
İNSANIN MƏNŞƏYİ
159
insanları tərəfindən düzəldilmiş fosilləşmiş fleytadır. Ayının bud sümüyündən
düzəldilmiş bu fleyta arxeoloq İvan Turk tərəfindən 1995-ci ilin iyulunda
Yuqoslaviyanın şimalında bir mağaradan tapılmışdır. Daha sonra isə musiqiçi
Bob Fink fleytanı təhlil etmişdir. Fink karbon testinə əsasən, 43.000-67.000 yaşı
olduğu deyilən bu alətin 4 notdan ibarət olduğunu və fleytada yarım tonlar
və tam tonların olduğunu təsbit etmişdir. Bu kəşf neandertalların müasir
musiqi mədəniyyətinin əsası olan yeddi notdan istifadə etdiklərini göstərir.
Fleytanı tədqiq edən Fink “qədim fleytanın üzərindəki ikinci və üçüncü dəliklər
arasındakı məsafənin üçüncü və dördüncü dəliklər arasındakı məsafənin iki
misli” olduğunu da ifadə edir. Bu isə göstərir ki, birinci məsafə tam notu, ona
qonşu olan məsafə isə yarımnotu təmsil edir. “Bu üç not inkaredilməz şəkildə
diatonik ölçmədəki kimi səs çıxarır”, - deyən Fink Neandertalların musiqi zövqü
və biliyi olan insanlar olduğunu ifadə edir.
204
Digər bəzi fosil kəşfləri də Neandertalların ölüləri basdırdıqlarını, xəstələrə
baxdıqlarını, boyunbağı və digər bəzək əşyalarından istifadə etdiklərini
göstərir.
205
Digər tərəfdən, qazıntılar əsnasında Neandertal insanları tərəfindən istifadə
edildiyi müəyyən olunan 25 min illik tikiş iynəsi də tapılmışdır. Sümükdən
düzəldilmiş bu iynə düzdür və sapın keçirilməsi üçün açılmış dəliyə malikdir.
206
Əlbəttə, tikiş iynəsinə ehtiyacı olan, geyim mədəniyyətinə malik olan insanlar
“ibtidai” sayıla bilməz.
HƏQİQƏTƏ
QARŞI TƏBLİĞAR
Fosil tapıntılarının Neandetal insanın
bizə görə heç də “primitiv”
olmayan bir insan irqi olduğunu gös-
tərməsinə baxmayaraq, Neandertal-
lar haqqında uydurulmuş təkamülçü
fikirlər dəyişmir. Neandertal insanları
hələ də bəzi təkamülçü muzeylərdə
şəkildə olduğu kimi “meymun adam”
olaraq təsvir edilir. Bu darvinizmin el-
mi tapıntılara deyil ön yarqi və təblğa-
ta əsaslandığının göstəricisidir.