MOLEKULYAR BİOLOGİYA VƏ HƏYATIN MƏNŞƏYİ
183
“Təsadüf” məntiqinə bir nümunə
Bir canlı hüceyrəsinin təsadüflərlə əmələ gəldiyini düşünən bir insan
aşağıda izah edəcəyimizə bənzər hekayəyə də asanlıqla inanmalıdır. Bu, bir
şəhər haqqında hekayədir.
Fərz edək ki, bir gün qeyri-münbit bir ərazidə qayaların arasında qalmış
bir miqdar gilli torpaq yağan yağışlar nəticəsində palçığa çevrilir. Palçıq günəş
çıxdıqda qayalarında arasında quruyub bərkiyir və forma alır. Daha sonra onun
üçün qəlib vəzifəsini yerinə yetirən qayalar ovulub dağılırlar və ortaya düzgün,
formalı, möhkəm kərpic çıxır. Bu kərpic illərlə eyni təbii şərtlər daxilində özü
kimi başqa kərpiclərin əmələ gəlməsini gözləyir. Bu gözləmə eyni kərpicdən eyni
yerdə yüzlərlə, minlərlə kərpicin əmələ gəlməsinə qədər əsrlərlə davam edir.
Bu zaman böyük təsadüf nəticəsində əvvəlcə əmələ gələn kərpiclər də dağılıb
pozulmur. Min illərlə fırtınalara, yağışlara, küləklərə, yandırıcı günəş şüalarına,
dondurucu soyuğa məruz qalan kərpiclər parçalanmır, çatlamır, başqa yerlərə
sovrulub dağılmır, eyni yerdə və eyni möhkəmlikdə digər kərpiclərin əmələ
gəlməsini gözləyirlər.
Kərpiclər lazımi miqdarda olduqda külək, fırtına, siklon kimi təbii amillərin
təsiri ilə sovrulur və təsadüf nəticəsində yan-yana və üst-üstə planlı şəkildə
düzülüb bir bina tikirlər. Eyni zamanda kərpicləri bir-birinə yapışdıran sement,
suvaq kimi məmulatlar da “təbii amillərlə” əmələ gəlib qüsursuz plan daxilində
kərpiclərin arasına girir və onları bir-birinə bərkidirlər. Bütün bu proseslər
başlayarkən torpağın altındakı dəmir filizləri də “təbii amillərlə” formaya
düşüb torpağın üstünə çıxaraq kərpiclərin əmələ gətirdiyi binanın bünövrəsini
qoyurlar. Nəticədə hər cür məmulatı, taxtası, texniki qurğuları ilə birlikdə bütöv
bir bina ortaya çıxır.
Əlbəttə, bina təkcə bünövrədən, kərpicdən və suvaqdan ibarət deyil. Elə
isə digər çatışmazlıqlar necə tamamlanmışdır? Cavab sadədir: binanın ehtiyacı
olan hər cür məmulat torpaqda var. Şüşələr üçün lazım olan silisium, elektrik
kabelləri üçün lazım olan mis, simlər, şalbanlar, mismarlar, su boruları və s.
üçün lazım olan dəmir torpağın altında bol miqdarda mövcuddur.
Bütün bu məmulatların formalaşıb binanın içinə yerləşmələri də “təbii
amillərin” hünəri ilə baş verir. Əsən külək, yağan yağış, bir az fırtına və yeraltı
təkanın da köməyi ilə bütün texniki vəsait, taxta, aksesuarlar kərpiclərin arasında
yerli-yerində oturur. İşlər o qədər yolunda getmişdir ki, kərpiclər sonradan
təbii şərtlər daxilində şüşə adlı bir şeyin əmələ gələcəyini bilirmiş kimi lazımi
pəncərə yerlərini qoyaraq düzülmüşdürlər. Hətta sonradan yenə təsadüflərlə
meydana gələn su, elektrik, mərkəzi istilik sistemi qurğuları üçün yerləri də
qoymağı unutmamışlar. Bütün işlər o qədər yolunda getmişdir ki, “təsadüflər”
və “təbii amillər” qüsursuz dizayn meydana gətirmişdir.