İNSANIN MƏNŞƏYİ
173
idi. Ci “The guardian”
qəzetində nəşr olunan məqaləsində fosil haqqındakı
müzakirələrə toxunur və belə yazırdı:
“Nəticə nə olursa olsun, bu kəllə sümüyü bir daha və qəti şəkildə göstərir
ki, əvvəldən qəbul edilən (insanla meymun arasındakı) “itkin halqa” düşüncəsi
axmaqlıqdır... Hal-hazırda çox aydın şəkildə bilinməlidir ki, onsuz da həmişə
şübhəli olan itkin halqa fikri artıq tamamilə etibarını itirmişdir”.
224
İkiayaqlılıq problemi
Buraya qədər təhlil etdiyimiz bütün fosillərlə bərabər insanlarla meymunlar
arasındakı keçilməz anatomik sərhədlər də insanın təkamül nağılını təkzib edir.
Bu keçilməz sərhədlərdən biri də yerimə formasıdır.
İnsan iki ayağı üzərində dik yeriyir. Bu, başqa heç bir canlıda rast gəlinməyən,
çox spesifik hərəkət formasıdır. Digər bəzi heyvanlar isə iki ayaqla çox məhdud
hərəkət qabiliyyətinə malikdirlər. Ayı və meymun kimi heyvanlar nadir hallarda
(məsələn, bir qidanı əldə etmək istədikdə) iki ayaqları üzərində qısa müddət
ərzində hərəkət edə bilirlər. Normal hallarda önə doğru meyillənmiş skeletə
malikdirlər və dörd ayaq üzərində yeriyirlər.
İnsan skeleti dik yeriməyə uyğun dizayn edilib. Meymun skeleti isə qarşı tərəfə
əyilmiş quruluşa malikdir, qısa ayaqları və uzun qolları ilə dörd ayaqlı hərəkət
formasına uyğundur. Bu iki struktur arasında hər hansi bir “keçid forması”nın
meydana gəlməsi isə ən azından səmərəsizliyi səbəbi ilə mümkün deyil.
HƏYATIN GERÇƏK MƏNŞƏYİ
174
Bəs görəsən, iki ayaqlılıq xüsusiyyəti
təkamülçülərin iddia etdikləri kimi meymunların dörd
ayaqlı yerişindən törəyib?
Xeyr... Araşdırmalar göstərir ki, iki ayaqlı
yerişin təkamülü heç zaman baş verməmişdir,
baş verməsi də mümkün deyil. Əvvəla, iki
ayaqlılıq təkamüllə əldə olunan üstünlük deyil.
Çünki meymunların hərəkət forması insanın iki
ayaqlı yerişindən daha asan, daha sürətli və daha
səmərəlidir. İnsan nə şimpanze kimi budaqdan-
budağa tullana bilər, nə də gepard kimi saatda
125 km sürətlə qaça bilər. Əksinə, insan iki ayağı
üzərində yeridiyi üçün yerdə daha yavaş hərəkət
edə bilir və bu səbəbdən, təbiətdəki canlıların
ən müdafiəsizlərindən biridir. Dolayısı ilə,
təkamülçü məntiqə görə, meymunların iki ayaqlı
yerişə meyil etməsinin heç bir mənası yoxdur.
Təkamül nəzəriyyəsinə görə isə insanlar dörd
ayaqlı vəziyyətə doğru təkamül keçirməlidirlər.
Meymunların əl və ayaqları ağaclarda
yaşamağa uyğun dizayna malikdir.
Təkamülçü iddianın başqa bir müəmması isə iki ayaqlı yerişin darvinizmin
“mərhələli təkamül” modelinə qətiyyən uyğun gəlməməsidir. Təkamül
nəzəriyyəsinin əsası olan bu model nəzəriyyənin müəyyən mərhələsində iki
ayaqlılıqla dörd ayaqlılıq arasında “qarışıq”, “ortaq” yeriş tərzinin olmasını
zəruri edir. Halbuki ingilis paleoantropoloq Robin Krompton 1996-cı ildə
kompyuterin köməyi ilə apardığı araşdırmalarda bu cür “qarışıq” yerişin qeyri-
mümkün olduğunu göstərmişdir. Kromptonun gəldiyi nəticə budur: “hər hansı
canlı
ya tamamilə dik, ya da tamamilə dörd ayağı üzərində yeriyə bilər”.
225
Bu iki yeriş arasında hər hansı tərzdə yeriş forması enerjiyə olan tələbatın
həddən artıq artması səbəbiylə mümkün deyil. Ona görə də yarı iki ayaqlı
canlının mövcudluğu mümkün deyil.
İnsanla meymun arasındakı uçurum təkcə iki ayaqlılıqla məhdudlaşmır.
Beynin həcmi, nitq kimi digər bir çox xüsusiyyətlər təkamülçülər tərəfindən
əsla açıqlanmır. Təkamülçü paleoantropoloq İleyn Morqan belə etiraf edir:
İnsanla (insanın təkamülü ilə) əlaqədar ən əhəmiyyətli dörd sirr budur:
1) Niyə iki ayaq üzərində yeridilər? 2) Niyə bədənlərindəki sıx tükləri
itirdilər? 3) Niyə bu cür böyük beyin formalaşdırdılar? 4) Niyə nitqi
öyrəndilər?
Meymunların əl və ayaqları isə
ağaclarda yaşamağa uyğun dizayn
edilib
İNSANIN MƏNŞƏYİ
175
Bu suallara veriləcək standart cavablar belədir: 1) Hələ bilmirik. 2) Hələ
bilmirik. 3) Hələ bilmirik. 4) Hələ bilmirik. Sualları daha da artırmaq olar,
amma cavab dəyişməyəcək.
226
Təkamül: elmdən kənar inanc
Lord Soli Zakerman İngiltərənin ən məşhur elm adamlarından biridir.
O, on illərlə fosillər üzərində çalışmış, bir çox tədqiqat aparmış, hətta bu
araşdırmalarına görə “Lord” titulu almışdır. Zakerman təkamülçüdür,
yəni təkamül haqqında qəsdən əks-şərhlər verməz. Lakin insanın təkamülü
ssenarisinə aid edilən fosilləri on illərlə araşdırdıqdan sonra ortada həqiqi nəsil
ağacının olmadığına qənaət gətirmişdir.
Zakerman maraqlı “elm şkalası” tərtib etmişdir. Elmi hesab etdiyi məlumat
mənbələrindən elmdənkənar hesab etdiyi sahələrə qədər sxem qurmuşdur.
Zakermanın bu
cədvəlinə görə, ən “elmi”, yəni konkret
məlumatlara əsaslanan
elm sahələri kimya və fizikadır. Sxemdə bunlardan sonra biologiya, daha
sonra sosial elmlər gəlir. Sxemin ən kənarında, yəni ən “elmdən uzaq” sayılan
bölmədə isə Zakermanın fikrincə, telepatiya, altıncı hiss kimi “duyğulardan
kənar qavrayış” anlayışları və bir də “insanın təkamülü” yerləşir! Zakerman
sxemin bu hissəsini belə izah edir:
“Obyektiv həqiqətin sərhədlərindən çıxıb bioloji elm kimi qəbul edilən
bu sahələrə, yəni duyğulardan kənar qavrayışa və insanın fosil tarixinin
izah olunmasına keçdikdə öz nəzəriyyəsinə inanan insan üçün hər şeyin
mümkün olduğunu görürük. Belə ki, nəzəriyyələrinə tamamilə inanan bu
insanların bəzi təzadları eyni anda qəbul etmələri belə mümkündür”.
227
İnsanın mənşəyi haqqında məşhur KİV-lərdən biri olan “Discovering
archeology” jurnalında isə jurnalın redaktoru Robert Lok tərəfindən yazılan
məqalədə: “İnsanın əcdadını axtarmaq, işıqdan çox istilik verir”, - deyilir və
məşhur təkamülçü paleoantropoloq Tim Uaytın bu etirafı verilir:
“Bu günə qədər cavablandıra bilmədiyimiz suallara görə hamımız
ümidsizliyə düşmüşük”.
228
Məqalədə təkamül nəzəriyyəsinin insanın mənşəyi ilə bağlı qarşılaşdığı
müəmma və bu sahədə aparılan təbliğatın əsassızlığı belə izah edilir:
“Bəlkə də elmin heç bir sahəsi insanın mənşəyini müəyyən etmək səylərindən
daha mübahisəli deyil. Tanınmış paleontoloqlar insanın nəsil ağacının ən
əsas budaqları üzərində belə müəmma içindədirlər. Yeni budaqlar böyük
mübahisələrlə ortaya qoyulur, ancaq yeni fosil tapıntıları qarşısında etibarını
itirib yox olurlar”.
229
Eyni həqiqət məşhur “Nature” jurnalının redaktoru Henri Ci tərəfindən
də yaxın zamanlarda qəbul edilmişdir. Ci 1999-cu ildə nəşr olunan
“İn search