M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə53/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   49   50   51   52   53   54   55   56   ...   108

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
166
eyni  üz  quruluşuna  malik  olan  insanların  800  min  il  əvvəl  də  yaşadıqlarını 
göstərirdi.
Bu fosil Qran Dolina tədqiqat qrupunun rəhbəri Arsuaqa Ferrerasın belə 
insa nın təkamülü haqqındakı inanclarını sarsıtmışdı. Ferreras belə deyirdi:
“Böyük,  geniş,  qabarıq,  yəni  primitiv  bir  şeylə  qarşılaşacağımızı  ümid  
edirdik. 800.000 il yaşı olan bu uşağın Turkana Uşağı kimi bir şey olmasını 
gözləyirdik. Amma bizim tapdığımız tamamilə müasir bir üz idi... Bunlar sizi 
sarsıdan faktorlardır: fosil tapmaq yox, bütöv fosil tapmaq da gözlənilməz və 
gözəl hadisədir. Lakin ən təsirli olan bu günə aid olduğunu düşündüyünüz 
bir şeyi keçmişdə tapmağınızdır. Bu, Qran Dolinada maqnitofon tapmaq 
kimi bir şeydir. Belə bir şey, əlbəttə, çox təəccüblü olardı.  Alt Pleystosen 
təbəqələrində maqnitofonlar, kasetlər tapmağı gözləmirik, ancaq 800 min 
illik  “müasir”  üz  tapmaq  da  bunun  kimi  bir  şeydir.  Onu  gördükdə  çox 
heyrətlənmişdik.
215
  Bu  fosil  Homo sapiens  tarixinin  800  min  il  geriyə  çəkilməsinin  lazım 
olduğuna işarə edirdi. Amma fosili tapan təkamülçülər, ilk şoku keçirdikdən 
sonra, bu fosilin başqa bir növə aid olduğuna qərar verdilər. Çünki təkamülün 
nəsil ağacına əsasən, 800 min il əvvəl Homo sapiens yaşamamalıydı. Ona görə, 
Homo antecessor adlı xəyali növ uydurdular və Atapuerka kəllə sümüyünü bu 
ardıcıllığa daxil etdilər.
Daxmalar və ayaq izləri
Bu günə qədər kəşf edilən bir çox tapıntı Homo sapiensin tarixinin 800 min 
ildən daha qədim olduğunu göstərdi. Bunlardan biri də Luis Likeyin 1970-ci 
İspaniyanın Atapuerka dağında tapılan kəllə
sümüyü bügünkü insanlarla eyni üz qurulu-
şuna sahib insanların 800 min il əvvəl yaşa-
dıqlarını göstərirdi.


İNSANIN MƏNŞƏYİ
167
illərin  əvvəllərində  Olduvay  Qorcdakı  tapıntıları  idi.  Likey  buradakı  Bed  II 
təbəqəsində Australopithecus, Homo habilis və Homo erectus növlərinin eyni anda 
bir  yerdə  yaşadıqlarını  müəyyən  etmişdi.  Ancaq  daha  da  maraqlısı  Likeyin 
eyni  təbəqədə  (Bed  II)  tapdığı  bir  daxma  idi.  Likey  burada  daşdan  tikilmiş 
bir  daxmanın  qalıqlarını  tapmışdı.  Hadisənin  ən  maraqlı  tərəfi  isə  bu  idi  ki, 
Afrikanın bəzi bölgələrində hələ də istifadə edilən bu daxmaları yalnız Homo 
sapienslər  tikə  bilərdi!  Yəni  Likeyin  tapıntılarına  görə  Australopithecus, Homo 
habilis, Homo erectus və  bugünki  insan  bundan  təxminən  1,7  milyon  il  əvvəl 
bir  yerdə  yaşamış  olmalıydılar.
216
      Bu  həqiqət,  əlbəttə,  bugünki  insanların 
Australopithecus  adlandırılan  meymunlardan  təkamüllə  törədiyini  irəli  sürən 
təkamül nəzəriyyəsini tamamilə əsassız edirdi.
Əslində  indiyə  qədər  bugünki  insanların  izlərini  1,7  milyon  ildən  daha 
qədimə aparan tapıntılar ələ keçdi. Bu tapıntıların ən əsası Meri Likey tərəfindən 
1977-ci ildə Tanzaniyanın Laetoli bölgəsində aşkar olunan ayaq izləri idi. Bu 
izlər 3,6 milyon illik təbəqənin üzərində idi və ən əsası, bugünki insanın ayaq 
izlərindən qətiyyən fərqlənmirdi.
Meri Likeyin aşkar etdiyi bu ayaq izləri daha sonra Don Cohanson və Tim 
Uayt  kimi  məşhur  paleoantropoloqlar  tərəfindən  də  araşdırıldı.  Əldə  edilən 
Atapuerkada tapılan fosilə əsaslanaraq rekonstruksiya edilən kəllə sümüyü 
ilə bügünkü insana aid kəllə sümüyü demək olar tamamilə eynidir.


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
168
nəticələr eyni idi. Uayt belə yazırdı:
“Qətiyyən  şübhəniz  olmasın...  Bunlar  bugünki  insanın  ayaq  izlərindən 
qətiyyən fərqlənmir. Əgər bu izlər bu gün hər hansı Kaliforniya çimərliyində 
tapılsaydı və bir uşaqdan bunların nə olduğu soruşulsaydı, heç tərəddüd 
etmədən burada bir insanın gəzdiyini söyləyərdi. Bunları qumsalda olan 
yüzlərlə  digər  insan  ayaq  izindən  ayıra  bilməzdi.  Heç  siz  də  ayırd  edə 
bilməzdiniz”.
217
Şimali  Kaliforniya  Universitetindən  Luis  Robins  isə  ayaq  izlərini 
araşdırdıqdan sonra belə deyirdi:
“Ayaq  qövsü  hündürdür,  kiçik  ölçülü  insanın  ayağı  mənimkindən  daha 
hündürdür,  yəni  barmaqlar  insan  barmaqlarıyla  eyni  şəkildə  yeri  örtür. 
Bunu başqa heyvan növlərində görə bilməzsiniz”.
218
Ayaq izlərinin morfoloji quruluşu üzərində aparılan araşdırmalar, bunun 
adi bir insan, həm də bugünki insan (Homo sapiens) izi kimi qəbul edilməsini 
tələb edirdi. Ayaq izlərini araşdıran Rasel Tatl belə yazırdı:
“Bu izlər ayağı yalın Homo sapiens tərəfindən buraxılmalıdır... Aparılan bütün 
morfoloji  tədqiqatlar  bu  izləri  buraxan  canlının  ayağının  günümüzdəki 
insan ayağından fərqli olmadığını göstərir”.
219
Bitərəf araşdırmalar ayaq izlərinin əsl sahiblərini də müəyyən etdi: ortada 10 
yaşında bir insanın 20 ədəd və daha az yaşlı birisinin 27 ədəd daşlaşmış ayaq izi 
vardı. Bunlar tamamilə bizim kimi normal insanlar idi.
Bu  vəziyyət  Laetoli  ləpirlərini  on  illərlə  müzakirə  mövzusuna  çevirdi. 
Təkamülçü paleoantropoloqlar insanın 3,6 milyon il əvvəl yer üzündə yeriyə 
bildiyini qəbul edə bilmir və buna dair izah verməkdə çətinlik çəkirdilər. 90-
cı  illərdə  bu  “izah”  formalaşdı.  Təkamülçülər  bu  izlərin  bir  Australopithecus
məxsus  olduğuna  qərar  verdilər;  çünki  bundan  3,6  milyon  il  əvvəl  Homo 
növünün yaşaması, nəzəriyyələrinə görə, mümkün deyildi! Rasel Tatl 1990-cı il 
tarixli bir məqaləsində belə yazırdı:
“Nəticədə  Laetoli  G  ərazisindəki  3,5  milyon  illik  ayaq  izləri  bugünki 
insanların  izlərinə  çox  bənzəyir.  Bu  tapıntı  izləri  qoyan  canlıların  bizdən 
daha pis və ya fərqli yeriyən canlı olduğunu göstərir. Əgər ayaq izləri bu 
qədər qədim olmasaydı, bunların da bizim kimi adi Homo növü tərəfindən 
qoyulduğunu müzakirəsiz qəbul edə bilərdik... Amma yaş problemi səbəbi 
ilə  bu  ləpirlərin  Lusi  fosili  ilə  eyni  növə,  yəni  Australopithecus afarensis 
növünə aid canlı tərəfindən qoyulduğunu qəbul etməliyik”. 
220
Qısaca  desək,  3,6  milyon  illik  bu  ayaq  izlərinin  Australopithecusa  aid 
olması qeyri-mümkün idi. Ayaq izlərinin Australopithecusa aid olduğuna dair 
fikir yaranmasının səbəbi isə sadəcə olaraq fosillərin tapıldığı 3,6 milyon illik 
vulkanik təbəqə idi. Bu qədər qədim zamanda insanların yaşaya bilməyəcəyini 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə