M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə61/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   57   58   59   60   61   62   63   64   ...   108

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
192
“təsadüf” müəmmasını daha da içindən çıxılmaz vəziyyətə salır: “yararlı” bir 
zülalın  əmələ  gəlməsi  üçün  bir  az  əvvəl  də  izah  etdiyimiz  kimi,  sadəcə  onu 
təşkil edən amin turşularından bəlli miqdarda qüsursuz düzülüşdə və xüsusi 
üç ölçülü dizayna uyğun şəkildə birləşmələri də kifayət deyil. Bütün bunlarla 
yanaşı bu amin turşularının hamısının sol əlli olanlar arasından seçilməsi və 
içlərində bir dənə də sağ əlli amin turşusu olmaması da vacibdir. Çünki amin 
turşusu zəncirinə əlavə edilən bir səhv sağ əlli amin turşusunun səhv olduğunu 
müəyyən edərək onu zəncirdən çıxaracaq hər hansı təbii seçmə mexanizmi də 
mövcud deyil. Buna görə, bir sağ əlli amin turşusu da sol əlli amin turşularının 
arasına qarışmamalıdır. Bu da təsadüf anlayışını bir daha əsassız edir.
Bu vəziyyət “Britannika elmi ensiklopediyası”nda belə ifadə edilir:
...  Yer  üzündəki  bütün  canlı  orqanizmlərdəki  amin  turşularının  hamısı 
zülallar  kimi  mürəkkəb  polimerlərin  tərkib  hissələri  eyni  asimmetriya 
şəklindədir. Sanki tamamilə sol əllidirlər. Bu, bir baxımdan milyon dəfə havaya 
atılan bir qəpiyin hər dəfə eyni üzünün yerə düşməsinə bənzəyir. Molekulların 
necə sol əl və ya sağ əl olduğunu anlamaq olmur. Bu seçim anlaşılmaz şəkildə 
yer üzündəki həyatın mənbəyinə bağlıdır.
249
Bir pul milyon dəfələrlə havaya atıldıqda hər dəfə eyni üzü yerə düşürsə, 
bunu  təsadüflə  açıqlamaq,  yoxsa  birisinin  şüurlu  şəkildə  havaya  atılan  pula 
müdaxilə etdiyini qəbul etmək daha məntiqlidir? Cavab aydındır.
Amin turşularındakı sol əlli olma hadisəsinə bənzər vəziyyət nukleotidlər, 
yəni DNT və RNT-nin tərkib hissələrinə də aiddir. Onlar da canlı orqanizmlərdə 
olan bütün amin turşularının əksinə, ancaq sağ əlli olanlardan seçilmişdirlər. 
Bu da təsadüflə açıqlanmayacaq vəziyyətdir.
Nəticədə həyatın mənbəyinin təsadüflərlə açıqlanmasının mümkün olmadığı 
başdan  bəri  təhlil  etdiyimiz  ehtimallarla  qəti  şəkildə  sübut  edilir:  400  amin 
turşusundan ibarət orta ölçüdəki bir zülalın sadəcə sol əlli amin turşularından 
seçilmə  ehtimalını  hesablamaq  istəsək,  2
400
-də,  yəni  10
120
-də  1  ehtimal  əldə 
edərik. Bu astronomik rəqəmi izah etmək üçün kainatdakı elektronların  sayının 
cəminin bu saydan daha az olduğunu, təqribən 10
79 
olduğunu bildirək. Bu amin 
turşularının  lazımi  düzülüşü  və  funksional  orqanı  əmələ  gətirmə  ehtimalları 
isə  daha  böyük  rəqəmləri  əmələ  gətirir.  Bu  ehtimallara  birdən  çox  sayda  və 
növdə zülalın əmələ gəlmə ehtimalını da əlavə etsək, hesablamaların içindən 
heç çıxmaq olmaz.
Peptid zənciri zərurəti
Təkamül  nəzəriyyəsinin  bir  zülalın  əmələ  gəlməsi  mərhələsi  ilə  bağlı 
qarşılaşdığı  problemlər  buraya  qədər  sadaladıqlarımızla  bitmir.  Bir  zülalın 
əmələ  gəlməsi  üçün  lazım  olan  amin  turşusu  növlərinin  uyğun  sayda  və 


MOLEKULYAR BİOLOGİYA VƏ HƏYATIN MƏNŞƏYİ
193
ardıcıllıqla  və  lazımı  üç  ölçülü  formada  düzülmələri  də  kifayət  deyil.  Bütün 
bu  şərtlərlə  bərabər  birdən  çox  qola  malik  amin  turşusu  molekulları  ancaq 
müəyyən qollarla bir-birlərinə bağlanmalıdırlar. Bu şəkildəki rabitəyə “peptid 
rabitəsi” deyilir. Amin turşuları fərqli rabitələrlə bir-birlərinə bağlana bilərlər, 
ancaq zülallar ancaq və ancaq “peptid” rabitəsi ilə bağlanmış 
amin turşularından 
əmələ gəlirlər.
Bunu  bir  bənzətmə  ilə  gözünüzdə  canlandıra  bilərsiniz:  məsələn,  bir 
avtomobilin bütün hissələrinin tam və yerli-yerində olduğunu düşünün. Lakin 
təkərlərdən  birisi  lazım  olduğu  yerə  vintlərlə  deyil,  bir  sim  parçasıyla  və  ya 
dairəvi üzü aşağı şəkildə avtomobilə birləşdirilsin. Belə bir avtomobilin motoru 
nə qədər güclü olsa da, nə qədər qabaqcıl texnologiya ilə istehsal olunsa da, 
bir  metr  belə  gedə  bilməz.  Görünüş  baxımından  hər  şey  yerli-yerindədir, 
lakin  təkərlərdən  birinin  yerinə  lazım  olduğundan  fərqli  şəkildə  bağlanması 
avtomobili tamamilə yararsız hala salacaqdır. Eynilə bir zülal molekulundakı 
bir amin turşusunun digərinə peptid rabitəsindən fərqli rabitə ilə bağlanması 
bu molekulu yararsız edəcəkdir.
Aparılan araşdırmalar öz aralarında təsadüfən birləşən amin turşularının 
ən çox 50%-nin peptid rabitəsiylə bir-birinə bağlandığını, qalanının isə zülallara 
uyğun olmayan fərqli rabitələrlə bağlandıqlarını üzə çıxarmışdır. Ona görə bir 
zülalın təsadüfən əmələ gəlməsi ehtimalını hesablayarkən (sol əlli amin turşusu 
zərurəti də nəzərə alınmaqla) hər amin turşusunun özündən əvvəlki və sonrakı 
ilə ancaq və ancaq peptid rabitəsi ilə bağlanması zərurətini də hesaba qatmaq 
lazımdır. Bu da təxminən 50% ehtimaldır.
Bu ehtimal da zülaldakı hər amin turşusunun sol əlli olması ehtimalı ilə 
eynidir. Yəni 400 amin turşusundan ibarət bir zülalda bütün amin turşularının 
öz aralarında ancaq peptid rabitəsi ilə birləşmələri ehtimalı 2
399
-da 1-dir.
Sıfır ehtimal
Buraya qədər təhlil etdiyimiz üç fərqli ehtimalı (amin turşularının düzgün 
düzülmə ehtimalı, hamısının sol əlli olma ehtimalı və hamısının peptid rabitəsi 
ilə  birləşməsi  ehtimalını)  birləşdirsək,  10
950
-də  1  ehtimal  kimi  astronomik 
rəqəm ortaya çıxar. Bu ancaq kağız üstündəki ehtimaldır. Təcrübədə isə belə 
bir hadisənin baş vermə ehtimalı “sıfırdır”. Riyaziyyatda “10
50
-də 1” və ya daha 
kiçik bir ehtimal statistik baxımdan “sıfır”, yəni qeyri-mümkün ehtimal kimi 
qəbul edilir. 
Təkcə  bir  zülal  molekulunu  əmələ  gətirmək  üçün  amin  turşularının 
dünyanın başlanğıcından bəri ard-arda heç vaxt itirmədən sınama və yanılma 
yolu ilə birləşib ayrıldıqlarını fərz etsək belə, yenə də 10
950
-də 1 ehtimalının baş 
tutması üçün lazımi müddət dünyanın bu günə qədərki ömründən çox artıqdır.


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə