MOLEKULYAR BİOLOGİYA VƏ HƏYATIN MƏNŞƏYİ
185
Hüceyrədəki kompleks quruluş və sistemlər
Darvinin dövründə canlı hüceyrəsinin kompleks quruluşu məlum deyildi.
Bu səbəbdən, dövrün təkamülçüləri canlıların necə meydana gəlməsi sualına
“təsadüflər və təbii hadisələr” cavabını verməyin inandırıcı olduğunu hesab
etmişdilər. Darvin ilk hüceyrənin “kiçik və ilıq su gölməçəsində” asanlıqla
əmələ gəldiyini irəli sürmüşdü.
239
Darvinin tərəfdarlarından alman bioloq Ernst
Hekkel isə araşdırma gəmisiylə okeanın dibindən çıxarılan palçıq qarışığını
mikroskop altında tədqiq etmiş və bunun canlıya çevrilən cansız maddə
olduğunu iddia etmişdi. “Hekkel palçığı” (Bathybus Haeckelii) adlanan bu
“canlanan palçıq” təkamül nəzəriyyəsini irəli sürən şəxslərin canlıları nə qədər
bəsit hesab etdiklərinin bir ifadəsi idi.
Lakin canlıları ən kiçik təfərrüatına qədər tədqiq edən XX əsrin texnologiyası
hüceyrənin bəşəriyyətin qarşılaşdığı ən kompleks sistemlərdən biri olduğunu
üzə çıxardı. Bu gün hüceyrənin içində enerji hazırlayan sistemlər, həyat üçün
lazımlı ferment və hormonları istehsal edən fabriklər, istehsal ediləcək bütün
məhsullarla bağlı məlumatların qeyd olunduğu məlumat bankı, bir yerdən
digərinə xam maddələri və məhsulları daşıyan kompleks daşıma sistemləri,
boru xətləri, kənardan gələn xam maddələri işə yararlı hissələrə parçalayan
təkmilləşmiş laboratoriyalar və saflaşdırma zavodları, hüceyrəyə daxil olan və
Darvin öz dövründə hüceyrənin
olduqca sadə quruluşa malik
olduğunu zənn edirdi. Darvini
dəstəkləyən
E.Hekel
dənizin
dibindən çıxardığı üstdəki palçığın
öz-özünə canlanacağı fikrini də
ortaya atmışdı.
HƏYATIN GERÇƏK MƏNŞƏYİ
186
ya hüceyrədən xaric edilən məmulatların giriş-çıxışına nəzarət edən peşəkar
hüceyrə qılafı zülalları olduğunu bilirik. Bu sadaladıqlarımız hüceyrədəki
mürəkkəb quruluşun sadəcə bir hissəsini təşkil edir.
Təkamülçü elm adamı olan U.H.Torp: “Canlı hüceyrələrinin ən bəsitinin
malik olduğu mexanizm belə insanın indiyə qədər hazırladığı, hətta xəyalını
qurduğu bütün cihazlardan daha kompleksdir”, - deyə yazır.
240
Hüceyrə o qədər kompleksdir ki, bu gün insanın nail olduğu yüksək
texnologiya belə bir hüceyrə hazırlaya bilmir. Süni hüceyrə əmələ gətirmək üçün
aparılan bütün elmi fəaliyyətlər uğursuzluqla nəticələnmişdir. Belə ki, bu gün
hüceyrənin əmələ gətirilməsi hədəfindən əl çəkilmişdir və artıq bu istiqamətdə
heç bir elmi fəaliyyət aparılmır.
Təkamül nəzəriyyəsi isə insanın bütün məlumat və texnoloji imkanları ilə
əldə edə bilmədiyi bu sistemin ibtidai dünyada “təsadüfən” əmələ gəldiyini
irəli sürür. Bu, mətbəədə baş verən partlayış nəticəsində təsadüfən bir
ensiklopediyanın nəşr olunması ehtimalından daha azdır.
İngilis riyaziyyatçısı və astronom Ser Fred Hoyl 12 noyabr, 1981-ci ildə
“Təbiət” (Nature) jurnalına verdiyi bir müsahibəsində bu cür bənzətmə etmişdir.
Özünün materialist olmasına baxmayaraq, Hoyl təsadüflər nəticəsində bir canlı
hüceyrənin meydana gəlməsiylə bir dəmir yığınının qasırğa ilə sovrulması
nəticəsində
təsadüfən Boing 747 təyyarəsinin əmələ gəlməsi arasında bir fərq
olmadığını bildirir.
241
Yəni hüceyrənin öz-özünə təsadüflər nəticəsində əmələ
gəlməsi qeyri-mümkündür.
Təkamül nəzəriyyəsinin hüceyrənin necə mövcud olması sualını açıqlaya
bilməməsinin ən əsas səbəblərindən biri hüceyrədəki “
mürəkkəb komplekslik”
xüsusiyyətidir. Bir canlı hüceyrəsi çox sayda kiçik orqanoidin ahəng içində
işləməsiylə yaşayır. Bu hissələrdən biri belə olmasa, hüceyrə məhv olar. Hüceyrə
təbii seçmə və mutasiya kimi şüursuz mexanizmlərin onu təkmilləşdirməsini
gözləyə bilməz. Ona görə də yer üzündə əmələ gələn ilk hüceyrə həyat üçün
lazımlı bütün
orqanoid və funksiyalara malik, tam hüceyrə olmalıdır.
Zülalların mənşəyi problemi
Hələlik hüceyrəni bir kənara qoyaq. Təkamül nəzəriyyəsi hüceyrənin tərkib
hissələrini belə izah edə bilmir. Hüceyrəni təşkil edən yüzlərlə növdə kompleks
zülal molekulundan tək birinin belə təbii amillərlə əmələ gəlməsi ehtimalı
yoxdur.
Zülallar “amin turşusu” adlanan daha kiçik molekulların müəyyən
sayda və növdə xüsusi ardıcıllıqla düzülməsi nəticəsində əmələ gələn böyük
molekullardır. Bu molekullar canlı hüceyrələrinin əsasını təşkil edirlər. Ən
sadəsi təqribən 50 amin turşusundan ibarət olan zülalların minlərlə amin