Gerçək Təbiət Tarixi -II-
127
balıqlardan belə daha mükəmməl şəkildə yaşadıqları mühitə uyğundurlar.
Dəniz məməlilərinin xəyali təkamülünün mutasiya və təbii seçmə vasitəsilə
açıqlana bilmədiyi olduqca açıqdır. “GEO” jurnalında dərc olunan bir məqalə
dəniz məməlilərindən mavi balinanın mənşəyindən bəhs edərkən darvinizmin
bu mövzudakı çarəsizliyini belə ifadə edir:
Mavi balinalar kimi dənizdə yaşayan digər məməli heyvanların da bədən
quruluşları və orqanları balıqlarınkına bənzəyir. Onların skeletləri də
balıqlarınkı ilə oxşardır. Balinalarda ayaq adlandırdığımız arxa üzvlər
tərs inkişaf edib yarımçıq qalmışdır. Ancaq bu heyvanların formalarını
dəyişdirdikləri haqqında əldə ən kiçik məlumat belə yoxdur. Dənizə
qayıdışın darvinizmin iddia etdiyi kimi, uzunmüddətli yavaş keçidlə
deyil, ani sıçrayışlar şəklində olduğunu qəbul etməliyik. Paleontoloqlar
dövrümüzdə balinanın hansı məməli heyvan növündən törədiyi haqqında
kifayət qədər məlumata malik deyil.
170
Quruda yaşayan kiçik məməli heyvanın təkamül prosesi nəticəsində necə
olub 30 metr və 60 ton ağırlığında bir balinaya çevrildiyini düşünmək həqiqətən
də çox çətindir. Darvinistlərin bu məsələdə edə biləcəkləri yeganə şey “National
geographic” jurnalında dərc edilən aşağıdakı hekayədə olduğu kimi, təxəyyül
güclərindən istifadə edərək ssenari uydurmaqdır:
Balinaların əmələ gəlməsi bundan 60 milyon il əvvəl dördayaqlı və tüklü
məməlilərin qida axtarmaq üçün dənizə girmələriylə başladı. Zaman
keçdikcə yavaş-yavaş dəyişikliklər əmələ gəldi. Arxa ayaqlar itdi, qabaq
ayaqlar üzgəclərə çevrildi, tüklər yoxa çıxaraq qalın, yumşaq, hamar balina
dərisinə çevrildi, burun dəlikləri başın təpəsinə doğru yerini dəyişdi,
quyruq genişlənərək balinanın fırçayabənzər quyruğuna çevrildi və bədən
suyun içində getdikcə böyüyərək nəhəngləşdi.
171
Yuxarıda bəhs olunan mərhələli təkamül ssenariləri, bu ssenarini yazanlar
Dəniz
məməliləri sanki
yerləşdirildikləri xəyali
rəsmlərin
hər birinə üs-
yan edir. Gəldiyimiz nə-
ticə taricdə ortaya çıxan
canlı qruplarının bir-
birlərindən müstəqil və
anidən ortaya çıxmaları-
dır. Bu da bütün canlıla-
rın yaradılmış olduğu
gerçəyinin
elmi sübutu-
dur.
HƏYATIN GERÇƏK MƏNŞƏYİ
128
da daxil olmaqla heç kimi qane etmir. Biz yenə də bu uydurmanı hərtərəfli təhlil
edək və nə cür həqiqətdənkənar olduğunu mərhələ şəklində nəzərdən keçirək.
Dəniz məməlilərinin özünəməxsus quruluşu
Təkamülçülərin dəniz məməliləri ilə bağlı təkamül ssenarilərinin nə qədər
qeyri-mümkün olduğunu göstərən digər bəzi dəlillər də bu canlıların olduqca
özünəməxsus quruluşa malik olmalarıdır. Tənəffüs üçün ağciyərlərindən
istifadə edən bir məməlinin dəniz mühitində keçirməli olduğu adaptasiyaları
nəzərə aldıqda belə bir keçid haqqında “qeyri-mümkün” sözü belə qənaətbəxş
deyil. Belə bir keçiddə təkamül prosesi daxilində ara mərhələlərdən hər
hansı birinin əksikliyi canlını həyatdan məhrum edəcək və təkamül prosesini
dayandıracaqdır.
Dəniz məməlilərinə su mühitinə keçərkən lazım olan adaptasiyalar
(uyğunlaşmalar) belə sıralana bilər:
1- Suyun qorunması. Dəniz məməliləri su mühitində yaşamalarına
baxmayaraq, su ehtiyaclarını balıqlar kimi, yəni duzlu sudan faydalanaraq
təmin edə bilməzlər. Yaşamaq üçün şirin suya ehtiyacları var. Dəniz
məməlilərinin su mənbələri çox yaxşı məlum olmasa da, su ehtiyaclarınn
böyük hissəsini tərkibində okeandakı duz nisbətinin üçdə biri qədər su olan
canlıları yeyərək təmin etdikləri düşünülür. Bu qədər qıt su mənbələrinə malik
olan dəniz məməliləri üçün suyun mütləq qorunması və suya qənaət edilməsi
olduqca vacibdir. Elə bu səbəbdən, dəniz məməliləri dəvələrdəki kimi suyun
qorunması mexanizminə malikdirlər. Eynilə dəvələr kimi dəniz məməliləri də
tərləmirlər. Böyrəklər sidiyi insanlardan daha yaxşı şəkildə toplayaraq onlara
su qazandırır. Beləliklə, su itkisi ən az səviyyədə olur. Suya qənaət ən kiçik
detallarda belə özünü göstərir. Məsələn, ana balina balasını pendir qatılığında
olan südlə bəsləyir. Bu süd insan südündən 10 dəfə yağlıdır. Südün bu qədər
yağlı olmasının bəzi kimyəvi səbəbləri var. Yağ bala tərəfindən qəbul edildikdən
sonra orqanizmdəki parçalanma prosesi nəticəsində su meydana gəlir. Beləliklə,
ana az su itkisiylə balasının su ehtiyacını təmin edir.
2- Görmə və xəbərləşmə. Delfinlərin və balinaların gözləri fərqli yönlərdə
görməyə imkan verən formadadır. Suyun altında və üzərində eyni dərəcədə
mükəmməl şəkildə görə bilirlər. (Halbuki insan da daxil olmaqla bir çox canlı
işığın qırılmasındakı fərqlərə görə öz təbii mühiti xaricində yaxşı görə bilmir).
Bir delfin suyun 6 metrə qədər üzərinə tullana bilir və havada onun üçün tutulan
qidanı həssaslıqla ala bilir.
Dəniz məməlilərinin gözü ilə quruda yaşayan canlıların gözü həddindən
artıq fərqli xüsusiyyətlərə malikdir. Quruda gözü gözləyən təhlükələr fiziki
zərbələr və tozdur. Bu səbəbdən quruda yaşayan heyvanların göz qapaqları