İNSANIN MƏNŞƏYİ
153
paleoantropoloji qeydlərdəki məhdudiyyətlər növləri Homo cinsinə daxil etmək
üçün istifadə edilən meyarları etibarsız hala salıb... Praktikada fosilləşmiş hominid
növlər Homo kateqoriyasına dörd əsas meyardan biri və ya daha çoxuna əsasən daxil
edilir... Halbuki indi daha da aydın olmuşdur ki, bu meyarların heç biri qənaətbəxş
deyil. Kəllə həcmi problemlidir, çünki mütləq beyin həcminin bioloji əhəmiyyətinin
olduğu fərziyyəsi mübahisəlidir. Eyni şəkildə nitq funksiyasının beyinin ümumi
görünüşünə əsaslanaraq izah edilməsinin qeyri-mümkünlüyünə dair olduqca tutarlı
sübutlar var və beyinin nitq ilə əlaqədar hissələrinin daha əvvəlki araşdırmaların
eyham etdiyinin əksinə, lokalizə olmadığına dair dəlillər var...”
Bir sözlə,
H.habilis və
H.rudolfensisə aid fosil kəşflərini də əlavə etsək,
Homo cinsi yaxşı cins deyil. Dolayısı ilə,
H.habilis və
H.rudolfensis Homo
cinsindən çıxarılmalıdır... Bu an üçün, həm H.habilisin, həm də H.rudolfensisin
Australopithecus cinsinə keçirilməsini təklif edirik”.
197
Vud və Kolardın gəldiyi nəticə qeyd etdiyimiz həqiqəti təsdiqləyir: tarixdə
“insanın ibtidai əcdadları” olmamışdır. Bu cür göstərilən canlılar əslində
Australopithecus kateqoriyasına aid olan meymunlardır. Fosillər bu nəsli
tükənmiş meymunlar ilə fosil qeydlərində birdən-birə üzə çıxan
Homo-yəni
insan növü arasında
heç bir təkamül
əlaqəsinin olmadığını göstərir.
Homo erectus
Təkamülçülərin xəyali sxeminə görə
Homo növünün təkamülü (növdaxili
təkamülü) belədir: Əvvəlcə,
Homo erectus, sonra
Homo sapiens archaic və
Neandertal (
Homo sapiens neanderthalensis) insanı, sonra da
Cro-magnon
(Kromanyon) adamı (
Homo sapiens sapiens)... Halbuki bu siniflərin hər biri
əslində ayrı-ayrı insan irqləridir və aralarındakı fərq eskimos ilə zənci və ya
piqmey ilə avropalı arasındakı fərqdən çox deyil.
Əvvəlcə, təkamülçülərin ən ibtidai insan növü hesab etdiyi
Homo erectusu
təhlil edək. “Erect” termini “dik” deməkdir.
Homo erectus isə “dik yeriyən insan”
mənasını verir. Təkamülçülər bu insanları “erect” xüsusiyyəti ilə əvvəlkilərdən
fərqləndirmək məcburiyyətində qalmışdılar. Çünki mövcud
Homo erectus
fosilləri Avstralopitek və ya
Homo habilis fosillərində müşahidə olunmayan dik
yerimə qabiliyyətini göstərir. Bugünkü insanın skeleti ilə
Homo erectus skeleti
arasında heç bir fərq yoxdur.
Təkamülçülərin
Homo erectusu “ibtidai” hesab etməsinin səbəbi isə beyin
həcminin (900-1100 sm
3
) bugünkü insanın beyin həcmindən nisbətən kiçik
olması və qalın qaş çıxıntılarıdır. Halbuki hal-hazırda da dünyada
Homo erectusla
eyni kəllə həcminə malik bir çox insan yaşayır. (Məsələn, piqmeylər) və bu gün
də müxtəlif irqlərdə qaş çıxıntıları var. (Məsələn, Avstraliya yerliləri).
Kəllə həcmindəki fərqin zəka və bacarıqla əlaqəsi yoxdur. Zəka beyinin
HƏYATIN GERÇƏK MƏNŞƏYİ
154
həcminə görə deyil, beyindaxili mütəşəkkilliyə uyğun olaraq dəyişir.
198
Homo erectusu bütün dünyaya tanıdan fosillər Asiyada tapılmış Sinantrop
(Pekin adamı) və Yava adamı fosilləri idi. Ancaq bir müddət sonra hər iki
fosilin saxta olduğu məlum oldu. Sinantrop gipsdən düzəldilmiş və əsli itmiş
modellərdən ibarət idi, Yava adamı isə bir kəllə sümüyü parçası ilə ondan
metrlərlə uzaqda tapılmış çanaq sümüyündən ibarət idi və bunların eyni canlıya
aid olduğuna dair heç bir göstərici yox idi. Bu səbəbdən, Afrikada tapılan
Homo
erectus fosilləri getdikcə daha çox əhəmiyyət qazandı. (Bu məqamda
Homo
erectus adlandırılan fosillərdən bir qisiminin bəzi təkamülçülər tərəfindən
Homo ergaster adlı ikinci sinfə daxil edildiyini də qeyd etmək lazımdır. Bu
barədə aralarında anlaşılmazlıq var. Biz isə sözügedən fosillərin hamısını
Homo
erectus sinfi daxilində araşdıracağıq).
Homo erectus kəllə sümüklərində olan qaş
çıxıntıları, geriyə doğru meyilli alın quru-
luşu kimi xüsusiyyətlər hal-hazırda yaşa-
yan bəzi irqlərdə də mövcuddur. Şəkildəki
Malayziya yerlisində olduğu kimi
İNSANIN MƏNŞƏYİ
155
10 min illik Homo erectuslar
10 Oktyabr 1967-ci ildə Avstraliya
Viktoriadakı
Kou Svamp gölü
yaxınında tapılan bu iki kəllə
sümüyünə Kou Svamp I və Kou
Svamp V adları verildi.
Qalıqları tapan Alan Thorne və
Filip Macumber, bunları adi homo
sapiens kəlləsi kimi şərh etdilər.
Halbuki bu kəllə sümükləri demək
olar tamamilə homo erectus xüsu-
siyyətlərini daşıyırdı. Homo sapi-
ens olaraq adlandırılmasının yega-
nə səbəbi isə, yaşının 10 min il olaraq
hesablandığı idi. Təkamülçülər, bu
günkü insandan 500 min əvvəl ya-
şamış primitiv növ olaraq təyin et-
dikləri Homo erectusların, bundan
10 min il əvvəl yaşayan bir insan ir-
qi olduğu həqiqətini qəbul etmək
istəmirdilər.
HƏYATIN GERÇƏK MƏNŞƏYİ
156
Afrikada tapılan
Homo erectus nümunələrinin ən məşhuru Keniyadakı
Turkana gölü yaxınlığında tapılan “Turkana uşağı” fosilidir. Bu fosilin 12 yaşında
bir uşağa aid olduğu və böyüdükdə təxminən 1.83 sm boyu olacağı müəyyən
olundu. Fosilin özünəməxsus dik skelet quruluşu dövrümüzdəki insandan
fərqlənmir. Amerikalı paleoantropoloq Alan Uolker: “bu skelet ilə bugünkü
insan skeletini bir-birindən fərqləndirmək çox çətindir”, - deyir. Uolker kəllə
sümüyünü gördükdə güldüyünü, çünki kəllə sümüyünün Neandertal kəlləsinə
həddən artıq bənzədiyini yazır.
199
HOMO ERECTUS və ABORİGEN
Şəkildəki Turkana uşağı skeleti, bu
günə qədər tapılmış ən qüsursuz Homo
erectus nümunəsidir. Maraqlı olan 1.6
milyon illik bu qalığın skeleti ilə gü-
nümüzdəki insan arasında heç bir nə-
zərə çarpan fərqin olmamasıdır. Xüsu-
silə yuxarıdakı Aborigen qalığı, Turka-
na uşağına cox bənzəyir. Bu vəziyyət
Homo erectusun hər hansı bir “primitiv”
xüsusiyyəti olmayan xüsusi bir insan
irqi olduğunu bir daha sübut edir.