SADƏLƏŞDİRİLMƏZ KOMPLEKSLİK
273
yerini dəyişərək orta qulağa “keçdiyini” və yenə təsadüfən tam lazım olduğu
formaya düşərək zindan və üzəngi sümüklərinə çevrildiyini iddia edirlər. Eyni
ssenariyə əsasən, sürünənlərin orta qulağında mövcud olan tək sümük də
formasını dəyişdirərək çəkic sümüyünə çevrilmiş və orta qulaqdakı üç sümük
arasındakı olduqca həssas müvazinət təsadüfən təmin edilmişdir.
360
Heç bir elmi tapıntıya, məsələn, fosil qeydinə əsaslanmayan bu xəyali iddia
öz daxilində də olduqca ziddiyyətlidir. Bu cür təkamül bir canlını kar edər.
Əlbəttə, çənə sümükləri yavaş-yavaş orta qulağın içinə girməyə başlayan bir
canlı eşidə bilməz. Bu cür bir canlı da təkamülçülərin iddia etdikləri kimi digər
canlılar arasında üstün olmayacağına görə, təbii seçmə ilə seçilməyəcəkdir.
Digər tərəfdən çənə sümükləri qulaqlarına doğru hərəkət edən bir canlının
çənəsi də şikəst olar. Belə bir canlının çeynəmə qabiliyyəti də çox zəifləyər, hətta
tamamilə yox olar. Bu da canlının aradan çıxması ilə nəticələnər.
Qısası, qulaqların quruluşunun və mənşəyinin təhlil edilməsi ilə ortaya
çıxan nəticələr təkamülçü fərziyyələri açıq şəkildə əsassız edir. Təkamülçü
mənbə olan “The grolier encyclopedia” bu vəziyyət qarşısında “qulaqların
mənşəyi məsələsi qeyri-müəyyəndir” yazaraq etiraf edir.
361
Bu təkamül üçün
qeyri-müəyyəndir. Əslində qulaqdakı sistemi ağılla tədqiq edən hər kəs onun
Allahın üstün yaradılışının dəlili olduğunu asanlıqla görə bilər.
Rheobatrachus silus-un çoxalma növü
Sadələşdirilməz komplekslik sadəcə canlılarda biokimyəvi səviyyədə
və ya kompleks orqanlarda gördüyümüz xüsusiyyət deyil. Canlıların malik
olduğu hələ bir çox bioloji sistem sadələşdirilməz xüsusiyyətə malikdir və ona
görə təkamül nəzəriyyəsini əsassız edir. Avstraliyada yaşayan
Rheobatrachus
silus növündən olan qurbağaların qeyri-adi çoxalma metodu buna misaldır.
Bu növün dişiləri dölləndikdən sonra yumurtalarını qorumaq üçün çox
maraqlı metoddan istifadə edirlər: öz yumurtalarını udurlar. Yumurtalardan
çıxan sürfələr (qurbağa balaları) mədədə qaldıqları 6 həftə boyu daima inkişaf
edir. Bəs necə necə olur ki, sürfələr uzun müddət həzm olunmadan mədədə
qalır?Bunun üçün qüsursuz sistem yaradılmışdır. Əvvəla, ana qurbağalar bu
6 həftəlik çoxalma mövsümündə yemək-içməyi kəsirlər. Bu sayədə mədələri
ancaq balaları üçün olur. Ancaq digər təhlükə mədənin daima ifraz etdiyi
xlorid turşusu və pepsindir. Bu fermentlər normal şərtlər daxilində balaları
çox qısa müddətdə parçalayıb öldürməlidir. Ancaq buna qarşı çox xüsusi
tədbir görülmüşdür. Ananın mədəsindəki bu fermentlər əvvəlcə, yumurta
kapsullarından, daha sonra da sürfələr ifraz olunan “prostaglandin E2” adlı
fermentlə təsirsiz hala salınır. Beləliklə, balalar turşu hovuzu içində üzmələrinə
baxmayaraq, təhlükəsiz şəkildə böyüyürlər.
HƏYATIN GERÇƏK MƏNŞƏYİ
274
Bəs bu sürfələr analarının mədəsində nə ilə qidalanırlar? Bu problemə qarşı
da xüsusi həll yolu var. Bu növdən olan yumurtalar digər qurbağa növlərinin
yumurtalarına nisbətən olduqca böyükdür. Bunun səbəbi isə yumurtaların
içinə balanı qidalandırmaq üçün zülalla zəngin olan yumurta sarısı təbəqəsi
yerləşdirilməsidir. Bu yumurta sarısı balaları 6 həftə boyu qidalandırmaq üçün
kifayətdir.
Doğuş anı da qüsursuz şəkildə
yaradılmışdır. Balalar mədədən çıxıb xarici
aləmə addım atarkən ananın qida borusu
doğuş əsnasında olduğu kimi genişlənir.
Balalar çölə çıxdıqdan sonra isə ana yemək
yeməyə başlayır və mədə əvvəlki vəziyyətinə
düşür.
362
Rheobatrachus silus növündən olan
qurbağaların bu qeyri-adi çoxalma metodu
təkamül nəzəriyyəsini təkzib edir. Çünki
bu çoxalma sistemi “sadələşdirilməz
komplekslik” xüsusiyyətinə malikdir. Sistemin
uğurlu olması və dolayısı ilə qurbağanın
çoxala bilməsi üçün bütün mərhələlərin tam
şəkildə olması şərtdir. Ananın yumurtaları
udacaq və 6 həftə boyu heç nə yeməyəcək
instinktə malik olması labüddür. Yumurtalar
da mədə turşularını təsirsiz edən mayeni
ifraz etməlidir. Digər tərəfdən, yumurtalara
balaların 6 həftə boyu qidalanmasını təmin
edən böyük yumurta sarısı təbəqəsinin əlavə
edilməsi və ya doğuş anında ananın qida borusunun genişlənməsi də şərtdir.
Bunların hamısı eyni anda baş verməsə, çoxalma baş verməyəz və qurbağanın
nəsli kəsilər.
Ona görə də bu sistem təkamül nəzəriyyəsinin iddia etdiyi kimi, mərhələ-
mərhələ meydana gələ bilməz. Dünyadakı ilk
Rheobatrachus silus növündən
olan qurbağa bu qüsursuz sistemə malik şəkildə var olmuşdur, başqa sözlə,
yaradılmışdır.
Nəticə
Bu bölmədə sadələşdirilməz komplekslik anlayışını sadəcə bir neçə
nümunə əsasında təhlil etdik. Əslində canlıların bir çox orqan və sistemi bu
xüsusiyyətə malikdir. Xüsusilə biokimyəvi səviyyədəki sistemlər bir-birindən
Bu qurbağa növünün dişiləri
bala çıxartma zamanı boyu
balalarını
mədələrində
saxlayır və axırda balalarını
ağızlarında dünyaya gətirir-
lər. Ancaq bu əməliyyat üçün
yumurtaların quruluşunun
nizamlanması, mədə turşula-
rının təsirsiz edilməsi, ananın
həftələrlə
qidalanmadan
yaşaya bilməsi üçün bir cox
nizamlanma eyni zamanda və
xətasız olaraq işləməlidir.