M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a


TƏKAMÜL NƏZƏRİYYƏSİ və ENTROPİYA QANUNU



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə92/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   88   89   90   91   92   93   94   95   ...   108

TƏKAMÜL NƏZƏRİYYƏSİ və ENTROPİYA QANUNU
279
news”  jurnalındakı  ifadələrində  özü  də  təkamülçü  düşüncə  tərzinə  malik 
olmasına  baxmayaraq,  bu  həqiqətdənkənar  iddiaların  mühüm  elmi  xəta 
olduğunu belə bildirir:
... Termodinamikanın ikinci qanunu dəyişməyən qanundur. Normal halda, 
ikinci  qanuna  təcrid  edilmiş  sistemlər  aid  edilir,  ancaq  ikinci  qanun  açıq 
sistemlərə də eyni dərəcədə aiddir... Buna baxmayaraq, Termodinamikanın 
ikinci  qanununun  müvazinətsiz  sistemlərə  aid  olmadığı  fikri  hakimdir. 
Əmin olun ki, bu səhv əbədi davam etməyəcəkdir.
368
Açıq  sistem  kənardan  enerji  və  maddə  giriş-çıxışı  olan  termodinamik 
sistemdir. Təkamülçülər də dünyanın açıq sistem olduğunu, günəşdən daima 
gələn enerji axınına məruz qaldığını, ona görə də Entropiya qanununun dünyaya 
aid  olmadığını  və  nizamsız,  sadə,  cansız  formalardan  nizamlı,  kompleks 
canlıların əmələ gəldiyini irəli sürürlər.
Halbuki  burada  həqiqət  açıq-aşkar  təhrif  edilmişdir.  Çünki  bir  sistemə 
kənardan enerji daxil olması o sistemi nizamlı hala salmaq üçün kifayət deyil. 
Bunun üçün, xam enerjini istifadəyə yararlı hala  salacaq xüsusi mexanizmlər 
lazımdır. Məsələn, bir avtomobilin benzindəki enerjini işə salması üçün motora, 
ötürücü sistemlərə və onları idarə edən tənzimləyici mexanizmlərə ehtiyac var. 
Belə bir enerji çevirən sistem olmasa, avtomobilin benzindəki enerjidən istifadə 
etməsi mümkün olmaz.
Eyni  vəziyyət  canlılara  da  aiddir.  Canlıların  enerjini  günəşdən  aldığı 
doğrudur.  Lakin  günəş  enerjisi  ancaq  canlılardakı  qeyri-adi  dərəcədəki 
kompleks enerji çevirmə sistemləri (məsələn, bitkilərdəki fotosintez, insan və 
heyvanlardakı həzm sistemləri) sayəsində kimyəvi enerjiyə çevrilir. Məsələn, 
mədəsi və bağırsaqları olmayan insan ən kalorili qidaları da yesə, bu qidalardakı 
enerjidən istifadə edə bilməz və ölər. Bu cür enerji çevirmə sistemləri olmasa, 
heç bir canlı yaşaya bilməz. Günəş də enerjini çevirmə sistemi olmayan canlı və 
ya cansız varlıq üçün yandırıcı, məhv edici və parçalayıcı enerji mənbəyidir.
Göründüyü kimi, hər hansı enerji çevirən mexanizmi olmayan bir sistem 
açıq və ya qapalı da olsa, təkamül üçün heç bir üstünlüyü yoxdur. İbtidai dünya 
şərtlərində təbiətdə bu cür kompleks və şüurlu mexanizmlərin olduğunu isə 
heç  kim  iddia  etmir.  Onsuz  da  təkamülçülər  üçün  buradakı  əsas  problem 
bitkilərdəki  fotosintez  mexanizmi  kimi  müasir  texnologiya  tərəfindən  belə 
təqlid  edilə  bilməyən  kompleks  enerji  çevirmə  mexanizmlərinin  necə  ortaya 
çıxdığı sualından ibarətdir.
İbtidai  dünyaya  kənardan  daxil  olan  günəş  enerjisinin  də  canlılardakı 
kompleks molekul və formaları, mütəşəkkil bioloji sistemləri meydana gətirən 
təsiri yoxdur. Habelə istilik nə qədər artsa da, amin turşuları nizamlı şəkildə 
birləşmək üçün cəhd göstərirlər. Amin turşularının daha mürəkkəb molekullar 


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
280
olan  zülalları,  zülalları  da  daha  kompleks  və  planlı  formalar  olan  hüceyrə 
orqanoidlərini əmələ gətirmələri üçün təkcə enerji heç bir işə yaramaz.
İlya Priqoqin və özünütəşkiletmə aldanışı
Termodinamikanın ikinci qanununun təkamül prosesinə imkan vermədiyini 
anlayan  bəzi  təkamülçü  elm  adamları  yaxın  keçmişdə  Termodinamikanın 
ikinci qanunu və təkamül nəzəriyyəsi arasındakı uçurumu aradan qaldırmaq, 
təkamülə yol açmaq ümidi ilə müxtəlif fərziyyələr uydurmağa cəhd etdilər.
Termodinamikanı  və  təkamülü  uzlaşdırmaq  ümidi  ilə  ortaya  atılan 
iddialarla ən çox adı çəkilən şəxs belçikalı fizik İlya Priqoqindir.
Priqoqin  xaos  qanununa  əsaslanaraq  xaosdan  (qarmaqarışıqlıqdan) 
nizam  əmələ  gələcəyinə  dair  bəzi  fərziyyələr  irəli  sürmüşdür.  Ancaq  bütün 
səylərinə  baxmayaraq,  termodinamikanı  və  təkamülü 
uzlaşdırmağı bacarmamışdır.
Elmi  fəaliyyətlərində  statik  cəhətdən  geri  dönüşü 
olmayan  prosesləri  əsas  qanunlarla  əlaqələndirməyə 
çalışmış,  lakin  səyləri  uğursuzluqla  nəticələnmişdir. 
Tamamilə nəzəri olan, real həyatda tətbiq və müşahidə 
edilmə imkanı olmayan bir çox riyazi hipotezdən ibarət 
kitabları  fizika,  kimya  və  termodinamika  sahəsində 
nüfuzlu  şəxslər  hesab  edilən  elm  adamları  tərəfindən 
heç  bir  konkret  və  praktiki  dəyərə  malik  olmadığına 
görə tənqid edilmişdir. 
Məsələn,  termodinamika,  statik  mexanika  və 
formalaşma (pattern formation) sahələrində məşhur fiziklərdən və “Review of 
modern physics” kitabının müəlliflərindən biri olan P.Hohenberqin Priqoqinin 
elmi  fəaliyyəti  haqqındakı  şərhi  1995-ci  il,  may  tarixli  “Scientific  american” 
jurnalında belə verilir:
Nəzəriyyəsinin açıqladığı bircə hadisəni belə tanımıram.
369
Viskonsin  Universitetindən  nəzəriyyəçi  fizik  Kozma  Şalizi  də  Priqoqinin 
elmi  fəaliyyətlərinin  heç  bir  konkret  nəticə  və  ya  açıqlamasının  olmadığı  ilə 
bağlı belə deyir:
(Priqoqinin yazdığı) “Self organization in nonequilibrium systems”(Müvazinətsiz 
sistemlərdə özünü təşkiletmə) adlı kitabın beş yüz səhifəsinin içində real 
faktlarla əlaqədar sadəcə dörd qrafik var və modellərinin təcrübi nəticələrlə 
müqayisəsi yoxdur. Statik fizikanın başlıqları olması xaricində, geri dönüşü 
olmayan  qanun  haqqındakı  fikirlərinin  heç  biri  özünü  təşkiletmə  (self 
organization) ilə əlaqəsi yoxdur.
370
Qatı  materialist  olan  Priqoqinin  fizika  sahəsində  həyata  keçirdiyi 
İlya Priqoqin


TƏKAMÜL NƏZƏRİYYƏSİ və ENTROPİYA QANUNU
281
fəaliyyətləri  eyni  zamanda  təkamül  nəzəriyyəsinə  də  dəstək  olma  məqsədi 
daşımışdır. Çünki əvvəlki səhifələrdə gördüyümüz kimi, təkamül nəzəriyyəsi 
Termodinamikanın  ikinci  qanunu  olan  Entropiya  qanunu  ilə  açıq-aşkar 
ziddiyyət təşkil edir. Entropiya qanunu məlum olduğu kimi, hər cür nizamlı, 
mütəşəkkil və kompleks formanın təbii amillərə məruz qaldıqda nizamsızlığa, 
dağılmağa və parçalanmağa uğradığını qəti şəkildə ortaya qoyur.
Buna  qarşı  təkamül  nəzəriyyəsi  nizamsız,  dağınıq  və  şüursuz  atomların 
və molekulların birləşərək kompleks və mütəşəkkil sistemlərə malik canlıları 
meydana gətirdiyini iddia edir.
Priqoqin  isə  bu  cür  prosesləri  mümkün  edə  bilmək  üçün  formullar  icad 
etməyə  çalışmışdır. Ancaq  bütün  səyləri  nəzəri  fəaliyyətlərdən  başqa  bir  şey 
olmamış, uğursuzluqla nəticələnmişdir.
İrəli  sürdüyü  tezislərdən  ən  çox  tanınanları  “Self  organization”  (özünü 
təşkiletmə) nəzəriyyəsi ilə “Dissipative structures” (enerjini dağıdan formalar) 
nəzəriyyəsidir.  Bu  nəzəriyyələrdən  birincisi  sadə  molekulların  öz  aralarında 
birləşərək  kompleks  canlı  sistemləri  əmələ  gətirdiyini  iddia  edir.  İkincisi  isə 
nizamsız, yüksək entropiyaya malik sistemlərdə nizamlı, kompleks formaların 
əmələ gələ biləcəyini iddia edir. Ancaq bunların heç biri təkamülçülər üçün yeni 
xəyal dünyası qurmaqdan başqa elmi və praktik dəyər daşımır.
Priqoqinin bu nəzəriyyələrinin heç bir mövzunu açıqlamadığı və heç bir 
nəticəyə gəlmədiyi bir çox elm adamı tərəfindən ifadə edilir. Məşhur fizik Coul 
Keyzer belə yazır:
Tarazlıqdan  uzaq  “enerji  dağıdan  formaların”  (dissipative  structures) 
sabitliyi  üçün  irəli  sürdüyü  kriteriyalar  tarazlığa  çox  yaxın  vəziyyətlər 
istisna olmaqla uğursuzluğa məruz qaldı.
371
Nəzəri fizik Kozma Şalizi də bununla bağlı belə deyir:
(Priqoqin) özünü təşkil etmə (self organization) məsələsində demək olar ki, 
hər kəsdən dəqiq və əsaslı elmi fəaliyyət göstərməyə çalışdı. Bacarmadı...
372
“Self organizing systems: The emergence of order” (özünü təşkil edən sistemlər: 
nizamın  meydana  gəlməsi)  adlı  jurnalın  redaktoru  olan  F.Yucin  Yeyts  eyni 
jurnalda məqalə yazan Deniel L.Steyn və Nobel mükafatı almış elm adamı Filip 
Andersonun Priqoqinlə bağlı tənqidlərini xülasə halında belə bildirir:
Müəlliflər  (Filip  Anderson  və  Deniel  L.Steyn)  “enerji  dağıdan  formalar” 
(dissipative  structures)  haqqında  təkmil  nəzəriyyə  olmadığını  (əksinə, 
iddiaların olmasına baxmayaraq) və bəlkə də heç bir sabit “enerji dağıdan 
forma” olmadığının tərəfdarıdırlar... Bu səbəbdən müəlliflər “enerji dağıdan 
formalar”  və  onların  qırılmış  simmetriyaları  haqqındakı  fərziyyələrin 
hal-hazırda  həyatın  mənşəyi  və  davamı  haqqındakı  suallara  cavab  verə 
bilməyəcəyinə inanırlar.
373


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə