TƏKAMÜL NƏZƏRİYYƏSİ və ENTROPİYA QANUNU
285
bilmir, “maddənin özünü təşkil etməsi” anlayışı xəyaldan ibarət olaraq qalır.
Özünütəşkiletmə: materialist doqma
Təkamülçülərin “özünü təşkiletmə” məfhumu ilə müdafiə etdikləri iddia
cansız maddənin öz-özünü nizamlayıb, təşkil edib kompleks canlı varlıq meydana
gətirəcəyinə əsaslanan inancdır. Bu, tamamilə elmə zidd inancdır. Çünki bütün
müşahidə və təcrübələr maddənin belə bir qabiliyyətinin olmadığını göstərir.
Məşhur ingilis astronom və riyaziyyatçı prof. Fred Hoyl maddənin öz-özünə
həyatı əmələ gətirə bilməyəcəyini belə bir nümunə ilə izah edir:
Əgər həqiqətən maddənin içində onu həyata təşviq edən daxili prinsip
olsaydı, bunu laboratoriyada asanlıqla göstərməliydi. Məsələn, bir
tədqiqatçı ibtidai şorbanı təmsil edən üzmə hovuzundan təcrübə üçün
istifadə edə bilərdi. Belə bir hovuzu istədiyiniz hər cür cansız kimyəvi
maddə ilə doldurun. Ona istədiyiniz hər cür qazı pompalayın və ya üzərinə
hər cür radiasiyanı verin. Bu təcrübəni bir il boyu davam etdirin və (həyat
üçün lazımlı olan) 2000 fermentdən neçəsinin sintezləndiyini yoxlayın. Mən
sizə cavabı indidən verim və bu təcrübəyə vaxtınızı sərf etməyin: əsla heç
bir şey tapa bilməzsiniz, bəlkə bir neçə amin turşusu və digər bəsit kimyəvi
maddələr əmələ gələr.
380
Təkamülçü bioloq Endru Skott isə eyni həqiqəti belə qəbul edir:
Bir az maddə götürün, qarışdırın, isidin və gözləyin. Bu, həyatın
mənşəyinin müasir versiyasıdır. Yerin cazibə qüvvəsi, elektromaqnetizm,
zəif və güclü nüvə qüvvələri kimi “əsas” güclər işin ardını həll edəcəkdir...
Bəs bu hekayənin nə qədəri tutarlı dəlillərə əsaslanır və nə qədəri ümid
üzərində qurulmuş fərziyyələrdir? Əslində ilk kimyəvi maddələrdən canlı
hüceyrələrə qədər gedən mərhələlərin bütün mexanizmləri ya mübahisə
mövzusudur, ya da tamamilə qaranlıq
içindədir.
381
Bəs təkamülçülər nə üçün hələ də “maddənin özünü təşkil etməsi” kimi
qeyri-elmi ssenarilərə inanırlar? Nə üçün canlı sistemlərdə açıq-aşkar görünən
şüuru və yaradılışı inkar etmək üçün bu qədər israr edirlər?
Bu sualların cavabı təkamül nəzəriyyəsinin əsl təməli olan materialist
fəlsəfədə gizlənmişdir. Materialist fəlsəfə ancaq maddənin varlığını qəbul edir,
bu təqdirdə canlılara da ancaq maddəyə əsaslanan açıqlama gətirməlidir. Nə
qədər elmə zidd olsa da, təkamül nəzəriyyəsi buna görə irəli sürülmüşdür və
sırf bunun üçün müdafiə edilir. Nyu York Universitetində kimya professoru və
DNT mütəxəssisi olan Robert Şapiro təkamülçülərin “maddənin öz-özünü təşkil
etməsi” ilə bağlı inanclarını və bunun kökündə duran materialist doqmanı belə
açıqlayır:
Bizi bəsit kimyəvi maddələrin mövcud olduğu qarışıqdan ilk aktiv