HƏYATIN GERÇƏK MƏNŞƏYİ
288
müqayisə edildikdə ortaya hansı nəticə çıxır?
XIX əsrin materialist elm adamları və ya mütəfəkkirləri bu suala asanlıqla
“elm reduksiyanı təsdiqləyir” cavabının verilə biləcəyini sanırdılar. Ancaq XX
əsr elmi ortaya çox fərqli həqiqəti çıxarmışdır.
Bu həqiqət təbiətdə var olan və əsla maddəyə reduksiya edilməz olan
“məlumat”dır.
Maddə ilə informasiyanın fərqi
Canlıların DNT-lərində çox geniş məlumatın olduğuna əvvəlki hissələrdə
toxunmuşduq. Millimetrin yüz mində biri qədər kiçik bir yerdə bir canlı
bədəninin bütün fiziki detallarını təsvir edən sanki “məlumat bankı” var. Bundan
əlavə canlı bədənində həm də bu məlumatı oxuyan, şərh edən və buna görə
“istehsal” həyata keçirən sistem mövcuddur. Bütün canlı
hüceyrələrində DNT-
də olan məlumat, müxtəlif fermentlər tərəfindən “oxunur” və bu məlumata
görə zülal çıxarılır. Bədənimizdə hər saniyə lazım olan yer üçün lazımlı növdə
milyonlarla zülal çıxarılması bu sistemlə reallaşar. Bu sistem sayəsində ölən
göz hüceyrələrimiz göz hüceyrələri, qan hüceyrələrimiz qan hüceyrələri ilə
yenilənir.
Burada materializmin iddiasını düşünək: Görəsən, DNT-dəki məlumat
materialistlərin iddia etdiyi kimi maddəyə reduksiya edilə bilərmi? Yaxud başqa
sözlə desək, DNT-in yalnız bir maddə yığını olduğu və ehtiva etdiyi məlumatın
da maddənin təsadüfi qarşılıqlı təsiri ilə ortaya çıxdığı qəbul edilə bilərmi?
XX əsrdə aparılan bütün elmi araşdırmalar, bütün təcrübə nəticələri
və bütün müşahidələr bu suala qəti olaraq “xeyr” cavabı verilməsinin lazım
olduğunu göstərir. Alman Federal Fizika və Texnologiya İnstitutunun idarəçisi
prof. dr. Verner Citt bu mövzuda bunları söyləyir:
Hər hansı bir kodlaşdırma sistemi hər zaman zehni fəaliyyətin məhsuludur.
Bir nöqtəyə diqqət yetirilməlidir. Maddə məlumat kodu çıxara bilməz.
Bütün təcrübələr məlumatın ortaya çıxması üçün azad iradəni, mühakiməni
və yaradıcılığı istifadə edən bir ağılın var olduğunu göstərir... Maddənin
məlumat ortaya çıxara bilməsini təmin edəcək heç bir bilinən təbiət qanunu,
fiziki müddət və ya maddi hadisə yoxdur... Məlumatın maddə içində öz-
özünə ortaya çıxmasını təmin edən heç bir təbiət qanunu və fiziki müddət
yoxdur.
384
Verner Cittin sözləri son 20-30 il içində inkişaf edən və termodinamikanın bir
parçası olaraq qəbul edilən
“Məlumat nəzəriyyəsi”nin gəldiyi nəticələrdəndir.
Məlumat nəzəriyyəsi kainatdakı məlumatın quruluşunu və mənşəyini
araşdırır. Məlumat nəzəriyyəçilərinin uzun araşdırmaları sayəsində əldə
MƏLUMAT NƏZƏRİYYƏSİ və MATERİALİZMİN SONU
289
etdikləri nəticə isə budur:
“Məlumat
maddədən ayrıdır. Maddəyə əsla
reduksiya edilə bilməz. Məlumatın
və maddənin qaynağı ayrı-ayrı
araşdırılmalıdır”.
Məsələn, bir kitabın qaynağını
düşünək. Bir kitab kağızdan,
mürəkkəbdən
və
içindəki
məlumatdan meydana gəlir. Diqqət
yetirilsə, kağız və mürəkkəb maddi
ünsürlərdir. Qaynaqları da yenə
maddədir: Kağız sellülozadan,
mürəkkəb isə müxtəlif kimyəvi
maddələrdən əldə edilir. Ancaq
kitabdakı məlumat maddi bir şey
deyil və maddi qaynağı ola bilməz.
Hər kitabdakı məlumatın qaynağı o
kitabı yazmış müəllifin zehnidir.
Bu zehin kağız və mürəkkəbin
necə istifadə ediləcəyini də təyin
edir. Bir kitab əvvəlcə, o kitabı yazan
müəllifin zehnində meydana gələr.
Yazıçı zehnində məntiqləri qurar,
cümlələri düzər. Bunları ikinci
mərhələdə maddi formaya salar.
Yəni bir makina və ya kompyuterdən
istifadə edərək zehnindəki məlumatı
hərflərə çevirər. Sonra da bu hərflər
mətbəədə kağız və mürəkkəbdən
ibarət kitaba çevrilər.
Buradan da bu ümumi nəticəyə
gələ bilərik: “Əgər bir maddə
məlumat ehtiva edirsə, o zaman o
maddəni təşkil edən üstün məlumat
sahibi Ağıl var. Bütün kainatdakı
qüsursuz dizaynı var edən uca Rəbbimiz olan Allahdır.”
DNT-dəkı məlumatın
təsadüflərlə və təbii
mərhələlərlə əmələ gəlməsi
imkansızdır.