M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə95/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   91   92   93   94   95   96   97   98   ...   108

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
286
replikatora  (DNT  və  ya  RNT-yə)  daşıyan  təkamül  xarakterli  prinsipə 
ehtiyacımız  var.  Bu  prinsip  “kimyəvi  təkamül”  və  ya  “maddənin  özünü 
təşkil etməsi” (self organization) adlandırılır. Amma əsla hərtərəfli şəkildə 
tərif edilməmiş və ya varlığı sübut edilməmişdir. Belə bir prinsipin varlığına 
dialektik materializmə bağlılıq xatirinə inanırlar.
382
Əvvəldən bəri təhlil etdiyimiz həqiqətlər isə termodinamika sahəsində də 
təkamülün qeyri-mümkünlüyünü və praktiki elmə qarşı dirçəldilməyə çalışılan 
doqma olduğunu açıq şəkildə ortaya qoyur.


287
M
ƏLUMAT NƏZƏRİYYƏSİ VƏ
 MATERİALİZMİN SONU
Y
uxarıda  da  qeyd  etdiyimiz  kimi,  təkamül  nəzəriyyəsinin  əsasında 
materialist fəlsəfə durur. Materializm var olan hər şeyin yalnız maddə 
olduğu fərziyyəsinə əsaslanır. Bu fəlsəfəyə görə, maddə sonsuzdan 
bəri var, həmişə var olacaq və maddədən başqa bir şey də yoxdur. 
Materialistlər bu iddialarına dəstək təmin etmək üçün “reduksiya”  adlandırılan 
məntiqdən  istifadə  edirlər.  Reduksiya  maddə  kimi  görünməyən  şeylərin  də 
əslində maddi faktorlarla açıqlana biləcəyi düşüncəsidir.
Bunu  açıqlamaq  üçün  zehin  nümunəsini  verək.  Məlum  olduğu  kimi, 
insanın zehni “əllə tutulan, gözlə görünən” bir şey deyil. Bundan əlavə, insan 
beynində  “zehin  mərkəzi”  də  yoxdur.  Bu  vəziyyət  bizi  istər-istəməz  zehinin 
maddə üstü anlayış olduğu nəticəsinə aparır. Yəni “mən” dediyimiz, düşünən, 
sevən, əsəbiləşən, kədərlənən, zövq alan və ya əzab çəkən varlıq, bir kreslo, bir 
masa və ya bir daş kimi maddi varlıq deyil.
Materialistlər  isə  zehnin  maddəyə  reduksiya  edilməz  (sadələşdirilərək 
maddəyə  çevrilə  bilməz)  olduğu  iddiasındadırlar.  Materialist  iddiaya  görə 
bizim  düşünməyimiz,  sevməyimiz,  kədərlənməyimiz  və  bütün  digər  zehni 
fəaliyyətlərimiz,  əslində  beynimizdəki  atomlar  arasında  meydana  gələn 
kimyəvi  reaksiyalardan  ibarətdir.  Bir  insanı  sevməyimiz  beynimizdəki  bəzi 
hüceyrələrdəki  kimyəvi  reaksiya,  bir  hadisə  qarşısında  qorxmağımız  bir 
başqa  kimyəvi  reaksiyadır.  Məşhur  materialist  filosof  Karl  Vogt  bu  məntiqi: 
“Qaraciyər necə öd mayesi ifraz edirsə, beyin də düşüncə ifraz edir”, - deyə 
bildirmişdir.
383
  Halbuki  əlbəttə,  öd  mayesi  bir  maddədir,  amma  düşüncənin  maddə 
olduğunu göstərən heç bir dəlil yoxdur.
Reduksiya məntiq icra etmədir. Ancaq  məntiq icra etmə düzgün təməllərə 
də, yanlış təməllərə də əsaslana bilər. Bu səbəbdən, bizim üçün əhəmiyyətli olan 
sual budur: Materializmin təməl məntiqi olan “Reduksiya” elmi məlumatlarla 


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
288
müqayisə edildikdə ortaya hansı nəticə çıxır?
XIX əsrin materialist elm adamları və ya mütəfəkkirləri bu suala asanlıqla 
“elm reduksiyanı təsdiqləyir” cavabının verilə biləcəyini sanırdılar. Ancaq XX 
əsr elmi ortaya çox fərqli həqiqəti çıxarmışdır.
Bu  həqiqət  təbiətdə  var  olan  və  əsla  maddəyə  reduksiya  edilməz  olan 
“məlumat”dır.
Maddə ilə informasiyanın fərqi
Canlıların DNT-lərində çox geniş məlumatın olduğuna əvvəlki hissələrdə 
toxunmuşduq.  Millimetrin  yüz  mində  biri  qədər  kiçik  bir  yerdə  bir  canlı 
bədəninin bütün fiziki detallarını təsvir edən sanki “məlumat bankı” var. Bundan 
əlavə canlı bədənində həm də bu məlumatı oxuyan, şərh edən və buna görə 
“istehsal” həyata keçirən sistem mövcuddur. Bütün canlı hüceyrələrində DNT-
də  olan  məlumat,  müxtəlif  fermentlər  tərəfindən  “oxunur”  və  bu  məlumata 
görə zülal çıxarılır. Bədənimizdə hər saniyə lazım olan yer üçün lazımlı növdə 
milyonlarla  zülal  çıxarılması  bu  sistemlə  reallaşar.  Bu  sistem  sayəsində  ölən 
göz  hüceyrələrimiz  göz  hüceyrələri,  qan  hüceyrələrimiz  qan  hüceyrələri  ilə 
yenilənir.
Burada  materializmin  iddiasını  düşünək:  Görəsən,  DNT-dəki  məlumat 
materialistlərin iddia etdiyi kimi maddəyə reduksiya edilə bilərmi? Yaxud başqa 
sözlə desək, DNT-in yalnız bir maddə yığını olduğu və ehtiva etdiyi məlumatın 
da maddənin təsadüfi qarşılıqlı təsiri ilə ortaya çıxdığı qəbul edilə bilərmi? 
XX  əsrdə  aparılan  bütün  elmi  araşdırmalar,  bütün  təcrübə  nəticələri 
və  bütün  müşahidələr  bu  suala  qəti  olaraq  “xeyr”  cavabı  verilməsinin  lazım 
olduğunu göstərir. Alman Federal Fizika və Texnologiya İnstitutunun idarəçisi 
prof. dr. Verner Citt bu mövzuda bunları söyləyir:
Hər hansı bir kodlaşdırma sistemi hər zaman zehni fəaliyyətin məhsuludur. 
Bir  nöqtəyə  diqqət  yetirilməlidir.  Maddə  məlumat  kodu  çıxara  bilməz. 
Bütün təcrübələr məlumatın ortaya çıxması üçün azad iradəni, mühakiməni 
və yaradıcılığı istifadə edən bir ağılın var olduğunu göstərir... Maddənin 
məlumat ortaya çıxara bilməsini təmin edəcək heç bir bilinən təbiət qanunu, 
fiziki müddət və ya maddi hadisə yoxdur... Məlumatın maddə içində öz-
özünə ortaya çıxmasını təmin edən heç bir təbiət qanunu və fiziki müddət 
yoxdur.
384
Verner Cittin sözləri son 20-30 il içində inkişaf edən və termodinamikanın bir 
parçası olaraq qəbul edilən “Məlumat nəzəriyyəsi”nin gəldiyi nəticələrdəndir. 
Məlumat  nəzəriyyəsi  kainatdakı  məlumatın  quruluşunu  və  mənşəyini 
araşdırır.  Məlumat  nəzəriyyəçilərinin  uzun  araşdırmaları  sayəsində  əldə 


MƏLUMAT NƏZƏRİYYƏSİ və MATERİALİZMİN SONU
289
etdikləri nəticə isə budur: “Məlumat 
maddədən  ayrıdır.  Maddəyə  əsla 
reduksiya edilə bilməz. Məlumatın 
və  maddənin  qaynağı  ayrı-ayrı 
araşdırılmalıdır”.
Məsələn,  bir  kitabın  qaynağını 
düşünək.  Bir  kitab  kağızdan, 
mürəkkəbdən 
və 
içindəki 
məlumatdan meydana gəlir. Diqqət 
yetirilsə, kağız və mürəkkəb maddi 
ünsürlərdir.  Qaynaqları  da  yenə 
maddədir:  Kağız  sellülozadan, 
mürəkkəb  isə  müxtəlif  kimyəvi 
maddələrdən  əldə  edilir.  Ancaq 
kitabdakı  məlumat  maddi  bir  şey 
deyil və maddi qaynağı ola bilməz. 
Hər kitabdakı məlumatın qaynağı o 
kitabı yazmış müəllifin zehnidir.
Bu  zehin  kağız  və  mürəkkəbin 
necə  istifadə  ediləcəyini  də  təyin 
edir. Bir kitab əvvəlcə, o kitabı yazan 
müəllifin  zehnində  meydana  gələr. 
Yazıçı  zehnində  məntiqləri  qurar, 
cümlələri  düzər.  Bunları  ikinci 
mərhələdə  maddi  formaya  salar. 
Yəni bir makina və ya kompyuterdən 
istifadə edərək zehnindəki məlumatı 
hərflərə çevirər. Sonra da bu hərflər 
mətbəədə  kağız  və  mürəkkəbdən 
ibarət kitaba çevrilər.
Buradan da bu ümumi nəticəyə 
gələ  bilərik:  “Əgər  bir  maddə 
məlumat  ehtiva  edirsə,  o  zaman  o 
maddəni təşkil edən üstün məlumat 
sahibi  Ağıl  var.  Bütün  kainatdakı 
qüsursuz dizaynı var edən uca Rəbbimiz olan Allahdır.”
DNT-dəkı məlumatın 
təsadüflərlə və təbii 
mərhələlərlə əmələ gəlməsi 
imkansızdır.


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə