M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə96/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   92   93   94   95   96   97   98   99   ...   108

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
290
Təbiətdəki məlumatın mənşəyi
Elmin  ortaya  çıxardığı  bu  nəticəni  təbiətə  uyğunlaşdırdığımızda  isə  çox 
əhəmiyyətli faktlarla
 
qarşılaşarıq. Çünki təbiət DNT nümunəsində olduğu kimi 
hədsiz məlumatla doludur və bu məlumat maddəyə reduksiya edilməyəcəyinə 
görə maddə üstü qaynaqdan gəlir.
Təkamül  nəzəriyyəsinin  ən  öndə  gələn  müdafiəçilərindən  biri  olan  Corc 
C.Uilyams bir çox materialistin və təkamülçünün görmək istəmədiyi bu həqiqəti 
qəbul  edir.  Uilyams  materializmi  uzun  illər  boyu  müdafiə  etsə  də,  1995-ci  il 
tarixli  yazısında hər şeyin  maddə olduğunu  fərz  edən materialist  (reduksiya 
tərəfdarı) yanaşmanın yanlışlığının belə ifadə edir:
Təkamülçü bioloqlar iki fərqli sahədə çalışdıqlarını indiyə qədər fərq edə 
bilmədilər.  Bu  iki  sahə  maddə  və  məlumatdır...  Bu  iki  sahə  “reduksiya” 
olaraq  bildiyimiz  düsturla  əsla  bir  araya  gətirilə  bilməz...  Genlər    maddi 
obyekt olmaqdan çox məlumat paketidir... Biologiyada genlər, genotiplər 
və gen hovuzları kimi anlayışlardan bəhs etdiyinizdə məlumat haqqında 
danışmış olarsınız, fiziki objektlər haqqında deyil... Bu vəziyyət, məlumatın 
və  maddənin  yaranmasının  iki  fərqli  sahəsi  olduğunu  göstərir  və  bu  iki 
fərqli sahənin mənşəyi də ayrı-ayrı araşdırılmalıdır. 
385
Dolayısı  ilə,  təbiətdəki  məlumatın  qaynağı  da  materialistlərin  zənn 
etdiyinin əksinə olaraq maddənin özü ola bilməz. Məlumatın qaynağı maddə 
deyil, maddə üstü üstün Ağıldır. Bu Ağıl maddədən əvvəl var. Maddə Onunla 
var olmuş və təşkil edilmişdir.
Dünyanın  ən  əhəmiyyətli  universitetlərinin  önündə  gələn  MİT-də 
(Massachusetts  İnstitute  of  Technology)  fizika  və  biologiya  fakültələrində 
çalışmış və eyni zamanda “The science of God” (Allahın elmi) adlı məşhur kitabın 
yazıçısı olan yəhudi elm adamı Cerald Şrederin bu mövzu haqqında olduqca 
əhəmiyyətli izahları var. Şreder “Science reveals the ultimate truth” (Elm mütləq 
həqiqəti ortaya qoyur) adlı yeni kitabında molekulyar biologiya və kvant fizikası 
kimi elm sahələrinin ortaya qoyduğu nəticəni belə ifadə edir:
Bir şüur, universal ağıl bütün kainatı əhatə etmiş vəziyyətdədir. Atom altı 
maddələrin təbiətini araşdıran elmi görüşlər bizi təəccübləndirən nəticəyə 
gətirmişdir:  Var  olan  hər  şey  bu  ağılın  təzahürüdür.  Laboratoriyalarda 
bunun əvvəl fiziki olaraq enerji kimi əlavə olunan və sonradan maddəni 
formalaşdıran məlumat olduğunu təcrübə edirik. Hər parça atomdan insana 
qədər hər varlıq bu məlumatın, bu ağılın bir 
mərhələsini təmsil edir.
386
Şrederə görə dövrümüzün əldə etdiyi elmi nəticələr elm və texnologiyanın 
ortaq  nöqtədə  birləşməsini  təmin  etmişdir.  Bu,  yaradılış  gerçəyidir.  Elm 
insanlığa  ilahi  dinlər  tərəfindən  min  illərlə  çatdırılan  bu  həqiqiəti  kəşf  etmə 
nöqtəsinə gəlmişdir.


MƏLUMAT NƏZƏRİYYƏSİ və MATERİALİZMİN SONU
291
Materialist etiraflar
Canlılığı meydana gətirən əsas ünsürlərdən birinin “məlumat” olduğunu 
qeyd  etdik.  Bu  məlumatın  ağıl  sahibi  Yaradıcının  varlığını  isbat  etdiyi  də 
açıqdır.  Həyatı  yalnız  maddi  dünyadakı  təsadüflərlə  izah  etməyə  çalışan 
təkamül nəzəriyyəsi və onun fəlsəfi əsası olan materializm bu həqiqət qarşısında 
çarəsizdir.
Təkamülçülərin  yazılarına  baxdığımızda  bəzən  bu  çarəsizliyin  etiraf 
edildiyini görərik. Bunlardan biri, məşhur fransız zoolog Pyer-P.Qrassdır. Qrass 
materialist və təkamülçüdür. Ancaq darvinist nəzəriyyənin problemlərini bəzən 
açıq şəkildə etiraf edir. Qrassa görə darvinçi izahı əsassız edən ən əhəmiyyətli 
həqiqət həyatı meydana gətirən məlumatdır:
Hər hansı bir canlı orqanizm inanılmaz dərəcədə böyük “ağıl” ehtiva edir. 
Bu,  insanların  ən  böyük  arxitektura  əsərləri  olan  kilsələri  tikmək  üçün 
istifadə etdiklərindən daha böyük bir ağıldır. Bu gün bu ağıla “məlumat” 
(informasiya) deyirik, amma məna eynidir. Bu məlumat bir kompyuterdə 
proqramlaşdırılmamışdır,  amma  kompyuterdəkindən  də  dar  yerə,  DNT-
dəki xromosomlara və ya hər hüceyrədəki fərqli organoidlərə sıxışdırılmışdır. 
Bu “ağıl” həyatın “olmazsa, olmaz” şərtidir. Bəs bunun qaynağı nədir?.. Bu 
həm bioloqları, həm də filosofları maraqlandıran bir sualdır və elm bunu 
əsla həll edə bilməyəcək kimi görünür.
387
Pyer-P.  Qrassın  “elmin  bu  sualı  əsla  həll  edə  bilməyəcək  kimi 
göründüyünü”  söyləməsinin  səbəbi  materialist  olmayan  heç  bir  izahı  “elmi” 
saymaq istəməməsidir. Halbuki elmin özü materialist fəlsəfənin fərziyyələrini 
əsassız edir və bir Yaradıcının varlığını isbat edir. Qrass və ya digər materialist 
“elm adamları” bu həqiqət qarşısında ya gözlərini bağlayır, ya da: “Elm bunu 
açıqlaya bilmir”, - deyirlər. Çünki “əvvəl materialist, sonra elm adamı”dırlar 
elm əksini isbat etsə də, materializmə inanmağa davam edirlər.
Bu səbəbdən, doğru elm anlayışına sahib ola bilmək üçün, əvvəlcə elmi və 
materialist fəlsəfəni bir-birindən ayırmaq lazımdır.


292
E
LM VƏ MATERİALİZMİ 
BİR-BİRİNDƏN FƏRQLƏNDİRMƏK
B
ütün  bu  kitab  boyu  təhlil  etdiyimiz  məlumatlar  bizə  təkamül 
nəzəriyyəsinin  heç  bir  elmi  əsası  olmadığını,  əksinə,  təkamülün 
iddialarının elmi kəşflərlə açıq şəkildə ziddiyyət təşkil etdiyini göstərir. 
Yəni  təkamülü  himayə  edən  güc  elm  deyil.  Təkamül  bəzi  “elm  adamları” 
tərəfindən müdafiə edilə bilər, amma bunun kökündə başqa “səbəb” durur.
Həmin  “başqa  səbəb”  materialist  fəlsəfədir.  Təkamül  nəzəriyyəsi 
materialist  fəlsəfənin  təbiətə  tətbiq  olunmuş  formasıdır  və  bu  fəlsəfənin 
tərəfdarları tərəfindən elmə zidd olmasına baxmayaraq, müdafiə edilir.
Təkamül  nəzəriyyəsi  ilə  materializm  arasındakı  əlaqə  bu  anlayışların 
“nüfuz”ları tərəfindən də qəbul edilir. Məsələn, Leon Trotski: “Darvinin kəşfi 
bütün üzvi maddə sahəsində dialektikanın (dialektik materializmin) ən böyük 
zəfəri  oldu”,  -  deyə  şərh  vermişdir.
388
  Təkamülçü  bioloq  Duqlas  Futuyma: 
“Marksın  bəşəriyyət  tarixini  açıqlayan  materialist  nəzəriyyəsi  ilə  birlikdə 
Darvinin  təkamül  nəzəriyyəsi  materializm 
üçün böyük pillə idi”, - deyə yazır.
389
 Təkamülçü 
paleontoloq Stefen C.Quld isə: “Darvin təbiətin 
mənşəyini  izah  edərkən  çox  əsaslı  şəkildə 
materialist fəlsəfədən istifadə etdi”, -deyir.
390
Materialist fəlsəfə tarixin ən qədim düşüncə 
tərzlərindən biridir və əsas xüsusiyyəti maddəni 
mütləq  varlıq  hesab  etməsidir.  Bu  tərifə  görə, 
maddə sonsuzdan bəri mövcuddur və mövcud 
olan hər şey də maddədən ibarətdir. Materializm 
Yaradanın varlığını inkar edir.
Nə  üçün  materializm  doğru  düşüncə  tərzi 
deyil?  Bir  fəlsəfi  fikrin  doğruluğunu  və  ya 
yanlışlığını  yoxlamaq  metodu  o  fəlsəfi  fikrin 
Karl Marks


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə