M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a


ELM və MATERİALİZMİ BİR-BİRİNDƏN FƏRQLƏNDİRMƏK



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə99/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   95   96   97   98   99   100   101   102   ...   108

ELM və MATERİALİZMİ BİR-BİRİNDƏN FƏRQLƏNDİRMƏK
297
Bəşəriyyət dünyanın düz olması və ya kainatın mərkəzində yerləşdiyi kimi 
doqmalardan  xilas  olmuşdur.  Həyatın  dizayn  olunmadan,  öz-özünə  əmələ 
gəldiyi kimi materialist və təkamülçü doqmadan da xilas olur.
Bu vəziyyət qarşısında əsl elm adamının üzərinə düşən vəzifə isə materialist 
doqmadan əl çəkərək, həyatın və canlıların mənşəyi mövzusunu əsl elm adamına 
yaraşan şəkildə obyektiv və səmimi olaraq dəyərləndirməkdir. Əsl elm adamı 
“şoklardan qaçmamalı”, XIX əsrin köhnə materialist doqmalarına bağlanaraq 
qeyri-
mümkün ssenariləri müdafiə etməməlidir.


298
S
ON SÖZ
B
u kitab boyu ancaq elmi dəlillərə əsaslanaraq həyatın həqiqi mənşəyini 
təhlil  etdik.  Ortaya  çıxan  nəticə  açıq  şəkildə  göstərir  ki,  canlılar 
darvinizmin  və  əsasən  də  materialist  fəlsəfənin  iddia  etdiyi  kimi, 
təsadüflərlə  meydana  gəlməmişdir.  Canlı  növləri  təsadüflərlə  bir-
birlərindən təkamül yolu ilə törəməmişdir. Əksinə, bütün canlılar ayrı-ayrı və 
qüsursuz şəkildə yaradılmışdır. XXI əsr sona çatarkən elmin həyatın mənşəyinə 
dair verdiyi yeganə həqiqi cavab var: Yaradılış.
Əsas odur ki, elmin gəldiyi bu nəticə ilə bəşəriyyətə tarixin əvvəlindən bəri 
din yolu ilə bildirilən həqiqət təsdiqlənmişdir.
Allah bütün kainatı və içindəki bütün canlıları yoxdan yaratmışdır. İnsanı 
da heç bir şey deyilkən yaradan və saysız-hesabsız nemətlər bəxş edən Allahdır. 
Bu həqiqət tarixin əvvəlindən bəri Allahın insanlara göndərdiyi elçilərlə və ilahi 
kitablarla bildirilmişdir. Hər peyğəmbər göndərildiyi cəmiyyətə Allahın bütün 
canlıları  və  insanı  yaratdığını  bildirmişdir.  Tövrat,  Zəbur,  İncil  və  Quranda 
eyni yaradılış həqiqəti insanlara xəbər verilir. İlk üçü təhrif olunmuş bu ilahi 
kitabların arasında qiyamətə qədər hökmü davam edəcək yeganə kitab heç bir 
təhrifə uğramamış Qurani-Kərimdir.
Quranda  Allah  bütün  kainatı  və  canlıları  yoxdan  yaratdığını  və  onları 
qüsursuz  şəkildə  tənzimlədiyini  bir  çox  ayəsində  xəbər  verir.  Bir  ayədə 
yaratmanın Rəbbimizə aid olduğu belə bildirilir:
Həqiqətən,  Rəbbiniz  göyləri  və  yeri  altı  gündə  xəlq  edən,  sonra  ərşi 
yaradıb hökmü altına alan, (bir-birini) sürətlə təqib edən gündüzü gecə 
ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə 
boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək 
də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır! (Əraf 
surəsi, 54)
Allah bütün kainatı yoxdan yaratdığı kimi, hal-hazırda yaşadığımız dünyanı 


SON SÖZ
299
da yaratmış və onu həyat üçün əlverişli etmişdir. Bəzi ayələrdə bu həqiqət belə 
açıqlanır:
Biz  yer  üzünü  döşədik,  orada  möhkəm  dayanan  dağlar  yerləşdirdik, 
hər  şeydən  müəyyən  ölçüdə  yetişdirdik.  Sizdən  və  sizin  ruzi 
vermədiklərinizdən ötrü yaşayış üçün lazım olan hər şey yaratdıq. (Hicr 
surəsi, 19-20)
Eləcə də yeri necə döşədiyimizi, orada möhkəm duran dağlar yaratdığımızı, 
hər  cür  gözəl  növdən  yetişdirdiyimizi  görmürlərmi?!  (Bütün  bunlar 
Rəbbinə tərəf) dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-
nəsihət olsun deyə etdik. (Qaf surəsi, 7-8)
Yuxarıdakı ayələrdə bütün bitkiləri yaradanın Allah olduğu xəbər verilir. 
Yəni bizə məlum olan və ya olmayan bütün bitkiləri, ağacları, otları, meyvələri, 
çiçəkləri, yosunları və ya tərəvəzləri yaradan sonsuz güc və qüdrət sahibi olan 
Allahdır.
Eyni  həqiqət  heyvanlara  da  aiddir.  Yer  üzündə  yaşayan  və  yaşamış 
milyonlarla  müxtəlif  heyvan  növünün  hamısını  yaradan  Allahdır.  Balıqları, 
sürünənləri, quşları, məməliləri yaradan, atları, zürafələri, sincabları, maralları, 
sərçələri,  qartalları,  dinozavrları,  balinaları  və  ya  tovuzquşlarını  yoxdan  var 
edən  sonsuz  elm  sahibi  Allahdır.  Ayələrdə  Allahın  müxtəlif  canlı  növlərini 
yaratmasından belə bəhs edilir:
Allah hər heyvanı (canlını) bir sudan yaratmışdır. Onların bəzisi qarnı 
üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini 
yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir! (Nur surəsi, 45)
Davarı da O yaratdı. Bunlarda sizin üçün istilik, cürbəcür mənfəət vardır, 
həm də onlardan yeyirsiniz. (Nəhl surəsi, 5)
Allah bütün canlıları yaratdığı kimi insanı da yaratmışdır. İlk insan olan hz. 
Adəmi Quranda bildirdiyi kimi palçıqdan yaratmış, sonra da bütün insanları 
bir-birindən törəyən zəif mayedən (spermadan) var etmişdir. Habelə dünyadakı 
digər canlılardan fərqli olaraq insana Özündən ruh üfürmüşdür. Allah insanın 
yaradılışı ilə bağlı bu həqiqəti Quranda belə bildirir:
O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı. 
Sonra onun nəslini nütfədən – bir qətrə zəif sudan əmələ gətirdi. Sonra 
onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan üfürdü. O sizə göz, 


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
300
qulaq və ürək verdi. Siz az şükür edirsiniz! (Səcdə surəsi, 7-9)
İnsanın vəzifəsi
Elm yuxarıda da bildirdiyimiz kimi, Allahın Quranda bildirdiyi yaradılış 
həqiqətini bir daha ortaya qoymuşdur. Elmi kəşflər canlılarda qeyri-adi dizayn 
olduğunu  göstərərək  onların  üstün  ağıl  və  biliklə  yaradıldığını  təsdiqləyir. 
Bioloji müşahidələr canlı növlərinin bir-birlərinə çevrilmədiklərini, ona görə də 
zamanda geriyə doğru getdikdə hər növün yoxdan yaradılmış ilk fərdlərinin 
aşkar ediləcəyini göstərir. Məsələn, qartallar hər zaman qartal kimi qaldıqlarına 
görə, tarixdə geriyə doğru getdikdə orijinal şəkildə yoxdan yaradılmış ilk qartal 
cütünə və ya qrupuna rast gəlinə. Belə ki, fosil qalıqları da bunu təsdiqləyir və 
müxtəlif canlı növlərinin özünəməxsus quruluşları ilə yer üzündə ani surətdə 
üzə çıxdıqlarını göstərir. Bu canlı növləri müxtəlif geoloji dövrlərdə mərhələli 
şəkildə  yaradılmış  və  yer  üzünə  yerləşdirilə  bilərlər,  amma  nəticədə  hamısı 
Allahın istəyi ilə olmuşdur.
Qısaca  desək,  elm  bu  sadaladığımız  dəlillərlə  canlıları  yaradanın  Allah 
olduğunu sübut edir.
Ancaq elm bundan daha irəli gedə bilməz. Bizə nə üçün yaradıldığımızı 
və həyatımızın məqsədinin nə olduğunu öyrədən, bizi yaratmış Allahın Zatını 
tanıdan və hər məsələdə yol göstərən yeganə mənbə Allahın bizə göndərdiyi 
müqəddəs kitabımız Qurandır.
Quranda isə bizə yaradılış məqsədimizin Rəbbimiz Allaha iman gətirmək və 
Ona qulluq etmək olduğu bildirilir. Allah bir ayədə: “Mən cinləri və insanları 
yalnız Mənə ibadət etmək üçün yaratdım!” (Zəriyət surəsi, 56) - deyə buyurur. 
Yaradılış  həqiqətini  qavrayan  hər  insanın  öhdəsinə  düşən  vəzifə  bu  ayənin 
hökmünə uyğun olaraq yaşamaq və Allahın Quranda açıqladığı mömin şəxs 
kimi “Axı mən niyə məni Yaradana ibadət etməməliyəm?! (Yasin surəsi, 22)” 
deməkdir.
Gördüyü bütün dəlillərə qarşı hələ də yaradılış həqiqətini təkzib edən və 
Allahı inkar etməkdə israr edən insanlar isə qürurları ağıllarına qalib gəlmiş 
şəxslərdir.  Bu  cür  insanların  əslində  nə  qədər  aciz  olduqlarını  Rəbbimiz  bir 
ayədə belə bildirir:
Ey  insanlar!  Bir  məsəl  çəkildi,  ona  qulaq  asın!  Şübhəsiz  ki,  Allahdan 
qeyri ibadət etdikləriniz heç bir milçək də yarada bilməzlər – lap hamısı 
bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan bir şey götürüb 
aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də! 
(Həcc surəsi, 73)


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə