M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a


ELM və MATERİALİZMİ BİR-BİRİNDƏN FƏRQLƏNDİRMƏK



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə97/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   93   94   95   96   97   98   99   100   ...   108

ELM və MATERİALİZMİ BİR-BİRİNDƏN FƏRQLƏNDİRMƏK
293
elmlə əlaqədar iddialarını elmi metodlarla araşdırmaqdır. Məsələn, X əsrdə 
hər hansı bir filosof ortaya çıxıb Ayın səthində sehirli ağac olduğunu, bütün 
canlıların əslində o nəhəng ağacın budaqlarında meyvə kimi yetişdiklərini və 
oradan Yerə düşdüklərini irəli sürə bilər. Bəzi insanlar da bu fəlsəfi fikrə maraq 
göstərib, onu mənimsəyə bilərlər. Ancaq XX əsrdə Aya səyahət etdikdə artıq 
bu cür fəlsəfi fikir irəli sürməyin mənası olmur. Çünki orada elə bir ağacın 
olub-olmadığı elmi metodla, yəni müşahidə və təcrübə ilə aşkar edilir. 
Materializmin  iddiasını  da  elmi  metodla  yoxlaya  bilərik.  Maddənin 
sonsuzluqdan bəri mövcud olub-olmadığını, maddənin onun fövqündə olan 
bir  Yaradan  olmadan  özünü  nizamlayıb-nizamlaya  bilmədiyini  və  canlıları 
əmələ  gətirib-gətirə  bilmədiyini  araşdıra  bilərik.  Bunu  etdikcə  görərik  ki, 
materializm əslində çökmüşdür. Çünki maddənin sonsuzluqdan bəri mövcud 
olduğu fikri kainatın yoxdan var edildiyini sübut edən “Big bang” nəzəriyyəsi 
ilə məhv edilmişdir. Maddənin öz-özünü nizamladığı və canlıları meydana 
gətirdiyi  iddiası  isə  “təkamül  nəzəriyyəsi”  adlanan  iddiadır  və  kitabın 
əvvəlindən  bəri  təhlil  etdiyimiz  kimi,  bu  iddianın  da  əsassız  olduğu  sübut 
edilmişdir.
Əgər bir insan materializmə inanmaqda qərarlıdırsa, materialist fəlsəfəyə 
olan  bağlılığını  hər  şeydən  üstün  tutursa,  onda  belə  davranmır.  “Əvvəl 
materialist, sonra elm adamı”dırsa, təkamülün elm tərəfindən təkzib edildiyini 
gördükdə  materializmdən  əl  çəkməz.  Əksinə,  təkamülü  necə  olursa-olsun 
dəstəkləməyə çalışıb materializmi xilas etməyə, ayaqda tutmağa çalışar. Bu 
gün təkamül nəzəriyyəsini müdafiə edən elm adamlarının vəziyyəti məhz bu 
cürdür.
Maraqlıdır, bunu bəzən özləri də etiraf edirlər. Harvard Universitetindən 
məşhur genetik və səmimi təkamülçü olan Riçard Levontin “əvvəll materialist, 
sonra elm adamı” olduğunu belə etiraf edir:
Bizim materializmə inancımız var, bu, “a priori” (əvvəlcədən qəbul edilmiş, 
doğru olduğu fərz edilmiş)  inancdır. Bizi dünyanı materialist cəhətdən 
açıqlamağı  vadar  edən  şey  elmi  metodlar  və  qanunlar  deyil.  Əksinə, 
materializmə  olan  “a  priori”  bağlılığımız  səbəbi  ilə  dünyanı  materialist 
düşüncə  tərzinə  görə  açıqlayan  tədqiqat  metodlarını  və  məfhumlarını 
uydururuq. Materializm mütləq doğru olduğuna görə, ilahi açıqlamanın 
araya girməsinə izn verə bilmərik.
391
Levontinin  işlətdiyi  “a  priori”  termini  çox  önəmlidir.  Bu  fəlsəfi  termin 
heç  bir  təcrübi  məlumata  əsaslanmayan,  əvvəlcədən qəbul  edilmiş  fərziyyə 
deməkdir. Bir düşüncənin doğruluğuna dair hər hansı bir məlumat yox ikən onu 
doğru fərz edir və elə qəbul edirsinizsə, bu “a priori” düşüncədir. Təkamülçü 
Levontinin  səmimi  şəkildə  ifadə  etdiyi  kimi,  materializm  də  təkamülçülər 


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
294
üçün  “a  priori”  qəbuldur  və  elmi  bu  qəbula  uyğunlaşdırmağa  çalışırlar. 
Materializm Yaradanın varlığını qəti şəkildə inkar etməyə vadar etdiyi üçün 
əllərindəki yeganə alternativ olan təkamül nəzəriyyəsinə sarılırlar. Təkamül 
elmi faktlar tərəfindən nə qədər təkzib edilsə də, fərqi yoxdur, sözügedən elm 
adamları onu bir dəfə “a  priori doğru” şəklində qəbul etmişdir.
Bu  ön  mühakiməli  münasibət  təkamülçüləri  “şüursuz  maddənin  öz-
özünü nizamladığına inanmaq” kimi elmə və ağıla zidd inanca aparır. Əvvəlki 
bölmələrdə təhlil etdiyimiz “maddənin özünü təşkil etməsi” məfhumu bunun 
bir ifadəsidir.
Dünya  səviyyəsindəki  təkamülçü  təbliğatın  əsasında  bu  materialist 
doqma durur. Qərbin qabaqcıl media orqanlarında, məşhur və tanınmış elmi 
jurnallarında daima qarşılaşdığımız təkamül təbliğatı bu cür ideoloji və fəlsəfi 
inancın  nəticəsidir.  Təkamül  ideoloji  baxımdan  labüd  olduğu  üçün  elmin 
standardlarını  müəyyən  edən  materialist  təbəqələr  tərəfindən  mübahisəsiz 
tabuya çevrilmişdir.
Digər elm adamları isə öz karyeralarını davam etdirmək üçün bu zorakı 
nəzəriyyəni müdafiə etmək və ya səslərini çıxarmamaq məcburiyyətindədirlər. 
Qərb ölkələrindəki akademiklər “dosent”, “professor” ünvanlarını almaq və 
bu elmi dərəcələrini qorumaq üçün hər il müəyyən elmi jurnallarda məqalə 
dərc etdirməyə məcburdurlar. Biologiya ilə məşğul olan bu jurnalların hamısını 
materialist təkamülçülər idarə edir. Bu şəxslər təkamül əleyhinə məqalənin 
dərc  olunmasına  izn  verməzlər.  Ona  görə  hər  bioloq  bu  hegemon  inanca 
bağlı  şəkildə  elmi  fəaliyyət  göstərmək  məcburiyyətindədir.  Çünki  onlar  da 
təkamülü ideoloji tələbat kimi görən materialist quruluşun bir hissəsidir. Buna 
görə kitab boyu təhlil etdiyimiz bütün “qeyri-mümkün təsadüfləri” gözübağlı 
müdafiə edirlər.
“Elmi məqsədin” tərifi
Məşhur  təkamülçü  alman  bioloq  Hoymar  von  Ditfurtun  yazdığı  bəzi 
sətirlər  bu  gözübağlı  materialist  anlayışın  gözəl  ifadəsidir.  Ditfurt  həyatın 
olduqca kompleks quruluşuna aid misal çəkdikdən sonra bunun təsadüflərlə 
meydana gəlib-gəlməyəcəyi sualına cavab olaraq bunları deyir:
Adi  təsadüf  nəticəsində  meydana  gəlmiş  belə  bir  uyğunluq  həqiqətən 
mümkündürmü?  Bu,  bütün  bioloji  təkamülün  ən  əsas  sualıdır...  Müasir 
təbiətşünaslığın tərəfdarı olan bir şəxsin bu suala “bəli” cavabını verməkdən 
başqa seçimi yoxdur. Çünki təbiət hadisələrini anlaşılan yollarla açıqlamağı 
özünə hədəf etmiş, bunları fövqəltəbii müdaxilənin köməyinə əl atmadan 
birbaşa  təbiət  qanunlarına  əsaslanaraq  törətməyi  qarşısına  məqsəd 
qoymuşdur.
392


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə