M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə94/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   90   91   92   93   94   95   96   97   ...   108

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
284
üçün mütləq şüur, məlumat və dizayna ehtiyac var. Aradakı bu mühüm fərqi 
təkamülçü elm adamlarından Cefri Uiken belə tərif edir:
“Mütəşəkkil”  sistemləri  “nizamlı”  sistemlərdən  dəqiq  ayırd  etmək 
lazımdır. İki sistemdən heç biri “təsadüfi” deyil, amma nizamlı sistemlər 
sadə  qəliblərdən  ibarət  olduqları  üçün  heç  bir  kompleksliyə  malik  deyil, 
mütəşəkkil sistemlərin isə hər hissəsi məlumat ehtiva edən xarici mənbədən 
gələn  bir  plana  əsasən  birləşirlər...  Təşkil  olunma  buna  görə  funksional 
komplekslikdir və məlumat ehtiva edir.
376
İlya Priqoqin də qəsdən bu anlayış qarışıqlığından istifadə etmiş və içəriyə 
doğru enerji axını əsnasında öz-özünə nizamlanan molekulların nümunələrini 
“öz-özünə təşkil olunma” kimi təqdim etmişdir. Amerikalı elm adamları Çarlz 
B.Takston,  Uolter  L.Bredli  və  Rocer  L.Olsen  “The  mystery  of  life’s  origin” 
(Həyatın mənşəyinin sirri) adlı 
kitablarında bu vəziyyəti aşağıdakı kimi açıqlayırlar:
... Hər cür vəziyyətdə mayenin içindəki molekulların təsadüfi hərəkətlərinin 
yerini dərhal olduqca nizamlı davranış əvəz edir. Priqoqin, Eycen və digərləri 
buna bənzər “öz-özünə təşkil olunmanın” üzvi kimyanın əsası ola biləcəyini 
irəli  sürür  və  bunun  da  canlı  sistemlər  üçün  lazım  olan  həddindən  artıq 
kompleks molekulları açıqlama potensialına malik olduğunu iddia edirlər. 
Lakin bu paralelliklərin həyatın mənşəyi sualı ilə əlaqəsi yoxdur. Bunun əsas 
səbəbi onların nizam və kompleksliyi ayırd etməyi bacarmamalarıdır.
377
Eyni elm adamları bəzi təkamülçülərin irəli sürdüyü “suyun buza çevrilməsi 
bioloji  nizamlılığın  öz-özünə  əmələ  gəldiyinə  nümunədir”  kimi  məntiqin 
dayazlığını və ziddiyyətini belə açıqlayırlar:
Suyun  kristallaşaraq  buza  çevrilməsi  ilə  bəsit  monomerin  milyonlarla  il 
ərzində polimer şəklində birləşərək DNT və zülal kimi kompleks molekullara 
çevrilməsi  arasındakı  bənzətmə  tez-tez  müzakirə  olunur.  Hər  iki  halda, 
bənzətmə  yanlışdır...  Temperatur  azaldılaraq  termal  təsir  kifayət  qədər 
kiçildikdə  atomları  bir-birinə  bağlayan  güclər  su  molekullarını  nizamlı 
kristallaşmış formaya salırlar. Amin turşusu kimi üzvi monomerlər isə hər 
hansı bir temperaturda nəinki nizamlı formaya düşürlər, heç birləşmirlər.
378
Bütün karyerasını termodinamikanı təkamül nəzəriyyəsi ilə əlaqələndirməyə 
həsr etmiş Priqoqin belə suyun kristallaşması ilə kompleks bioloji formaların 
əmələ gəlməsi arasında bənzərlik olmadığını qəbul etmişdir:
Burada qeyd etmək lazımdır ki, təcrid olunmamış (açıq) sistemdə çox aşağı 
temperaturda nizamlı və aşağı entropiyalı formaların əmələ gəlmə ehtimalı 
var.  Bu  nizamlama  prinsipi  kristallar  kimi  nizamlı  formaların  əmələ 
gəlməsində və maddənin xassələrinin dəyişməsində etibarlıdır. Təəssüf ki, 
bu prinsip bioloji formaların əmələ gəlməsini açıqlaya bilməz.
379
Qısaca desək, heç bir fiziki və ya kimyəvi təsir canlıların mənşəyini açıqlaya 


TƏKAMÜL NƏZƏRİYYƏSİ və ENTROPİYA QANUNU
285
bilmir, “maddənin özünü təşkil etməsi” anlayışı xəyaldan ibarət olaraq qalır.
Özünütəşkiletmə: materialist doqma
Təkamülçülərin “özünü təşkiletmə” məfhumu ilə müdafiə etdikləri iddia 
cansız maddənin öz-özünü nizamlayıb, təşkil edib kompleks canlı varlıq meydana 
gətirəcəyinə əsaslanan inancdır. Bu, tamamilə elmə zidd inancdır. Çünki bütün 
müşahidə və təcrübələr maddənin belə bir qabiliyyətinin olmadığını göstərir. 
Məşhur ingilis astronom və riyaziyyatçı prof. Fred Hoyl maddənin öz-özünə 
həyatı əmələ gətirə bilməyəcəyini belə bir nümunə ilə izah edir:
Əgər  həqiqətən  maddənin  içində  onu  həyata  təşviq  edən  daxili  prinsip 
olsaydı,  bunu  laboratoriyada  asanlıqla  göstərməliydi.  Məsələn,  bir 
tədqiqatçı  ibtidai  şorbanı  təmsil  edən  üzmə  hovuzundan  təcrübə  üçün 
istifadə  edə  bilərdi.  Belə  bir  hovuzu  istədiyiniz  hər  cür  cansız  kimyəvi 
maddə ilə doldurun. Ona istədiyiniz hər cür qazı pompalayın və ya üzərinə 
hər cür radiasiyanı verin. Bu təcrübəni bir il boyu davam etdirin və (həyat 
üçün lazımlı olan) 2000 fermentdən neçəsinin sintezləndiyini yoxlayın. Mən 
sizə cavabı indidən verim və bu təcrübəyə vaxtınızı sərf etməyin: əsla heç 
bir şey tapa bilməzsiniz, bəlkə bir neçə amin turşusu və digər bəsit kimyəvi 
maddələr əmələ gələr.
380
Təkamülçü bioloq Endru Skott isə eyni həqiqəti belə qəbul edir:
Bir  az  maddə  götürün,  qarışdırın,  isidin  və  gözləyin.  Bu,  həyatın 
mənşəyinin müasir versiyasıdır. Yerin cazibə qüvvəsi, elektromaqnetizm, 
zəif və güclü nüvə qüvvələri kimi “əsas” güclər işin ardını həll edəcəkdir... 
Bəs  bu  hekayənin  nə  qədəri  tutarlı  dəlillərə  əsaslanır  və  nə  qədəri  ümid 
üzərində qurulmuş fərziyyələrdir? Əslində ilk kimyəvi maddələrdən canlı 
hüceyrələrə  qədər  gedən  mərhələlərin  bütün  mexanizmləri  ya  mübahisə 
mövzusudur, ya da tamamilə qaranlıq içindədir.
381
Bəs təkamülçülər nə üçün hələ də “maddənin özünü təşkil etməsi” kimi 
qeyri-elmi ssenarilərə inanırlar? Nə üçün canlı sistemlərdə açıq-aşkar görünən 
şüuru və yaradılışı inkar etmək üçün bu qədər israr edirlər?
Bu  sualların  cavabı  təkamül  nəzəriyyəsinin  əsl  təməli  olan  materialist 
fəlsəfədə gizlənmişdir. Materialist fəlsəfə ancaq maddənin varlığını qəbul edir, 
bu təqdirdə canlılara da ancaq maddəyə əsaslanan açıqlama gətirməlidir. Nə 
qədər elmə zidd olsa da, təkamül nəzəriyyəsi buna görə irəli sürülmüşdür və 
sırf bunun üçün müdafiə edilir. Nyu York Universitetində kimya professoru və 
DNT mütəxəssisi olan Robert Şapiro təkamülçülərin “maddənin öz-özünü təşkil 
etməsi” ilə bağlı inanclarını və bunun kökündə duran materialist doqmanı belə 
açıqlayır:
Bizi  bəsit  kimyəvi  maddələrin  mövcud  olduğu  qarışıqdan  ilk  aktiv 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə