ELM və MATERİALİZMİ BİR-BİRİNDƏN FƏRQLƏNDİRMƏK
295
Ditfurtun da bildirdiyi kimi, materialist elm anlayışı həyatı “fövqəltəbii
müdaxilənin”, yəni yaradılışın varlığını qəbul etmədən açıqlamağı özü üçün
əsas prinsip qəbul etmişdir. Bu prinsip bir dəfə qəbul edildikdən sonra ən qeyri-
mümkün ehtimallar belə asanlıqla qəbul edilə bilər.
Bu doqmatik təfəkkürün nümunələrini demək olar ki, hər təkamülçü əsərdə
görmək mümkündür. Təkamülün Türkiyədəki qabaqcıl müdafiəçilərindən olan
prof. Əli Dəmirsoy bunlardan biridir. Prof. Dəmirsoyun fikrincə, həyat üçün
mütləq tələb olunan əsas zülallardan Sitoxrom-C-nin təsadüfən əmələ gəlməsi
ehtimalı
“bir meymunun makinada heç səhv etmədən bəşəriyyət tarixini
yazma ehtimalı qədər azdır.”
393
Şübhəsiz ki, belə bir ehtimalı qəbul etmək ağıl və məntiqin ən əsas
prinsiplərini çeynəmək deməkdir. İnsan bir kağız parçası üzərində yazılmış
bircə hərf gördükdə belə o hərfin şüurlu biri tərəfindən yazıldığına əmin olur.
Bəşəriyyət tarixindən bəhs edən kitab gördükdə onun bir müəllifi olduğuna
daha çox əmin olur. Ağlı olan heç kim bu nəhəng kitabın içindəki hərflərin
“təsadüfən” yan-yana gəldiyini iddia etməz.
Ancaq
çox qəribədir ki, prof. dr. Əli Dəmirsoy bunu qəbul edir:
Bir Sitoxrom-C zülal zəncirinin əmələ gəlməsi ehtimalı sıfıra bərabərdir.
Yəni əgər həyatın əmələ gəlməsi üçün müəyyən ardıcıllıq lazımdırsa, bu,
bütün kainatda bir dəfə əmələ gələcək qədər az ehtimala malikdir deməkdir.
Yaxud da həyatın əmələ gəlməsində bizim tərif edə bilmədiyimiz fövqəltəbii
güclər iştirak etmişdir. Bu sonuncunu qəbul etmək elmi məqsədə uyğun
deyil. Bu təqdirdə birinci fərziyyə üzərində düşünmək lazımdır
.
394
Prof. Dəmirsoy “fövqəltəbii gücləri qəbul etməmək”, yəni Yaradanın
varlığını inkar etmək üçün qeyri-mümkün olanı üstün tutduğunu yazır. Halbuki
elmin məqsədi “fövqəltəbii güclərin varlığını qəbul etməmək” deyil
. Elm
bu məqsədlə hərəkət etmir. Elm heç bir ön mühakiməyə əsaslanmadan ancaq
təbiəti tədqiq edir və bu tədqiqatlarından nəticələr çıxarır. Əgər bu nəticələr
kainatın hər yerində, təbiətdə fövqəltəbii ağılın dizaynının hakim olduğunu
göstərirsə elm, əlbəttə, bunu qəbul etməlidir.
Diqqət edilsə, əslində, “elmi məqsəd” deyə ifadə edilən anlayış ancaq
maddənin mövcud olduğu və bütün təbiətin də ancaq maddi amillərlə açıqlana
biləcəyindən ibarət doqmadır.
Bu isə “elmi məqsəd” və s. deyil, birbaşa
materialist fəlsəfədir. Materialist fəlsəfə “elmi məqsəd” kimi səthi sözlərin
arxasında gizlənir və elm adamlarını əslində elmdənkənar şeyləri qəbul etməyə
məcbur edir. Belə ki, Dəmirsoy başqa mövzudan – hüceyrədəki mitoxondrilərin
mənşəyindən bəhs edərkən təsadüf açıqlamasını “elmi düşüncəyə olduqca zidd
olmasına baxmayaraq” qəbul etdiyini açıq şəkildə bildirir:
... Ən böyük problem mitoxondrilərin bu xüsusiyyəti necə qazandığıdır.